Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 10.2.2017-cı il.

Fransız yazıçı, maarifçi filosof, siyasi mütəfəkkir, sosioloq və tarixçi Şarl Lui Monteskyö 1755-ci ilin 10 fevralında dünyasını dəyişib.

1763-cü ilin 10 fevralında Kanadanın idarəçiliyi Fransadan İngiltərəyə keçib.

1828-ci ilin 10 fevralında İran və Rusiya arasında Türkmənçay müqaviləsi imzalanmışdır.

Rus şairi, yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Boris Pasternak  10 fevral 1890-cı ildə anadan olub.

1876-1908-ci illər Osmanlı imperatoru Sultan II Abdulhəmid 10 fevral 1918-ci ildə vəfat etdi.

II Əbdülhəmid 1909-ci ilin bu günü Osmanlı sultanı olub.

10 fevral 1931-ci ildən Dehli Hindistanın paytaxtı olub.

Parisdə 1947-ci ilin bu günü İkinci dünya müharibəsinin qalibləri və Almaniyanın keçmiş müttəfiqləri arasında saziş imzalanıb.

Türk pop musiqisi sənətçisi, Qalatasaray Litseyinin musiqi müəlliməsi, Qalatasaraylılar Dərnəyinin başçısı Candan Erçetin 10 fevral 1963-cü ildə anadan olub.

10 fevral 1995-ci ildə Almaatada 10 MDB dövləti “Vahid HHM sistemi” yaratmağa dair saziş imzalayıb.

1996-cu ilin bu günü Harri Kasparov şahmatda kompüterə qalib gəlib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register