Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
İki il öncə “Facebook” şirkəti “Facebook Lite” mobil əlavəsini təqdim edib. Bu mobil əlavə qənaətcil smartfonlarda sosial şəbəkədən istifadə etmək üçün nəzərdə tutulub. Bu əlavə böyük həcmdə trafik tələb etmir və ləng 2G şəbəkələrində olduqca sürətli işləyir. 3G və 4G şəbəkələrinin inkişafına, həmçinin yeni əlçatan smartfonların yaranmasına baxmayaraq, “Facebook Lite”in populyarlığı artmaqda davam edir. “Facebook” şirkətinin rəhbəri Mark Zukerberq bildirib ki, “Facebook Lite”in fəal istifadəçilərinin sayı 200 milyon nəfəri ötüb. Son bir il ərzində “Facebook Lite”in istifadəçi bazası iki dəfə artıb.
“Google Play” onlayn mağazasında təxminən 2,6 milyon əlavə mövcuddur ki, onlardan bir qismi tezliklə silinəcək. Şirkət bu addıma istifadəçi məlumatlarını saxlamaq üçün gedir. “Google” artıq bəzi tərtibatçılara istifadəçilərin məlumatlarının qorunması siyasətindəki dəyişikliklər barədə məlumat verib. Dəyişikliklər martın ortasında baş verəcək. Əgər tərtibatçılar yeni qaydalara riayət etməsələr, onların layihələri bloklanacaq. Şirkətin belə bir addımı öz istifadəçilərinin məlumatlarını saxlamağa istiqamətlənib. Onlar isə şəxsi məlumatlarını verib-verməmək məsələsində seçim etməlidir. “Google” serverlərində çoxdandır yenilənməyən proqramlar var, ancaq bununla belə, onlar istifadəçilər haqqında məlumatları yenə də toplayırlar.
“Google” şirkəti internet şəbəkəsinə ləng çıxışı olan regionların sakinləri üçün nəzərdə tutulmuş “YouTube” əlavəsini yaradıb. Hazırda əlavə beta sınaq Mərhələsindədir. Bu əlavə istifadəçilərə video çarxları yaddaşda saxlamaq və sonradan şəbəkəyə çıxış olmadan baxmaq imkanı təqdim edir. Hələlik istifadəçilərə iki belə versiya təqdim edilir. Bunlardan biri 144 piksel icazəli olan “Basic Quality”, digəri isə 360 piksel icazəsi olan “Standard Quality” versiyalarıdır. Bundan yüksək icazəli video çarxlar təqdim edilmir. Yüklənən video çarxları “Bluetooth” vasitəsilə mübadilə etmək mümkündür. Əlavə hələlik bütün regionlarda istifadəyə verilməyib.
Yaxın zamanlarda “Facebook” öz televiziya şoularının tərtibatına başlayacaq. Verilişlər ancaq sosial şəbəkədə yayımlanacaq. “Facebook” şirkəti fəal olaraq yalnız internetə çıxışı olan insanların baxa biləcəyi yeni layihə üzərində çalışır. Çünki bu yayımlar ancaq sosial şəbəkədə aparılacaq. MTV telekanalının tanınmış aparıcısı Mina Lefevr proqram və ssenarilərin işlənməsində fəal iştirak edəcək. Çünki o, çoxdandır bu mühitin içindədir. Mina bildirib ki, özü üçün yeni olan belə layihələrdə iştirak etməyə çox şaddır. O, hər şeyi məmnuniyyətlə edəcək və ona belə bir layihədə iştirak etməyə imkan yaratdığı üçün “Facebook” şirkətinə təşəkkür edir. Hazırda şirkət nümayəndələri fəal olaraq rejissor və prodüserlərin axtarışına başlayıb. Ancaq layihənin digər təfərrüatlarını böyük bir sirr olaraq saxlayırlar.
“WhatsApp” proqramı istifadəçilərə öz məlumatlarını daha güclü müdafiə etməyə imkan verəcək funksiyasını işə salıb. Tərtibatçılar bildirir ki, təklif ayarlar bölməsindən qoşulur. Artıq “WhatsApp” istifadəçiləri özləri haqqında məlumatları daha diqqətlə saxlaya biləcəklər. Bu, ikisəviyyəli avtorizasiya qoşulan andan işə düşəcək. Sistem telefon nömrəsini təsdiqləməyi istədiyi əməliyyatdan sonra proqram kod istəyəcək. Sözügedən funksiyanı aktivləşdirmək üçün istifadəçinin sazlamalarında “Hesab” (“Akkaunt”) → “İki mərhələli autentifikasiya” (“Dvuxşaqovaya proverka”) daxil olmaq lazımdır. Hesab sahibi 6 rəqəmli şifr yaratmalıdır. Giriş üçün “PIN” kod unudulduğu halda, onu elektron ünvanın köməyi ilə bərpa etmək olar. Həmçinin messencer mütləq halda elektron ünvanı istəyəcək ki, istifadəçi kod şifrəni itirdiyi halda, “WhatsApp” özü onu istifadəyə göndərəcək. Əgər elektron ünvan bu sosial şəbəkədə qeydiyyata alınmayıbsa, istifadəçi öz akkauntuna ancaq bir həftədən sonra giriş əldə edə biləcək.
İlin sonunda belə qurğuların istehsalına başlanıla bilər. Tayvanın “DigiTimes” nəşrinin məlumatına görə, Koreyanın “Samsung Electronics” şirkəti qatlanan smartfonlar hazırlayır və ilin sonunda belə qurğuların istehsalına başlaya bilər. Nəşr yazır ki, “Samsung”, həmçinin bir neçə başqa istehsalçı (“Apple”, “LG Electronics” və “Microsoft”) ABŞ Patent Bürosuna elastik ekranla təchiz edilmiş bükük smartfonların işini və konstruksiyasını təsvir edən patentlərin qeydiyyatı üçün ərizə ilə müraciət edib. “Samsung” 2017-ci ilin dördüncü rübündə belə qurğuların sınaq istehsalına başlamağı planlaşdırır, ancaq 2018-ci ilin ikinci yarısınadək çətin ki kütləvi buraxılış olsun, çünki şirkətlər bir sıra texniki problemləri həll etməlidir. Çətinliklərdən biri bükük telefonların istehsalında əsas komponent sayılan möhkəm poliamid plastik altlığın kütləvi istehsalı ilə bağlıdır.
Elektrik avtomobili 1930-1940-cı illərin yarış bolidini xatırladır. Böyük Britaniyanın “Morgan” şirkəti uşaqlar üçün birnəfərlik ekoloji və müasir nəqliyyat vasitəsi olan “EV3 Junior” retro elektrik avtomobilini satışa çıxarıb. Elektrik avtomobili 1930-1940-cı illərin yarış bolidini xatırladır. 3 təkər üzərində hərəkət edən avtomobil tutumlu batareya ilə təchiz edilib. Korpusu karbon lifindən istehsal edilən bu elektromobilin salonu xromlaşdırılmış detallardan və təbii ağacdan olan laydan hazırlanıb. Hər bir müştəri üçün fərdi hazırlanan sürücü oturacağında təbii dəridən istifadə edilib. Avtomobilin sürəti saatda 16 kilometrə bərabərdir. Sifarişlə hazırlanan və 8-10 yaşlı uşaqlar üçün nəzərdə tutulan avtomobilin qiyməti 10 min dollar təşkil edir.
Amerikalı alim mexaniki zədəyə davamlı akkumulyator yaradıb. Müxtəlif cihazların daxilində qurulmuş akkumulyatorlarla son dərəcə ehtiyatlı olmaq lazımdır, çünki istənilən mexaniki zədə yanğın və ya partlayışa səbəb ola bilər. Taftsa Universitetinin professoru Mayk Zimmerman bu problemin həlli ilə məşğul olub. Yeni batareyanı güclü zədələdikdə belə o partlamır. Müasir smartfon və başqa texnikada istifadə edilən adi litium-ion akkumulyatorlardan fərqli olaraq, Mayk Zimmermanın həlli yalnız təhlükəsiz deyil, həm də onu kəsdikdə belə normal işləməyə davam edə bilər. Mayk Zimmermanın ixtirası böyük potensiala malikdir, amma alim hələ iki ciddi problemi həll etməlidir. Hazırda belə akkumulyatorların etibarlılığını yoxlamaq və istismar müddətində ölçüsünün dəyişməsini aydınlaşdırmaq lazımdır.
Çinin, Weibo sosial şəbəkəsində yeni Xperia modelinin fotoları sızdılıb. Məlumata əsasən təqdim olunmuş fotolardakı smartfon, keçən il satışa çıxmış Xperia XZ modelinin davamçısıdır. Bir neçə smartfonun əks olunduğu fotoda Xperia XZ, aşağı sağ hissədə olandır. Fotoya əsasən demək olar ki, yeni smartfon, 4 GB-lıq RAM-a sahib olacaq. Bir sıra mütəxəssislərin fikrincə isə fotodakı smartfon, 2015-ci ildə satışa çıxmış Xperia Z5 Premium modelinin davamçısıdır. Hər-halda yeni smartfonun kod adı Sony Yoshino kimi qeyd olunub. Onun 5.5 inç 4K Ultra HD keyfiyyətli ekran, Snpadragon 835 prosessoru, 4/6 GB RAM və Sony IMX400 əsasında kamera ilə təchiz olunacağı gözlənilir. “Sony”nin yeni Xperia modellərinin bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacağı gözlənilir.
Huawei son dövrlərdə smartfon sektorunda olduqca güclü irəliləyiş əldə edib. Bazara çıxardığı güclü texniki xüsusiyyətlərə sahib smartfonlar istifadəçilər tərəfindən rəğbətlə qarşılanır. Huawei Mate 9 və P9 smartfonları böyük əks-səda doğurmuşdu. Orta səviyyəli telefon seriyasından olan Honor üçün Huawei yeni modeli Honor V9-u ortaya çıxartdı. Orta səviyyəli cüt arxa kameraya sahib olsa belə olduqca iddialı fotolar çəkməyi bacaran Huawei Honor V9 metal dizaynı ilə də diqqəti öz üzərinə çəkir və bu dizayna görə iPhone-dən ilhamlandığını söyləyə bilərik. İddialara görə Huawei Honor V9-un 2k keyfiyyətində 5.7 düymlük ekranı var. Smartfon 8 nüvəli prosessora, 4GB/6GB RAM və 64/128 GB daxili yaddaşa sahibdir. Telefonun arxa kamerası 12 MP, qabaq kamerası isə 2 MP-dir və qeyd edək ki, Huawei bu telefonda digər modellər kimi daha keyfiyyətli şəkil çəkməyi hədəfləməyib. 3900 mAH gücündə batareyası olan telefonun qiyməti təqribən 400 dollar olacaq, amma hələki bu barədə rəsmi açıqlama yoxdu. Huawei Honor V9 rəsmi şəkildə 21 Fevral 2017 tarixində tanıdılacaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments