Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 13.2.2017-cı il.

Galileo Galilei 1633-cü ilin 13 fevralında  inkvizisiya məhkəməsində mühakimə olunması üçün Romaya gəldi.

İngilis iqtisadçı, demoqrafı Tomas Maltus 1766-cı ilin bu günü anadan olub.

Nobel Mükafatı sahibi ABŞ-lı fizikaçı və ixtiraçı William B. Shockley 1910-cu ilin bu günü anadan olub.

Türkiyə Respublikasının ilk üsyanı olan Şeyx Səid üsyanı 13-fevral 1925-ci ildə  başladı.

Azərbaycanlı aktyor Əliabbas Qədirov 13 fevral 1946-cı ildə Bakıda anadan olub.

Azərbaycanlı şair, qəzəlxan, meyxanaçı Məşədibaba Aydəmirov 1971-ci ildə fevral ayının 13-ü Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olub.

Görkəmli azərbaycanlı şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi , filologiya elmləri doktoru , professor, Azərbaycan MEA-nın həqiqi üzvü , Azərbaycanın Əməkdar incəsənət xadimi , Azərbaycan Dövlət mükafatı laureatı , SSRİ Dövlət mükafatı laureatı , M.F.Axundov adına ədəbi mükafatın laureatı , Azərbaycan Respublikası Ali Sovetinin deputatı , millət vəkili , “İstiqlal” ordeni ilə təltif olunmuş Bəxtiyar Vahabzadə 2009-cu il fevral ayının 13-də, 83 yaşında uzun sürən xəstəlikdən sonra Bakıda vəfat etmişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register