Marneuli Jvaniya məktəbində yaxın gələcəkdə vətəndaşlar üçün gürcü dili kursları açılacaq

16 oktyabr tarixində Zurab Jvaniya adına administrasiya məktəbinin Marneulidəki dövlət dili tədrisi qruplarından birinin sertifikatlaşdırma tədbiri baş tutdu. Tədbirdə üç və altı aylıq tədris kurslarını bitirən dövlət məmurları və pedaqoqlara sertifikat təqdim olundu. Dövlət dilinin tədrisi proqramının rəhbəri Maka Omiadze yaxında planlaşdırılmış yeniliklər haqda məlumat verdi.
Dövlət dilinin tədrisi proqramı 2006-cı ildən fəaliyyət başlasa da 2012-ci ildən iştirakçılara yenilənmiş formada tədris olunur.
0 Comments