Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Activision” oyun şirkəti bu maliyyə ilindəki uğurlarına baxmayaraq, əməkdaşlarının 5 faizini ixtisar edib. Ixtisara düşənlər arasında “Infinite Warfare” və “Modern Warfare” şirkətlərinin əməkdaşları da var. Ümumilikdə ixtisarlar dalğasına 200 nəfər düşüb. Bu kadrlar yeni layihələr üzərində çalışırdılar ki, bu layihələr də oyun bazarında öz ümidlərini və gözləntilərini doğrultmayıb. Rəhbər şəxslərdən biri bildirib ki, oyunçular fantastika janrını layiqincə qiymətləndirə bilməyiblər. “Activision” öz mövcudluğunun əvvəlinə qayıtmağa hazırlaşır və köhnəlmiş oyunları rəqəmsal formata modernləşdirəcək. İlk olaraq dəyişikliklərə “Call of Duty” oyunu düşəcək.

1

“Ford” şirkəti yaxın 5 il ərzində pilotsuz avtomobillər üçün süni intellektin işlənib hazırlanması üçün 1 milyard dollar yatırım qoyacağını açıqlayıb. Şirkət layihəni avtonom texnologiyaların yaradılması üzrə ixtisaslaşmış “Argo AI” ilə birlikdə həyata keçirəcək. “Argo AI” daha əvvəl avtonom idarə olunan avtomobillərin yaradılması işi ilə məşğul olmuş “Google”un sabiq meneceri Brayan Saleski və “Uber”in keçmiş meneceri Piter Render tərəfindən təsis edilib. “Ford”un pilotsuz avtomobili 2021-ci ilə qədər təqdim olunmalıdır. Şirkət SAE təsnifatı üzrə 4-cü səviyyə üzrə avtomobillərin virtual idarəedilməsi sistemi də yaratmaq fikrindədir. Bu sistem avtomobillərin qaz, tormoz pedalları və rul olmadan idarə edilməsini ehtiva edir.

2

“Agility Robotics” şirkəti cücə kimi iki ayağı üstə hərəkət edən “Kessi” (Cassie) adlı robotunu təqdim edib. Alimlər əmindir ki, gələcəkdə bu robot insanları çətin gündəlik fəaliyyətdən azad edəcək. “Kessi” 16 aylıq fəaliyyətdən sonra yaradılıb və 1 milyon dollara başa gəlib. Onun dizaynı heyvanın skeletinin quruluşu üzrə yaradılıb və özündə üç istiqamətdə hərəkət edən bud quruluşunu əks etdirir. Həmçinin insan topuqlarını xatırladan hərəkətləri var. Onların sayəsində robot dayana, yeriyə, həmçinin otura bilir. “Kessi”nin tərtibatçıları inanır ki, gələcəkdə ayaqlı robot təkərli botların girə bilmədiyi yerlərə girə biləcək. O, döyüş meydanlarında hərbçilərə kömək edə, xilasetmə missiyalarında iştirak edə və gündəlik öhdəliklərindən biri alış-verişə də gedə biləcək.

Snapchat səhmləri adı altında səhvən başqa şirkətin səhmlərini aldılar. Admin  2017-02-13 16:03:05 internet Snapchat səhmləri adı altında səhvən başqa şirkətin səhmlərini aldılar. Son dövrlərin populyar sosial media platforması olan Snapchat yeni bir iş modeli üzərində işləyir. Bu iş modeli vasitəsi ilə gəlirlərini artırmağı planlayan şirkət rəhbərləri Snapchat-ı açıq səhmdar cəmiyyətinə çevirməyi və İPO edərək səhmləri birjalarda satışa çıxarmağı hədəfləmişdilər. Bu proses üçün Amerikanın SEC birjansına müraciət edən Snaöchat 3 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı. Lakin Snapchat-ın bu addımı pis başlanğıca səbəb oldu. Nyu-York birjasında səhmləri satışa çıxartmaq istəyən Snapchat satışın nə zaman başlayacağı barədə dəqiq tarix bildirməmişdi. Bütün bunlara əhəmiyyət verməyən investorlar səhv yönləndirmə və ad bənzərliyindən aldanaraq Snap İnteractive adlı şirkətin səhmlərini aldılar. Snapchat-ın səhmlərini aldığını zənn edən investorlar əslində smartfonlar üçün tanışlıq tətbiqi hazırlayan Snap İnteractive-nin səhmlərini alaraq Nyu-York mərkəzli bu şirkətin səhm dəyərinin 1 həftədə 95% artmasına səbəb olublar. Bu ad bənzərliyi Snap İnteractive şirkəti üçün böyük gəlir gətirib.

3

Kağız vərəqi qalınlığında elastik günəş batareyası yaradılıb. ABŞ-ın “MPower Technology” şirkəti tərəfindən hazırlanmış nazik, elastik və yüngül günəş batareyasını asanlıqla pilotsuz uçan aparata və ya hər hansı cihaza yapışdırmaqla istənilən səthin funksionallığını xeyli artırmaq mümkündür. Yeni həll “Dragon SCALE” adlandırılıb. İstehsalçıların məlumatına görə, onların panelləri kağız vərəq kimi elastik və nazikdir, istehsalı adi günəş batareyalarının istehsalından ucuz başa gəlir, istehsal texnologiyası isə başqa müasir analoqlarla müqayisədə daha möhkəm və effektiv elementlər hazırlamağa imkan verir. Adi silisium günəş batareyalarını bükmək olmaz, çünki dərhal qırılırlar, yeni həll bu çatışmazlıqdan məhrumdur, ona görə biz tezliklə günəş elektrik enerjisi bazarında çevriliş edəcəyik – “mPower Technology” şirkətinin direktoru Murad Okandan deyib.

4

Fransanın “Spartan” şirkəti, elektromaqnit şüalardan qorunmaq üçün kişi alt paltarlarını təqdim edib. Mobil cihazlar və Wi-Fi şəbəkələrindən qorunmaq üçün alt paltarların tərkibində gümüş liflər vardır. Bu cür alt geyimin hazırlanması fikri, “Spartan” şirkətinin təsisçisi Arthur Menard-ın ağlına gəlib. O bu layihəyə Klivlent xəstəxanasının tədqiqatlarından sonra start verib. Belə ki, həkimlər müəyyən ediblər ki, cibdə gəzdirilən mobil cihaz, kişilərin sağlamlıqlarına zərərli təsir göstərə bilər. Alt paltarının sahib olduğu material sanki elektromaqnit şüalar üçün nəzərdə tutulmuş qalxana bənzəyir. Təhlükəsizlik isə gümüş liflər sayəsində təmin olunur. Parça, 35% gümüş liflərdən ibarətdir və 99% mobil cihaz, Wi-Fi şüalanmalarının qarşısını alır. Sözügedən alt paltarların layihəsi, Kickstarter-də təqdim olunub. Bir alt paltarının minimal qiyməti isə 38 avro təşkil edir. Şirkət artıq ona lazım olan məbləğdən daha artığını yığıb. Alt paltarlar 6 ölçüdə təqdim olunublar. Menard-ın sözlərinə görə onlar istehsalatın xərclərini aşağı salmağın yollarını axtarırlar. Çox güman ki, bu, satışların artdığı bir vaxtda mümkün olacaq. Spartan adlı alt paltarları bu ilin İyun ayında satışa çıxacaqlar.

5

Vyanada dünya üzrə ilk dəfə bitcoin üzrə ixtisaslaşdırılmış Bitcoin Bank fəaliyyətə başlayıb. Məlumata əsasən həmin bankda insanlar nəğd pul ilə bitcoin ala və onun haqqında məlumat əldə edə bilərlər. Qeyd olunur ki, nəğd pulun bitcoinə dəyişilməsi yalnız avro üzərindən həyata keçirilir. İlk bitcoin üzrə bankı, yerli blockchain startap olan BitTrust yaradıb. BitTrust-ın icarıçı direktoru Magdalena Isbrandt bildirib ki, rəqəmsal valyutanın ən üstün cəhətlərindən biri, onun vasitəsilə müqavilələrin daha tez və heç bir vasitəçi olmadan həyata keçirilməsidir. Bitcoin əldə etmək üçün istifadəçi, 27-34 simvoldan ibarət sətrə sahib olmalıdır. Bu sətr bir növ virtual poçt ünvanına bənzəyir. Bitcoinləri əldə etdikdə isə onlar həmin elektron ünvana yönləndirilir. Bitcoin ünvanların qeydiyyatdan keçirilməməsi isə bitcoin göndərilməsini tamamilə anonim edir. Bitcoin Austria təşkilatının rəhbəri Andreas Petersson-nun sözlərinə görə rəqəmsal valyutanın ən üstün cəhəti anonimlikdir. “Əgər mən nəyisə bitcoin ilə alıramsa deməli mən anonimlik və təhlükəsizliyə sahibəm. Şirkət mənim bank kartımın məlumatlarını əldə edə bilmir” – deyə Andreas Petersson bildirib.

6

Samsung-un Hindistan saytının dəstək səhifəsi səhvən (!) Galaxy S8 Plus-ı ortaya çıxartdı. İlin maraqla gözlənilən iki telefonu Samsung Galaxy S8 və Galaxy S8 Plus (S8+) qarşıdakı dövrdə, 29 mart-da təqdim olunacaqkən Samsung Hindistan-ın səhvən (!) Samsung dəstək səhifəsində Galaxy S8 Plus bölməsini aktiv etməsiylə S8 Plus-ın model kodu ortaya çıxdı. Rəsmi qaynaq detallarına görə SM-G955FD model kodunu alacaq olan iki sim kart modeli, (əslində SM–G955F olacaq) gözləntilərə görə 6.2 inç curved Super AMOLED ekranına sahib olacaqkən ekran keyfiyyəti isə QHD, yəni 2K olaraq nizamlanacaq. GücünüSamsung Exynos 8895 ya da Qualcomm Snapdragon 835 prosessorun-dan alacaq olan cihazda 4GB/6GB RAM, 64GB yaddaş sahəsi, MicroSD kart dəstəyi, barmaq izi oxuyucusu və USB Type-C portu olacaq.

7

JerryRigEverything adlı YouTube kanalının müəllifi, adi noutbook-u təkmilləşdirib necə 3 ekranlı kompüter halına gətirdiyini göstərib. Müəllif sözügedən təkmilləşdriməni reallaşdırmaq  üçün Razer Project Valierie kompüterindən ilhamlanıb. Beləliklə o öz Toshiba markalı noutbook-na iki ədəd 16 inç-lik AOC ekran qoşub. Həmin iki ekran, əsas ekrana USB vasitəsilə qoşulur və əlavə enerji sərfiyyatı üçün onları elektrik cərəyanına qoşmaq lazım deyil. İki ekranı o, əsas noutbook qapağının arxa hissəsinə qapı petlələri və yapışdırıcı vasitəsilə qoşub. Məhz buna görə kompüter, yığılmış vəziyyətdə kompakt görünür. Bunu etmək üçün o ümumilikdə 300$ vəsait xərcləyib. Təbii ki, noutbook-un öz qiyməti nəzərə alınmır.

“Agility Robotics” şirkəti Oreqon ştatının universitetində başlanan layihə əsasında Kassi adlı robot yaradıb. İxtiraçılar güman edirlər ki, belə köməkçi robot insanları bir çox adi məşğuliyyətlərdən qurtaracaq. Toyuq kimi hərəkət edən bu qorxunc robot ən müxtəlif işlərdə faydalı ola bilər. Kassi 16 ay əvvəl ABŞ-ın Müdafiə Nazirliyinin Perspektivli Tədqiqat Layihələri İdarəsinin ayırdığı 1 milyon dollar qrant hesabına hazırlanıb. Gələcəkdə hərbi layihələrdə də bu robotun tətbiqi istisna edilmir. Kassi qaça və əyilə bilir. Həm də onun qabiliyyətləri daha öncə hazırlanan belə layihələri üstələyir: onun quruluşu heyvanın skeletini xatırladır. Kassinin omba oynaqları üç istiqamətdə fırlana bilir ki, bu da ona balansı yaxşı saxlamağa icazə verir.

8

Xiaomi, orta səviyyə xüsusiyyətlərə sahib yeni telefonu Redmi Note 4X-i elan etdi. Cihaz, 14 fevral-dan etibarən bir neçə fərqli versiyada satışa çıxacaq. 14 fevralsevgililər günü üçün bir sürpriz hazırlayan Xiaomi, Redmi Note 4X-in təqdimatını reallaşdırdı. 144 dollar qiymət etiketi ilə satışa çıxacaq olan telefonun bir də xəyali xarakter Hatsune-yə uyğunlaşdırılmış versiyası var. Bunun qiyməti isə188 dollar olacaq. Hatsune sticker-li cihaz, normal versiya ilə eyni xüsusiyyətlərə sahib kimi görsənir, ancaq bu cihazı satın alanlar üçün məhdud sayda powerbank, telefon üçün özəl korpus və gələcək zamanda Hatsune mövzusunu yükləmə şansına sahib olacaqlar. Redmi Note 4X-in xüsusiyyətləri bunlardır: 5.5 inç ölçüsündə və 1080p keyfiyyətində ekran, Snapdragon 625 prosessor, 3 GB RAM və 32 GB daxili yaddaş sahəsi, 13/5 MP keyfiyyətində arxa və ön kamera, 4100mAh gücündə batareya, Android Marshmallow 6.0 əməliyyat sistemi, İki SIM kart dəstəyi.

9

Dünyanın ən sirli internet təşkilatı: Cicada 3301. 5 ildir fəaliyyətdə olmasına baxmayaraq bu təşkilat internet dünyasının ən sirli təşkilatına çevrilib. Cicada 3301 haqqında məlumatlar. Bu günə qədər internet dünyasında kimliyi məlum olmayan yüzlərlə gizli təşkilat adları və onların hansı fəaliyyətlə məşğul olduqlarını eşitmişik. Lakin bəhs edəcəyimiz internet təşkilat “Cicada 3301” haqqında böyük ehtimalla bu günə qədər eşitməmisiniz. Təşkilat olaraq qəbul edilən “Cicada 3301” əslində o qədər gizlidir ki, bir nəfərdən yoxsa bir qrupdan ibarət olduğu haqda hələki bir məlumat yoxdur. Bu təşkilat heç kimi hack etmir, təhlükəsizliyini qorumur ya da kiminsə pullarını oğurlamır. Klassik hacker hadisələrinin xaricinə çıxan bu sirli qrupun etdiyi tək şey internetin ən çətin gizli mesajlarını və kodlarını aça bilən insanları təsbit etməkdir. Bu təşkilatın arxasındakılar  kimlərdir? Edilən təxminlər dəqiq bir şəkildə bir adamı yada qrupu işarə etməsə də ancaq təşkilatın arxasında bəzi iddialara görə Massonlar, İlluminatı, ABŞ höküməti yaxud da Anonymous qrupunun olduğu deyilir. Açığı dəqiq bir şəkildə bu təşkilatı kimlərin yaratdığını bilmək çətindir. Lakin tək bildiyimiz, bu təşkilatda dünyanın ən ağıllı insanlarının yer almalarıdır.

10

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register