Birbaşa xarici sərmayələr – Gürcüstan sərmayədarlar üçün cəlbedicidirmi?

coins2

Birbaşa xarici sərmayələr xüsusilə daxili sərmayələrın həcminin az olduğu inkişaf etməkdə olan ölkələrdə maliyyə yatırımının əsas mənbələrindəndir. Birbaşa xarici sərmayələr ölkəyə xarici valyuta axınının mühüm mənbəyidir və nəticə etibarilə mübadilə kursunun stabilliyi üçün böyük əhəmiyyət kəsb edir. Hökumətdən bu yaxınlarda təqdim edilmiş 10 maddədən ibarət planı bu mövzunun aktuallığını göstərir. Təbii ki, belə bəyanatlar xüsusi gözləntilər ortaya çıxarır və sərmayədarlar isə müvafiq olaraq onlara reaksiya göstərir.

ICC sədri Fadi Aslinin fikrincə hökumət tərəfindən elan olunan 10 maddədən ibarət plan ola bilsin ki, sərmayədarların gələcək qərarlarına təsir etsin. Bizimlə söhbətində Asli, qeyd etdi ki, sərmayədarlar  təsəvvür edə bilmirlər ki, bu plan özü ilə hansı dəyişiklikləri gətirəcək.

“Mən nikbinəm. Hakimiyyət metodunu yeniləməlidir. Bütün daxili məhsulun artımı başlanğıc nöqtəsi olmalıdır. Hakimiyyətin qəbul etdiyi bütün qanunlar ümumi daxili məhsula münasibətdə neytral olmalıdır və ya ona müsbət təsir göstərməlidir. əgər hakimiyyət bu məqsədə çatsa, biz sürətlə irəli gedəcəyik. Biz biznes-təşkilat nümayəndələri istəmirik ki, vergilər qalxsın, ancaq biz hal hazırda həyəcan vəziyyətindəyik, hansı ki fövqəladə tədbirlərin qəbul olunmasını tələb edir. Biz başa düşürük ki, larinin stabilləşməsi lazımdır və bundan irəli gələrək vergilər qalxmalıdır. Ancaq bu siyasətin məhsulun daxili artımına necə təsir edəcəyi məlum deyil. İndi mən hakimiyyətin təqdim etdiyi planın konkret bəndlərinə qiymət verə bilmərəm, çünki mən bilmirəm ki, onları iqtisadi artımı necə təsir edəcək. Bu məsələnin dərin araşdırmaya ehtiyacı var”, – Fadi Asli qeyd etdi.

Hərçənd hakimiyyət dəfələrlə qeyd edib ki, Gürcüstan, müxtəlif beynəlxalq reytinqlərdə yüksəlib və ölkənin əsas strateji sənədində sərmayələrın cəlb edilməsi ölkə üçün prioritet adlandırılıb, statistik məlumatlara görə, son illərdə Gürcüstanda sərmayənin həcmi əhəmiyyətli dərəcədə artmayıb. Gürcüstan Milli Statistika Bürosunun məlumatına görə, əgər 2016-cı ilin ilk yarısında 2015-ci ilin ilk yarısı ilə müqayisədə sərmayənin həcmi birinci kvartalın hesabına 11% artmışdısa, sərmayənin həcmi ikinci kvartalda 3,8 % azalıb. Həmin məlumatlara əsasən illik birbaşa xarici sərmayələr 2006-2015-ci illərdə 2,77% bərabər olub ki, buda qeyd-şərtsiz ümidverici göstərici deyil.

Birbaşa xarici sərmayələr

Şəkil – 1. Birbaşa xarici sərmayələr (2006-2015гг).

Mənbə: Milli statistika bürosu

İnvestisiyanın əhəmiyyətli dərəcədə artışı 2014-cü ildə qeydə alınıb, həmin vaxtda əvvəlki müddətlə müqayisədə 87 faiz artış olub. Bu ildə sərmayələrın 21% Hollandiya, 19% isə Azərbaycandan həyata keçirilir. 2015-ci ildə bölgədəki hazırkı böhran nəticəsində milli valyuta dəyərdən düşdü, bunun nəticəsində birbaşa xarici sərmayələr 11% azaldı. Onu da qeyd etmək lazımdır ki, birbaşa xarici sərmayələrda yenidən sərmayənin həcmi 2013-cü il ildən azalır və 2015-ci ildə cəmi 9% təşkil edir. Azalma faktı onu göstərir ki, sərmayədarların gözləntiləri artıq nikbin deyil.

Birbaşa xarici sərmayələrın faiz dəyişikliyi

Şəkil 2. 2007-2015-ci illərdə birbaşa xarici sərmayələrın faiz dəyişikliyi.

Mənbə: Milli statistika bürosu

İnvestorların hansı kriteriyalara görə qərar qəbul etdiyini və onların sərmayə qərarı qəbul edənə qədər hansı göstəriciləri müşahidə etdiklərini aydınlaşdırmaq lazımdır.

“Hər şeydən öncə, sərmayədarlar siyasi cəhətdən stabil ölkələrdə potensial bazar axtarırlar, harada qanunvericilik sabit işləyir və qanunlar hər gün dəyişmir, iş görmək asandır, rüşvətxorluğun səviyyəsi aşağıdır, biznes mühiti əlverişlidir, daxili bazar böyükdür, ixracat imkanları inkişaf edib”, – Asli qeyd etdi.

Birbaşa xarici sərmayələrı almaq üçün qəbul edən ölkədə sərmayədarları təşviq etmək və sərmayənin həcmini artırmaq məqsədilə hədəf bazarın genişləndirilməsi və təxmin olunan gəlirin artırılması kimi sərmayələra tələbatı artıran amillər nəzərə alınır. ISET eksperti David Keşelavanın fikrincə, bu amillər sərmayənin artırılması məsələsində Gürcüstan üçün elə də böyük rol oynamır, belə ki daxili bazar böyük deyil, bununla bərabər əhalinin imkanı çox aşağıdır. David Keşelava hesab edir ki, bu problemi Avropa İttifaqına inteqrasiya ilə həll etmək olar. Bu bazarın genişlənməsinə səbəb olar.

“Əgər bir ölkədən idxal edilən xammalın digər (üçüncü) ölkələrdəki iri bazara Avropa İttifaqı çərçivəsində azad ticarət rejimində ixrac etmək üçün ikinci ölkədə emalını bildirən üçtərəfli adlanan model işləsə, Avropa İttifaqının azad ticarət haqqında razılaşması ölkədə sərmayənin artmasına müsbət təsir göstərə bilər”, – David Keşelava deyir.

Təminatçı tərəf üçün amillərə gəlincə, işçi qüvvəsinin keyfiyyəti və infrastruktur kimi determinantlara baxmaq olar. Yəni, qəbul edən ölkənin xarici sərmayədara nə təklif etdiyi başlıca amildir: hər iki amil öz-özlüyündə Gürcüstan üçün ciddi problemdir.

“Elə ilk ildəcə rast gəlinən əsas maneə kommunal pozğunluqlardır. Hərçənd bu mərhələdə bu problem həll olunub, işçi qüvvəsinin keyfiyyətinə gəlincə deyə bilərəm ki, menecer vərdişlərində çatışmazlıqlar mövcuddur, amma gürcülər nikbin xalqdır və bu əmək əlaqələrini asanlaşdırır”, – bizimlə söhbətində Wellington MMC-nin sahibi və icraçı direktoru Jan-Frederik Polsen dedi. Qeyri-peşəkar işçi qüvvəsini Fadi Asli maneə törədən amillərdən biri olaraq adlandırmışdır və ölkədəki səmərəsizliyi vurğulamışdır:

“Təəssüf ki, Gürcüstanda işçi qüvvəsinin peşəkar olduğunu deyə bilmirik, misal üçün toxuculuq sənayesini götürək, tutaq ki, bir işçi bir gündə 20 futbol köynəyi istehsal edə bilir, Gürcüstanda həmin işçinin imkanları bir gündə 5 futbol köynəyidir. Bəli, bizdə ucuz işçi qüvvəsi var, ancaq əsas odur ki, bu nə dərəcədə səmərəlidir. Bu amil sərmayədar üçün maneə törədir, buna görə də peşəkarlıq və təhsil səviyyəsini artırmaq lazımdır, çünki ölkənin daha səmərəli və peşəkar işçilərə ehtiyacı var”, – Fadi Asli qeyd etdi.

Ölkənin “Gürcüstan 2020” sosial-iqtisadi inkişaf strategiyasında özəl sektorun rəqabətədavamlılığı, insan kapitalının inkişafı, maliyə imkanlarının əlçatan olması, infrastrukturun inkişafı və tranzit potensialından maksimum istifadə prioritet istiqamətlər olaraq qeyd olunmuşdur. Strategiyada bir neçə hədəf də qeyd olunub. Bununla belə, misal üçün, ölkədə logistikanın səmərəliliyi indeksi üzrə kəskin pisləşmə müşahidə olunur ki, bu da hədəf göstəricidən olduqca uzaqdır.

Hakimiyyətin yeni “Azadlıq, sürətli inkişaf, rifah” proqramında biznes-mühitin yaxşılaşdırılmasının vacibliyi və sahibkar fəaliyyətinin genişləndirilməsindən söhbət açılır. Hakimiyyət proqramının tərkib hissələrindən biri də iqtisadi islahatların aparılmasıdır. Planlaşdırılan islahatlara kapital bazarının inkişafı və torpaq islahatı, həmçinin dövlət-özəl sektorların əməkdaşlıq daxildir. Amma bu proqramda hakimiyyətin bu istiqamətdə konkret hansı addımları atacağı və planın hansı məqsədlərə yönəldiyi göstərilməyib. Gürcüstanda 2006-cı ildən öz fəaliyyətinə başlamış Well3 şirkətinin baş meneceri Ceffri Kent öz təcrübələrini bölüşür.

Well3 şirkəti mədənçilik sənayesi müəssisələri və tikinti şirkətlərinə mədən qazma maşınları ilə xidmət edir.

“Mənim dərhal qarşılaşdığım əsas problem yerli əməkdaşlarda lazımi təcrübənin olmaması idi, məsələ bunda idi ki, bu iş üçün heç kəsin təcrübəsi yox idi. Bu bazarda olan şirkətlər hələ də köhnə, Sovet dövründən qalma sxemlərlə işləyirdilər ki, bu da öz növbəsində beynəlxalq standartlara uyğun gəlmir. Beləliklə işçiləri mən öyrədib hazırlamalı oldum.proses uzandı və şirkətimiz bu işə çox vaxt sərf elədi. Həmçinin yerli şirkətlərlə münasibətdə də problemlər yarandı. Onlar köhnə texnika işlədirdilər və xidmət göstərilməsi baha başa gəlirdi, mən isə eyni işi üç dəfə tez, eyni zamanda daha az xərclə yerinə yetirə bilirəm, bu isə yerli şirkətlərdə qıcıqlanma yaratdı”, – Ceffri Kent dedi.

Makroiqtisadi amillər

Ekspert David Keşelava hesab edir ki, sərmayədarlar tərəfindən nəzərə alınan və sərmayə qoyuluşuna mane olan əsas amillər əhəmiyyətli dərəcədə böhran müşahidə olunan regionun qeyri-stabil makroiqtisadi göstəriciləridir.

“İqtisadi planda qeyri stabil ölkə ilk növbədə mübadilə məzənnəsinin stabil olmadığı ölkələr hesab olunur, bu ondan irəli gəlir ki, ölkə əsasən ən yaxın ticari tərəfdaşdan, o cümlədən Türkiyə və Rusiyadan asılı olur ki, bu zaman da onların problemləri valyutanın qiymətinin enib-qalxmasında özünü biruzə verir. bu yaxınlardakı kiçik iqtisadi artım xarici amillərlə izah olunur, bu isə sərmayədar üçün əlavə riskdir”, – Keşelava deyir.

Ölkənin çoxlu xarici amillərdən asılı olması şəraitində makroiqtisadi göstəricilərə nail olmaq çətindir. Keşelava ölkədə kapital bazarının inkişaf etməmiş olmasını da əsas problemlərdən biri hesab edir.

“Kapital bazarı inkişaf etməyib və beləliklə maliyyə resursları çox baha başa gəlir. Maliyyə bazarında banklar yeganə oyunçudurlar, beləliklə onların rəqibləri yoxdur, həmçinin səhm və istiqraz bazarı da inkişaf etməyib. Müvafiq olaraq başqa yolla (səhm və istiqraz buraxmaqla) maliyyə resursları cəlb edə bilməyən sərmayədarbanklarla əməkdaşlıq etməyə məcburdur ki, burada da faizlər çox yüksəıkdir. Beləliklə, kapital bazarının inkişaf etməsi halında maliyyə daha əlçatan olacaq”, – Keşelava bəyan edir.

Maliyyənin əlverişliliyi probleminin həlli üçün “Gürcüstan 2020” proqramında kapital bazarı infrastrukturnun inkişafı planı təqdim olunub: “Kapital bazarının inkişafı məqsədilə hakimiyyət mövcud qanunvericiliyi yenidən nəzərdən keçirəcək, ehtiyac olduğu təqdirdə yeni norma və tənzimləmələr işləyib hazırlayacaq, korporativ istiqrazların, qiymətli kağızların inkişafını yüklənmiş öhdəliklər, özəl kapital alətləri və digər maliyyə alətləri ilə təmin edəcək”.

Beynəlxalq reytinqlər

Gürcüstan dünya reytinqlərində öz yaxşı mövqeyini qoruyur, hərçənd bu fakt birbaşa xarici sərmayələrin artımına elə də təsir göstərmir. Bu bizə qərarların qəbul olunması prosesində digər amillərin daha önəmli olduğunu güman etməyə imkan verir. Bunu bizimlə söhbətlərində sərmayədarlar özləri də təsdiq edir. Beynəlxalq reytinq göstəriciləri və onların hesablanması metodologiyası tez-tez dəyişir. Buna görə də sərmayədarlar belə reytinqlərə xüsusi diqqət yetirilər. Həmçinin qeyd etmək lazımdır ki, ümumi göstəriciyə görə ölkənin reytinqi qalxa bilər və bununla bərabər genişləndirilmiş komponentlər üzrəbəzi bəndlərdə əhəmiyyətli dərəcədə pisləşmə qeydə alınır. Reytinqin birbaşa sərmayə axınına təsirinə misal olaraq Hindistan və Yeni Zelandiyanı göstərə bilərik. Hindistan biznesin aparılması reytinqində 130-cu yerdədir, Yeni Zelandiya isə birinci yeri tutur. Hərçənd birbaşa xarici sərmayənin həcminə görə Hindistan Yeni Zelandiyadan öndədir ki, bu da ucuz işçi qüvvəsi və bazarın böyüklüyü ilə əlaqədardır.

Ümumdünya bankının reytinqinə görə, 2017-ci ildə Gürcüstan biznesin aparılması üçün dünyanın 190 ölkəsi arasında 16-cı yeri tutur. Həmin reytinq bir neçə göstəricidən ibarətdir ki, bunlardan da ən çox dəyişən elektrik enerjisi ilə təmin olunmadır – bu göstərici 26-cı yerə qalxıb. Ümumiyyətlə Gürcüstan bir çox göstəricilər üzrə reytinqdə qalxıb, yalnız ödəmə qabiliyyəti göstəricisi üzrə beş yer geriləyərək 106-cı yerə düşüb. Qlobal rəqabətə davamlılıq göstəricisi üzrə Gürcüstan 2015-2016-cı illərlə müqayisədə 7 yer irəliləyərək 138 ölkə arasında 59-cu yeri tutur və Rumıniya, Slovakiya, Macarıstan və Xorvatiya kimi ölkələri qabaqlayır. Göstərici Ümumdünya İqtisadi Forumu tərəfindən hazırlanıb və məhsuldarlıq və uzunmüddətli rifaha təsir göstərən 114 göstəricini nəzərə alır. Qlobal rəqabətə davamlılıq göstəricisi üzrə son hesabatda deyilir ki, Avrasiyanın bəzi ölkələri rəqabətə davamlılıq nöqteyi-nəzərindən malların qiymətlərinin endirilməsi, mübadilə məzənnəsinin dəyişkənliyi, Rusiya və Ukrayna ilə resessiya ilə bağlı çağırışların öhdəsindən gəlib və Çində iqtisadi proseslərin yavaşlamasından sonra Gürcüstan Tacikistan ilə birlikdə bölgədə rəqabətə davamlı ölkələrdən biri adlandırılıb, ölkənin inkişaf səviyyəsi üzrə isə ikinci mərhələdədir ki, bu da keçid dövrünün tamamlandığını və səmərəlilik göstəricilərinə yönəlmiş inkişafın başlandığını bildirir. Bununla belə, araşdırmalara görə ölkədə biznesin aparılması üçün daha problemli amillər və həll olunmamış proeblemlər kimi ilk növbədə qeyri-peşəkar işçi qüvvəsi və maliyyə resurslarının əlçatan olmaması olaraq qalmaqdadır.

“Logistika müasir dünyada ən sürətli və dinamik inkişaf edən sahə kimi Gürcüstana öz tranzit və ticari potensialından maksimum şəkildə istifadə etməyə imkan verir. Müvafiq olaraq, dövlət siyasəti bu sahənin gələcək inkişafına və infrastrukturun yaxşılaşdırılmasına, sərmayənin cəlb olunması və beynəlxalq və regional nəqliyyat sistemlərinə inteqrasiyaya yönələcək”, – Gürcüstanın sosial-iqtisadi inkişafı strategiyası sənədində oxuyuruq.

Logistika indeksinin göstəriciləri planlaşdırılan istiqamətləri əks etdirmir. Baza ilində (2012) logistika indeksinin səviyyəsi üzrə Gürcüstan dünya reytinqində 77-ci yerdə idi. 2014-cü ildə bu indeks 2.51 oldu və ölkə 116-cı yerə gerilədi. 2016-cı ildə isə indeks daha da pisləşdi və 2.35-ə düşdü, müvafiq olaraq Gürcüstan 130-cu yerə gerilədi.

Qanunverici amillər

Biznes təmsilçiləri bu əlaqədə əsas maneələrdən biri kimi hakimiyyət tənzimləmələri amilini qeyd edirlər – qanunvericilik və real görüntü arasında böyek fərq var. Sərmayədarların fikrincə, hakimiyyət biznesə mövcud qaydalara ən yaxın şəkildə kömək etməlidir.

“Gəlir Xidməti tərəfindən edilən təzyiqlər sərmayədarlar üçün əsas problemlərdən biri idi. Bank hesablarının dondurulması, sərt audit yoxlamaları, lazımsız cərimələr sərmayədarlar üçün maneə törədən amillərdir. 2016-cı ildə hakimiyyəöt məhkəmənin qərarı əsasında yeni qanun qəbul etdi ki, buna əsasən bank hesabları yalnız istisna hallarda dondurulacaq. Biz hesab edirik ki, biznesə təzyiqi dayandırmaq üçün siyasi iradə mövcuddur və artıq yaxşılaşma müşahidə olunur. Bundan başqa biz Tbilisi meriyasına çoxlu sayda şikayətlə müraciət etmişik, lakin proses uzanır”, – Fadi Asli dedi.

Beynəlxalq Valyuta Fondunun nümayəndələrinin tövsiyəsinə əsasən, sərmayələrin cəlb olunmasında kadastr sisteminin mükəmməlləşdirilməsi vacib addım olacaq. Hal-hazırda xarici dövlət vətəndaşı torpaq sahibi ola bilər, bununla bərabər bəzi məhdudiyyətlər mövcuddur. Misal üçün, onlar 5 hektardan artıq torpaq ala bilməzlər. Qanunvericiliyə əsasən Gürcüstanda 300 000 laridən az olmayan sərmayə yatıran xarici vətəndaşlara “Sərmayədarlıq fəaliyyətinə dəstək və zəmanət haqqında” qanuna müvafiq olaraq sərmayədarlara yaşamaq üçün icazə veriləcək. İkinci problem ondan ibarətdir ki, kənd təsərrüfatı təyinatlı torpaqlar kadastr xəritəsinin cəmi 25%-ni təşkil edir, xəritə isə təkmilləşdirilməlidir. Bu torpaq alınması zamanı problemlər yaradır. Bundan başqa, məhkəmə yoluyla bu işlərin araşdırması illərlə uzanır.

Vergi Məcəlləsində edilən dəyişikliklər, xüsusilə eston modelinin tətbiqi, uzunmüddətli məqsədlərə yönəlmiş və kapitalın yenidən sərmayələşdirilməsi üçün modelləşdirilmiş biznesə, xüsusilə böyük biznesin aparılmasına uzunmüddətli müsbət təsir göstərəcək. Müvafiq olaraq, sərmayədarlar maliyyənin yenidən sərmayələşdirilməsi üçün stimul əldə edəcəklər. “Ölkə sərmayədarlara qarşı çox dostcanlıdır, bu həm yerli, həm də xarici sərmayədarlara qarşı belədir. Mən gəlir vergisi ilə bağlı islahatları alqışlayıram. Bu həqiqətən yenidən sərmayə qoyulması üçün stimul olacaq”, – Jan-Frederik Polsen dedi.

“Liberalizm tədris mərkəzi” layihəsinin meneceri David Kldiaşvili bizimlə söhbətində  sərmayədarlara mane olan qanunvericiliklə bağlı problemlərdən danışdı.

“Sərmayədarlar hüquqi riskləri qiymətləndirərkən köhnə qanunvericiliklə bağlı problemlərlə qarşılaşırlar. Xüsusilə mülki məcəllədə bəzi maddələr yenidən nəzərdən keçirilməli və dəyişdirilməlidir. Mühüm problemlərdən biri də apelyasiya məhkəməsinin qərarlarıdır, tərəfdaşlar arasında mübahisələr və məhkəmə prosesləri uzanır və sərmayədarın əsaslana biləcəyi real statistikanı vermir. Məsləhətləşmələr zamanı maraqlı tərəflər dövlət tərəfindən dəqiq analiz ala bilmirlər. Həmçinin, qeyd etmək lazımdır ki, məcəllədə müasir ünsiyyət vasitələri nəzərdə tutulmayıb”, – David Kldiaşvili qeyd etdi.

Menecer əmək məcəlləsində, xüsusilə əmək müfəttişliyinin yaradılması ilə bağlı mümkün dəyişiklik edilərsə sərmayədarlar üçün ortaya çıxa biləcək problemlərdən ehtiyat edir. Kldiaşvilinin fikrincə belə müdaxilə əmək bazarına mənfi təsir edəcək və nəticədə sərmayədarlar yeni tənzimləmələr ilə bağlı peşəkar hüquqşünasların xidmətindən yararlanmağa məcbur olurlar ki, bu da əlavə xərc deməkdir.

“Qeydiyyat prosedurları və şirkətlərə mülkiyyət hüququ sadələşdirilib. Ədliyyə efi çox səmərəlidir. Gürcüstanda sərmayədarlar üçün çox cəlbedici mühit var, lakin vergi qaydaları çox sərtdir. Elə vaxtlar olub ki, biz vergi ödəyə bilmədiyimiz üçün bizim şirkətin hesablarını bağlayıblar. Mən bizimlə işləyən 30 nəfəri işdən azad etməli olmuşam. Hər şeydən əvvəl yoxlamaq və şirkətin vergi ödəməməsinin səbəbini aydınlaşdırmaq, sonra isə onu bağlamaq lazım olub-olmadığı ilə bağlı qərar vermək lazımdır”, – Jeffri Kent deyir.

Son olaraq deyə bilərik ki, ölkənin xarici sərmayəni cəlb etmək və bu yolla milli valyutanın stabilləşməsinə imkan yaratmaq və iqtisadi artımın yüksək tempini təmin etmək üçün real potensialı var. Ölkə siyasi cəhətdən stabildir, rüşvət yoxdur, Avropa İttifaqı ilə assosiasiya sazişi bağlanıb ki, bunu çərçivəsində də Avropa İttifaqı ölkələri ilə ticarət sərbəst rejimdə aparılır. Çin ilə də azad ticarət haqqında razılıq əldə olunub. Hərçənd, bu göstəricilərin sərmayə cəlb etmək üçün kifayət etmədiyi aydın oldu. Uzunmüddətli sərmayə üçün sərmayədarlara ölkədə qanunverici və məhkəmə sistemin qüsursuz işləməsinə dair möhkəm təminat, dövlət tənzimləmələrinin yüngülləşdirilməsi, infrastrukturun inkişafı, ixracat potensialının artımı, işçi qüvvəsinin keyfiyyətinin artırılması və maliyyə bazarının inkişafı lazımdır.Bu istiqamətdə dəyişikliklər dövlət tərəfindən aparılmalıdır.

Ketevan Melkadze

ISET (Beynəlxalq iqtisadiyyat məktəbi), iqtisadiyyat magistri

 

Mənbə: eugeorgia.info

ПРЯМЫЕ ИНОСТРАННЫЕ ИНВЕСТИЦИИ – ЯВЛЯЮТСЯ ЛИ ГРУЗИЯ ПРИВЛЕКАТЕЛЬНОЙ ДЛЯ ИНВЕСТОРОВ?

http://eugeorgia.info/ru/article/552/pryamie-inostrannie-investicii—–yavlyayutsya-li-gruziya-privlekatelnoi-dlya-investorov/

Məqalə Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Birliyi Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə tərcümə olunub. Məqalənin məzmununa görə onun müəllifi məsuliyyət daşıyır və heç bir halda Böyük Britaniya Birləşmiş Krallığı və Şimali İrlandiya Xarici İşlər Nazirliyinin və ya Birləşmiş Krallıq hakimiyyətinin mövqeyini əks etdirmir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register