Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 14.2.2017-cı il.

Sevgililər Günü 496-cı ilin 14 fevralında mənşəyi Roma Katolik Kilsəsinin inancına söykənən bu gün, Valentine adındakı bir din adamının adına elan edilən bir bayram günü olaraq ortaya çıxmışdı.

Alman ilahiyyatçısı və riyaziyyatçı Yohannes Verner 1468-ci ilin bu günü anadan olmuşdur.

Böyük Moğol İmperiyasının banisi və ilk imperatoru Baburşah 14 fevral 1483-cü ildə anadan olmuşdur.

Rusiya çarı Boris Qodunov 14 fevral 1598-ci ildə taxta çıxmışdır.

Azərbaycan dirijoru, Azərbaycan SSR-nin xalq artisti , SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, professor Nazim Rzayev 1925-ci ilin 14 fevralında anadan olmuşdur.

Alman riyaziyyatçısı David Gilbert 1943-cü ilin 14 fevralında anadan omuşdu.

14 fevral 1946-ci ildə İlk ümumi məqsədlər üçün istifadə olnan elektron kompüter ENIAC (Electronic Numerical Integrator and Computer), Pensilvaniya universitetində (ABŞ) təqdimatı keçrildi.

1956-ci ilin bu günü Moskvada Sov.İKP-nin XX qurultayı işə başlamışdır. Qurultayda Nikita Xruşşov İosif Stalinin “şəxsiyyətə pərəstiş siyasəti” haqda çıxış etmişdir.

Azərbaycan SSR-də ilk dəfə televiziya (Bakı televiziya studiyası) fəaliyyətə başlamışdır. Bu Şərqdə ilk televiziya idi. İndiki AzTV kanalıdır. Bu hadisə 1956-cı ilin 14 fevralında baş vermişdir.

14 fevral 1989-cu ildə İranın ali dini rəhbəri Ayətullah Xomeyni bədii əsərlərində İslam dinini təhqir etmiş hindistanlı yazıçı Salman Rüşdinin ölümünə fərman vermişdir.

1992-ci ilin bu günü MDB dövlət başçılarının Moskva görüşündə Birliyin əsas prinsipləri barədə Bəyannamə və MDB ölkələrinin strateji qüvvələri haqqında saziş imzalanmışdır.

1994-cü ilin bu günü Borland Delphinin ilk versiyasını təqdim etmişdir.

YouTube servisi yaradılmışdır. Bu hadisə 2005-ci ilin 14 fevralında baş vermişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register