Marneulidə “Etallon Şagird” məlum oldu

3

Sosial-təhsil yönlü “Etallon” layihəsi çərçivəsində “Marneulili Etallon Şagird” dəqiqləşdi. Milli intellekt-çempionatı Marneuli şəhəri 8 saylı ictimai məktəbdə təşkil olundu

Marneulidə bilikləri ilə seçilən gənclər birincilik üzrə bir-birinə qarşı mübarizə apardılar.

Tədbirdə Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri, yerli təhsil ehtiyat mərkəzinin nümayəndələri, ictimai məktəb direktorları, şagirdlər və valideynlər iştirak edirdilər.

Gərgin intellektual mübarizə nəticəsində Marneulinin Qasımlı kənd ictimai məktəbinin 10 cu sinif şagirdi Elman Bəkirov “Marneulili Etallon Şagird” adını qazandı.

Marneuli Bələdiyyəsinin Özünüidarəetməsinin nümayəndələri, layihədə iştirak edən məktəblərə, direktorlara, şagirdlərə və təhsil ehtiyat mərkəzinin nümayəndələrinə layihəyə fəal qoşulduqlarına görə təşəkkürünü bildirdi, qalib şagird Elman Bəkirovu isə qalibiyyəti münasibəti təbrik edərək final yarışında uğurlar arzuladılar.

Qeyd etmək lazımdır ki, “Etallon” 2016-2017 ci tədris ili müddətində Gürcüstanın hər bir bələdiyyəsinə qonaq olaraq yerindəcə “Etallon Şagird”ləri aşkarlayacaq.

Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register