Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Apple” korporasiyası bu il istehsalı planlaşdırılan “iPhone 8” smartfonları üçün “Samsung” şirkətindən 160 milyon ədəd AMOLED ekran əldə edəcək. Müqavilənin həcmi 4,3 milyard dollar təşkil edəcək. OLED panellər LTPS displeylərindən enerjini az istifadə etməsi, iri kontrast və əyilən ekranlar yaratmaq imkanları ilə seçilir. Hesablanıb ki, “Samsung Display” şirkəti “iPhone 8”-lərin mobil cihazlarının ən azından 80 faizini bu displeylərlə təchiz edəcək. Hər bir matrisa populyar texnoloji nəhəng üçün 71 dollara başa gələcək. Bəzi məlumatlara görə, “Apple” şirkətinin gözlənilən yeniliyi birdən-birə bazara bir neçə variantda çıxarılacaq. Onlardan biri isə orqanik işıq diod əsaslı ekrana malik olacaq.
Ümumdünya şəbəkəsində “Xbox One” oyun cihazı üçün ötən ilin ən populyar video oyunlarının reytinqi dərc edilib. Bu barədə qərbin ixtisaslaşdırılmış KİV-ləri məlumat dərc edib. Əldə edilmiş məlumatlara əsasən, satışda ən populyar oyun Birinci Dünya müharibəsindən bəhs edən “Battlefield” olub. Bu oyun 4,32 milyon nüsxə satılıb. İkinci yeri 3,96 milyon nüsxə ilə “Call of Duty: Infinite Warfare” oyunu tutub. Üçüncü yerdə isə 3,63 milyon nüsxə ilə “FİFA 17” idman simulyatoru qərarlaşıb. Reytinqin dördüncü yerində “Gears of War” oyunu yerləşib. Bu oyun 2,66 milyon ədəd tirajla satılıb. Sonrakı yerləri isə 2,41 milyon nüsxə ilə “The Division” və 2,02 milyon nüsxə ilə “Madden NFL 17” oyunları tutur. Söz düşmüşkən, “Microsoft” korporasiyası ötən il 8,31 milyon ədəd “Xbox One” oyun avadanlığının satışının həyata keçirilməsinə nail olub.
Niderlandda dünyada ilk uçan avtomobilin seriya satışına başlanıb. “PAL-V Lİberty” adlanan modelin qiyməti 499 min avro təşkil edir. Avtomobil 90 min ədəd buraxılacaq və ilk avtomobillər öz sahiblərinə 2018-ci ildən tez olmayaraq çatdırılacaq. “PAL-V Libertу” iki mühərriklə təchiz olunub. Onlardan biri şose yolla hərəkət, digəri isə uçuş üçün nəzərdə tutulub. Avtomobilin uçuş vasitəsinə çevrilməsi prosesi 5-10 dəqiqə çəkir. Uçuş üçün 200*200 ölçülü meydança tələb olunur. “PAL-V Libertу” 3500 maksimal hündürlük və 180 km maksimal sürət yığa bilir. Bir dəfə yanacaq doldurmaqla 500 km məsafə qət etmək mümkündür. Yerdə “PAL-V Libertу” 100 at gücündə mühərriklə hərəkət edir. Maksimal sürət 160 km-dir. Maşın 100 km sürəti 9 saniyədə yığır.
Daşınar elektronika cihazlarında ixtisaslaşdırılmış Yaponiyanın “Veldt” şirkəti avtomatik olaraq valideynlərin uşaqları ilə keçirdiyi vaxtı hesablayan “ağıllı” saat yaradıb. Burada valideynlərin smartfonları ilə uşağın əlindəki qolbaq formasında olan qurğunun arasındakı məsafənin 30 metrdən artıq olmadığı vaxt hesablanır. “Ağıllı” saat rəngli indikator vasitəsilə aylıq ümumi nəticəni də göstərir. Bu funksiyadan başqa, saat istifadəçinin fiziki aktivliyinə də nəzarət edir, ona daxil olan məlumatlar və çağrılar barədə də informasiya verir. Smartfonla əlaqə üçün “Bluetooth 4.0” istifadə olunur.
ABŞ “Twitter”inin analoqu olan Çinin “Weibo” sosial şəbəkəsi məşhur orijinalından daha baha qiymətə olub. ABŞ-ın “Twitter” sosial şəbəkəsinin oxşarının tərtibatı ilə məşğul olan “Weibo” şirkətinin kapitallaşması orijinalının göstəricilərini üstələyib. Şirkət nümayəndələrinin məlumatlarına əsasən, sosial şəbəkədən gələn gəlirlər 11,3 milyard dollara qədər artıb. Bu isə “Twitter” sosial şəbəkəsinin gəlirlərindən 200 milyon dollar çoxdur. Bundan başqa, “Twitter” sosial şəbəkəsinin səhmləri dəyər itirməkdə davam edir. “Twitter”in rəsmi maliyyə hesabatına əsasən, şirkətin gəlirləri 11,1 milyard dollar təşkil edib. Xatırladaq ki, Çinin “Weibo” sosial şəbəkəsi 2009-cu ildə fəaliyyətə başlayıb və ABŞ-ın “Twitter” sosial şəbəkəsinin əsl oxşarıdır. 2014-cü ildə ilk səhm yerləşdirməsindən sonra “Weibo” şirkətinin kapitallaşması 3,4 milyard dollara bərabər idi. Bu zaman internet nəhəngi “Twitter”in kapitallaşması isə 26,5 milyard dollara bərabər olub.
Çinin “Xiomi” şirkəti istehsalını İndoneziyaya keçirmək niyyətindədir. Analitiklər iddia edir ki, bu, gəlirlərin artmasına deyil, böyük itkilərə gətirib çıxaracaq. Çünki bəzi insanlar iş yerlərini itirəcək, İndoneziyada isə maaşlar xeyli aşağıdır. Şirkət hər şeyi hesablayıb: İndoneziya sıx məskunlaşmış ərazidir və burada demək olar ki, hər kəs telefondan istifadə edir. Bu səbəbdən istehsal ora keçirilsə, gəlirləri artırmaq mümkün olacaq. Ölkə hökuməti tələb edir ki, hər bir cihazda hər kəsin 4G kimi tanıdığı dördüncü nəslin modulu olmalıdır. “Xiomi” iş yerləri ilə bağlı problemi internet xidmətlər yaratmaqla həll etməyə hazırlaşır. Bu iki ölkə öz münasibətlərini təkcə texnika tərtibatı ilə möhkəmləndirməyiblər, həmçinin dəmir yolları xətləri də mövcuddur. Onlar Cakarta-Bandun sürətli dəmir yolu xəttini də inşa etməyə hazırlaşırlar.
“Nokia” brendini əldə edən “HMD Global” şirkəti Barselonadakı “MWC 2017” sərgisində bir neçə yeni məhsul, o cümlədən yenilənmiş “Nokia 3310” mobil telefonunu təqdim etməyə hazırlaşır. Şirkət 2000-ci illərin əfsanə telefonu, dünyada 100 milyon ədəddən çox satılmış “Nokia 3310”un müasir versiyasını nümayiş etdirəcək. Bundan başqa, “Nokia” brendi ilə 2 başqa cihaz – “Nokia 5” və “Nokia 3” smartfonları təqdim olunacaq. “Nokia 5” smartfonu 5,2 ekran ölçülü displeyə (1280×720) malikdir və “Qualcomm Snapdragon 430” prosessoru, 2 GB operativ yaddaş, 13 meqapiksel əsas kamera və 8 meqapiksel ön kamera ilə təchiz edilib. Qiyməti 200 dollar olacaq. “Nokia 3” isə daha zəif “Snapdragon 425” prosessoru, 5 meqapiksel kamera ilə təchiz ediləcək. Digər göstəricilər “Nokia 5”lə eyni olacaq. Smartfon 145 dollardan satılacaq. Yeni məhsulların təqdimatı “MWC 2017” çərçivəsində fevralın 26-da Barselonada keçiriləcək.
Elektrik enerjisi istehsal edən taxta döşəmə. Kimyəvi emal olunmuş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir. ABŞ-ın Viskonsin Universitetinin alimləri üzərində yeridikdə enerji istehsal edən döşəmə örtüyü yaradıblar. Alimlərin fikrincə, kimyəvi emal olunmuş sellüloz lifləri elektrik enerjisini istehsal etməyə imkan verir. Xüsusi texnologiya vasitəsilə hazırlanmış yonqar qalınlığı bir millimetrdən artıq olmamaq şərti ilə funksional elementlər şəklində döşəməyə düzülür. Tədqiqatçılar ticarət mərkəzləri və stadionlarda yonqar döşəmələrinin quraşdırılması nəticəsində şəhərin əlavə enerji mənbəyi ilə təchiz ediləcəyinə əmindirlər. Aparılmış tədqiqatlar bu örtüyün adi döşəmələrə nisbətən daha davamlı olacağını göstərir.
Su əsaslı batareyalara hazır olun! Litium ion batareyalar, günümüzün ən çox istifadə edilən batareyaları olaraq qarşıya çıxsa da uzun ömürlülüyü və təhlükələri ilə tam da ideal hesab olunmurlar . Bütün bu problemləri həll etmək üçün yeni batareya texnologiyaları üzərində bir çox iş aparılır. Bu işlərdən biri də Harvard Universitetini tərəfindən görülüb. Əvvəldə də qeyd etdiyimiz kimi bir çox iş aparılır, ancaq bəzilərinin reallığa çevrilməsi çox çətin olduğu halda , bəzilərinin də uzun və bahalı bir elmi araşdırma prosesinə ehtiyacı var. Harvard Universitetindən olan elm adamları isə fərqli bir batareya texnologiyasının inkişaf etdirilməsi üçün işlərini davam etdirir. Buna görə, yeni batareya prototipində toksik olmur və hazırda bazarda olan litium ion batareyalarına görə ciddi mənada davamlıdırlar. Axın batareyası adı verilən bu texnologiya, pH su həlli içərisindəki üzvi molekullar əsaslı olaraq inkişaf etdirilmişdir. Ən azı 10 il dözümlülüyə malik olduğu ifadə edilən batareyalar, günümüz batareya texnologiyalarına görə ciddi bir inkişafa işarə edir. Daha əvvəl də axın batareyaları inkişaf etdirilmişdi ancaq bu son prototip, əvvəlkilərin dizayn səhvlərindən dərs alınaraq inkişaf etdirilmişdir . Məsələn, istifadə nəticəsində tutum pozulması kimi problemlər bu batareyalarda baş vermir . Bu problemin aradan qaldırılması üçünsə elektrolit ilə aralarındakı molekulların quruluşları tənzimlənmiş və molekullar suda həll oluna bilər hala gətirilmişdir . Beləliklə, batareyalar, korozif hala gəlməyən və daha ucuz qiymətə istehsal ediləcəklər . Təbii ki, bu texnologiyasının real həyatda nə vaxt yayılacağı bu an üçün söylənilmir. Görək, litium ion batareyalar, yerlərini tamamilə nə vaxt yeni batareya texnologiyalarına buraxacaqlar?
Yeni metod saxta simsiz enerjidoldurma qurğularını aşkarlayacaq. Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları saxta simsiz enerjidoldurma qurğuları ilə bağlı problemin həlli üçün nəzərdə tutulan yeni simsiz enerjidoldurma metodu icad ediblər. Böyük Britaniya Ticarət Standartları İnstitutu tərəfindən ötən il keçirilən sınaqların nəticələrinə görə, internet mağazalarında alınan 400 saxta enerjitoplama qurğusunun 397-si baza təhlükəsizlik testindən keçməyib. Problemin həlli üçün “MIT” mütəxəssisləri “Elliptik əyri kriptoqrafiya” kimi tanınan kriptoqrafik autentifikasiya üsulundan istifadə edən simsiz enerjidoldurma qurğusu yaradıblar. Bu proses sayəsində qurğu simsiz enerjidoldurma stansiyasının təhlükəsizliyini yoxlaya və yoxlanışdan keçməyən stansiyanın enerji ilə doldurulmasını dayandıra bilər. Metod yaradıcılarının sözlərinə görə, texnologiya daha bir üstünlüyə malikdir. Belə ki, eyni vaxtda iki qurğunun enerji ilə doldurulması daha bərabər tempdə ediləcək. Simsiz enerjidoldurmanın hazırkı effektivliyi qurğunun daxili elektrik enerjisinə yaxın olmasından asılı olduğu halda yeni həll bütün enerjinin bir qurğuya doldurulmamasına nəzarət edəcək. Yeni texnologiyanın kommersiya qurğularına tətbiq edilməsi planları barədə hələlik məlumat verilmir.
“HMD Global” şirkəti, MWC 2017 sərgisində 3 ədəd yeni Nokia modeli təqdim edəcək. Bu smartfonlar Nokia 3, 5 və 3310 modelinin davamçıxı olacaqlar. Bu barədə məşhur insayder Evan Blass xəbər verib. Nokia 6 ilə şirkət, Galaxy S7 və iPhone 7 cihazlarına rəqib olmağı düşünmürdü. Sərgidə təqdim olunacaq Nokia 3 və 5 modelləri də Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq büdcəli smartfonlar olacaqlar. Nokia 5-in göstəriciləri, Nokia 6 ilə demək olar ki, eyni olacaq. Əsas fərq isə ondan ibarət olacaq ki, Nokia 5, 2 GB-lıq RAM, 720p keyfiyyətli ekran və 12 MP-lik arxa kamera ilə təchiz olunacaq. Bu cür göstəricilər, smartfonun qiymətini 50 avro aşağı salmağa imkan verəcək. Beləliklə onun gözlənilən qiyməti 199 avrodur. Nokia 3-ün qiyməti isə 149 avro təşkil edəcək. Lakin onun texniki göstəriciləri barədə heç bir məlumat yoxdur. Ən maraqlısı isə Nokia 3310 modelinin davamçıxı olacaq yeni telefondur. Ondan ən çox gözlənilən, yüksək davamlı korpus və batareya həcmidir. Bu telefon barəsində də qiymətdən başqa heç bir məlumat yoxdur. Onun güman olunan qiyməti 59 avrodur.
Sony-nin yeni ağıllı telefonu Pikachu-nu nə zaman təqdim edəcəyi və ya təqdim olunduqda adının Pikachu olaraq qalıb-qalmayacağı haqqında dəqiq bir məlumat olmasa da, artıq cihazın texniki xüsusiyyətləri ortaya çıxıb. GFXBench üzərində ortaya çıxan və hələlik Pikachu olaraq adlandırılan yeni ağıllı telefon,MediaTek MT6757 Helio P20 SoC prosessoruna və inç-lik ekran ölçüsünə sahib olaraq satışa çıxacaq. Cihazın ekranının1280x720 keyfiyyətinə sahib olacağını da bildrmək lazımdır. Cihazın RAM miqdarı 3GB, daxili yaddaş sahəsi isə 32GB olaraq təyin edilib və 21 MP-lik əsas kamera ilə yanaşı 8 MP-lik ön kamera ilə birlikdə Android 7.0 Nougat əmaliyyat sistemi yüklü olaraq qutudan çıxacaq. Pikachu olaraq adlandırılan bu model uzun zamandır haqqında müxtəlif şaiyələr eşitdiyimiz Sony G3112 modeli ola bilər. Çünki G3112 modelinin də Helio P20 prosessoruna sahib olacağı və ekran keyfiyyətinin 1280×720 olaraq təyin edildiyi danışılırdı.
8 GB RAM-a sahib ağıllı telefon gəlir! Gün keçdikcə qızışan ağıllı telefon bazarındakı rəqabət mühiti, 8 GB RAM kimi rekord təchizat xüsusiyyətlərini də özüylə bərəbər gətirir. Bu yeni telefonun digər xüsusiyyətləri nələrdir? Xüsusilə Çin markaları arasında ən yüksək təchizat xüsusiyyətlərinə sahib ağıllı telefon istehsal etmə yarışı, Apollo 2 ilə tam fərqli bir ölçü qazanır. Bu ay içərisində keçiriləcək olan MWC 2017 tədbirində təqdim olunacaq cihaz, əlavə olaraq MediaTek Helio X30 prosessorunu istifadə edən ilk ağıllı telefon adını da əlində saxlayır. 6 GB RAM + 64 GB daxili yaddaş və 8 GB RAM + 128 GB daxili yaddaş olmaq üzrə 2 fərqli versiyada gələcək olan cihazla əlaqəli hələ ki başqa bir məlumat yoxdur. Ancaq ortada gəzən şaiyələr, cihazın ekranının 6 inç ölçüsündə və 2K keyfiyyətində olacağı haqqındadır. Əlavə olaraq prosessor gücünü nəzərə aldıqda cihazın yüksək batareya həcmi təmin etməsini rahatlıqla deyə bilərik.
Satışa çıxmağa hazırlaşan Samsung Galaxy Tab S3 planşetinin texniki göstəriciləri və render fotosu sızıdırılıb. Qeyd etmək lazımdır ki, planşet rəsmi olaraq təqdim olunmayıb. Məlumata əsasən Galaxy Tab S3, S Pen stilusuna sahib olacaq. Lakin stilusu, Note seriyasındakı kimi smartfonun daxilinə yerləşdirmək mümkün olmayacaq. Planşet, 9.7 inç Super AMOLED ekran, Snapdragon 820 prosessoru, 4 GB RAM, 32/128 GB daxili yaddaş, 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun güman olunan qiyməti isə 580$-dır. Galaxy Tab S3-ün təqdimatı bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində baş tutacaqğı gözlənilir.
“Broadcast” şirkəti istifadəçilərə zamanla ayaqlaşmağa və bədən tonusunu saxlamağa imkan verən dünyanın ilk “ağıllı” maykasını nümayiş etdirib. Hazırda şirkət layihənin həyata keçirilməsi üçün maliyyə vəsaiti toplamaqla məşğuldur. Bu ilin sonunadək planın həyata keçiriləcəyi təqdirdə amerikalılar artıq növbəti ildə “ağıllı” maykaları 70 dollara ala biləcəklər. Geyim vasitəsilə istifadəçilər olduqları yeri izləyə, qət edilən məsafənin təhlilini apara, çəkini saxlaya, qida qəbulunun vaxtına əməl edə biləcəklər. Maykaya quraşdırılmış cihaz, həmçinin sərf edilən kalorinin miqdarını, istifadəçinin məqsədinə nail olmaq üçün qət etdiyi pillələrin ümumi sayını hesablayır. Bundan başqa, “ağıllı” geyim konsepsiyası smartfonla tam sinxronlaşmanı nəzərdə tutur. Bunun sayəsində qurğu sahibi daim əhval-ruhiyyəsini izləyir, səhhətini yaxşılaşdırmaq üçün informasiyanı təhlil edir. Sinxronlaşdırma müddəti 15 dəqiqə təşkil edəcək və nəticədə aktual məlumatlar həmişə istifadəçinin telefon proqramında saxlanılacaq. Mütəxəssislərin sözlərinə görə, “ağıllı” geyimin köməyi ilə qurğuların əldə və ya ayaqda daşınması zərurətini tam aradan qaldıracaq. Geyimi dəyişmək lazım gəldikdə isə cihazı digər maykaya, pencəyə və koftaya quraşdırmaq olar. Bu halda qurğu və istifadəçi arasında məsafənin az olması vacibdir. Belə qurğuların ilk prototiplərinin növbəti ildə satışa çıxarılacağı gözlənilir.
Mobil telefoniya üçün spesifikasiyaların hazırlanması ilə məşğul olan “3rd Generation Partnership Project” (3GPP) Konsorsiumu beşinci nəsil mobil rabitə şəbəkəsinin “5G” adlandırılması ilə bağlı qərar qəbul edib. Həmçinin “LTE” və “LTE-Advanced” şəbəkələrini əvəz edəcək “5G” texnologiyasının rəsmi loqotipi təqdim olunub. “5G” standartının spesifikasiyasının təsdiqini 2018-ci ilin birinci yarısında başa çatdırmaq, yeni şəbəkənin kommersiya istifadəsinə 2020-ci ildə başlamaq nəzərdə tutulur.
Müxtəlif cihazların daxilində qurulmuş akkumulyatorlarla son dərəcə ehtiyatlı olmaq lazımdır, çünki istənilən mexaniki zədə yanğın və ya partlayışa səbəb ola bilər. Taftsa Universitetinin professoru Mayk Zimmerman bu problemin həlli ilə məşğul olub. Yeni batareyanı güclü zədələdikdə belə o partlamır. Müasir smartfon və başqa texnikada istifadə edilən adi litium-ion akkumulyatorlardan fərqli olaraq, Mayk Zimmermanın həlli yalnız təhlükəsiz deyil, həm də onu kəsdikdə belə normal işləməyə davam edə bilər. Mayk Zimmermanın ixtirası böyük potensiala malikdir, amma alim hələ iki ciddi problemi həll etməlidir. Hazırda belə akkumulyatorların etibarlılığını yoxlamaq və istismar müddətində ölçüsünün dəyişməsini aydınlaşdırmaq lazımdır.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments