Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 16.2.2017-cı il.

Darvin nəzəriyyəsinin müdafiəçilərindən və təkamülə bağlı yeni qaydaların qurucusu, zooloqu, Alman alimi və filosofu, “ekologiya” termininin müəllifi Ernst Hekkel 16 fevral 1834-cü ildə Almaniyanın Potsdam şəhərində anadan olmuşdu.

1873-cü ilin 16 fevralında Azərbaycan xalq memarlığının görkəmli nümayəndələrindən biri Zivərbəy Əhmədbəyov anadan olub. Bakıdakı Təzəpir məscidi və Əmircandakı Murtuza Muxtarov məscidi onun layihələri əsasında ucaldılıb. Azərbaycan Demokratik Respublikası dövründə Bakının baş memarı olub.

Darvin nəzəriyyəsinin müdafiəçilərindən və təkamülə bağlı yeni qaydaların qurucusu Alman zooloqu olan Ernst Hekkel  1893-cü ilin 16 fevralında anadan olub.

1916-cı ilin 16 fevralında Birinci dünya müharibəsi gedişində Qafqaz istiqamətində hücumunu davam etdirən Rusiya qoşunları Türkiyənin Ərzurum vilayətini işğal etmişdir

1923-ci ilin bu günü arxeoloq Hovard Karterin rəhbərlik etdiyi britaniyalı ekspedisiya Misir fironu Tutanxamonun daş sarkofaqını aşkar edib. Sarkofaq Hökmdarlar vadisindəki sərdabədə saxlanılsa da, içərisindəki qızıl-zinət əşyaları hazırda Qahirə muzeyində mühafizə olunur.

1956-ci ilin 16 fevralında Britaniyada ölüm hökmü ləğv edilmişdir. Bu, Avropa Şurası ölkələri içərisində ölüm hökmünün ləğvinə dair ilk addımlardan biri idi.

1968-ci ilin 16 fevralinda 911 təcili yardım xidmətinə ilk telefon zəngi daxil olub. Xatırladaq ki, 911 xidməti ilk olaraq Alabama ştatının Heylvill şəhərində fəaliyyətə başlayıb. Daxil olan zəngə cavab verilən telefon isə hazırda Heylvill şəhər muzeyində saxlanılır.

1992-ci ilin bu günü Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olub. Qeyd edək ki, Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə Türkiyə, İran və Pakistan tərəfindən təsis edilib. Hazırda təşkilata 10 ölkə daxildir.

16 fevral 1997-ci ildə Lissabon sammitinin yekunları ilə bağlı təxminən 2 ay sürən mübahisələrdən sonra ATƏT-in Minsk qrupunda daimi üçlü həmsədrlik institutunun yaradılması rəsmiləşmiş, Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik formatında fəaliyyətə başlamışlar.

1999-cu ilin bu günü Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində terror hadisəsi baş vermiş, bir neçə partlayış nəticəsində 15 nəfər həlak olmuş, onlarla adam yaralanmışdır.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register