Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“iPhone 7”ni dırnaq boyası ilə boyasan, nə baş verər? “TechRax” adlı blogger yenə də “iPhone 7” smartfonu üçün “kimyəvi” kraş-testlər keçirib. Bu dəfə o, çox düşünmədən sadəcə, dırnaq üçün boyadan istifadə edib. Blogger “iPhone 7” smartfonunun üstünə 30 şüşə göy rəngli dırnaq boyası tökmək qərarına gəlib və dırnaq boyası içində olduqdan sonra da cihazın işləyib-işləməyəcəyini öyrənməyə çalışıb. Smartfon tam olaraq böyük bir dırnaq boyası gölməçəsi içində olub. Maraqlıdır ki, boya smartfondan olduqca asanlıqla qopub. Smartfon özü isə yenidən tam fəaliyyət göstərib.

“Microsoft” korporasiyasının prezidenti Bred Smit texnoloji şirkətləri “Rəqəmsal Cenevrə Konvensiyası” formalaşdırmağa çağırıb. Məqsəd kiberhücumlarla mübarizədir. B. Smit bu barədə San-Fransiskoda keçirilən kibertəhlükəsizlk üzrə konfransda deyib. O hesab edir ki, həmin qaydalar əsasında həm istifadəçiləri dövlətlərin hücumlarından qorunmaq mümkün olacaq, həm də dövlətlərin “rəqəmsal savaş”da iştirakın normalarını müəyyənləşdirməsinə təkan veriləcək. “Biz qəfildən özümüzü elə bir dünyada görürük ki, orada heç nəyi dövlətlərin hücumundan gizlətmək mümkün deyil”, – deyə B. Smit söyləyib. Onun sözlərinə görə, xalqlar arasındakı münaqişələr artıq torpaq, dəniz və hava ilə məhdudlaşmır: “Kiberməkan yeni və qlobal döyüş meydanına çevrilir”. “Rəqəmsal Konvensiya”ya misal kimi mütəxəssis 2015-ci ildə ABŞ və Çin arasında imzalanmış sənədi göstərib. Həmin sənədə əsasən korporativ intellektual mülkiyyətin kiberoğurluğu qadağan edilib.

1

“Facebook” rəhbərliyi sosial şəbəkənin mobil versiyasında videoların izlənməsi ilə bağlı yeniliklər edəcəyini açıqlayıb. Bu barədə şirkət öz bloqunda məlumat verib. Əsas yenilik odur ki, “Facebook”un mobil versiyasında videolar artıq avtomatik olaraq səsli açılacaq. Hazırda isə videoları səsli izləmək üçün üzərinə basmaq lazım gəlir. Bu yenilik test zamanı müsbət qarşılanıb. İstifadəçi istədiyi an səsi dayandıra bilər. Smartfon səssiz rejimdədirsə, videolar da səssiz olacaq. Bundan başqa, iOS və Android bazasında çalışan cihazlarda istifadəçi lentində şaquli videolar ekranın böyük hissəsini, üzərinə basdıqda isə bütün ekranı tutacaq. Daha bir yenilik ondan ibarətdir ki, istifadəçilər videoları kiçik pəncərə şəklində ekranın küncünə qoya biləcək. Bu, həm videonu izləməyə, həm də paralel olaraq xəbər lentinə baxışı davam etdirməyə imkan verəcək. “Facebook” yaxın vaxtlarda “Apple TV”, “Amazon Firre TV” və “Samsung Smart TV” üçün də öz versiyasını hazırlayacaq. Bunun nəticəsində “Facebook” videolarını böyük TV ekranında izləmək olacaq.

Bu yay Dubayda pilotsuz hava taksisini işə salmağa hazırlaşırlar. Nəqliyyat vasitəsi 160 km/saat sürət yığa biləcək. “Ehang 184” pilotsuz nəqliyyat vasitəsi öz gövdəsində 110 kiloqram çəki daşımağa qadirdir. Buna baxmayaraq, maşın 160 km/saat sürətlə hərəkət edə bilir, şəhər ətrafında isə onun sürəti 100 km/saata qədər məhdudlaşdırılacaq. “Ehang 184” havada qalmasının maksimal vaxtı 30 dəqiqədir və tufandan başqa, istənilən havada hərəkət edə bilir. İlk modellər artıq sınaqdan keçirilib və istifadə edilməyə hazırdır. Belə bir nəqliyyat vasitəsinin olması ilə yerli hökumət nəinki dünyanın ən “ağıllı” yaşayış məntəqəsinin nüfuzunu təsdiqləməyə hazırlaşır, həmçinin qənaət etmək niyyətindədir. Aparatın enerji ilə doldurulmasına 1-2 saat vaxt tələb olunacaq. Lazımi marşrutu seçmək üçün sensorlu monitor da var ki, bu kompüterdə standart gediş sistemləri mövcuddur. Belə bir pilotsuz nəqliyyat vasitəsinin tətbiqi nəqliyyat xərclərində təxminən 6 milyard dollar qənaət etməyə imkan verəcək.

2

“Nokia” məşhur 3310 telefon modelinin istehsalını bərpa edir. Nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək. “Nokia” brendinə sahib olan Finlandiyanın “HMD Global Oy” şirkəti “Mobile World Congress” sərgisində vaxtilə  məşhur “Nokia 3310” mobil telefon modelinin müasir versiyasını təqdim etməyi planlaşdırır. 2000-ci illərin əvvəlində məşhur olan telefonun qiyməti 59 avro təşkil edəcək. Şirkətin məlumatında bildirilir ki, nostalji hisslər yaşadacaq “Nokia 3310” müştərilər tərəfindən ikinci telefon kimi əldə ediləcək. Bundan başqa, sərgidə Nokia 3  (€149), Nokia 5 (€199) və Nokia 6 (€249) smartfon modelləri də təqdim ediləcək.

3

Vatsapda daha bir YENİLİK. Ani mesajlaşma sistemi olan və dünyada milyonlarla insanın istifadə etdiyi Votsap hər gün bir yeniliyi ilə gündəmə gəlməyə davam edir. Son olaraq İnstaqrama əlavə edilən və böyük marağa səbəb olan özəllik Vatsapa da gəlir. Snapçat ilə populyarlaşan, daha sonra İnstaqram, Feysbuk kimi sosial şəbəkələrə əlavə edilən hekayələr (stories) özəlliyi yaxın günlərdə Vatsapda da olacaq. Sosial mesajalaşma xidmətinə ən son olaraq danışıqlar, profil, qısacası Vatsapa dair hər bir məlumatı kilid altına salmaq özəlliyi əlavə edilib. Bunun üçün yenilənmədən sonra hesaba daxil olaraq bəzi informasiyaları dəyişmək kifayətdir.

4

Hindistan Kosmik Araşdırmalar Təşkilatı İSRO yeni bri rekorda imza atıb. 320 ton ağırlığında olan PSLV-C37 adlı daşıyıcı raket vasitəsi ilə Sriharikota kosmik bazasından orbitə 104 nano peyki çıxartmağı bacardı. Göndərilən 104 peykin 96-sı digər ölkələrə aiddir. Bu ölkələr arasında ABŞ və İsraildən əlavə Qazaxıstan, Hollandiya, İsveçrə və Birləşmiş Ərəb Əmirlikləri imi ölkələr də var. Hindistanın Kosmik Araşdırmalar Təşkilatı İSRO orbitə daha ucuz qiymətlərlə peyk daşıdığına görə digər dövlətlər tərəfindən çoxlu təklif aldıqlarını bəyan edib. Twitterdən atığı mesajla Hindistan Baş Naziri Narenda Modi İSRO-nun bu üstün uğuru ölkəmiz üçün bir başqa qürur verici andır. Hindistaelmi işçilərini hörmətlə salamlayır açıqlamasını verib. Bu ana qədər isə rekord 2014-cü ildə bir raketlə kosmosa 37 peyk göndərən Rusiyaya aid idi.

NokiaPowerUser adlı mənbə, təqdimata hazırlaşan Nokia 3 modeli haqqında məlumatları təqdim edib. Mənbənin verdiyi məlumatlara əsasən Nokia 3, 5.2 və ya 5.3 inç HD ekran, Snapdragon 425 prosessoru, Adreno 308 qrafik çipi, 2 GB RAM, 16 GB daxili yaddaş ilə təchiz olunacaq. Kameralara gəldikdə isə smartfon 13 MP-lik arxa və 5 MP-lik ön kameraya sahib olacaq. Nokia 3, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışacaq. Onun güman edilən qiyməti 149 avrodur. Nokia 3 bu ayın sonunda keçiriləcək MWC 2017 sərgisində təqdim olunacaq. Bu modeldən əlavə olaraq “HMD Global” şirkəti, sərgidə həmdə əlavə iki modeli də təqdim edəcək. Onların Nokia 5 və 3310 modelinin davamçısı olacaqları qeyd edilir.

5

Gözlənildiyi kimi “Meizu” şirkəti öz yeni və büdcəli smartfonu Meizu M5s-i təqdim etdi. Qeyd etmək lazımdır ki, yeni smartfon, keçən il satışa çıxmış M3s-in davamçısıdır. Yeni smartfon 5.2 inç HD ekran (2.5D qoruyucu şüşəli), 8 nüvəli MediaTek MT6753 prosessoru, 3 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (mCharge 18w sürətli şarj funksiyalı) ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfon, faza avtofokuslu və ikirəngli işıqlandırma sisteminə sahib 13 MP-lik arxa kamera və 5 MP-lik ön kameraya sahibdir. Meizu M5s, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Bundan əlavə olaraq smartfon, metal korpusa və barmaq izi skanına sahibdir. Sözügedən smartfon bu ayın sonunda Çində, daha sonra digər bazarlarda satışa çıxacaq. Onun 16 GB daxili yaddaş versiyası 116$, 32 GB daxili yaddaş versiyası isə 145$ qiymətinə satılacaq.

6

Drone taksilər, 2017-ci ilin yay aylarında Dubay-da fəaliyyətə başlayacaq. Avtonom avtomobillərlin gələcəyi olaraq görülən drone-lar, sərnişin səfərlərinə 2017-ci ilin yayında Dubay-da başlayır. Bugün Dubay-da keçirilən World Government Summit tədbirində təqdim olununan avtonom drone-larla sərnişin daşımalarına, iyul ayında başlanılması gözlənilir. Layihə üçün istifadə ediləcək olan Drone taksi Çin istehsalı EHang 184 modeli, tədbir müddəti ərzində iştirakçılara nümayiş etdirildi. İlk olaraq 2016-cı ildə keçirilən CES sərgisində qarşımıza çıxan EHang 184-ün test uçuşları ötən yay Las Vegas şəhərində olmuşdu. Tək nəfərlik bir vasitə olan EHang 184, 100 kq-a qədər daşıma həcminə sahibdir. Tədbirdə Dubay şəhəri adına danışan Mattar al Tayer, EHang 184-ü Dubay-da da test etdiklərini bildirdi. Batareyası tam dolu olduqda 50 km yol qətedəbilən Drone taksi, saatta 160 km sürətə qədər hərəkət edə bilir. Şəhər içərisində təyin olunan 40-50 km-lik bir sahə üçün istifadə ediəcək olan EHang 184, əmr mərkəzindən idarə ediləcək. Əgər uğurlu olarsa şəhər içi nəqliyyatı üçün ən məntiqli layihələrdən biri olacaq olan Drone taksi, xüsusilə tıxac sıxıntısı yaşayan şəhərlər üçün möhtəşəm alternativ ola bilər. Son olaraq İsrail mərkəzli Urban Aeronautics firması, ötən ay hərbi istifadə üçün hazırlanan nəqliyyat drone-larının 2020 etibariylə istifadəsinə başlanılacağını açıqladı.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register