Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Biznes telefonların istehsalçı şirkəti olan “BlackBerry” Finlandiyanın “Nokia” şirkətini məhkəməyə verəcək. Buna səbəb şirkətin 11 patentinin qanunsuz istifadə edilməsidir. Fevralın 14-də Amerikanın Federal Məhkəməsində iddia qaldırılıb. “BlackBerry” telekommunikasiya şirkətinin nümayəndələrinin sözlərinə görə, onların məhsullarının satışı praktiki olaraq sıfıra bərabərdir. Bunun üçün də “Nokia”nın onların tərtibatlarından istifadə etməsi ilə bağlı vəziyyət olduqca sərfəli deyil. İddiaçı bildirir ki, 11 patentləşdirilmiş konsepsiyadan istifadə olunub. “Nokia” onları “Flexi Multiradio” və “Liquid Radio” proqram təminatında istifadə edib.

1

“Amazon” şirkəti səs, videozəng və messencer funksiyalarını birləşdirən “Chime” proqramını istifadəyə verib. Yeni proqramın hədəfi istifadəçilər arasında ünsiyyəti asanlaşdırmaqdır. “Chime” proqramı korporativ bazar üçün nəzərdə tutulub. “Amazon”un rəsmisi məlumat verib ki, tamamilə “sıfırdan” yaradılmış bu proqram mobil qurğu və stasionar kompüterlər arasında asanlıqla qoşulmağa imkan verir. Çat sənədlərin bərkidilməsi funksiyasına da malikdir. “Chime” proqramı “Android” və “iOS” sistemi ilə işləyən qurğularda, həmçinin “Mac” və “Windows” kompüterlərində əlçatandır. 30 gün ərzində proqramdan istifadə pulsuzdur, bundan sonra tarif planı müəyyən etmək lazım gələcək. Ekranın iki hissəyə bölünməsi funksiyası dəstəklənməyən və 2 iştirakçı üçün baza versiyası (“Basic Edition”) pulsuzdur. “Plus Edition” versiyası hər bir yeni istifadəçi üçün aylıq 2.50 dollara başa gələcək. “Chime”ın bütün funksiyalarını əks etdirən “Pro Edition” versiyası 15 dollardır.

Bu yay Avropada “Kodak” markalı planşetlərin satışına başlanılacaq. Cihaz möhtəşəm dizayna və son texnologiyaya malik olacaq. Ancaq cihazın texniki təfərrüatları barədə məlumatlar hələlik olduqca məhduddur.  Məlumdur ki, cihazın əsas kamerasının genişlənməsi 8 meqapiksel təşkil edəcək, planşetdə foto və video çəkilişində maraqlı olanlar üçün əlavə yüklənəcək. Cihaz 3G qoşulmanı da dəstəkləyəcək. Faktiki olaraq bu, “Archos” cihazları olacaq. Məsələ burasındadır ki, ilk dəfə 2009-cu ildə “Android” əməliyyat sistemində işləyən ilk planşeti istehsal etmiş Fransanın bu şirkəti “Eastman Kodak”dan Avropa planşet bazarlarında “Kodak” markasını istifadə etmək hüququnu əldə edib. Bu gün “Eastman Kodak” şirkəti bununla bağlı müvafiq məlumat yayıb.

2

Çinin texnologiya nəhəngi “Huawei” şirkətinin rəhbərliyi özünün rəqəmsal köməkçisinin yaradılması imkanlarına baxır. Bununla da ABŞ-ın “Siri” şirkətinin yaxın zamanlarda rəqibi ola bilər. Mənbə bildirir ki, bununla bağlı müəyyən işlər artıq artıq başlayıb. Bunu həmçinin “Huawei” şirkətinin rəqəmsal köməkçisinin yaradılması prosesinə yüzdən artıq mütəxəssisin cəlb etməsi faktı da təsdiqləyir. Təxmin edilir ki, “Huawei” ilk növbədə “Siri”nin rəqibini Çin istifadəçiləri üçün tərtib edir. Sistem istifadəçilərlə yerli dildə ünsiyyət quracaq və onun daxili bazardan kənara çıxa biləcəyi məlum deyil. Bu arada şayiələr ondan xəbər verir ki, “Huawei”in rəqəmsal köməkçisi Çində qalacaq. Ölkədən kənarda isə şirkət “Google” və “Amazon” şirkətlərinin xidmətləri ilə qarşılıqlı əməkdaşlıq edəcək.

3

Çinin “Xiaomi” şirkəti uşaqları olan valideynləri öz yeni tərtibatı ilə xüsusi olaraq sevindirib. Valideynlərə uşağının yerləşdiyi yeri müəyyən etməyə kömək edəcək “Xiaomi Child Wristwatch” “ağıllı” saatları istehsal edilib. Yeni cihaz uşaq üçün də əvəzolunmaz əşya olacaq. Onlar bunu adi cihaz kimi istifadə edə biləcəklər və bununla da valideynlər rahat olacaq. Çünki uşaqlarının harada olduğu barədə məlumatlı olacaqlar. “Xiaomi Child Wristwatch” kifayət qədər uzun müddət doldurulmaya ehtiyac olmayan 1,44 düym displeyli prosessora malikdir. Həmçinin smart-saata fasiləsiz 4 sutka işləmək imkanı verəcək 420 mA/saatlıq akkumulyatoru mövcuddur. Saat xüsusi zərbəyə davamlılığı və su keçirməmək xüsusiyyəti ilə fərqlənir. Onun silikon kəməri də var ki, arzu olunan vaxt dəyişmək mümkündür. Smart-saatın əsas xüsusiyyəti isə izləmə qurğusunun olması qalır. Nə qədər ki, uşaq əlindən saatı çıxarmayıb, valideynlər onun harada olduğunu müəyyən edə biləcəklər. Böyüklər interaktiv xəritədə uşaqlarının təhlükəsiz yerdə olduğunu qeyd edə bilirlər. Əgər smart-saatın sahibi qeydə alınmış zonanın çərçivəsindən çıxırsa, valideynlər bu barədə müvafiq siqnal alırlar.

4

Facebook-da şirkət səhifələri iş elanları yerləşdirə biləcəklər. Facebook-da şirkət səhifələri iş elanları yerləşdirə biləcəklər. Hələlik bu funksiya ABŞ və Kanadada istifadəyə verilib. Funksiya avtomatik olaraq istifadəçilərin profilindəki məlumatları xüsusi formaya əlavə edir və işəgötürən öz rəyi barədə mesencerə yaza bilir. Şirkətlərin işlə bağlı elanları həm də xəbərlər lentində peyda olacaq. Müşahidəçilərin bildirdiyinə görə, bununla Facebook karyera və peşə istiqamətli Linkedİn sosial şəbəkəsinə zərbə vurmuş olur. Dünyada ən böyük auditoriyası olan Facebook bununla karyera ilə bağlı məsələləri də öz platformasında saxlamaq niyyətindədir.

5

Xiaomi Mi Mix II-nin hazırlanması rəsmi şəkildə təsdiq olunub. “Xiaomi” şirkətinin icraçı direktoru Lei Jun, öz Weibo səhifəsində Mi Mix smartfonun ikinci nəslinin hazırlanmasını təsdiqləyib. Kod adı Mi Mix II olan yeni smartfon, fransız dizayner Philippe Starck ilə birlikdə hazırlanır. Qeyd etmək lazımdır ki, sözügedən dizayner birinci Mi Mix üzərində də çalışmışdı. İkinci nəsil modeldə ön paneldə yerləşəcək ekranın daha böyük hissəni tutacağı planlaşdırılır. Əgər birinci modeldə ekran ön panelin 91.3%-ni tuturdusa, ikinci modeldə bu göstərici 93% olacaq. Qeyd edək ki, Xiaomi Mi Mix modeli keçən ilin Noyabr ayında anons olunmuşdu. Onun əsas özəlliyi isə hər tərəfdən çərçivəsiz olan 6.4 inç-lik ekranı idi.

6

Niderlandda qeyri-adi işıqforlar quraşdırılıb. Niderlandın Bodeqraven-Reuvek adlı şəhərində, əlindən smartfon düşməyən insanlar üçün xüsusi işıqforlar quraşdırılıb. Bu işıqforlar, hətta avtomobil yolunu keçən zaman belə, fikrini smartfondan ayırmayan insanlar üçündür. Sözügedən işıqforlar, yerə, qırmızı və yaşıl rəngdə işıqları əks etdirir. Həmin işıqlar hətta mobil telefona baxan zaman belə görünürlər. Beləliklə WhatsApp-da yazışarkən və ya mobil telefonda digər bir işlə məşğul olan zaman yolu keçəndə, piyadanın avtomobil tərəfindən vurulma təhlükəsi aradan qalxır. Bu cür sistemlər həmçinin Almaniyada və Avstraliyada mövcuddur.

7

iOS dünyasında birdən-birə məşhurlaşan FaceApp adlı tətbiq, şəkil redaktə etmə texnologiyası ilə çox danışılırdı. Tətbiq, indi də Android üçün hazırlandı! Android istifadəçiləri, nəhayət ki iOS-un məşhur tətbiqi FaceApp-ı istifadə edə biləcəklər. Beləki, Google Play-ə yüklənən tətbiqə marağın yüksək olması gözlənilir. Tətbiqin developer, Mashable-a verdiyi müsahibədə, tətbiqin 2 həftədə 1 milyon iPhone istifadəçisinə çatdığını bildirmişdi. Tətbiq 6 ayrı bölgədə ödənişsiz tətbiqlər siyahısında 1-ci olub. Əlavə olaraq tətbiqdə ilk zamanlar reklam olmayacaq. Çünki serverlərin reklamın yaradacağı əlavə yükü daşıya biləcəyi hələ test edilməyib. Filter-i Snapchat-dən çox fərqli bir xüsusiyyətə sahib olan FaceApp, insan üzünün parçalarına fokuslanıb. Üzlərə müxtəlif quruluşlar vərə bilən bu tətbiq ilə bağlı bir ağıza diş qoya bilməklə yanaşı özünüzü asan bir şəkildə qocalda bilərsiniz. Adını demək istəməyən bir rus developerə görə bu tətbiq, süni sinir şəbəkələrini maşın dili öyrənməsi metodu ilə əlaqələndirir və ortaya belə möhtəşəm görüntülər çıxır. Uzaqdakı serverlər məlumatları emal edərkən, tətbiq şəkilləri gerçək edən kiçik modifikasiyalar edir. Android üçün Buradan tətbiqi yükləyə bilərsiniz.

8

“Microsoft” şirkəti xeyli müddət əvvəl şəkillər vasitəsilə insanların yaşının təyin edilməsi üçün xidmət təqdim etmişdi. İndi “Amazon” şirkəti oxşar həll təqdim edib. Yeni xidməti sınaqdan keçirmiş istifadəçilər hər iki xidməti müqayisə edərək belə qənaətə gəliblər ki, “Amazon” şirkətinin həlli yalnız yaş qrupunu deyil, həm də insanın üz ifadəsini müəyyənləşdirir və daha dəqiq işləyir. Istifadəçilər “Amazon” şirkətinin yeni həllinin “SDK”-ni yükləyə və ya xüsusi veb səhifədə demo versiyadan istifadə edə bilərlər.

9

ABŞ-ın “Intel” korporasiyası serverlər üçün “Xeon E7- 8894 v4” adlı qabaqcıl prosessorunu təqdim edib. Yeni prosessor “Broadwell-EX” sinfinə aiddir. Yeni çip 14 nanometr texnoloji proses üzrə hazırlanıb və “Hyper-Threading” çox axınlı məlumatların işlənməsi texnologiyasını dəstəkləyən 24 hesablama nüvəsinə malikdir. Prosessorun takt tezliyi 2.4-3.4 QHs təşkil edir. Üçüncü səviyyəli keş yaddaşın tutumu 60 MB-dır, interfeysin buraxılış qabiliyyəti 9.6 QB/s, “TDP” göstəricisi 165 vatdır. Prosessor “LGA2011-1” soketinə uyğundur və 85 Qbit/s-dək buraxılış qabiliyyətini təmin edə bilən 4 kanallı “DDR4” yaddaşı dəstəkləyir. “Intel” korporasiyası “Xeon E7-8894” çipini ən sürətli server prosessoru adlandırır və onu yalnız yüksək məhsuldarlıq deyil, həm də kompüter sistemlərində fasiləsiz işə ehtiyac duyan şirkətlər üçün nəzərdə tutur. Çip 4-dən 8-dək prosessor konnektoru ilə təchiz edilmiş güclü serverlərdə istifadə oluna bilər. “Intel Xeon E7-8894” prosessorunun qiyməti 8900 dollardan başlayır. İstehsalçı yeni prosessorun satışa çıxarılma tarixini açıqlamayıb.

10

“Google Maps” proqramında yeni genişmiqyaslı yeniləmə edilib və yeni funksiyalar istifadəyə verilib. İndi bu proqramdan istifadə edənlər sevimli yerlərin siyahısını yaradaraq onu sosial şəbəkə, elektron poçt və ya messencerlər vasitəsilə öz dostları və izləyiciləri ilə paylaşa biləcəklər. Başlanğıc olaraq iki siyahı əlçatandır: “Səyahət etmək istəyirəm” və “Seçilmiş”. Siyahıya hər hansı yeri əlavə etmək üçün sadəcə “Saxlamaq” düyməsinə sıxmaq lazımdır. Yeniləmə artıq həm “iOS”, həm də “Android” mobil əməliyyat sistemi ilə işləyən smartfonlar üçün əlçatandır.

11

Çinli alimlər tərəfindən məlumatların saxlanılması üçün hazırlanmış yeni qurğunun əsasını xırdalanmış yumurta qabığı təşkil edir. Yeni həll daha sürətli və ekoloji cəhətdən təmiz kompüterlər yaratmağa kömək edə bilər. Quyçjou Texnologiya İnstitutunda işləyən alimlərin məqaləsində yazılır ki, onlar yumurta qabığını nanoölçü tozu halına gətiriblər. Bu tozu qurutduqdan sonra onu məhlulda həll ediblər və yaddaş çipinin elektrik cərəyanı keçirən elektrolit səthinə sürtüblər. Yeni həll növbəti nəsil məlumatların saxlanılması qurğularının vacib komponenti olan rezistiv əməli yaddaşdır (“ReRAM” – resistive random access memory). “ReRAM” adi əməli yaddaşdan daha sürətli işləyir, məlumatların saxlanılması üçün daha yüksək sıxlığı təmin edir, dinamik “RAM” və ya fləş yaddaşla müqayisədə daha az enerji sərf edir.

12

Çinin “Xiomi” şirkəti istehsalını İndoneziyaya keçirmək niyyətindədir. Analitiklər iddia edir ki, bu, gəlirlərin artmasına deyil, böyük itkilərə gətirib çıxaracaq. Çünki bəzi insanlar iş yerlərini itirəcək, İndoneziyada isə maaşlar xeyli aşağıdır. Şirkət hər şeyi hesablayıb: İndoneziya sıx məskunlaşmış ərazidir və burada demək olar ki, hər kəs telefondan istifadə edir. Bu səbəbdən istehsal ora keçirilsə, gəlirləri artırmaq mümkün olacaq. Ölkə hökuməti tələb edir ki, hər bir cihazda hər kəsin 4G kimi tanıdığı dördüncü nəslin modulu olmalıdır. “Xiomi” iş yerləri ilə bağlı problemi internet xidmətlər yaratmaqla həll etməyə hazırlaşır. Bu iki ölkə öz münasibətlərini təkcə texnika tərtibatı ilə möhkəmləndirməyiblər, həmçinin dəmir yolları xətləri də mövcuddur. Onlar Cakarta-Bandun sürətli dəmir yolu xəttini də inşa etməyə hazırlaşırlar.

13

Nyu-Yorkda keçiriləcək moda həftəsi ilə əlaqədar olaraq “Google” korporasiyası İsveçin “H&M” şirkəti ilə sıx əməkdaşlıq edərək ideal paltar yaratmaq üçün xüsusi proqram hazırlamaq niyyətindədir. Bu məqsədlə “Google” istifadəçilərin bütün telefon məlumatlarını diqqətlə izləyəcək. Əksər qızlar hər gün “nə geyinim” problemi ilə qarşılaşır. “Google” şirkəti smartfonlar üçün telefondan bütün lazımi məlumatı toplayaraq ideal paltar təklif edəcək xüsusi əlavə yaradaraq bu məsələdə onlara yardımçı olmaq qərarına gəlib. Bu, hər bir istifadəçi üçün fərdi yanaşma olacaq. Hazırkı mərhələdə sınaqları keçirilən yeni proqram insanın həyat tərzinə tam nəzarət edə, onun haqqında məlumatlar toplaya (istifadəçinin harada və kiminlə vaxt keçirməsi) və bunun əsasında alınması mümkün olan unikal fərdi paltar variantı təklif edə bilir. Smartfon əlavəsinin bu il istifadəyə verilməsi gözlənilir.

14

“PAL-V” şirkəti öz vədinə sadiq qalaraq uçan avtomobil istehsal edib. Çoxsaylı uğurlu sınaq uçuşlarından, ABŞ və Avropa avtomobil və aviasiya standartlarına aid bütün problemlərin həllindən sonra şirkət “PAL-V Liberty” uçan avtomobillərinə ilkin sifarişlərin qəbuluna başladığını elan edib. “PAL-V Liberty” uçan avtomobili üçtəkərli avtomobil və vertolyotun birgə hibrididir. Avtomobilin içərisində ikiqat güc transmissiyası əsasında yaradılmış “Rotax” mühərriki qurulub: mühərriklərdən biri yollarda hərəkət üçün, digəri isə uçuşlar zamanı istifadə olunur. Avtomobil rejimində vint korpusun daxilində gizlədilir, qanadların yığılmasına baxmayaraq,  üst hissədə görsənir. Bu rejimdə mühərrik saatda 160 km sürətlə hərəkət edə bilir. Sürücü uçmazdan öncə avtomobili hazırlamalıdır. İstehsalçıların məlumatına görə, bütün bu prosesə 5-10 dəqiqə vaxt sərf olunur. Vertolyot rejimində mühərrik saatda 180 km sürətlə uçur. Maksimum uçuş hündürlüyü 3500 metrdir. Şirkət “PAL-V Liberty” uçan avtomobilinin ilk versiyalarını təxminən 600 min dollar satmağı planlaşdırır. Ancaq təxminən 1 il sonra çıxarılacaq “Sport” modelinin dəyəri 400 min dollar təşkil edəcək.

15

ABŞ-ın Lihay Universitetinin mütəxəssisləri internet istifadəçilərinin identifikasiyası üçün yeni üsul hazırlayıblar. Yeni metod, həmçinin müxtəlif funksiyalı bir neçə brauzerdən istifadə edən istifadəçiləri müəyyənləşdirməyə imkan verir. İstifadəçilərin saytda davranışlarını izləmək resursa daxil olanların standart funksiyalı brauzerlərdən istifadə edəndə daha asan olur. Müasir statistik məlumatlar servisləri bu vəzifənin öhdəsindən layiqincə gəlirlər. Məlumata görə, istifadəçilər sayta keçid almaq üçün fərdi brauzer funksiyalarından, IP ünvanın dəyişdirilməsi üçün müxtəlif plaginlərdən və ya digər hiylələrdən istifadə edən zaman vəziyyət bir qədər çətinləşir. Bəzi istifadəçilər internetdə fəaliyyətini maksimum gizlətmək üçün hətta brauzer sorğularının izlənilməsi funksiyasını söndürürlər. ABŞ mütəxəssisləri informasiyanın təkcə internet brauzerindən deyil, həm də videokart, prosessor və digər proqramlaşdırmadan toplanılmasına əsaslanan unikal üsul icad ediblər. Üç ay davam edən ilkin sınaqların nəticələrinə görə, metod istifadəçiləri 99,2 faiz dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Layihə rəhbəri bildirib ki, hazırda yeni texnologiya daha çox onlayn resurslara daxil olmaq üçün “Tor” brauzerini tətbiq edən istifadəçiləri izləməkdə çətinliklə üzləşir.

16

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register