Tarixdə bu gün

tarixde-bu-gun-marneuli-fm

Tarixdə bu gün 17.2.2017-cı il.

“Don Juan və yaxud daş qonaq” və bir çox digər əsərlərin müəllifi olan böyük Fransa komediya yazarı Jan Baptist Poklen və ya sadəcə Molyer 1673-cü ilin 17 fevralında dünyasını dəyişib.

Gürcüstanın şimal-qərbində yerləşən separatçı respublika olan Abxaziya ilk dəfə 1810-cu ilin 17 fevralında rusiyanın tərkibinə keçdi.

1854-cü ilin 17 fevralında Böyük Britaniya Afrikadakı müstəmləkəsi olan Narıncı Respublikanın (indiki Cənubi Afrika Respublikası) müstəqilliyini tanımışdır. Bu, Afrika qitəsində müstəqillik əldə etmiş ilk dövlət olmuşdur.

1863-cü ilin 17 fevralında Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsi təsis edilmişdir.

1880-ci ilin bu günü Rusiya çarı II Aleksandra sayca beşinci sui-qəsd cəhdi olmuş, “xalqçı” Stepan Xalturinin təşkil etdiyi terror nəticəsində Qış sarayında böyük partlayış baş versə də, çara zərər dəyməmişdir.

1947-ci ilin 17 fevralında “Amerikanın səsi” radiosunun dalğaları keçmiş SSRİ məkanına yayılmağa başlamışdır.

1957-ci ilin bu günündə Türk ordusunun komandası futbol yarışında amerikan rəqibini 19:0 hesabı ilə məğlub edib.

17 fevral 1972-ci ildə Riçard Nikson Çinə səfər edib. Bu tarixdə ABŞ prezidentinin kommunist rejimli Çinə ilk səfəri olub

1979-ci ilin bu günü Çin qoşunları Vyetnam ərazisinə daxil olaraq onun bir hissəsini işğal etmişdir.

1982-ci ilin 17 fevralda Moskva metrosunda eskalatorun qırılması nəticəsində rəsmi məlumatlara görə 30 nəfər həlak olmuşdur.

17 fevral 1983-cü ildə “ADA” proqramlaşdırma dili meydana çıxmışdır.

2008-ci ilin bu günü Kosovo müstəqilliyini elan edib. Bu addım Qarabağdakı erməni separatçılarını da ruhlandırıb. Hadisədən bir neçə gün sonra Azərbaycan parlamenti sülhməramlıların geri çağırılması barədə qərar qəbul edib.

17 fevral 2002-ci ildə Fransız frankı tam olaraq dövriyyədən çıxarılıb. Bu pul vahidi 641 il tədavüldə olub.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register