Marneulidə yeni park salındı

1

Marneuli şəhəri, Rustaveli küçəsi №71/73-də yerləşən yeni inşaa olunan kitabxana binası ərazisində Yerli Özünüidarəetmənin təşəbbüsü ilə yeni park salındı. Yerli Özünüidarəetmə Marneulidə gənclər üçün istirahət və əyləncə məkanının olmadığına görə kitabxana ərazisində parkın salınmasına qərar verib.
Layihə çərçivəsində sözü gedən ərazi ot və kol ağacları ilə təmin olundu. Əraziyə yeraltı suvarma arxı sistemi çəkildi. Stullara gəldikdə isə park ərazisində stullar üçün sahələr ot hissələri elə kəsilib ki, istirahət edən/oxucu maksimum dərəcədə rahat dayana bilsin.
Park ərazisində kiçik miqyaslı bir mərtəbəli kafe tikildi. Kafe hazır məhsul və spirtsiz içgilər üçün nəzərdə tutulub.
Ən xoş yenilik isə sürücülər üçün kitabxana binası arxasında yeni avto dayanacağın yaradılması, dayanacağa asphalt beton səthinin salınmasıdır.
Bununla birlikdə, urban nöqtəyi nəzərdən, park ərazisinin ümum sahəsinə bayır işıqları quraşdırıldı, zibil qutuları qoyuldu, içməli su “göbələyi” yerləşdirildi və ərazidə mövcud ayaqyolu sökülərək yeni ictimai ayaqyolu inşaa olundu.
Yeni istirahət mərkəzi Marneulinin sosial və ekoloji fəaliyyətinin gücləndirilməsinə imkan yaradacaq.
Geniş miqyaslı müassir tipli infrastruktur layihənin həyata keçirilməsi üçün, yerli büdcədən 280000 lari ayrılıb.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register