Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

 

Tarixdə bu gün 20.2.2017-cı il.

İncilə görə İsanın doğulduğu yer olan Beytləhmdə 395-ci ildə ilk qadın monastırının əsası qoyulmuşdur.

Şirvanşahlar dövlətinin on beşinci hökmdarı, Şirvanşah Yəzid ibn Əhmədin oğlu Salar ibn Yəzid 1063-cü ilin 20 fevralında dünyasını dəyişmişdir.

Avstriya fiziki Lüdviq Bolsman 20 fevral 1844-cü ildə Vyanada anadan olmuşdur.

Amerikanın Nyu-York şəhərində yerləşən Metropoliten muzeyi 1872-ci ilin 20 fevralında açılıb.

İkinci dünya müharibəsindən sonra İosif Stalin tərəfindən sosialist düşərgəsinə təzəcə daxil edilmiş Çexoslovakiyada ilk antikommunist çıxışları başlanmışdır. Bu hadisə 1948-ci ilin bu günü baş vermişdir.

Şair, dramaturq, tərcüməçi, 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü Vəliyev Əliağa Həsənağa oğlu (Əliağa Kürçaylı) 20 fevral 1928-ci ildə anadan olmuşdur.

1962-ci ilin 20 fevralında Jon Glenn dünya ətrafında üç dəfə orbital kosmik uçuş etdi.

1978-ci ilin bu günü Leonid Brejnev SSRİ-nin ən yüksək hərbi təltifi, “Qələbə” ordeninə layiq görülmüşdür.

Diamonds ve diger mahnıları ilə məşhur olan Barbadosallı Rihanna 1988-ci ilin 20 fevralında anadan olub.

“Qonşu qonşu olsa” filmi ilə yanaşı bir çox filmlərə çəkilən azərbaycanlı aktrisa Firəngiz Şərifova 2014-cü ilin 20 fevralında ölüb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register