Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Rusiyanın Velikiy Novqorod şəhərinin 8 yaşlı sakinini elektrik cərəyanı vurub. Adı açıqlanmayan 8 yaşlı qız uşağı şarjda olan mobil telefonu əlində tutarkən onu cərəyan vuraraq öldürüb. Hadisə fevralın 18-də baş verib. Hadisə yerinə gələn təcili yardım həkimləri uşağı xilas edə bilməyiblər. Smartfonun markası barədə məlumat verilməyib. Fakt üzrə araşdırma aparılır.

1

“Yandex” şirkəti Türkiyədə “Yaani” adlanan axtarış xidmətini işə salacağı ilə bağlı məlumat yayıb. Yeni xidmətin yaradılması üçün “Yandex” yerli “Turkcell” mobil rabitə operatoru ilə birləşib. Xidmət ancaq Türkiyə ərazisində əlçatan olacaq və onun məzmunu yalnız türk dilində təqdim olunacaq. “Yaani” artıq sınaq mərhələsindədir. Onu hər kəsin adət etdiyi “Yandex”dən fərqləndirən xidmətdə əlavə “Hava”, “Alışlar”, “Valyuta məzənnəsi” və sairə kimi xidmətlərin olmamasıdır. Türkiyənin Nəqliyyat və Rabitə Nazirliyi bildirib ki, qurum milli axtarış xidmətini işə salmağa hazırlaşır. “Geliyoo” adlanan yeni axtarış xidmətinin “Yahoo” və “Google”a rəqib olması gözlənilir. Milli axtarış sistemi istifadəçilərin bütün məlumatlarını ölkə daxilində saxlayacaq və onları daxili bazarda təhlil edəcək. Türkiyənin nəqliyyat və rabitə naziri Əhməd Arslanın sözlərinə görə, belə bir layihə ölkənin daxili təhlükəsizliyi üçün olduqca vacibdir. Analitiklərin fikrincə, Türkiyə 20 ilə yaxındır bazarda fəaliyyət göstərən “Google” və “Yandex” kimi nəhənglərə rəqib yarada bilməyəcək.

2

“Deloitte” şirkətinin keçirdiyi onlayn sorğu göstərib ki, rusiyalı respondentlərin əksər hissəsi bahalı smartfonlara keçməyə hazır deyil. Rusiyalılar düyməli telefonlardan istifadə etməkdə davam edirlər. Rusiya vətəndaşları arasında “Nokia” brendi “iPhone”dan daha böyük xüsusi hörmətə malikdir. Mobil cihazların qiymətinin artan bahalaşması və müasir smartfonların yüksək qiyməti rusiyalıları öz köhnə telefonlarını daha az-az əvəz etməyi vadar edir. “Deloitte”nin məlumatına əsasən, ötən il ərzində orta statistik mobil telefonun “ömrü” daha bir ay artaraq təxminən 2 il təşkil edib. Bundan başqa, “Nokia” mobil telefonları “uzunömürlülük”də də rekordsmendir və onların orta ömrü 28 aydan artıq olur. Ondan sonrakı yerli “Sony” brendi tutur. Onun “ömrü” 27,1 aydır. Onun ardınca isə 23,2 ay müddətli ömrü ilə “Samsung” şirkətinin cihazları gəlir.

3

Çin ən sürətli yeni nəsil kompüterin istehsalına başlayıb. Tiencin şəhərindəki Milli Super Kompüter Mərkəzində istehsalına başlanılan “Tienhı-3” kompüteri 2020-ci ilə qədər hazırlanacaq. Çin dünyada ən sürətli kompüterin istehsalına başlayıb. Bu avadanlıq super kompüter rekordunu əlində saxlayan “Sunway TaihuLight”dan 10 qat daha sürətli olacaq. Tiencin şəhərindəki Milli Super Kompüter Mərkəzində istehsalına başlanılan “Tienhı-3” kompüteri 2020-ci ilə qədər hazırlanacaq. Elmi araşdırmalara müsbət təsir göstərəcək “Tienhı-3” zəlzələni də öncədən təyin edə biləcək və epidemiya xəstəlikləri ilə mübarizədə təsirli rol oynayacaq.

4

Ucuz iPhone istehsal olunacaq. Fabrik qarşıdakı aylarda açılacaq və sırf telefon istehsalı ilə məşğul olacaq. “Apple” şirkəti Hindistanda iPhone telefonları istehsal edən fabrik inşa etməyə hazırlaşır. Sputnik Azərbaycan bu barədə CNET-ə istinadən məlumat verir. Məlumata görə, fabrik qarşıdakı aylarda açılacaq və sırf telefon istehsalı ilə məşğul olacaq. Əhalisinin sayına görə, dünyada ikinci yerdə olmasını nəzərə alsaq, ən ucuz iPhone-ların məhz bu ölkədə satılacağını gözləmək olar.

5

Əksər smartfon istehsalçıları 10 nüvəli “MediaTek” çiplərindən imtina edir. İmtinaya səbəb kimi məhsuldarlığın cüzi yaxşılaşdırılmasına baxmayaraq, qurğuların qızması və yüksək rəqabətqabiliyyətlilik göstərilir. Smartfon istehsalında ixtisaslaşan əksər aparıcı şirkətlər 10 nüvəli “MediaTek” çipsetlərinin tətbiqindən imtina etməklə bağlı qərar qəbul edib. İmtinaya səbəb kimi məhsuldarlığın cüzi yaxşılaşdırılmasına baxmayaraq, qurğuların qızması və yüksək rəqabətqabiliyyətlilik göstərilir. Çinin “Meizu” şirkəti 10 nüvəli “MediaTek” çipsetlərdən imtina etməyən yeganə istehsalçı olacaq. “Helio X30” qurğusu istehsalçılar tərəfindən bütün əvvəlki çatışmazlıqların nəzərə alındığı sonuncu məhsuldur. Lakin Çinin “Vivo”, “Oppo”, “Xiaomi” və “LeEco” kimi digər şirkətləri 10 nüvəli çipdən imtina etmək qərarına gəliblər. Şirkət nümayəndələri diqqəti mikroçipin onların istədiyi səviyyədə etibarlı və məhsuldar olmamasına yönəldiblər. Bununla əlaqədar “Taiwan Semiconductor Manufacturing Company” zavodunda 10 nüvəli “MediaTek” çipsetlərinin istehsalı iki dəfə azaldılıb. Qeyd edək ki, sonuncu 10 nüvəli qurğu olan “Helio X30” smartfonu əvvəlki qurğulardan daha stabil ola bilər. Bundan sonra “Meizu Pro 7” 10 nanometrlik texnoloji prosesin istifadə edildiyi yeganə model olacaq.

6

“Qualcomm”, Snapdragon 600 seriyasına aid 3 yeni prosessorunu bu il içində təqdim edəcək! Qısa bir müddət əvvəl admiral gəmisi ağıllı telefonlara istiqamətli Snapdragon 835 prosessorunu təqdim edən “Qualcomm”un, orta seqment telefonları hədəfləyən 3 yeni prosessoru bu il içində təqdim etməsi gözlənilir. Admiral gəmisi ağıllı telefonlar üçün Snapdragon 835 prosessorunu təqdim edən “Qualcomm”un, alt seqmentlərdəki telefonlara istiqamətli yeni prosessorlar üzərində işlədiyi ortaya çıxdı. Yeni bir məlumata görə dünyanın qabaqcıl mobil prosessor istehsalçılarından biri olan “Qualcomm”, bu il içində yeni 3 prosessor təqdim edəcək. Orta seqmentlərdəki telefonlara istiqamətli olacağı deyilən bu 3 prosessorun Snapdragon 600 seriyasına daxil olacağı deyilir. Bu prosessorlardan ikisinin Snapdragon 625-in yerini alacaq olan Snapdragon 630 və Snapdragon 635 olacağı, üçüncünün isə Snapdragon 660 olacağı iddia edilir. İddialara görə, 3 prosessor da 8 nüvəli olacaq. Snapdragon 625-in inkişaf etdirilmiş versiyaları olan Snapdragon 630 və Snapdragon 635, 8 ədəd Cortex-A53 prosessor yer alarkən, “Samsung”un 14 nanometrə LLP əməliyyat sistemi ilə istehsal ediləcək olan Snapdragon 660-da 4 ədəd Cortex-A73 və 4 ədəd Cortex-A53 prosessoru olacaq. Əlavə olaraq yenə deyilənlərə görə, Snapdragon 660; Adreno 512 qrafik əməliyyat sistemi,  cüt kanal LPDDR4X yaddaş dəstəyi, UFS 2.1 yaddaş  kartı, LTE Cat 10 və 24 MP-ə qədər kamera dəstəyi ilə birlikdə gələcək.

7

“Apple” korporasiyası qırmızı rəngli iPhone 7-ni təqdim etməyə planlaşdırır. Elan şirkətin martda keçirəcəyi sərgidə açıqlanacaq. Bu barədə yapon portalı “Mas Otakara” anonim mənbəyə istinadən xəbər yayıb. Mənbənin sözlərinə görə, sərgidə həmçinin iPad planşetlərinin yeni versiyası nümayiş olunacaq.

8

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register