Tarixdə Bu Gün

Tarixdə bu gün 21.2.2017-cı il.
Yəhudi əsilli niderland filosofu, yeni dövr fəlsəfəsinin ən görkəmli nümayəndələrindən biri, rasionalist, panteist Benedikt Spinoza 21 fevral 1677-ci ildə dünyasını dəyişmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
1848-ci ilin 21 fevralında “Kommunist partiyasının manifesti” nəşr edilib.
1916-cı ilin 21 fevralında Birinci dünya müharibəsinin ən qanlı əməliyyatlarından olan Verden vuruşması başlayıb. Tarixçilər bu hadisəni “Verden cəhənnəmi” adlandırırlar.
SSRİ-də “QOELRO” planı qəbul edilib. Bu hadisə 21 fevral 1920-ci ildə baş verib.
Ekvtime Tağayişvili gürcü tarixçisi,arxeoloqu və dövlət xadimi olmuşdur.O,1953-cü ilin 21 fevralında ölüb.
Tarzən, muğam ifaçısı. Azərbaycan Respublikasının əməkdar artisti Elxan Mansurov 1955-ci il fevral ayının 21-də Bakıda, musiqiçi ailəsində doğulmuşdur.
1973-cü ilin bu günü Laosda müharibə başa çatıb.
1976-cı ilin 21 fevralında İlk “VAZ 2106” avtomobili konveyerdən çıxıb.
Fransa aktrisası, rejissor, müğənni, Sezar mükafatı laureatı Melani Loran 21 fevral 1983-cü ildə yəhudi ailəsində anadan olmuşdur.
Rus sovet yazıçısı, ədəbiyyat sahəsində Nobel mükafatı laureatı Mixail Şoloxov 21 fevral 1984 -cü ildə dünyasını dəyişmişdir.
Şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, əməkdar elm xadimi olan Ziya Bünyadov 1997-ci ilin 21 fevralında ölüb.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments