Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin ZTE şirkəti dünyada ilk dəfə olaraq 5G rabitəsini dəstəkləyən smartfon istehsal edəcək. Fevralın 27-də Barselonada keçiriləcək MWC 2017 sərgisində “Gigabit Phone” ictimaiyyətə təqdim ediləcək. Çinin ZTE şirkəti istifadəçiləri yenidən heyrətləndirib. Bu dəfə onlar “Gigabit Phone” adlanan və dünyada ilk dəfə olaraq 5G interneti dəstəkləyən cihaz istehsal edəcək. Ancaq tərtibatçılar hələlik smartfonun digər xüsusiyyətlərini açıqlamırlar. Təkcə o məlumdur ki, cihazın sahibləri 4K keyfiyyətli dəstəkli 360 dərəcə bucaq altında virtual reallıq videolarını izləyə biləcəklər.

1

2016-cı ildə “Lenovo” şirkəti personal kompüter bazarının 21,3 faizini tutub. Bu, bazarda ən böyük paydır. Bu barədə İDC beynəlxalq şirkətinin araşdırmasında deyilir. İDC analitikləri hesablayıb ki, ötən il istehsal olunmuş 260 milyon noutbuk və masaüstü kompüterlərdən 55 milyonunu “Lenovo” buraxıb. Şirkət Yaponiya bazarında da ən yüksək paya sahibdir və ümumən Asiya-Sakit okean regionunda liderlik edir.  Ümumilikdə 2016-cı ildə personal kompüter bazarı 5,7% azalıb, lakin il sonunda bu azalmanın tempi yavaşlayıb. Bu, 2017-ci ildə bazarın sabitləşəcəyinə ümid yaradıb. Qeyd edək ki, “Lenovo” 2013-cü ildə 16,9% bazar payı ilə şəxsi kompüter istehsalçılarının dünya reytinqində liderliyə yüksəlib və son 16 rübdə bu mövqeyini saxlayıb.

2

“WhatsApp” messencerində “Status” adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya “Instagram”, “Facebook” və digər sosial şəbəkələrdəki “Stories” xidmətini xatırladır və öz-özünə silinən paylaşımlar etməyə imkan verir. “WhatsApp”da 24 saat sonra avtomatik silinəcək fotolar, videolar və GİF-fayllar yerləşdirmək olacaq. Funksiya messencerin təhlükəsizlik sistemi tərəfindən qorunacaq. İstifadəçi paylaşımını kimlərin görə biləcəyini özü müəyyən edəcək. Tərtibatçılar bildirib ki, proqram artıq məxfilik funksiyalarını da dəstəkləyəcək. Belə seçimlər hər bir istifadəçiyə müəyyən insanların dairəsini seçməyə imkan verəcək. Bu isə həmin istifadəçilərin gündəlik həyatınız barədə tez bir zamanda məlumat almasına imkan verəcək. “WhatsApp”ın rəhbəri Yan Kum bildirib ki, yenilikdə məqsəd istifadəçilərin baş verənlər barədə öz dostlarını məlumatlandırmasına şərait yaratmaqdır. Yaxın vaxtlarda yeni xidmət messencerin “iOS”, “Android” və “Windows Phone” versiyalarında əlçatan olacaq. Hazırda “WhatsApp”ın auditoriyası 1,2 milyard nəfər təşkil edir. Hər gün messencer vasitəsilə 60 milyard məlumat, o cümlədən 3,3 milyard foto, 760 milyon video və 80 milyon GİF-fayl ötürülür.

“Samsung Electronics” korporasiyası “Galaxy Note 7” faciəsi ilə əlaqədar məruz qaldığı itkilərin heç olmasa, bir qismini kompensasiya etmək istəyir. Şirkət bərpa etdiyi “Galaxy Note 7” smartfonlarını satışa çıxarmağı planlaşdırır. Smartfonların bu ilin iyununda yalnız inkişaf etməkdə olan bazarlarda (məsələn, Hindistan, Vyetnam) satışa çıxarılacağı gözlənilir. Bərpa olunmuş “Galaxy Note 7” 3000 və ya 3200 mAs həcmə malik yeni akkumulyatorla təchiz ediləcək. Yanğına səbəb olan orijinal batareyaların həcmi isə 3500 mAs idi. Smartfonların korpusu da yeni olacaq, digər komponentlər isə yerində qalacaq. Bərpa edilmiş “Galaxy Note 7”nin qiyməti haqda məlumat verilmir. “Phone Arena” qeyd edir ki, bu addım “Samsung”a milyardlarla dollarlıq itkini minimallaşdırmaqla bərabər, utilizasiya üçü toplanmış smartfonları azaltmağa da imkan verəcək. Xatırladaq ki, “Samsung” təxminən 3 milyon ədəd satılmış “Galaxy Note 7”lərin 96%-ə yaxınını geri alıb.

3

Yaponiya polisi qadın və uşaqları təcavüzkarlardan qorumağa kömək edəcək “Mimamotchi” adlı mobil əlavə yaradıb. Hüquq-mühafizə orqanlarının belə bir addımın atmasına səbəb son zamanlar Fukuoka prefekturasında təcavüz hallarının artması olub. Yaponiya mətbuatı bildirir ki, ötən il yuxarıda adı çəkilən bölgədə təxminən 435 ədəd seksual xarakterli cinayət baş tutub. Bu isə Fukuokanı planetin bütün digər regionları arasında altında mövqeyə çıxarıb. Bununla əlaqədar olaraq polislər “Mimamotchi” əlavəsini yaratmalı olublar. Proqram son 12 ay ərzində bütün təcavüz aktları barədə məlumatları təhlil edir və ən təhlükəsiz yolu göstərir. Pulsuz yenilik artıq “Google Play” və “App Store” onlayn mağazalarında mövcuddur, ancaq roqram Fukuoka daxilində fəaliyyət göstərir. Əhalinin məlumatlandırılması məqsədilə polislər regionun təhsil ocaqlarında olublar və “Mimaotchi” əlavəsinin fəaliyyəti barədə danışıblar.

4

“Apple” sifətin tanınması texnologiyası üzrə istehsalçını satın alıb. “Apple” korporasiyası süni intellektdən istifadə nəticəsində sifətin tanınması texnologiyalarının hazırlanması üzrə ixtisaslaşmış “RealFace” startapını satın alıb. Gözləntilərə görə, şirkətin bu ideyaları növbəti nəsil “iPhone” smartfonunda tətbiq ediləcək. “Engadget” portalı İsrailin “Calcalist” nəşrinə istinadən yazır ki, “Apple” korporasiyası “RealFace” startapını bir neçə milyon dollara satın alıb. “RealFace”in saytı hazırda işləmir. “RealFace” dərin təlim texnologiyasının imkanlarından istifadə edərək sifətin skan edilməsi vasitəsilə audentifikasiya texnologiyalarını yaradır. “RealFace”də dəqiq profilin tərtibinə təxminən 3 saniyə vaxt lazımdır, bundan sonra qurğu ön kamera vasitəsilə sahibini dərhal tanıyır. Şayiələrə görə, “Apple” yeni smartfonlarda daxili barmaq izi skanerinə malik aparat düyməsindən imtina etməyi planlaşdırır. Sifətin tanınması əsasında istifadəçilərin avtorizasiyası buna alternativ ola bilər.

5

İnsan beynindən pis xatirələri silmək mümkün olacaq. Kanadanın Toronto Universitetində aparılan araşdırma maraqlı nəticələr ortaya qoyub. Mütəxəssislər digər xatirələrə toxunmadan ancaq pis xatirələrin beyindən silinməsinin mümkünlüyünü bildirib. İnsan beynində milyonlarca hüceyrənin olduğunun deyən mütəxəssislərin fikrincə, onların çox az hissəsi pis xatirələrlə bağlıdır. Mütəxəssis qrupunun açıqlamasında  “Digərlərinə toxunmadan beyindən ancaq pis xatirələrin silinməsinə nail olduq” deyə vurğulanıb. Siçanlar üzərində aparılan araşdırma yaxın gələcəkdə insanlar üzərində sınaqdan keçiriləcək.

6

Otaq daxilində qurğuların enerji ilə simsiz doldurulması üsulu yaradılıb. “Disney Research” laboratoriyasında alimlər qrupu tərəfindən otaq daxilində elektron qurğuların şarjının doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemi hazırlanıb. Bu metod “kvazistatik rezonans boşluq” (“QSCR”) adlandırılıb. Yeni metodun işini nümayiş etdirmək üçün laboratoriyada 5×5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaq daxilində bir neçə mobil telefonu daima enerji ilə dolduran, ventilyasiya və otağın daxili işıqlandırmasını enerji ilə təmin edən maqnit dalğaları yaradılıb. Alimlər artıq 100 ildən çoxdur ki enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. 19-cu əsrin 90-cı illərində Nikola Teslanın möhtəşəm sınaqlarını xatırlamaq kifayətdir O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.

Android əməliyyat sisteminin növbəti versiyası, məşhur Oreo şirniyyatının şərəfinə adlandırıla bilər. Bu cür ehtimala, Android, Chromecastvə Chrome OS üzrə vitse-prezident Hiroshi Lockheimer işarə edib. Belə ki, o öz Twitter hesabında Oreo tortunun fotosunu paylaşıb. Daha sonra o, Pocky şirniyyatının fotosunu paylaşıb və onda 2018 hashtag-nı qeyd edib. Beləliklə Lockheimer, 2018-ci ildə Android-in necə adlanacağına işarə edib. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Lockheimer daha əvvəllər də Android üçün müxtəlif adlar paylaşırdı. Nəticədə isə həmin adlardan heç biri istifadə olunmamışdır. Bununla yanaşı əməliyyat sisteminin hazırlanma prosesindəki adı ilə onun final adı da fərqlənə bilər. Gözlənildiyi kimi Android-in yeni versiyası, 17-19 May tarixlərində keçiriləcək Google I/O 2017 tədbirində təqdim olunacaq.

7

“Kasperski laboratoriyası” şirkəti şəbəkə avadanlığı, müxtəlif avtomatlaşdırılmış sistemlər və “Əşyalar interneti” üçün nəzərdə tutulan yeni “KasperskyOS 11-11” əməliyyat sistemini təqdim edib. Yeni sistem istifadəçilərin təhlükəsizliyinin qayğısına qalacaq. Şirkət rəhbəri bu yaxınlarda şəxsi bloqunda əməliyyat sisteminin buraxılışı barədə məlumat verib. Əməliyyat sisteminin əsasını tam yeni texnologiyalar təşkil edir. Bildirilir ki, “OS X”, “Windows”, “Linux” və digər sistemlərdə daha çox rahatlıq və universallıq, yeni proqramların hazırlanmasının sadələşdirilmiş variantı olduğu halda “Kasperski laboratoriyası” ilk növbədə istifadəçilərin təhlükəsizliyinin qayğısına qalıb. Yeni sistemin tərkibinə hipervizor, sistem faylları və vacib komponentlərin mühafizəsi üçün xüsusi alətlər daxildir.

8

“Xiaomi” şirkətinin yeni büdcəli smartfonunun foto və texniki göstəriciləri, sertifikatlaşdırma saytı TENAA-da təqdim olunub. Mütəxəssislərin fikrincə MAE136seriyalı model, bazara Xiaomi Redmi 5 adı ilə satışa çıxacaq. Yeni smartfonun dizaynı, Redmi 4-ə bənzəyir. O, Redmi 4-dəki kimi netal korpusa, üst və alt hissədə plastik çərçivələrə, yuxarı sol hissədə kameraya və arxa panelin orta hissəsində barmaq izi skanına sahibdir. Lakin yeni cihazın ön paneli, əvvəlki modeldən fərqlənir. Belə ki, bu dəfə “Home” düyməsi dairəvi formadadır. Qalan idarəetmə panelləri isə Redmi 4-dəki kimidir. Cihazın texniki göstəriciləri barəsində məlumat azdır. Məlum olan odur ki, smartfonun batareya həcmi 4000 mAh təşkil edəcək. Həmçinin yeni model iki SIM kart özəlliyini də özündə birləşdirəcək.

9

Facebook istifadəçiləri üçün bir o qədər də xoş olmayan yeniliyə imza atır. Sözügedən sosial şəbəkənin yaradıcısı Mark Zukerberq verdiyi açıqlamada özəl mesajları oxuyacaq “süni zəka” üzərində çalışdıqlarını söyləyib. “Süni zəka”nın mesajları oxumasına səbəb kimi isə insanların maraq dairələrinin təyin edilməsi və reklam işlərinin bu məqamı nəzərə alaraq həyata keçirilməsi göstərilir. Facebook mesajlarının oxunmağa başlanılacağı istifadəçilərin beynində sual işarəsi yaradıb.

10

Huawei-nin yeni flaqman cihazı MWC 2017-ci ildə təqdimata hazırlaşır. Huawei, səs gətirəcək yeni bir cihaz ilə qarşımıza çıxmağa hazırlaşır. Hal-hazırda Honor 8 və Honor 8 Lite cihazlarını təqdim edən Huawei, bu iki cihaz da orta səviyyə cihaz istifadəçilərini hədəf almışdı. Ancaq Huawei, MWC 2017-ci ildə səs salmağa qərarlıdır. Honor 8 ailəsinə yeni bir üzv daha qatacaq olan Huawei, bu dəfə flaqman cihaz istifadəçilərini hədəf alacaq. Bu məzmunda təqdim olunacaq cihaz isə Huawei 8 Pro-dur. Əslində daha əvvəl təqdim olunan və bu ayın sonunda Çində satışa çıxacağı gözlənilən Huawei V9-un beynəlxalq versiyası olaraq qarşımıza çıxan Honor 8 Pro, buna baxmayaraq bəzi xüsusiyyətləri ilə V9-u geridə qoyur. Huawei 8 Pro-nun xüsusiyyətləri bunlardır: 5.7-inç Quad HD(1440×2560 piksel) ekran, 2.4GHz Kirin-960 prosessor, 6GB RAM, 128GB artırıla bilən yaddaş sahəsi, 3900mAh batareya, 12 meqapiksel arxa, 8 meqapiksel ön kamera, Barmaq izi oxuyucu sensor, Android 7.0 Nougat. MWC 2017-ci ildə təqdim olunacaq Honor 8 Pro-nun Mart ayında satışa çıxması gözlənilir.

11

“Galaxy Note 7” smartfon modelinin öz-özünə alışması nəticəsində uğursuzluğa görə milyardlarla ziyanla üzləşən Cənubi Koreyanın “Samsung” şirkəti hadisənin təkrarlanmaması üçün özünü maksimum qorumaq qərarına gəlib. Bununla əlaqədar olaraq bu yaxınlarda təqdimatı gözlənilən “Galaxy S8” smartfonu üçün akkumulyator batareyalarının sınaqları diqqətlə yoxlanılır. Həmçinin “Samsung” rəhbərliyi batareya tədarükçülərini şaxələndirməklə bağlı qərar qəbul ediblər. Onlar arasında Yaponiyanın “Sony” şirkəti də yer alıb. “Sony” akkumulyatorlarının yeni smartfon modelində “Samsung”un öz texnologiyası ilə birlikdə istifadəsi gözlənilir. Bundan başqa, Cənubi Koreya istehsalçısı Yaponiyanın daha bir akkumulyator tədarükçüsü olacaq “Murata Manufacturing” şirkəti ilə saziş imzalayıb. Cənubi Koreya istehsalçısı “Galaxy S8” smartfonunun fevralın 27-də Barselonada (İspaniya) baş tutacaq “MWC 2017” sərgisində nümayiş edilməyəcəyini bəyan edərək bunun üçün martda ayrıca tədbirin keçiriləcəyini açıqlayıb. Yeni qurğunun bu ilin aprelində satışa çıxarılacağı gözlənilir.

12

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register