Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 22.2.2017-cı il.

ABŞ- nın dövlət xadimi. ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı, ABŞ-ın ilk Prezidenti Corc Vaşinqton 22 fevral 1732-ci ildə anadan olmuşdur. Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Fəlsəfə tarixində pessimist alim kimi tanınan alman filosof Artur Şopenhauer 1788-ci il 22 fevralda Polşanın Qdansk şəhərində anadan olmuşdur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

1819-cu ilin 22 fevralında İspanlar Floridanı ABŞ-a 5 milyon dollara satmışdır.

22 fevral 1848-ci ildə Parisdə “İyul Monarxiyasına” qarşı çıxışlar başlayıb.

Azərbaycanlı yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə  22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. O, böyük satirik, ədib məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi və ideya rəhbəri, kiçik hekayə ustası, qüdrətli dramaturq və publisist olmuşdur.

Pakistan özünün keçmiş əyaləti olan Banqladeşin müstəqilliyini 1974-cü ilin bu günü tanıyıb.

1988-ci ilin 22 fevralında Əsgəranda ermənilər 2 azərbaycanlı gənci qətlə yetirmişdir.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register