Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Rusiyanın Stupino şəhərində ilk dəfə olaraq 3D printerdə ev çap olunub. Bu barədə inşaat printeri istehsal edən “Apis Cor” şirkətinin saytında məlumat dərc edilib. Moskva ətrafında yerləşən Stupino şəhəri 3D çap texnologiyası ilə yaradılan evlər üçün başlanğıc meydançası olub. “Apis Cor” şirkəti ilk dəfə olaraq orada yaşayış evi yaradıb. Bu ev öncədən çap edilmiş panellərdən yığılmayıb, tam olaraq çap edilib. Ümumi sahəsi 38 kv. metr olar birmərtəbəli evi tərtibatşılar bir günə inşa ediblər. Mürəkkəb əvəzinə onlar beton qatqısından istifadə ediblər. Divarların, divar arakəsmələrinin və digər konstruksiyaların çapı bitdikdən sonra 3D printer kran manipulyatorun köməyi ilə evdən çıxarılıb. Evin çapı üçün istifadə olunan mobil 3D printerin çəkisi 2,5 tondur. Onun konstruksiyası bir az qaldırıcı kranı xatırladır. Belə bir cihazın sayəsində inşa edilən binada ondan istər daxili, istərsə də çöl işlərinin tikintisində istifadə etmək mümkündür.

1

“Lenovo” şirkəti “Motorola”, “Vibe” və digər brendli smartfonların istehsalını dayandırır. Bundan sonra cihazlar ancaq “Lenovo Moto” brendi ilə istehsal ediləcək. Bu barədə “Lenovo” şirkətinin mobil bölməsinin Qərbi Avropa regionu üzrə icraçı direktoru Aleksey Kloçkov bildirib. 2014-cü ildə “Lenovo” “Google”un bölməsi olan “Motorola Mobility” şirkətini satın alıb. Razılaşmanın qiyməti 2,91 milyard dollar təşkil edib. “Lenovo”da iddia edirlər ki, Çin hesaba alınmasa, şirkət dünyanın smartfon bazarında dördüncü yeri tutur. Amma “Gartner” analitik şirkətinin məlumatlarına əsasən, şirkət dünya bazarının liderlər beşliyinə də daxil deyil. Xatırladaq ki, 2016-cı ilin IV rübündə “Lenovo” bazara 431,5 milyon ədəd smartfon çıxarıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə 7 faiz çoxdur.

2

“Yahoo!” platformasının əksər hissəsini satın almaq üçün bu şirkətlə daha öncə anlaşan “Verizon” telekommunikasiya şirkəti ciddi endirim əldə edib. “Yahoo!” istifadəçilərin məlumatlarının internetə sızması ilə bağlı qalmaqalla əlaqədar “Verizon”a 350 milyon dollar endirim etməyə məcbur olub. Endirimdən sonra sövdələşmənin ümumi məbləği 4,48 milyard dollar təşkil edib. Birləşmənin cari ilin ikinci rübündə başa çatdırılması nəzərdə tutulub. Bundan başqa, “Verizon” və əsas biznesini satdıqdan sonra başqa bir şirkətə çevriləcəyi gözlənilən “Yahoo!”nun qalan hissəsi istifadəçi məlumatlarının sızıntısı ilə bağlı məsuliyyəti bölüşdürmək barədə razılığa gəliblər. Belə ki, şirkətlər dövlət orqanları və məhkəmələr tərəfindən kəsiləcək cərimələri 50-50-yə ödəyəcək. Xatırladaq ki, “Verizon” 2016-cı ilin iyulunda “Yahoo!”nun əsas biznesini 4,83 milyard dollara satın almaq barədə razılıq əldə olunduğunu açıqlayıb. Lakin dekabr ayında şirkətin bu sövdələşmədən vaz keçə biləcəyinə dair xəbərlər yayılıb. Səbəb “Yahoo!”da 2013-2014-cü illərdə iki böyük sızıntının baş verdiyinə dair informasiya olub. Razılığa əsasən “Yahoo!” əsas biznesini “Verizon”a satacaq, lakin “Alibaba Group Holdings”dəki payını, “Yahoo! Japan” şirkətini, maliyyə aktivlərini və bir sıra patentləri özündə saxlayacaq. Şirkət adını dəyişərək “Altaba” investisiya şirkəti adlanacaq.

3

“Mail.Ru Group” şirkəti “VKontakte” sosial şəbəkəsinin ümumi gəlir məbləğini açıqlayıb. Rusiyanın populyar sosial şəbəkəsinin məxsus olduğu “Mail.Ru” holdinqinin nümayəndələri bildirib ki, ötən il ərzində “VKontakte”nin gəlirləri 2 dəfə artaraq 8,9 milyard rubl və 153 milyon dollardan çox təşkil edib. Bununla belə, şirkət qeyd edib ki, sosial şəbəkənin vergilər və digər xərclər çıxıldıqdan sonra əldə qalan mənfəətinin (EBİTDA) göstəricisi 5,3 milyard rubl və ya 91 milyon 160 min dollar olub. Holdinqin nümayəndələrinin sözlərinə görə, bu, 2015-ci ildə qeydə alınan göstəricidən 3 dəfə çoxdur. 2016-cı ildə EBİTDA üzrə sosial şəbəkənin rentabelliyi təxminən 60 faiz təşkil edib ki, 2015-ci ildə bu rəqəm 40 faiz göstəricisini keçmirdi. “2014-cü ilin sentyabrında “VKontakte”nin qalan 48,01 faizini də əldə edərkən biz bildirmişdik ki, növbəti 3 il ərzində şirkətin gəlirləri ən azı iki dəfə artacaq. Bu nailiyyətə biz artıq iki il ərzində çatmışıq”, – deyə holdinq əməkdaşları vurğulayıblar. Şirkət bildirir ki, növbəti iki il ərzində saytın gəlirləri daha iki dəfə də artacaq.

4

ABŞ-ın Arizona ştatının Tempe şəhərinin sakinləri “Uber” xidmətinin pilotsuz taksisinin işini sınaqdan keçirməyə başlayıblar. Bununla bağlı müvafiq məlumatı Qərbin ixtisaslaşmış kütləvi informasiya vasitələrində dərc edilib. Açıqlanan məlumatlara əsasən, pilotsuz texnologiya hazırda sınaq mərhələsindədir, yol boyu müştəriləri onların təhlükəsizliyinə cavabdeh olan “Uber”in iki mühəndisi müşayiət edir. Təhlükəli vəziyyət yarandığı halda? şirkət əməkdaşları avtomobilin idarəetməsini öz üzərl’rinə götürəcəklər. Ən yaxın zamanlarda “Uber” pilotsuz taksiləri Arizonanın digər şəhərlərində də mövcud olacaq. Söz düşmüşkən, bu cür miqyaslı sınaqlar ştatın qubernatoru Daq Dyuqsinin razılığı əsasında həyata keçirilib.

5

“LG G6” ikitərəfli genişbucaqlı kamera ilə təchiz ediləcək. Smartfon tərtibatçılar tərəfindən “Instagram” sosial şəbəkəsi üçün ideal qurğu kimi qələmə verilir. Cənubi Koreyanın “LG” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək “LG G6” smartfonunun ikitərəfli genişbucaqlı kamera ilə təchiz ediləcəyini bildiriblər. Smartfon tərtibatçılar tərəfindən “Instagram” sosial şəbəkəsi üçün ideal qurğu kimi qələmə verilir. Belə bəyanatların verilməsinə optikanın yeni funksional imkanları səbəb olub. Belə ki, yeni qurğunun 13 meqapikselli əsas kamerasının baxış bucağı 125 dərəcə, ön kameranın isə 100 dərəcə təşkil edəcək. Ekspertlərin sözlərinə görə, kameranın yeni imkanları kiçik pozmalar olmadan 1:1 nisbətində fotoşəkillər çəkməyə şərait yaradır. Məlumata görə, “LG G6” 5,7 düym ölçüdə unikal “QHD+ LCD” ekranı və 18:9 tərəf nisbəti ilə təchiz olunacaq. Smartfonun əvvəlki versiyası 16:9 nisbətli 5,3 düymlü “QHD” ekrana malik olub. Yeni qurğunun geniş ictimaiyyətə fevralın 27-dən martın 2-dək Barselonada (İspaniya) keçiriləcək “MWC” 2017” beynəlxalq sərgisi çərçivəsində təqdim ediləcəyi gözlənilir.

6

ABŞ-ın nəhəng “Verizon” şirkəti “Yahoo”-nu satın alıb. “Yahoo” 4.48 milyard dollara satılıb. “Yahoo”-nun satılması bu şirkətin hissələrinə daxil olan “Alibaba Group” və “Yahoo Yaponiya”-nın fəaliyyətinə təsir etməyəcək. Razılıq müqaviləsi imzalanandan sonra “Yahoo”-nun yeni adının “Altaba Inc” olması gözlənilir.

7

“Selfie” üçün ideal qurğu təqdim olunub. Qurğunun ön kamerasının təsvir ölçüsü 12 meqapiksel, əsas kamerasının 21 meqapiksel təşkil edir. Populyar “Meitu” proqramının yaradıcıları “selfie” çəkilişi üçün nəzərdə tutulan “Meitu T8” smartfonunu təqdim ediblər. Qurğunun ön kamerasının təsvir ölçüsü 12 meqapiksel, əsas kamerasının 21 meqapiksel təşkil edir. Smartfonda “Xiaomi Redmi Pro 2” modelində quraşdırılan eyni sensordan (Sony IMX362) istifadə olunub ki, bu da avtomatik fokuslamanı iki dəfə tez quraşdırmağa imkan verir. Fotoşəkillərin redaktəsi funksiyası şəkillərin yaxşılaşdırılması üçün süni intellekt texnologiyalarından istifadə edir. Sifətin tanınması sistemi fotoşəkildəki insanın yaşını, cinsini və dəri rəngini müəyyənləşdirir. Bu məlumatlar əsasında proqram müstəqil şəkildə daha əlverişli filtrləri seçir. Ekran ölçüsü 5,2 düym, qiyməti 479 dollar təşkil edən smartfon 4 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaşla təchiz edilib.

8

ABŞ alimləri dünyada ilk dəfə olaraq enerji daşıyıcısı kimi yalnız hidroksonium ionlarından istifadə edən batareya yaradıblar. Bu, enerjinin stasionar saxlanılması sahəsində yeni imkanlar açır. Bura, həmçinin alternativ enerji mənbələrindən hasil olunan elektrik enerjisinin elektrik şəbəkələrində saxlanılmasını aid etmək olar. Yeni tədqiqat müəllifi qeyd edir ki, kəşf tərəqqinin paradiqmasının təmininə imkan verəcək ki, bu da daha dayanıqlı akkumulyatorların yaradılmasına səbəb olacaq. Həmin akkumulyatorlarda artıq nə litium, nə kalium, nə də natrium damcısından istifadə olunacaq. Yeni batareyanın əsasını elektrolitə çevriləcək durulaşdırılmış sulfat turşusu təşkil edəcək. Alimlər tədqiqat çərçivəsində interkalyasiya prosesində “PTCDA” strukturlarının xeyli çoxalmasını müşahidə ediblər. Bu, əvvəllər olduğu kimi, cüzi protonlara deyil, eyni anda elektrodun enerjisinə və strukturların hidroksonium ionları ilə genişlənməsinə gətirib çıxarıb. Bundan başqa, hidroksonium ionları elektrodların içindən keçən zaman sürtünmənin səviyyəsinin azalması böyük güc verir.

9

Samsung haqqında maraqlı xəbərlər gəlməyə davam edir. Bu dəfə də firmanın süni zəka üzərində işləyən şirkətləri satın almağı planlaşdırdığı və bunun üçün 1 milyard dollar büdcə ayırdığı bildirildi. Samsung süni zəka sektorunda lider olmaq istəyir! Samsung-un süni zəka mövzusundakı işlərə Bixby adını verdiyi şəxsi assistent ilə başladığını xatırladaq. Ancaq şirkət, indi daha böyük hədəflərin arxasınca gedir və görünüşə görə süni zəka sahəsində işlər görən bəzi şirkətləri satın almağı planlaşdırır. 2016-cı ildə Samsung, Siri-nin yaradıcıları tərəfindən qurulan Viv Labs və Harman International kimi vacib adların da içərisində yer aldığı tam 10 böyük firmanı satın almağı bacardı. Bununla kifayətlənməyən Seul mərkəzli şirkətin daha hansı firmaları satın almağı planlaşdırdığı məlum deyil. Xatırlayacağınız kimi 2005-ci ildə Android əməliyyat sistemi Google tərəfindən satın alınmışdı. Google-un satın alma əməliyyatının əvvəlində, Samsung Android əməliyyat sistemini satın almaq üçün cəhdləri olmuş ancaq buna baxmayaraq firmanın bütün cəhdləri uğursuz olmuşdu.

10

Məşhur YouTube kanalı EverythingAppplePro, Samsung-un hələ təqdim edilməyən telefonu Galaxy S8-in 100 dollarlıq saxta versiyasını incələdi. Samsung Galaxy S8-i qarşımızdakı həftə Barcelona-da başlayacaq MWC 2017 tədbiri yerinə Mart ayının sonunda keçirələcək bir fəaliyyətdə təqdim edəcək. Cihazın təqdimatına hələ 1 aydan daha çox vaxt qalmasına baxmayaraq məşhur YouTube kanalı EverythingApplePro, telefonun 100 dollarlıq saxta versiyasını incələdi. Aşağıdakı videoya keçməmişdən əvvəl, qutusunun belə müntəzəm bir şəkildə kopyalandığını görürük. Telefonun qiymətinin 100 dollarolmasına rəğmən yenə də cəlb edici xüsusiyyətlər əlavə edilib. 4G LTE əlaqə dəstəyi, 64-bit parametrli 8 nüvəli prosessor, 5.2 inç böyüklüyündə Quad HD sAMOLED ekran, 12/5 MP keyfiyyətində Dual Piksel kamera, 64 GB daxili yaddaş sahəsi, Suya ve toza qarşı dayanıqlı olmasını təmin edən IP68 sertifikatı, Naqilsiz şarj. Dizayn olaraqda istifadəçiləri məmnun etməyəcəyini fikirləşdiyimiz saxta Galaxy S8 AnTuTu testində də Galaxy S8, S7-dən çox geridə qaldı. Galaxy S8, testdən 125.243 xal toplayarkən saxta Galaxy 8 isə ancaq 22722 xal toplaya bildi.

iPhone 8 şaiyələrin çoxaldığı bu günlərdə yayımlanan yeni bir hesabat yeni iPhone-un ekran xüsusiyyətləri, RAM və yaddaş sahəsi həcmi ilə əlaqəli ətraflı məlumatlar əks etdirir. Ötən həftə iPhone 8 xəbərlərinə istiqamət verən Ming-Chi Kuo-nun yayımladığı hesabatlardan sonra bugün də TrendForce-dan yeni iPhone-un xüsusiyyətləri haqqında ətralı bir hesabat gəldi. Hesabat, Kuo-nun bir çox iddiasını təsdiqləyərkən əyilmiş ekran iPhone gözləyənləri bir xeyli kədərləndirəcək məlumatlar var. iPhone 8, 3GB RAM və 64 GB yaddaş sahəsi ilə gəlir. TrendForce-a görə iPhone 8, 5.8 inç OLED bir ekrana sahib olacaq. Ancaq yeni iPhone, məhsuldarlıq və kövrəklik səbəbindən əyilmiş bir ekranla gəlməyəcək. Şirkət çərçivəsiz və4.7 inç ölçüsündə iPhone 8 iddialarını təsdiqləyir. TrendForce, iPhone 8-də fiziki ana ekran düyməisini tamamilə qaldıraraq çərçivəsiz bir iPhone dizayn etdiklərini bildirir. Şirkətin hesabatına görə iPhone 8, iPhone 7 Plus-da olduğu kimi 3G RAM-a sahib olarkən, yaddaş sahəsi olaraq da sadəcə 64 GB və 256 GB variantları ilə gələcək. Hesabatda 3D qəbul etmə xüsusiyyətinin üz tanıma və artırılmış reallıq tətbiqlərinə xidmət edəcəyi bildirilib. iPhone 8 yüksək qiymətə satışa çıxarılacaq. TrendForce, iPhone 8-in indiyə qədərki ən yüksək qiymətə sahib iPhone modeli olacağını iddia edir. Bu da 1000 dollar iddiasını təsdiqləyir deyə bilərik. Ancaq 64 və 256 GB variantlarının hər ikisində də 1000 dollar qiymət etiketi olub-olmayacağı məlum deyil. Hesabatda Apple-ın daha rəqabətçi qimətlərlə yeni 4,7 inçlik və 5,5 inç-lik cihazlar hazırladığı da bildirilir. TrendForce, yüksək qiymətinə rəğmən, üst səviyyə iPhone 8-in ümumi iPhone istehsalının 40% təşkil edəcəyini iddia edir.

11

Rusiyanın Perm şəhərində yaşayan proqramçı Aleksandr Osipoviç, 3D printer vasitəsilə Terminator T800-ü yaradıb. Robot, istifadəçinin suallarına cavab verə və internetdə lazım olan məlumatı tapa bilir. Robot üçün proqram üzərində Aleksandr 2009-cu ildə universitetdə oxuyan zaman başlayıb. O, süni zəka sisteminin kodunu, Visual Basic-də yazmışdır. Robotun texniki tərəfi ilə Aleksandr 2011-ci ildə məşğul olmağa başlamışdır. Terminatorun çertyojlarını Aleksandr-a 2013-cü ildə “Google” şirkəti göndərmişdi. Həmin vaxtlarda şirkət, müxtəlif cihazlar yığan insanlara köməklik kampaniyası keçirdirdi. Aleksandr isə şirkətə, robot yığmaq istədiyini bildirmişdi. Cavab olaraq ona 3D printer alınmasını və onda Terminator T800 modelinin hazırlanması məsləhət görülmüşdü. Cavab məktubunda həmçinin robotun yığılması barədə çertyojlar da var idi. Robot, plastik skeletdən və bir neçə hissələrdən ibarətdir. Həmin hissələr, robotun baş və çənə hissəsini hərəkətə gətirir. Bundan əlavə olaraq yaradılmış robot, hiroskop vasitəsilə məkanda öz yerini təyin edə bilir. Terminatorun qolları kimi qalan hissələri üzərində Aleksandr hələ də çalışır.

Çində Huawei Honor V9 smartfonu təqdim olunub. Yeni smartfon 3 versiyada təqdim olunub. Onlar bir-birilərindən RAM və daxili yaddaş göstəricilərinə görə fərqlənirlər. Smartfonun beynəlxalq versiyası isə Honor 8 Pro adlanacaq. Honor V9, metal korpusa sahibdir və 4 rəngdə təqdim olunur. Çox güman ki, bu versiya məhz Çin bazarı üçün eksklüziv olacaq. Beynəlxalq versiya olacaq Honor 8 Pro isə oxşar texniki göstəricilərə sahib olacaq. Lakin təbii ki, beynəlxalq versiyanın qiyməti bir qədər baha olacaq. Sözügedən smartfonun əsas özəlliklərindən biri onun 3D çəkiliş funksiyasıdır. Güman olunur ki, həmin funksiya vasitəsilə adi foto çəkib daha sonra çəkilmiş fotonun modellərini 3D printerdə çap etdirmək mümkün olacaq. Texniki göstəricilərinə gəldikdə isə Honor V9, 5.7 inç QHD ekran, 8 nüvəli Kirin 960 prosessoru, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (microSD özəllikli), 4000 mAh enerji tutumlu batareya, biri 12 MP rəngli, digəri 12 MP monoxrom olan ikili arxa kamera və 8 MP ön kamera ilə təchiz olunub. Smartfon, barmaq izi skanı və iki SIM kart özəlliklərinə sahib olmaqla yanaşı Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun hələki Çin bazarındakı qiyməti məlumdur. Deməli 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya, 376$, 6 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya, 434$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 507$ qiymətinə satılacaq. Çində onun satışları 28 Fevral tarixində start götürəcək.

12

Dünən YouTube-da yaranan giriş probleminin ardından bu gün də sosial şəbəkə nəhəngi Facebook eyni problemlə üz-üzə qalıb. Dünən axşam YouTube-a giriş təxminən 1 saat mümkün olmayıb. Sayta girmək istəyən istifadəçilər “500 Internal Server Error” səhvi ilə qarşılaşıblar. İndi də ölkəmizdə bir o qədər hiss edilməsə də Avropanın bir sıra ölkələrində Facebook-a girişdə problem yaranıb. Türkiyədə və ABŞ-da hiss edilməyən bu problem, xüsusilə xəbər lentinin işləməməsi ilə müşahidə olunur. Avropanın bir sıra ölkələri ilə yanaşı, Asiya və Uzaq Şərq ölkələrində bənzər problemlər müşahidə olunmaqdadır. Problemlə əlaqədar Facebook tərəfindən bu dəqiqəyə kimi heç bir açıqlama verilməyib. Yaranan problemin səbəbi də bu dəqiqəyə qədər məlum deyil.

13

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register