Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google” axtarış sistemi özünün “Waze” naviqasiya əlavəsini yol yoldaşı axtarışı funksiyası ilə tamamlayacaq. Marneulifm-in “Amerikanın səsi”nə istinadən verdiyi xəbərə görə, “Uber” və “Lyft” taksi xidmətlərindən fərqli olaraq, “Google” adi sürücüləri naviqasiya əlavəsindən istifadə edərək eyni istiqamətə gedən insanları daşımağa sövq edəcək. Yeni xidmət ABŞ-ın və Latın Amerikasının bir neçə şəhərində istifadəyə veriləcək. “Biz adi bir sürücünü işə yollanarkən eyni istiqamətə gedəcək sərnişinləri də özü ilə götürməyə inandıra bilərikmi? Bu, ən mürəkkəb sualdır”, – deyə “Waze” şirkətinin rəhbəri Noam Bardin deyib. “Waze” ilə hərəkət “Uber” və “Lyft”dən daha ucuz olacaq. Belə ki, Oklendin mərkəzindən San-Fransiskonun mərkəzinə gediş 4,5 dollar olacaq. “Uber Pool”da qiymət 10,57 dollar, “Lyft Line”da isə 12,40 dollar təşkil edir. “Waze” xidmətindən yararlanan sərnişinlər bir mil məsafə üçün cəmi 0,54 dollar ödəyəcək. Əvvəlcə xidmət sürücülərdən pul tutmayacaq, lakin gələcəkdə xidmət tam gücü ilə çalışmağa başlayanda gəlirdən 15% tutulması planlaşdırılır.

1

Bu günlərdə “Apple” şirkəti yeni hesabatını açıqlayıb. Hesabata əsasən iOS 10 əməliyyat sistemi təxminən 79 faiz uyğun cihazlarda quraşdırılıb. Yeni versiya 5 ay əvvəl fəaliyyətə başlayıb və artıq quraşdırılma sayına görə rekord qeydə alınıb. Analitiklərin məlumatına əsasən, iOS 10 əməliyyat sistemi ümumən 79 faiz “Apple” cihazlarında quraşdırılıb. Digər istifadəçilər isə əməliyyat sisteminin köhnəlmiş versiyalarından istifadə edirlər. Təxminən elə bu cür göstəricilər bir zaman populyar olan iOS 9 əməliyyat sistemi zamanı olub. Mütəxəssislər əsas diqqəti ona vurğulayıblar ki, yeni versiya olduqca stabildir və istifadədə təhlükəsizlik baxımından yüksək göstəricilər nümayiş etdirir. iOS 10 özündən əvvəlkilərindən daha tez genişlənib. İlkin məlumatlara görə, belə bir populyarlıq onunla bağlıdır ki, ötən yarım il ərzində “iPhone 7” smartfonu “Apple” brendləri arasında ən populyar smartfon olub.

2

“Instagram” istifadəçiləri tezliklə çoxdan gözlənilən funksiyasını əldə edəcəklər. Bundan sonra onlar bir postda ona qədər şəkil və video yükləyə biləcəklər. Bu barədə xidmətin rəsmi bloqunda bildirilir. Funksiya özünün sadəliyi ilə öyünə bilər. Onlarla şəkil və video çarx yükləmək üçün, sadəcə, dərclər bölməsinə daxil olmaq və xüsusi düyməyə sıxmaq lazımdır. Bundan sonra materialların hər birini ayrı-ayrılıqda redaktə etmək və ya bütün şəkil və videolar üçün yeganə filtr yükləmək mümkündür. Şəkillərin sıralanması onların üzərinə sıxılma sırası ilə davam edir. Modernləşdirilmiş postlar lentdə aşağısında mavi nöqtə ilə işarələnəcək. Dərclərə baxmaq üçün onların üzərində barmaqla hərəkət etmək lazımdır.

3

“Asus” şirkəti planşetlərin istehsalını azaldacaq, həmçinin onların satış bazarlarını bağlayacaq. Bu barədə konsernin rəhbəri Cerri Şen məlumat verib. Şirkət rəhbərliyi bildirib ki, gələcəkdə planşet bazarının istehsal həcmlərini artırmaq niyyətində deyil. Bundan başqa, onların sayı ciddi olaraq azaldılacaq. Həmçinin tanınmış brend məhsullarının əksər satış bazarlarını bağlayacaq. Bundan əvvəl də planşet cihazlarının tərtibatı ilə məşğul olan “Asus” əməkdaşlarının böyük hissəsi gələcəkdə mobil telefonların və digər virtual reallıq cihazları elektronikası tərtibatına yönəldiləcək. Planşet istehsalının azalması hələ ötən il qeydə alınıb. Direktor Cerri Şenin sözlərinə görə, bu proses şirkət tərəfindən qabaqcadan planlaşdırılıb və əsas diqqəti istehlakçılar tərəfindən daha tələbli olan yeni mobil və elektron avadanlıqlarının istehsalına yönəltmək lazımdır. “Asus” şirkəti özünün məhsul çeşidini genişləndirmək niyyətindədir, bazara daha yeni və müasir texnika çıxarmaq istəyir. Məhz bu, şirkətə daha çox gəlir gətirəcək. Statistiklərin məlumatına görə, 2016-cı ildə bazara 3,3 milyon nüsxə “Asus” tərəfindən istehsal edilmiş planşet çıxarılıb. Eyni zamanda 2015-ci ildə bu göstərici 5,9 milyon nüsxə olub. Cəmi iki il ərzində şirkət 12 milyon ədəd planşet cihazı istehsal edib.

4

İstifadəçilər rahat yazışa, zəng və hətta videozəng funksiyasından istifadə edə bilərlər. “Microsoft” şirkəti “Skype VoIP” xidmətinin aşağı güclü smartfonlar və zəif mobil şəbəkələr üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. “Skype Lite” adlı yeni məhsul inkişaf etməkdə olan bazarlara hədəflənib. “Skype Lite” xidmətinin işləməsi üçün mobil qurğuda 13 meqabayt boş yaddaş lazımdır. Yeni proqram qeyri-stabil və ya zəif internet qoşulma zamanı veb-trafiki optimallaşdırır, buna görə də istifadəçilər rahat yazışa, zəng və hətta videozəng funksiyasından istifadə edə bilərlər. Proqram nəhəngi cari ilin iyununadək “Skype Lite” proqramını “Aadhaar” (Hindistan sakinlərinin məlumat bazası) ilə inteqrasiya etməyi planlaşdırır. Bu bazada bütün sakinlərin barmaq izləri və gözlərinin qüzehi qişalarının skan edilmiş təsvirləri saxlanılır. “Aadhaar”a qoşulma nəticəsində “Skype Lite” xidməti daha funksional olacaq – məsələn, videoəlaqə vasitəsilə işə qəbul edərkən müsahibə zamanı, mülk və ya müxtəlif məhsulların satışı zamanı istifadəçiləri sürətli identifikasiya etmək imkanına malik olacaq. “Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, “Skype Lite” proqramı hindistanlı istifadəçilər üçün yaradılıb. Hindistanın əhalisi 1,25 milyard təşkil edir və 300 milyon nəfər smartfondan istifadə edir.

5

İnstaqram sosial şəbəkəsi daha bir yeni funksiya tətbiq edib. Funksiyaya əsasən, artıq bir paylaşımda 10 ədəd şəkil yerləşdirmək mümkün olacaq. Bu barədə şirkətin bloqunda yerləşdirilən məlumatda bildirilir. Qeyd olunur ki, yeni paylaşımdan öncə xüsusi düyməni basmaq, daha sonra isə 10 foto seçmək lazımdır. Şəkilləri ümumilikdə bir formada və ya ayrılıqda redaktə etmək mümkün olacaq.

6

“Huawei”, Mobil Dünya Konqresi 2017 (MWC 2017) sərgisində təqdim edəcəyi yeni ağıllı telefonları ilə birlikdə yeni əməliyyat sisstemini də istifadəçilərə təqdim edəcək. 26 Fevral tarixində Mobil Dünya Konqresindən əvvvəl bir tədbirdə “Huawei”, yeni admiral gəmiləri P10 və P10 Plus-ı təqdim edəcək. Lakin bu hamısı deyil. Çünki şirkət, Android 7.0 Nougat əsaslı yeni əməliyyat sistemi EMUI 5.1-in də  təqdimatını edəcək. Şirkət bu yeni əməliyyat sisteminin xəbərini Huawei P10 və Huawei P10 Plus üçün bir neçə gündür yayımlanan teaser görüntülərinin axırıncısıyla etdi. EMUI 5.1-in EMUI 5.0 və Android 7.0 Nougat əsaslı bir əməliyyat sistemi olacağı xaricində hələki basqa bir məlumat yoxdur. Amma yenə də P10 və P10 Plus-ın birbaşa olaraq EMUI 5.1 yüklü olaraq satışa çıxacağını desək səhv etmiş olmarıq. EMUI 5.1 əməliyyat sistemi 26 Fevral tarixində təqdim olunduqdan sonra bütün detallarının da paylaşılacağı gözlənilir.

7

HTC-nin ötən ay təqdim etdiyi yeni telefonu HTC U Ultra, Rumınya-da satışa çıxdı. Bununla birlikdə cihaz, Birləşmiş Krallıq-da sifarişləri qəbul edə bilir. HTC-nin ötən ay keçirilən bir mərasimdə təqdim etdiyi yeni telefonu HTC U Ultra, Avropa-da satışa çıxdı. Rumınyalı pərakəndəçi QuickMobile, telefonun 64 GB daxili yaddaş sahəsinə sahib modelini satışa çıxardı. Telefonun satış qiyməti 3.899.90 Romen Leyi, yəni bu da təxminən 2000 GEL edir. Cihaz, Birləşmiş Krallıq-da 615 Pound-luq başlanğıc qiyməti ilə sifarişləri qəbul edir. Edilən sifarişlərin çatdırılması isə 1 martda başlanacaq. ABŞ-da isə telefon 749 dollar olaraq sifarişləri qəbul edir. Ancaq ABŞ-dakı sifarişlərin çatdırılmasına mart ayının ortasından əvvəl başlanacağı gözlənilir. HTC U Ultra’nın xüsusiyyətləri, 5,7 inç Quad HD Super LCD5 Ekran, 2,05 inç 1040×160 İkinci Ekran, Qualcomm Snapdragon 821 prosessor (Adreno 530 Qrafik prosessoru), 4 GB RAM, 64/128 GB Daxili yaddaş sahəsi (256 GB-a qədər MicroSD Kart Dəstəyi), 12 MP Arxa Kamera, 16 MP Ön Kamera, 3000 mAh Batareya, Android Nougat əməliyyat sistemi.

8

Məşhur insayder Evan Blass, hələki təqdim olunmamış Galaxy S8 Plus smartfonunun texniki göstəricilərini təqdim edib. Beləliklə Galaxy S8 Plus modeli 6.2 inç Super AMOLED Quad HD ekran (qıraqları əyilmiş formada), 4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), Dual Pixel texnologiyalı 2 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunacaq. Bundan əlavə olaraq Galaxy S8 Plus göz qişası skanı və naqilsiz şarj texnologiyasına sahib olacaq. Tozdan və sudan qorunmaq üzrə smartfon, IP68 qoruyucu standartı ilə təmin olunacaq. Musiqi dinləməyi sevənlər üçün isə maraqlı sürpriz odur ki, smartfonun komplektində “AKG” şirkətinin istehsalı qulaqlıqlar olacaq. Məlumata əsasən yeni Galaxy S seriyası modellərinin təqdimatı 29 Mart tarixində baş tutacaq. Galaxy S8-in qiymətinin 799 avro, Galaxy S8 Plus-ın qiymətinin isə 899 avro təşkil edəcəyi güman olunur. Hər iki modelinin satışlarının 21 Aprel tarixində start götürəcəyi gözlənilir.

9

“Disney Research” laboratoriyasında alimlər qrupu tərəfindən otaq daxilində elektron qurğuların şarjının doldurulmasını təmin edən enerjinin simsiz ötürülməsi sistemi hazırlanıb. Bu metod “kvazistatik rezonans boşluq” (“QSCR”) adlandırılıb. ” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, yeni metodun işini nümayiş etdirmək üçün laboratoriyada 5×5 metr ölçüsündə xüsusi otaq qurulub. Otaq daxilində bir neçə mobil telefonu daima enerji ilə dolduran, ventilyasiya və otağın daxili işıqlandırmasını enerji ilə təmin edən maqnit dalğaları yaradılıb. Alimlər artıq 100 ildən çoxdur ki enerjinin simsiz ötürülməsi ideyasını reallaşdırmağa çalışırlar. 19-cu əsrin 90-cı illərində Nikola Teslanın möhtəşəm sınaqlarını xatırlamaq kifayətdir O, bu sınaqlar zamanı simsiz işıqlandırmanı nümayiş etdirmişdi.

10

“Alphabet” internet paylayan stratostatların qlobal şəbəkəsindən imtina edib. ABŞ-ın “Alphabet Inc.” şirkəti “Loon” layihəsi çərçivəsində stratostatların qlobal yerdəyişməsi konsepsiyasından imtina edib. “Loon” layihəsi dünyada rabitənin təmini üçün kommunikasiya ötürücü aparatları ilə təchiz edilmiş hava şarlarının qlobal şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. 2013-cü ildən şirkət tərəfindən stratostatların pilot buraxılışı həyata keçirilir: sınaqlar Avstraliya, Yeni Zelandiya, Braziliyada keçirilib. 2015-ci ildə istehsalçılar İndoneziyada “LTE” şəbəkəsi üzrə internetin paylanması haqda müqavilə imzalayıblar. Ilk öncə konsepsiya hava şarlarının qlobal yerdəyişməsini nəzərdə tuturdu. Ancaq sonra mütəxəssislər başqa üsuldan istifadə ediblər: kompüter təlimi vasitəsilə stratostatlar konkret rayonun üzərində dayanmağı öyrəniblər. Bu üsulu yoxlamaq üçün müəlliflər tərəfindən buraxılmış stratostat havada 98 gün qalıb və bu müddət ərzində alqoritm avtomatik 20 min düzəliş edib. Bu yaxınlara kimi “Alphabet” şirkəti paralel şəkildə analoji “Titan” layihəsini hazırlayırdı. Bu layihə zamanı yaradılması planlaşdırılan günəş akkumulyatorları ilə işləyən pilotsuz təyyarə ucqar rayonlarda telekommunikasiya xidmətlərini təmin etməli idi. Ancaq şirkət bu məsələni reallaşdırmaq üçün “Loon” layihəsinə üstünlük vermişdi. İndi isə “Loon” layihəsindən də imtina edib.

11

“AnTuTu” şirkəti cari ilin 31 yanvarına olan vəziyyətə görə ən güclü mobil qurğuların reytinqini dərc edib. Ən azı 2000 testdən keçmiş modellər reytinqə daxil edilib. Maraqlıdır ki, yeni statistika 2016-cı il üzrə ən məhsuldar qurğuların reytinqindən bir qədər fərqlənir. Məsələn, “Android” mobil əməliyyat sistemi ilə işləyən ən güclü smartfonların top onluğunda yalnız Çin istehsalçılarının cihazları yerləşib, hərçənd bu yaxınlarda beynəlxalq brendlərin modelləri reytinqdə ön pillədə yerləşmişdilər. “AnTuTu” şirkətinin versiyasına görə, orta hesabla təxminən 163 min xal toplamış “OnePlus 3T” ən güclü “Android” smartfonudur. “LeEco Le Pro3” smartfonu (159193 xal) ikinci,  “ZUK Edge” (156202 cxl) isə üçüncü yeri tutublar. Sözügedən reytinqdə dördüncü və beşinci yerləri tutmuş “Smartisan M1” və “Smartisan M1L” qurğuları yeni modellərdir. “iOS” sistemi ilə işləyən qurğuların reytinqində qeyri-müəyyən səbəblərdən “AnTuTu” testində 195 min xal toplamış 12,9 düymlük “iPad Pro” qurğusu yoxa çıxıb. Beləliklə, indi “AnTuTu” şirkətinin versiyasına görə, “iPhone 7 Plus” ən güclü “iOS” qurğusudur.

12

“Apple” korporasiyası süni intellektdən istifadə nəticəsində sifətin tanınması texnologiyalarının hazırlanması üzrə ixtisaslaşmış “RealFace” startapını satın alıb. Gözləntilərə görə, firmanın bu ideyaları növbəti nəsil “iPhone” smartfonunda tətbiq ediləcək. “Engadget” portalı İsrailin “Calcalist” nəşrinə istinadən yazır ki, “Apple” korporasiyası “RealFace” startapını bir neçə milyon dollara satın alıb. “RealFace”in saytı hazırda işləmir. “RealFace” dərin təlim texnologiyasının imkanlarından istifadə edərək sifətin skan edilməsi vasitəsilə autentifikasiya texnologiyalarını yaradır. “RealFace”də dəqiq profilin tərtibinə təxminən üç saniyə vaxt lazımdır, bundan sonra qurğu ön kamera vasitəsilə sahibini dərhal tanıyır. Şayiələrə görə, “Apple” yeni smartfonlarda daxili barmaq izi skanerinə malik aparat düyməsindən imtina etməyi planlaşdırır. Sifətin tanınması əsasında istifadəçilərin avtorizasiyası buna alternativ ola bilər.

13

Cənubi Koreyanın “LG” şirkətinin nümayəndələri rəsmi bəyanatla çıxış edərək “LG G6” smartfonunun ikitərəfli enlibucaqlı kamera ilə təchiz ediləcəyini bildiriblər. Smartfon tərtibatçılar tərəfindən “Instagram” sosial şəbəkəsi üçün ideal qurğu kimi qələmə verilir. Belə bəyanatların verilməsinə optikanın yeni funksional imkanları səbəb olub. Belə ki, yeni qurğunun 13 meqapikselli əsas kamerasının baxış bucağı 125 dərəcə, ön kameranın isə 100 dərəcə təşkil edəcək. Ekspertlərin sözlərinə görə, kameranın yeni imkanları kiçik pozmalar olmadan 1:1 nisbətində fotoşəkillər çəkməyə şərait yaradır. Məlumata görə, “LG G6” 5,7 düym ölçüdə unikal “QHD+ LCD” ekranı və 18:9 tərəf nisbəti ilə təchiz olunacaq. Smartfonun əvvəlki versiyası 16:9 nisbətli 5,3 düymlü “QHD” ekrana malik olub. Yeni qurğunun geniş ictimaiyyətə fevralın 27-dən martın 2-dək Barselonada (İspaniya) keçiriləcək “MWC” 2017″ beynəlxalq sərgisi çərçivəsində təqdim ediləcəyi gözlənilir.

14

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp”ın Android platformalı smartfonlar üçün son yenilənməsi çoxlarının narazılığına səbəb olub. Bu yeniliyə görə, artıq “WhatsApp Web” kompüterdə açıq olduğu zaman telefonun ekranına bu barədə bildiriş gəlir. Ən pisi isə odur ki, bu bildirişi silmək olmur və “notification”ların başında dayanır. Qeyd edək ki, istifadəçilərin çoxu sosial mediada yazdıqları şərhlərlə bu yeniliyin ləğv edilməsini rica ediblər.

15

Smartfon istehsalında ixtisaslaşan əksər aparıcı şirkətlər 10 nüvəli “MediaTek” çipsetlərinin tətbiqindən imtina etməklə bağlı qərar qəbul edib. İmtinaya səbəb kimi məhsuldarlığın cüzi yaxşılaşdırılmasına baxmayaraq qurğuların qızması və yüksək rəqabətqabiliyyətlilik göstərilir. Çinin “Meizu” şirkəti 10 nüvəli “MediaTek” çipsetlərdən imtina etməyən yeganə istehsalçı olacaq. “Helio X30” qurğusu istehsalçılar tərəfindən bütün əvvəlki çatışmazlıqların nəzərə alındığı sonuncu məhsuldur. Lakin Çinin “Vivo”, “Oppo”, “Xiaomi” və “LeEco” kimi digər şirkətləri 10 nüvəli çipdən imtina etmək qərarına gəliblər. Şirkət nümayəndələri diqqəti mikroçipin onların istədiyi səviyyədə etibarlı və məhsuldar olmamasına yönəldiblər. Bununla əlaqədar olaraq “Taiwan Semiconductor Manufacturing Company” zavodunda 10 nüvəli “MediaTek” çipsetlərinin istehsalı iki dəfə azaldılıb. Qeyd edək ki, sonuncu 10 nüvəli qurğu olan “Helio X30” smartfonu əvvəlki qurğulardan daha stabil ola bilər. Bundan sonra “Meizu Pro 7” 10 nanometrlik texnoloji prosesin istifadə edildiyi yeganə model olacaq.

16

Çinli mütəxəssisləri 2018-ci ilədək çox güclü kompüter yaratmağı planlaşdırırlar. Bu kompüterin məhsuldarlığı 1 ekzaflops (saniyədə kvintilyon əməliyyat) təşkil edəcək. Bu haqda Tyanszin şəhərinin Dövlət Superkompüterlər Mərkəzinə istinadən “China Daily” qəzeti yazıb. Layihənin kuratoru Men Syanfeyin sözlərinə görə “Tianhe-3” dünyanın ən güclü superkompüteri olacaq. “Tianhe-3” 2016-cı ilin noyabrında dərc edilmiş “TOP500” versiyasına görə hazırda ən güclü kompüter hesab olunan “Sunway TaihuLight”i 10 dəfə üstələyəcək. “Çin cari ildə bu istiqamətdə (həm prosessor, həm də digər texnologiyalar) inqilab etməyə hazırlaşır. Nəticədə ekzaflops məhsuldarlığa malik çox güclü hesablama kompüterinin prototipi yaradılacaq. Biz faktiki olaraq  kompüterlərin məhsuldarlığı istiqamətində yeni pillə ilə üz-üzəyik. Bu, Çinə bir sıra mürəkkəb elmi problemləri daha sürətli, daha dəqiq həll etməyə imkan verəcək” – alim deyib. Bu kompüter zülalların strukturunun və yerləşmə ardıcıllığının təhlili zamanı gen mühəndisliyində istifadə etmək planlaşdırılır. “Təxmin edilir ki, bu kompüter sayəsində tibb sahəsində yeni kəşflər ediləcək” – Men Syanfey qeyd edib. Sözügedən superkompüter milli texnologiyalar əsasında yaradılır və 2020-ci ilədək hazır olacaq.

17

İctimai yerlərdə aktiv yayılan smartfon və digər cihazlar üçün enerjidoldurma qurğuları fərdi məlumatlar üçün ciddi təhlükə törədə bilər. “Authentic8” təşkilatının ekspertləri bu qənaətə gələrək, məsələn, ticarət mərkəzində və ya metroda quraşdırılan “USB” portlarından istifadə etməyi tövsiyə etmirlər. Ekspertlərin sözlərinə görə, haker texnologiyalarının görünməmiş inkişaf səviyyəsinə çatması nəticəsində smartfonlar üçün enerjidoldurma qurğularının ictimai portlarını xüsusi şəkildə modifikasiya edən cinayətkarlar qurbanın bu nöqtəyə yalnız qurğusunu qoşmasını gözləyir. “Yerdə qalan isə texnikanın işidir”, – mütəxəssislər qeyd ediblər. Ekspertlər izah ediblər ki, smartfonun enerji ilə doldurulması üçün istifadə olunan çıxış eyni anda məlumatları da ötürə bilər. Məxfi informasiyanı oğurlayan hiyləgər hakerlər məhz bundan istifadə edirlər. Qurğu ictimai yerdə enerji ilə doldurulan zaman başqa insanların görməsi üçün nəzərdə tutulmayan fotoşəkillər, kontaktlar, messencerlərdə yazışmalar, bank informasiyası, eləcə də smartfonun yaddaşında saxlanan bütün digər məlumatlar potensial risklə üzləşir.

18

Amerikalı istehlakçılar arasında keçirilmiş sorğunun nəticəsi əsasında “The Harris Poll” nəşri tərəfindən tərtib edilmiş korporativ brendlərin nüfuz reytinqində “Samsung” korporasiyası 40  pillə aşağı yuvarlanıb. Nəşrin məlumatına görə, 2017-ci ildə “Samsung” sözügedən reytinqdə 49-cu yerdə qərarlaşıb ki, bu da Cənubi Koreya brendinin ötənilki nəticəsi (7-ci yer) ilə müqayisədə xeyli aşağıdır. Həmçinin məlumata əsasən, “Samsung” son 3 il ərzində daima dünyanın aparıcı brendlərinin onluğunda olub. “The Harris Poll” nəşrinin versiyasına görə, “Amazon” internet riteyleri sözügedən nüfuz reytinqində birinci pillənin sahibidir. “Apple” korporasiyası reytinqdə beşinci, “Google” və “Tesla Motors” şirkətləri müvafiq olaraq 8-ci və 9-cu yerləri tutublar. Yüksəktexnologiyalı şirkətlərdən başqa, həmçinin “Wegmans” və “Publix Super Markets” supermarketlər şəbəkələri, “Johnson & Johnson” əczaçılıq nəhəngi, “UPS” loqistika şirkəti, “The Walt Disney Company” korporasiyası və “3M” innovativ istehsal şirkəti reytinqə düşüb. Analitiklər “Samsung”un nüfuzunun kəskin azalmasını uğursuz “Galaxy Note 7” smartfonu ilə izah edirlər. Bundan başqa, şirkətin rəhbərliyinin hakimiyyətin ən yüksək eşelonlarında korrupsiya qalmaqalında iştirakı “Samsung”un nüfuzuna böyük xələl gətirib.

19

Martda ən çox gözlənilən smartfonların adı açıqlanıb. Barselonada keçiriləcək ən böyük mobil qurğu sərgisi çərçivəsində dünyanın aparıcı “Nokia”, “LG”, “BlackBerry”, “Huawei”, “Samsung” və digər şirkətləri hazırda bəziləri sirr kimi saxlanılan aktual yeniliklərin nümayişinə hazırlaşır. Yanvarda “Nokia 6” smartfonunu nümayiş etdirən “Nokia” şirkətinə böyük ümidlər var. “Qualcomm Snapdragon 835” çipseti ilə “Android” sistemli “Nokia 7” və “Nokia 8” modellərinin də bu il buraxılacağı gözlənilir. Çinin “TCL Corp” şirkəti satış həcmi sıfıra bərabər Kanadanın “VlackBerry” brendini satın alaraq məşhur markanın dizaynında operativ dəyişikliklərə başlayıb. Bununla əlaqədar olaraq Barselonada böyük ümidlərin bəslənildiyi “VlackBerry Mercury” smartfonu nümayiş olunacaq. “LG G6” smartfonu sərgisinin açılışı olacağı bildirilir. Mütəxəssislər əmindirlər ki, retro dəbi və qabaqcıl innovasiyaların effektiv birləşməsi istifadəçilərə mobil qurğu ilə ünsiyyətdən maksimum həzz almağa imkan verəcək. Çinin “Huawei” şirkətinin məhsulları uzun müddətdir populyarlıq qazanıb. Daha çox alıcı cəlb etmək üçün şirkət hər il smartfonların istehsal xəttini yeniləyir və 2017-ci ilin yazı bu baxımdan istisna olmayacaq. Əsas təqdimatın ucuz və bahalı versiyada hazırlanan “Huawei P10” smartfonunun olacağı qeyd olunur. Birinci qurğu 3 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla, ikinci qurğu isə müvafiq olaraq 6 giqabaytlıq operativ və 64 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz ediləcək. “Android 7.0” əməliyyat sistemi ilə “Kirin 960” prosessoru qurğunun yüksək məhsuldarlığını təmin edəcək. “Samsung” şirkəti uğursuzluqdan sonra “Samsung 8” modeli ilə öz şöhrətini qaytarmağa çalışacaq. Alışan akkumulyatorlar tarixdə qalaraq ictimaiyyəti bu anlaşılmazlığı unutmağa, təqdimatı bütün dünyada səbirsizliklə gözlənilən yeni “Samsung 8” smartfonu kömək edəcək. “Snapdragon 840” prosessorunun və “Android 7.0” əməliyyat sisteminin quraşdırılacağı qurğunun operativ yaddaşı 6 giqabayt təşkil edəcək. Həmçinin barəsində məlumatın az olduğu “Galaxy S8 Pro” qurğusunun təqdim ediləcəyi gözlənilir.

20

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register