Yenə Bolluca Gülüş Yığmasına Hazır Olun Martın 5 və 12 si o gəlir

Martın 5-i və 12-si ölkəmizdə, paytaxt Tbilisidə gənc aktyor və rejissor Anar Rafiqoğlunun “Zarafat Kolleksiyası 4” adlı stand up komediya tamaşaları olacaq. Saat 15:30-da Atoneli teatrında baş tutacaq tamaşanın biletləri Tbilisi, Marneuli və Rustavi şəhərlərində artıq satışdadır. Xatırladaq ki, 2012-ci ildən stand up komediya tamaşaları ilə peşəkar səhnədə çıxış edən Anar Rafiqoğlu Gürcüstanda bu sahədə fəaliyyət göstərən yeganə azərbaycanlıdır.
Gənc aktyor artıq bir neçə aydır bu tamaşanın üzərində işlədiyini və tamaşada adi məişət yumorları ilə bərabər, xeyli siyasi, ictimai zarafatlar da olacağını qeyd edib.
Aktyor sonda onu da vurğulayıb ki, Golden Rose kosmetika şirkətinin baş sponsorluğu ilə hazırlanan tamaşada xanımları sürpriz hədiyyələr gözləyir.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register