Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın “Verizon Communications” telekommunikasiya korporasiyasının rəhbərliyi ölkənin 11 şəhərində yüksək sürətli simsiz 5G rabitəsini işə saldığını elan edib. Belə bir internet qoşulmanın yükləmə sürəti saniyədə 10 GB-a çatacaq. Beşinci nəsil mobil rabitə ABŞ-ın Dallas, Atlanta, Denver, Mayami, Vaşinqton, Sietl, Hyuston və digər şəhərlərində işləyəcək. 2016-cı ilin iyul ayında “Verizon Communications” şirkətinin rəhbərliyi 2017-ci ildə 5G sınaqlarının keçirilməsi ilə bağlı bütün detalları təsdiqlədiyini açıqlamışdı. Mütəxəssislər hesab edirlər ki, yeni şəbəkə sürəti indiki 4G şəbəkəsinin sürətindən ən azı on dəfə çox olacaq. 5G texnologiyası ən azı 100 milyard ədəd mobil cihazı birləşdirməyə qadirdir.

1

“Google”un daxil olduğu “Alphabet” şirkəti “Uber” taksi xidmətini texnoloji oğurluqda ittiham edib. “Alphabet” “Uber”in pilotsuz avtomobillərdə istifadə olunan lidar (lazer lokatoru) texnologiyasını oğurladığını iddia edərək məhkəməyə üz tutub. “Alphabet” bir müddət əvvəl pilotsuz avtomobillər üçün texnologiya işləyib hazırlayan “Waymo” adlı şirkət yaradıb. “Waymo” bildirib ki, “Uber” və “Google”un keçmiş mühəndisləri onun lidar texnologiyasını oğurlayıblar. “Hesab edirik ki, onların “Waymo”nun intellektual mülkiyyətini və kommersiya sirlərini əldə etmək məqsədilə konkret planları olub”, – deyə “Google”dan bildirilib. Qeyd edək ki, “Google”un sabiq əməkdaşı Entoni Levandovski şirkəti tərk etməzdən əvvəl 14 mindən çox məxfi faylı götürüb. O, bir qədər sonra bu fayllardan özünün “Uber” nəzdindəki startapında istifadə etməyə başlayıb.

2

Dünyaca populyar “Microsoft” şirkətinin nümayəndələri yeni messencer istehsal etdiklərini elan ediblər. Yeni “Kaizala” əlavəsi telefon nömrəsi vasitəsilə fəaliyyət göstərir və “WhatsApp”la “Telegram”a rəqib olub. “Kaizala”nın çatlarında istifadəçilər üçün açıq olan bir çox müxtəlif funksiyalar mövcuddur. Belə ki, yeni əlavədə məlumatlar göndərmək, öz xəbərləri ilə bölüşmək, digər istifadəçilərə iş vakansiyaları təklif etmək, həmçinin işədüzəlmə proseslərini izləmək mümkündür. Bundan başqa, istifadəçilər yerləşdikləri yeri göstərməklə öz şəkillərini dərc edə, şəkildəki dostları və həmkarlarının yerləşdiyi yerləri də soruşa bilərlər. Həmçinin müxtəlif mövzularla bağlı sorğular yaratmaq mümkündür. “Kaizala” əlavəsini artıq indidən iOS, “Windows 10” və “Android” kimi daha çox populyar platformalarda istifadə etmək mümkündür. Qeyd edilir ki, artıq “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilən dördüncü messencerdir.

3

Böyük Britaniyanın “TransferWise” şirkəti “Facebook” sosial şəbəkəsində pul köçürmələrini işə salıb. Adıçəkilən funksiya beynəlxalq miqyasda işləyir. “Facebook”dakı çat-bot sosial şəbəkədə qeydiyyatdan keçmiş bütün istifadəçilər üçün əlçatan olacaq. Artıq bu funksiyadan Kanada, ABŞ, Avropa, Avstraliya və Böyük Britaniya sakinləri istifadə edə bilərlər. Tərtibat nəinki pul köçürmələrində faydalıdır, həmçinin məlumatlandırıcıdır. Xidmətdə birja bazarlarındakı vəziyyətlə bağlı məlumatları da almaq imkanları təqdim edilib. Xatırladaq ki, bu yenilənmə hələ ötən il ABŞ-da daxili istifadəçilərin istifadəsi üçün mümkün idi, ancaq indi bütün dünya üzrə genişlənib.

4

Nəhayət ki, “Nokia 3310” əfsanəvi mobil telefonu yenilənəcək. Əfsanəvi “Nokia 3310” telefonu restaylinqdən sonra bir sıra dəyişiklər əldə edəcək. Onun dizaynı olduğu kimi qalsa da, telefon daha nazik olacaq və rəngli displeyə malik olacaq. Dəyişikliklər əsasən displeyə və telefonun həcminə aid olacaq. Məlumdur ki, istifadəçilər sevilən cihazın yenidən geri qayıdacağını çox gözləyirdilər. Ancaq bu telefonu rəngli displeylə təchiz etməyəcəklər, həmçinin onu indikindən daha nazik edəcəklər. İstifadəçilər telefon rənginin seçimi qarşısında da qalacaqlar. Bununla belə, “Nokia 3310”un dizaynı dəyişməyəcək, yenə də düyməli olaraq qalacaq. Çünki yeni xüsusiyyətləri və eyni zamanda qalan funksiyaları bu telefonu digər populyar cihazlardan fərqləndirir. “Nokia” şirkəti bildirib ki, telefon əvvəl olduğu kimi, ən azı bir həftə enerji saxlaya biləcək.

5

İsrailin Ben-Qurion Universiteti mühüm texnoloji yeniliyə imza atıb. Universitet internetə bağlı olmayan kompüterdən məlumatları götürməyə imkan verən texnologiya işləyib hazırlayıb. Belə ki, xüsusi proqram təminatı və pilotsuz uçuş aparatına quraşdırılan xüsusi kamera vasitəsilə internet bağlantısı olmayan kompüterdən məlumatları götürmək mümkün olub. Mütəxəssislər bildirir ki, bu üsulla kompüterlərin sabit disklərinin indikatorları vasitəsilə informasiyalar ələ keçirilir. Bu üsulla həyata keçirilən informasiya oğurluğundan xəbər tutmaq qeyri-mümkündür.

6

Üç fərqli rəng seçimi ilə LG G6. Bu günə qədər fərqli ağıllı telefon sızıntılarını məşhur etmiş Evans Blass və ya digər adıyla @Evleaks, LG G6 üçün yeni bir görüntü yayınladı . Vizual telefonun mistik ağ, astro qara və buz platinum rəng variantlarını görürük. Bundan başqa arxa tərəfdə iki kamera ilə birlikdə barmaq izi sensoru və əvvəlki modelə nisbətən dəyişən dizayn da dəqiq bir şəkildə görünür. Bu il nəhayət, su və toza davamlı bir quruluşda qarşımıza çıxmasına qəti gözüylə baxılan LG G6, səs çıxışı barədə də iddialı olacaq. Hələ texniki xüsusiyyətlər qəti olmasa da, şirkətin 5.7 düyüm ölçülü yeni IPS ekranını modeldə görməyimiz mümkündür. İki kameranın da bu dəfə 125 çəkiliş aparması gözlənilir.

7

Galaxy Note 7 modelində baş verən üzücü hadisələr sonrasında Samsungun səhvini kompensasiya etmək üçün atdığı addımlardan biri də, Note 7-də yer alan xüsusiyyətləri yenidən ən güclü model halına gələn Galaxy S7 ilə istifadəçilərə təqdim etmək olub.Android 7.0 Nougat təzələməsi ilə birlikdə Note 7-də istifadə olunan interfeysə qovuşmuş Galaxy S7 üçün, istifadəçilərin uzun müddətdir gözləməkdə olduğu Secure Folder yəni Etibarlı Qovluq xüsusiyyəti nəhayət istifadəyə verilib. Galaxy S7 üçün Etibarlı Qovluq xüsusiyyəti yayınlanıb! Etibarlı Qovluq, fotolarınızdan  adam siyahınıza qədər başqalarının görməsini istəmədiyiniz məlumatlarınızı, şifrələmək və bu sayədə telefonunuzu ələ keçirən və ya istifadə edən şəxslərin bu məlumatları görməməsini təmin edir. Keçdiyimiz günlərdə Etibarlı Qovluğa aid olan APK faylının yayılması ilə yanaşı, Galaxy S7 istifadəçiləri bu xüsusiyyəti telefonlarına qoymağa başladılar. Ancaq Samsung, aradan keçən olduqca qısa bir müddət sonra, Galaxy S7 və S7 Edge üçün Etibarlı Qovluq xüsusiyyətini rəsmi olaraq istifadəyə verdi.

Mobil cihaz sektorunda süni zəkalı assistent sektoru yaxşıca qızışır. Google Assistent, bütün Android 6.0 və 7.0 yüklü cihazlara təqdim olunacaq.Bu ana qədər yalnız Pixel cihazlarında istifadəyə təqdim olunan Google-ın süni zəkalı virtual assistenti, bu gün təqdimatı keçirilən LG G6 ilə birlikdə ortaya çıxmışdı. Məhz bu əhəmiyyətli inkişafın ardından Google, ağıllı assistentin daha çox cihazda istifadəyə təqdim olunacağı müjdəsini verdi. LG, G6-nı tanıdanda Googla Assistent anonsunu laynsman sonuna saxlamışdı. LG cəbhəsindən gələn rəsmi açıqlamadan sonra, bir anons da Google cəbhəsindən gəldi və Assistentin Marshmallow (Android 6.0) ilə Nougat (Android 7.0) yüklü cihazlara yavaş-yavaş təqdim olunacağı açıqlanıb. Aparılan rəsmi açıqlama ilə birgə təqdim olunan vizualda  Galaxy S7 Edge, LG V20 və HTC 10 istifadə edilmişdir. Samsung,   S8 ilə birlikdə öz süni zəkalı assistenti Bixbyı tanıtmağa hazırlanarkən Google cəbhəsindən belə bir hücumunun gəlməsi, əslində bir növ strateji bir həmlə olaraq da müzakirə oluna bilər. MWC 2017 tədbirində Samsung, Sony, Huawei və HTC cihazlarını istifadə edərək Assistentə yönəlik bir təqdimat həyata keçirəcək olan Google, daha sonra isə Google Play xidməti üzərindən Google Assistenti Android 6.0 və 7.0 yüklü cihazlara təqdim etməyə başlayacaq. Bu barədə hələ bir tarix açıqlanmış deyil, amma S8-in ay sonunda göstəriləcəyini düşünsək Google-ın çox gözləyəcəyini güman etmirik.

8

Google Allo messencerinin PC versiyası haqqında məlumatlar ortaya çıxdı. 2016-cı ilin May ayında keçirilmiş Google I/O 2016 tədbiri çərçivəsində şirkət, Allo adlı yeni messencerini təqdim etmişdi. Keçən ilin Sentyabr ayında messencer, bütün Android istifadəçiləri üçün aktiv idi. Daha sonra isə sözügedən messencerdən iOS istifadəçiləri də yararlana bildilər. İndi isə bu messencerin PC üçün hazırlandığı məlumatı verilib. Bu məlumatı “Google” şirkətinin vitse-prezidenti Nick Fox öz Twitter hesabında verib. Məlumata əsasən Google Allo-nun PC versiyası hələ ilkin hazırlanma mərhələsindədir. Beləliklə onun yaxın bir neçə ay ərzində təqdim olunacağını gözləmək lazım deyil. Bundan əlavə olaraq Nick Fox, PC versiyasının çalışan versiyasının fotosunu da paylaşıb. Fotodan da göründüyü kimi messencerin PC versiyası digər messencerlərin PC versiyasına bənzəyir və onda nəsə maraqlı bir özəlliyə rast gəlmək hələki mümkün deyil.

9

Sony Xperia XZs və XZ Premium gəlir. “Sony”. yeni ağıllı telefonlarında “Motion Eye” kamera xüsusiyyətindən istifadə edəcək. Bu xüsusiyyət Xperia XZs və XZ Premium modellərində görmək mümkün olacaq. İndilərdə yoluna Xperia XZ admiral gəmisi ilə davam edən “Sony”, gələn məlumatlara görə yeni bir kamera xüsusiyyəti üzərində işləyir. Aşağıda gördüyünüz şəkillərə görə ” Motion Eye” xüsusiyyəti, “Sony”nin yeni kamera sensorundan ən mükəmməl şəkildə istifadə edilməsini təmin edəcək. Motion Eye nədir? Motion Eye xüsusiyyəti, kamera tətbiqi açıqkən hərəkət olduqda çəkim düyməsinə basmadan bir saniyədə 4 şəkil çəkilə bilməsini təmin edir. Əslində bu xüsusiyyətin bənzərini “Apple”, “canlı şəkillər” ilə edir. Çünki bildiyiniz kimi canlı şəkillər xüsusiyyətində həm çəkim əvvəli, həm də çəkim sonrasında bəzi kadrlar yazılır. “Samsung” cəbhəsində isə Motion Photo yenə buna bənzər bir xüsusiyyət olaraq qarşımıza çıxır. “Motion Eye” xüsusiyyəti yaxın gələcəkdə təqdim olunması gözlənilən Xperia XZs və XZ Premium modellərində yer alacağı təxmin edilir. XZ Premium modelində 4K ekran ilə birlikdə Snapdragon 835 prosessorun yer alması gözlənilir. Ancaq cihazlar qarşıdakı MWC 2017 mərasimində yoxsa daha sonramı təqdim olunacağı hələ bilinmir.

10

“LG” şirkəti, MWC 2017 sərgisindən öncə yeni smartfonu LG X Power 2-ni təqdim edib. Yeni model, keçən il satışa çıxmış LG X Power-in davamçısıdır. LG X Power 2, 4500 mAh enerji tutumlu batareyaya sahibdir. Şirkətin məlumatına əsasən tam şarj olunmuş halda smartfon vasitəsilə 15 saat video izləmək, 14 saat GPS-dən istifadə etmək və 18 saat internetdə lazımi işləri görmək olar. Sürətli enerji yığma texnologiyası sayəsində LG X Power 2, 1 saat ərzində 50% şarj olunma xüsusiyyətinə sahibdir. Tam enerji yığma müddəti isə 2 saatdır. Smartfonun texniki göstəricilərinə gəldikdə isə o, 5.5 inç HD ekran, 8 nüvəli prosessor, 1.5/2 GB RAM, 16 GB daxili yaddaş (microSD özəllikli), 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, ön kamera da işıqlandırma sisteminə sahibdir. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışır. Onun qiyməti isə hələki məlum deyil.

“BlackBerry şirkəti rəsmi olaraq BlackBerry KEYone adlı yeni smartfonunu təqdim etdi. Yeni model artıq hamıya tanış olan ənənəvi fiziki QWERTY klaviatura özəlliyi ilə tendensiyanı davam etdirir. BlackBerry KEYone-nun korpusu, metal çərçivənin üzərində plastik materialdan ibarətdir. Onun ekranını isə bilinməyən materialdan hazırlanmış şüşə örtük qoruyur. Smartfon özündə həm USB Type-C, həmdə 3.5 mm-lik audiogirişi birləşdirir. BlackBerry KEYone-nın QWERTY klaviaturası çox maraqlıdır. Belə ki, o fiziki klaviatura olmaqla yanaşı, həmdə sensorludur. Barmağı klavituraya toxunduranda, ekrandakı səhifələri çevirmək, mətn yazarkən sözləri seçmək və jestlərdən istifadə etmək olar. Texniki göstəricilərə gəldikdə isə smartfon, 4.5 inç IPS ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD özəllikli), 3505 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. BlackBerry KEYone-nı artıq 549$ qiymətinə ön sifariş etmək olar. Onun satışları isə Aprel ayının əvvəlində start götürəcək.

11

Məşhur insayder Evan Blass, təqdimata hazırlaşan yeni Nokia 3310 haqqında məlumatları təqdim edib. Onun verdiyi məlumatlara əsasən yeni Nokia 3310, Series 30+ sistem əməliyyatı üzərində çalışacaq. Bu isə o deməkdir ki, yeni model, standart mobil telefondan smartfona keçid etməyəcək. Bundan əlavə olaraq mobil telefon, rəngli ekrana sahib olacaq. Onun dizaynı Nokia 3310 ilə Nokia 150 modellərinin sizntezinə bənzəyəcək. Yeni model bir çox rənglərlə təqdim olunacaq. Daha əvvəlki şaiyələrə əsasən isə yeni Nokia 3310-nun dizaynı 2000-ci ildə satışa çıxmış modelin dizaynını özündə saxlayacaqdı. Onun əsa özəliklərindən biri isə qalınlığı və çəkisi olacaq. Belə ki, yeni model bir qədər qalın olacağına baxmayaraq həmçinin yüngül olacaq. Gözlənildiyi kimi yeni Nokia 3310, Nokia 3 və Nokia 5 ilə birlikdə MWC 2017 sərgisində təqdim olunacaq. Onun güman olunan qiyməti isə 59 avro təşkil edəcək.

12

Barcelonada keçirilən Mobil Dünya Konqresi tam sürətlə davam edir. “LG” və “Huawei”dən sonra bu dəfə səhnədə illərin əfsanəsi “Nokia” öz yerini aldı. Yeni modelinin təqdimatını həyata keçirən şirkət izləyənləri şoka salacaq bir telefon təqdim etdi. Söhbət bütün zamanların ən məşhur telefonlarından biri olan “Nokia 3310″nun yenilənmiş versiyasından gedir. Bugünə qədər 126 milyon ədəd satılmış telefon, yenə bir batareya canavarı olaraq geri döndü. Sarı, yaşıl və mavi rəngləri ilə çox mükəmməl dizayna malik olan 3310-da əfsanə sayılan “Snake” oyunu da var. “Nokia 3310″un göstəriciləri aşağıdakı kimidir: Sistem: “Dual band 900/1800 MHz”, Platforma: Nokia Series 30+, Ölçülər: 115.6*51.0*12.8mm, Çəki: 79.6 qram (batareya ilə), Ekran: 2.4’’ QVGA (240*320), İki mikro sim dəstəyi, Bluetooth 3.0, Kamera: 2Mpxl + LED flash, MicroSD dəstəyi ilə 32 GB. İlin ikinci yarısında satışa çıxacaq telefonun qiyməti sadəcə 52 dollar olacaq.

13

Whatsapp-ın son yenilənməsi bütün istifadəçilərə təqdim ediləndən sonra böyük reaksiyaya səbəb olub. Mesajlaşma proqramının bu yenilənməsindən sonra bir çox istifadəçi Whatsapp-ı sərt tənqid edib. Proqramda olan əlaqələr bölməsinin yoxa çıxması istifadəçiləri çaş-baş salıb. Yeniləmədən sonra İnstaqram-da olduğu kimi hər bir istifadəçi özünə hekayə hazırlaya bilir. Ancaq proqrama əlavə olunan yeniliklər istifadəçilər tərəfindən bəyənilməyib. Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp”da statuslar yoxa çıxıb. Bu “WhatsApp”ın yeni “Story” yeniliyi ilə bağlıdır. Belə ki, tezliklə “WhatsApp”da Snapchat və İnstagram-da olduğu kimi “Story” funksiyası aktiv olacaq. İstifadəçilər 24 saat ərzində video, fotolarını status kimi paylaşa biləcəklər. Yenilik artıq Android platformalı telefonlar üçün istifadəyə verilib.

14

Çinin “Huawei” şirkəti yüksək dəqiqlikli  böyük ekran və nazik korpusla təchiz edilmiş qabaqcıl “Honor V9” smartfonunu təqdim edib. Qurğu 2,4 QHs-dək takt tezlikli 8 nüvəli “Kirin 960” prosessoru ilə təchiz edilib və “EMUI 5.0” interfeysli “Android 7.0 Nougat” mobil əməliyyat sistemi ilə işləyir. Bundan başqa, yeni aparat iki sensorlu (hər biri 12 meqapiksel) əsas kamera və 8 meqapiksellik ön kamera, barmaq izi skaneri, “4G LTE”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1 LE” və “GPS” simsiz kommunikasiya texnologiyaları ilə təchiz edilib. 5,7 düymlük ekranın təsvir ölçüsü 2560×1440 pikseldir. Əməli və daimi yaddaşın maksimal tutumu müvafiq olaraq 6 və 128 QB-dır. Həmçinin çıxarıla bilən “microSD” daşıyıcıları üçün slot var. Qurğunun fiziki ölçüləri 157×77,5×7 mm, çəkisi 184 qr-dır. Akkumulyatorun tutumu 4000 milliamper/saatdır. Telefon göy, qırmızı, qara və qızılı rəngli korpuslarda satışa çıxarılacaq. “Huawei Honor V9” qurğusunun qiyməti hələ ki yalnız Çində məlumdur: 64 QB-lıq fləş daşıyıcı və 4 QB-lıq əməli yaddaş qurğusunun qiyməti 378 dollardır. Maksimum yaddaş tutumu ilə təchiz edilmiş versiyanın qiyməti 510 dollar təşkil edəcək.

15

Populyar “Meitu” proqramının yaradıcıları məxsusi olaraq “selfie” çəkilişi üçün nəzərdə tutulan “Meitu T8” smartfonunu təqdim ediblər. Qurğunun ön kamerasının təsvir ölçüsü 12 meqapiksel, əsas kamerasının 21 meqapiksel təşkil edir. Smartfonda “Xiaomi Redmi Pro 2” modelində quraşdırılan eyni sensordan  (Sony IMX362) istifadə olunub. O, avtomatik fokuslamanı iki dəfə tez quraşdırmağa imkan verir. Fotoşəkillərin redaktəsi funksiyası şəkillərin yaxşılaşdırılması üçün süni intellekt texnologiyalarından istifadə edir. Sifətin tanınması sistemi fotoşəkildəki insanın yaşını, cinsini və dəri rəngini müəyyənləşdirir. Bu məlumatlar əsasında proqram müstəqil şəkildə daha əlverişli filtrləri seçir. Ekran ölçüsü 5,2 düym, qiyməti 479 dollar təşkil edən smartfon 4 giqabayt operativ və 128 giqabayt quraşdırılmış yaddaşla təchiz edilib.

16

1000 Mbit/s yükləmə sürəti mobil şəbəkələrin inkişafında yeni mərhələdir. Avstraliyada yerli “Telstra” operatoru artıq dünyada ilk qiqabitlik “LTE” şəbəkəsini istifadəyə verib, “MWC 2017” sərgisində isə 1 qiqabitlik internet sürətini dəstəkləyən “ZTE Gigabit Phone” smartfonu təqdim olunacaq. “XMM 7560” adlı yeni “LTE” modemini təqdim etmiş “Intel” korporasiyası, həmçinin bu bazar uğrunda mübarizə aparacaq. Bu “LTE” modem məlumatları 1 Qbit/s sürətlə yükləyir və 225 MB/s sürətlə ötürür. Modem smartfon, planşet, noutbuk və başqa mobil qurğularda istifadə edilə bilər. “Intel” şirkətinin yeni modemi ənənəvi “LTE” şəbəkələrlə müqayisədə daha yüksək sürət təmin etməlidir. “Intel” korporasiyasının mobil və kommunikasiya qrupunun vitse-prezidenti Aşa Keddi əmin edir ki, “XMM 7560” modeminin köməyi ilə real dünyada 1 qiqabitlik internet sürəti əldə etmək mümkündür. Qeyd etmək lazımdır ki, belə nəticələr yalnız laboratoriya şəraitində mümkündür, halbuki real dünyada göstəricilər aşağı olacaq. 1 qiqabitlik internet sürətini dəstəkləyən “Intel XMM 7560 LTE” modeminin kommersiya qurğularında tətbiqi müddəti haqda hələ ki məlumat yoxdur.

17

“Instagram” istifadəçiləri tezliklə çoxdan gözlənilən funksiyasını əldə edəcəklər. Bundan sonra onlar bir postda ona qədər şəkil və video yükləyə biləcəklər. Bu barədə xidmətin rəsmi bloqunda bildirilir. Funksiya özünün sadəliyi ilə öyünə bilər. Onlarla şəkil və video çarx yükləmək üçün, sadəcə, dərclər bölməsinə daxil olmaq və xüsusi düyməyə sıxmaq lazımdır. Bundan sonra materialların hər birini ayrı-ayrılıqda redaktə etmək və ya bütün şəkil və videolar üçün yeganə filtr yükləmək mümkündür. Şəkillərin sıralanması onların üzərinə sıxılma sırası ilə davam edir. Modernləşdirilmiş postlar lentdə aşağısında mavi nöqtə ilə işarələnəcək. Dərclərə baxmaq üçün onların üzərində barmaqla hərəkət etmək lazımdır. Şirkət bildirir ki, yeni funksiya martın əvvəlindən bütün istifadəçilərin istifadəsinə veriləcək.

18

“Microsoft” şirkəti “Skype VoIP” xidmətinin aşağı güclü smartfonlar və zəif mobil şəbəkələr üçün nəzərdə tutulmuş yeni versiyasını təqdim edib. “Skype Lite” adlı yeni məhsul inkişaf etməkdə olan bazarlara (məsələn, Hindistan) hədəflənib. “Skype Lite” xidmətinin işləməsi üçün mobil qurğuda 13 meqabayt boş yaddaş lazımdır. Yeni proqram qeyri-stabil və ya zəif internet qoşulma zamanı veb-trafiki optimallaşdırır, buna görə də istifadəçilər rahat yazışa, zəng edə və hətta videozəng funksiyasından istifadə edə bilərlər. Proqram nəhəngi 2017-ci ilin iyununadək “Skype Lite” proqramını “Aadhaar” (Hindistan sakinlərinin məlumat bazası) ilə inteqrasiya etməyi planlaşdırır. Bu bazada bütün sakinlərin barmaq izləri və gözlərinin qüzehi qişalarının skan edilmiş təsvirləri saxlanılır. “Aadhaar”a qoşulma nəticəsində “Skype Lite” xidməti daha funksional olacaq – məsələn, videoəlaqə vasitəsilə işə qəbul edərkən müsahibə zamanı, mülk və ya müxtəlif məhsulların satışı zamanı istifadəçiləri sürətli identifikasiya etmək imkanına malik olacaq. “Microsoft” korporasiyasının nümayəndəsi bildirib ki, “Skype Lite” proqramı hindistanlı istifadəçilər üçün yaradılıb. Hindistanın əhalisi 1,25 milyard təşkil edir və 300 milyon nəfər smartfondan istifadə edir.

19

Çinin “Lenovo” şirkəti “Motorola” brendindən imtina edərək istehsal etdiyi qurğuları vahid “Lenovo moto” adı ilə birləşdirəcək. Bu barədə şirkətin Şərqi Avropa regionu üzrə mobil bölməsinin rəhbəri məlumat verərək yeni “Lenovo moto” smartfonlarının fevralın 26-da təqdim olunacağını açıqlayıb. “Lenovo” 2014-cü ildə “Motorola Mobility” şirkətini “Google” korporasiyasından 2,91 milyard dollara satın alıb. Şirkətin məlumatına görə, birləşmiş istehsalçı Çin istisna olmaqla smartfonların dünya bazarına tədarük həcminə görə dördüncü yeri tutub. Analitik Eldar Murtazin qeyd edib ki, hazırda “Lenovo” şirkətinin mobil bölməsi zərərlə işləyir. Bu, əsasən “Motorola” şirkətinin mobil biznesinin “Lenovo”nun  öz müəssisəsinə inteqrasiyası üçün göstərilən uğursuz cəhdlərlə əlaqədardır. Bununla belə, “Lenovo” smartfon istehsalı üzrə dünyanın liderlər onluğuna daxil olaraq Çinin “VVK”, “Oppo” və “Huawei” kimi bir sıra şirkətlərindən geri qalır.

20

“Microsoft” şirkətinin nümayəndələri Avstraliyada keçirilmiş “Microsoft Ignite” konfransı çərçivəsində 2017-ci ildə “Windows 10” əməliyyat (ƏS) sistemi üçün “Redstone 3” yeniləməsinin çıxarılacağını təsdiqləyiblər.  2017-ci ilin aprelində “Creators Update” yeniləməsi çıxarılacaq və “Microsoft” şirkəti il ərzində öz ƏS-i üçün ən azı iki yeniləmə çıxaracağı ilə bağlı vədinə sadiq qalacaq. “wccftech.com” nəşrinin əməkdaşlarının fikrincə, “Microsoft”un tərtibatçısı Rafael Rivera “Twitter” hesabında paylaşdığı infoqrafika ilə 2017-ci ildə hər iki yeniləmənin çıxarılacağını faktiki olaraq təsdiq edib. “Redstone 3” yeniləməsində əvvəllər “Creators Update”də reallaşdırılmamış funksiyalar öz əksini tapacaq. “Digital Trends” yazır ki, məsələn, vacib kontaktlarla əlaqəni sistemə inteqrasiya edən “My People” paneli və ya “Amazon Alexa” səs köməkçisindən istifadə etmək üçün “Home Hub” üçün proqramlar reallaşdırıla bilər. Qeyd etmək lazımdır ki, “Redstone 3” yeniləməsinin dəqiq çıxarılma tarixi hələ ki rəsmən məlum deyil.

21

“Apple” şirkətinin “Mac” fərdi kompüter istifadəçiləri son vaxtlar bu platforma üçün bir neçə əlavənin işində fasilələrin yaranması halları ilə qarşılaşmağa başlayıblar. Qeyri-sabit işin sertifikasiya siyasətinin dəyişməsi nəticəsində baş verməsi ehtimal olunur. “1Password”, “PDFPen” və “Soulver” əlavələrinin istifadəçiləri proqram təminatının stabil işləməməsindən şikayət edərək proqramlar işə salınan zaman tərtibatçıların rəsmi saytlarından yükləmədən sonra əlavələrin yoxa çıxmasını qeyd edirlər. İstifadəçilərin şikayətinə proqram yaradıcıları reaksiya verərək səhvlərə səbəb kimi sertifikatların köhnəlməsini göstəriblər. Məlumata görə, əlavə tərtibatçıları istifadə olunan proqram təminatının təhlükəsizliyini təsdiq edən rəqəmli imzaları vaxtında yeniləməyiblər. Əvvəllər belə səhv məhsulların işinə təsir göstərməsə də, “Apple” şirkətinin sertifikasiyalaşdırma siyasətinin dəyişməsindən sonra köhnə imzalı əlavələri şirkətin qurğularında işə salmaq qeyri-mümkün olub. Problemin həlli üçün istifadəçilərə tərtibatçıların saytında lazımi proqram üçün sonuncu yenilənməni yükləmək tövsiyə olunur.

22

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register