Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət aparatı “Mənim rəngarəng vətənim” adlı fotomüsabiqə elan edir

12109316_915265928528600_750564816321484744_n

Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət aparatı beynalxalq tolerantlıq günü ilə bağlı “Mənim rəngarəng vətənim” adlı fotomüsabiqə elan edir.

Foto Gürcüstanda yaşayan müxtəlif etnik, dini qrupların yaşam tərzini, adətlərini təsvir etməlidir.
“Hər bir müsabiqə iştirakçısından 2 foto qəbul oluna bilər. Müsabiqəyə qoşulmanın son müddəti 6 noyabrdır. Üç nəfər qalib məlum olacaq, onlardan biri aparatın Facebook səhifəsində qeydə alınan bəyənmələr vasitəsilə, ikisi isə səlahiyyətli juri tərəfindən elan olunacaq. Qalib gələnlərə mükafatlar təqdim olunacaq. Eləcə də 13 ən yaxşı fotonun sərgisi keçiriləcək və həmin fotolardan 2016-cı ilin masa və divar təqvimlərində istifadə olunacaq” – deyə elanda bildirilir.
Beynəlxalq tolerantlıq günü 16 noyabr tarixində qeyd olunacaq.
Fotomüsabiqədə iştirak etmək istəyənlər əl işlərini (fotoları) qeyd olunan ünvana göndərə bilərlər:
press@smr.gov.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register