Tarixdə Bu Gün
Tarixdə bu gün 27.2.2017-cı il.
İmperatriçə Atenais Odoksiya Konstantinoplda (indiki İstanbul) ali təhsilin təşkili barədə fərman vermişdir. Bu hadisə 425-ci ilin bu günü baş vermişdir.
1617-ci ilin 27 fevralında Rus-İsveç müharibəsi rusların qələbəsi ilə başa çatıb.
27 fevral 1626-ci ildə Kardinal Rişelye Fransada duelləri qadağan edən qərar verib.
1700-cü ilin 27 fevralında İngilis dənizçisi Villiam Dampier Sakit okeanın cənub-qərbində yerləşən Yeni-Britaniya adasını kəşf edib.
27 fevral 1794-cü ildə Avstriya və Rusiya imperiyaları Aralıq dənizində yerləşən Venesiyanın bölüşdürülməsi haqqında razılığa gəliblər.
27 fevral 1800-cü ildə İtalyan fizik Alessandro Volta elektrik batareyasını icad edib.
Aleksandr Puşkinin “Yevgeniy Onegin” romanının ilk fəsli nəşr olunub. Bu hadisə 1825-ci ilin 27 fevralında baş verib.
Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, XX əsr Amerika ədəbiyyatının ən məşhur və sevilən yazıçılarından biri Con Steynbek 27 fevral 1902-ci ildə anadan olmuşdur.
1905-ci ilin bu günü Rus yazıçısı Maksim Qorki Riqaya sürgün edilib.
Tibb sahəsində Nobel mükafatı laureatı rus fizioloqu İvan Pavlov 1936-cı ilin bu günü vəfat etmişdir.
27 fevral 1939-cu ildə Leninin arvadı Nadejda Krupskaya vəfat edib.
1943-ci ilin 27 fevralında ABŞ-ın Montana ştatında bir mədəndə baş verən partlayışda 74 nəfər həlak olub.
1952-ci ilin 27 fevralında BMT-ninn Nyu-Yorkdakı yeni binasında ilk iclası keçirilib.
1988-ci ilin bu günü İran və İraq arasında “şəhərlərin müharibəsi” yenidən başlayıb.
Ermənilər Sumqayıt şəhərində iğtişaş törədib. Bu hadisə 1988-ci ilin bu günü baş vermişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments