Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Avstriyalı İT mütəxəssisləri onlayn məlumatların qəbulu üzrə universal xidmət yaradıblar. O, bütün messencerlərlə işləyir. XXI əsrdə kommunikasiya rabitəsi yeni səviyyəyə keçib. Bunun nəticəsidir ki, insanlar müxtəlif sosial şəbəkələrdə kütləvi halda qeydiyyatdan keçir, bütün dünya üzrə pulsuz danışmağa imkan verən əlavələr yükləyirlər. Bunun nəticəsində istifadəçilər özləri kommunikasiya əlaqəsində batmağa başlayırlar. Onlar üçün xüsusi olaraq avstriyalı İT mütəxəssisləri özlərinin “Franz” adlanan yeni məhsullarını təqdim ediblər. Bu xidmət özündə 33 messenceri və sosial şəbəkələri birləşdirir. O, “Windows”, “Linux” və “Mac” platformalarında çalışır. Bundan başqa, proqramın funksionallığı biznes konfransların yaradılmasına da imkan verir.
Rusiyanın “Yandeks” korporasiyası Rusiya internet məkanında (runet) ən varlı şirkət adını qazanıb. Bu barədə bu gün “Forbes” jurnalı rəsmi açıqlama yayıb. Ötən ilki reytinqin qalibi “Mail.Ru Group” şirkəti öz mövqelərini “Yandeks”ə verib. Bu sahənin maliyyə mütəxəssisləri “Yandeks”i 7,6 milyard dollar dəyərində qiymətləndiriblər. “Mail.Ru Group” şirkətinin ümumi dəyəri isə 4 milyard dollar olub. Üçüncü yerdə “Avito” şirkəti qərarlaşıb ki, onun da bazar qiyməti 2,54 milyard dollar qiymətləndirilir. Ötən il ərzində “Yandeks” korporasiyası unikal texnologiya və eksklüziv tətbiqlər sayəsində öz təsirini genişləndirə bilib. “Forbes” mütəxəssisləri qeyd edirlər ki, məhz reklam Rusiyadan olan nəhəngin üçüncü rübdəki gəlirlərinin 95 faizini əldə etməyə səbəb olub. Bu, şirkət üçün də rekord göstərici olub.
“HMD Global” şirkəti əfsanəvi “Nokia 3310” telefonunun yeni versiyasını təqdim edib. Təqdimat Barselonada “MWC 2017” sərgisində baş tutub. 320х240 piksellik “Nokia 3310” 2 meqapikselli kamera ilə təmin olunub və microSD yaddaş kartlarını dəstəkləyir. Yeni versiya əvvəlki ilə müqayisədə daha yüngül və nazikdir. Qeyd olunur ki, telefonun korpusu boz, mavi, qırmızı və sarı rənglərdə olacaq. Qiyməti 49 avro olan telefonun satışa çıxarılacağı zaman hələ ki, açıqlanmır.
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” bir neçə gün əvvəl təqdim etdiyi “Story” funksiyasını ləğv edə bilər. Ciddi narazılığa səbəb olan funksiya başqası ilə əvəz oluna bilər. “WABetaInfo”nun yaydığı məlumata görə, “WhatsApp” yaxın günlərdə “Story” funksiyasını ləğv edib, əvəzinə “Tagline” funskiyasını aktivləşdirəcək.
Moto brendinin sahibi “Lenovo” şirkəti, MWC 2017 sərgisində Moto G5 və Moto G5 Plus modellərini təqdim edib. Bu modellərdən başlayaraq şirkət yalnız Lenovo Moto brendi altında öz yeni cihazlarını təqdim edəcək. Hər iki smartfon, metal korpusa və eyni dizayna sahib olmaqla yanaşı həmdə Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Lenovo Moto G5, 5 inç Full HD ekran, 8 nüvəli Snapdragon 430 prosessoru, 2 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 2800 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, yeni smartfonlarda şirkət əsas diqqəti yalnız dizayna deyil, həmdə kamerala ayırıb. Belə ki, keyfiyyətinə görə kameralar, Moto Z Play modelindəkinə bənzəyir. Yəni onlar flaqman səviyyəsindədirlər. Şirkətin məlumatına əsasən sözügedən model 2 gün ərzində rahatlıqla şarjsız çalışa bilər. Lenovo Moto G5 Plus isə daha təkmilləşdirilmiş texniki göstəricilər ilə qarşımıza çıxır. Belə ki, o, 5.2 inç Full HD ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 2/4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAh enerji tutumlu batareya (Turbo Charging sürətli enerji yığma texnologiyası ilə), 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.
29 Martda tanıdılacaq Galaxy S8 -in videosunun ortaya çıxması artıq Samsung Galaxy S8-i tamamilə öyrənmiş olduq. İndiyə qədər bir çox render video və vizual ortaya çıxan Galaxy S8, bu səfər qanlı canlı bir şəkildə videoda qarşımıza çıxır. 29 Martda Nyu Yorkda tanıdılacaq S8 və S8+ modellərinin Çində bir işçi tərəfindən videosu paylaşılıb. Galaxy S8 və Galaxy S8 Plus-ı yan-yana göründüyü videoda texniki və yazılımsal məlumat verilməsə də , telefonların yekun halının necə olacağını da rəsmən görmüş olduq. Görünüşə görə son 1 ay qalan təqdimat öncəsi cihazların bütün detalları ortaya çıxmış olacaq.
Barselonada keçirilən Ümumdünya Mobil Sərgisində (Mobile World Congress, MWC) əfsanəvi “Nokia 3310” mobil telefonunun yeni versiyası təqdim olunub. “Nokia” brendi ilə smartfon və planşet istehsalı üçün 10 il müddətinə lisenziya alan Finlandiyanın “HMD Global” şirkəti yeni istehsal etdiyi klassik “Nokia 3310”u nümayiş etdirib. Yeni “Nokia 3310” 2 meqapiksel kamera, MicroSD-slot və MP3 pleyerə malikdir. Telefon 2000-ci illərin əvvəllərindəki klassik “Nokia” kimi danışıq rejimində 22 saat və gözləmə rejimində 1 ay çalışır. Telefon 4 rəngdə hazırlanıb: qırmızı, sarı, göy və boz. Pərakəndə satış qiyməti 49 avro olacaq. “Nokia 3310”la birlikdə 3 smartfon – “Nokia 3”, “Nokia 5” və “Nokia 6” smartfonları da təqdim olunub. Bu seriyadan olan smartfonlar “Android Nougat” əməliyyat sistemi ilə çalışır. Onların hamısında “Google Assistant” əlavəsi quraşdırılıb. Qiymət modeldən asılı olaraq 139 avrodan 229 avroya qədər olacaq.
“Samsung” Barselonada keçirilən Ümumdünya Mobil Konqresində (Mobile World Congress, MWC) yeni məhsullarını – “Samsung Galaxy Tab S3” və “Samsung Galaxy Book” planşetlərini təqdim edib. “Samsung Galaxy Tab S3” planşeti “Android 7.0” əməliyyat sistemi bazasında çalışır və ev şəraitində istifadə üçün nəzərdə tutulub. Cihaz 2048*1536 piksel və 9,7 diaqonal displeyə malikdir. Planşet HDR təsvirin yeni standartını dəstəkləyir, bunu sayəsində təsvirlər daha aydın və parlaq görünür. Əsas yaddaşın həcmi 32 Gb-dir və yaddaş kartı ilə genişləndirilə bilər. Planşet “S Pen” stiliusu ilə birlikdə verilir. ”Samsung Galaxy Book” iki variantda – 10,6 və 12 diaqonal displeylə təqdim olunub. Onun əsas xüsusiyyəti “İntel” prosessoru və “Windows10” əməliyyat sisteminə sahib olmasıdır. Bu planşet peşəkar səviyyədə istifadə, eləcə də tez-tez səfər edənlər üçün nəzərdə tutulub. “Samsung Galaxy Book” klaviatura ilə birlikdə satışa çıxarılacaq. Qeyd edək ki, son illər MWC sərgilərində “Samsung” adətən özünün “Galaxy S” flaqman smartfonlarını təqdim edirdi, lakin bu il istehsalçı ənənəni pozub. “Galaxy S8”in “Apple”ın yaz təqdimatına yaxın təqdim olunacağı gözlənilir. 2016-cı ilin sonuna olan məlumata əsasən “Samsung” dünya planşet bazarında 15,1% paya malikdir və sadəcə “Apple”dan geri qalır. “Apple” bu bazarın 24,7%-nu tutub.
Çinin “Huawei“ şirkəti Barselonada keçirilən WMC beynəlxalq sərgisində özünün flaqmanları – “Huawei P10” və “P10 Plus” smartfonlarını təqdim edib. Yeni cihazlar “Leica” ikili əsas kamerası və güclü səkkiznüvəli “HiSilicon Kirin 960” çipsetləri ilə təchiz olunub. Smartfonların ölçüləri fərqlidir. Kiçik versiya 5,1 ölçülü Full HD displeyə, böyük versiya isə 5,5 ölçülü Quad HD displeyə malikdir. Ekranlar “Corning Gorilla Glass 5” tipli 2,5D şüşə ilə qorunur. Cihazlarda barmaq izi skaneri və digər 2 düymənin funksiyalarını yerinə yetirən Home düyməsi var. Əsas kamera 12+20 meqapiksel, ön kamera 8 meqapikseldir. Smartfonların korpusu çox nazik – cəmi 7 mm-dir. Akkumulyatorun həcmi isə kifayət qədər çoxdur – 3200 mAs. “P10 Plus” modifikasiyasının əsas xüsusiyyəti rabitənin keyfiyyətinin artırılmasıdır. İstehsalçı bildirir ki, bu, 4x4MIMO texnologiyasını reallaşdıran, 4 anten quraşdırılmış ilk 4,5 G-smartfondur. Operativ yaddaş 4-6 Gb, daxili yaddaş 64-128 Gb arasındadır.
Ötən gün “Mobile World Congress 2017” sərgisində tanınmış “Sony” şirkətinin mətbuat konfransı keçiriləcək. Bu sərgidə tamamilə yeni 5 smartfon təqdim ediləcək. “Xperia BlancBright”, “Xperia XZ Premium”, “Xperia XA2”, “Xperia XA2 Ultra” – onların şəkilləri internetdə görünüb. Təxmin edilir ki, “Xperia XA2 Ultra” unikal işıq diodlu əsas işıqlandırmaya malik tamamilə yeni smartfon olacaq. Qeyri-rəsmi məlumatlara görə, bütün yeniliklər “Motion Eye” sistemli kameralarla təchiz ediləcək. “Sony Xperia XZ” 4K displeyinə, 12 meqapiksel kameraya malik olacaq. Bu kamera hətta pis işıqlandırma şəraitində əla, keyfiyyətli şəkil çəkməyə şans yaradacaq.
İstirahət günlərində “eBay” saytına “iPod” musiqi pleyerinin prototipi çıxarılıb. Pleyer “TheAppleGuru” adlı istifadəçi tərəfindən istifadə olunub və 99 995 dollar qiymətinə təklif edilib. Panelin əks tərəfində düz “Apple” loqotipinin altında “iPod Classic”in P95 DVT model nömrəsi yazılıb. Qırmızı rəngli çap platasında 2002-ci il qeyd edilib. Lotun təsvirində deyilir ki, bu nadir prototip olduqca əla vəziyyətdədir və tam olaraq işlək vəziyyətdədir. Bundan başqa, o, yaşına baxmayaraq, enerjini yaxşı saxlayır. Bu satıcının 69 müsbət rəyi (100%) mövcuddur və onlardan heç biri mənfi deyil. O, həmçinin ilk nəsil “iPad” prototipini də satışa çıxarıb ki, onun da qiyməti 5 min dollar təşkil edir.
Müəllif: Ami Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments