Tarixdə Bu Gün
Tarixdə bu gün 28.2.2017-cı il.
Fransız intibah dövrünün yazıçısı və filosofu Mişel de Monten 28 fevral 1533-ci ildə dövlətli tacir ailəsində anadan olmuşdu.
Cümhuriyyət tələbəsi, mühəndis Məmməd bəy Hacıyev Mirzə Kərim bəyin ikinci oğlu Məhəmməd bəy 28 fevral 1896-cı ildə Şuşa şəhərində anadan olmuşdu.
28 fevral 1940-cı ildə ilk dəfə bir basketbol matçı ABŞ-da televiziyadan canlı yayımlandı. Bu televiziyada yayımlanan ilk basketbol qarşılaşması oldu.
Tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda İçəri şəhərdə musiqiçi ailəsində anadan olub.
1953-cü ilin bu günü Türkiyə, Yunanıstan və Yuqoslaviya arasında Balkan Paktı adıyla Dostluq və Əməkdaşlıq Sazişi imzalanmışdır. Bu saziş Ankarada imzalanmışdır.
Londonda metro qəzası nəticəsində 43 nəfər həyatını itirmişdir. Bu hadisə 1975-ci ilin 28 fevralında baş vermişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments