Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

 

Əgər düşünürsünüzsə ki, adi mobil telefonlar keçmişdə qalıb, onda siz olduqca yanılırsınız. Adi düyməli telefonların satış həcmi smartfonlardan üstün olması bunu sübut edir. Həmçinin o fakt da maraqlıdır ki, 2016-cı ildə 35 milyon ədəd adi “Nokia” telefonunun satışı həyata keçirilib. Ötən ilin dekabr ayında “Nokia” brendinin istifadə edilməsi hüququ əldə edən “HMD Global” şirkəti artıq “Nokia 150” və “Nokia 150 Dual SIM” adlanan yeni sadə telefonlar istehsal edib. 2016-cı ildə “Microsoft” və “HMD Global” şirkətləri birlikdə ümumilikdə 35 milyondan artıq adi “Nokia” telefonlarının satışını həyata keçirə biliblər. Bir il öncə isə Finlandiya brendi altında 93 milyon ədəd telefon satılıb. 35 milyon ədəd “Nokia” telefonu isə 2016-cı ildə satılan ümumi telefonların 8,9 faizini təşkil edir. Ancaq bununla belə, bu, ikinci nəticədir. Çünki bu seqmentdə lider “Samsung” şirkətidir ki, 52 milyon sadə telefon satıb və bazarın 13,2 faizinə sahib olub. Onlardan sonra üçüncü yeri “TCL-Alcatel” şirkəti tutub ki, o da 28 milyon ədəd telefon satıb və bazarın 7 faiz payına sahib olub.

1

Barselonada keçirilən “MWC 2017” sərgisində “Alcatel” şirkəti arxa paneli işıq saçan qeyri-adi smartfon təqdim edib. Smartfonun işıqsaçan hissəsi “Color Catcher 2.0” əlavəsinin köməyi ilə qurulur və idarə olunur. Bunun sayəsində smartfon sahibi öz rəngli musiqi rejimini yarada, rejimlər arasında “gəzə” və digər funksiyalar yerinə yetirə bilər. Smartfonun digər xüsusiyyətlərinə gəlincə, onlar sadədir – 5,2 ekran ölçülü İPS-displey (720×1280 piksel), 8 meqapiksel əsas kamera və 5 meqapiksel ön kamera. Smartfon “MediaTek MT6753” prosessoru ilə təchiz olunub. Operativ yaddaş 2 Gb, daxili yaddaş 16 Gb-dir. Akkumulyatorun həcmi 2800 meqa Amper saatdır. Cihaz “Android 6.0 Marshmallow” əməliyyat sistemi bazasında çalışır. Qiymət barədə məlumat verilməyib.

2

ABŞ-ın özəl kosmik şirkəti “SpaceX” Ay turizmi ilə bağlı planını açıqlayıb. Şirkət 2018-ci ilin sonunda 2 turisti Ay ətrafında 1 həftə ərazində gəzdirəcəyini elan edib. “Biz “SpaceX”ın 2018-ci ilin sonunda iki şəxsi Ay ətrafında uçuşa göndərəcəyini elan etməkdən şadıq. Bu insanlar bütün bəşəriyyətin arzuları və ümidlərini özləri ilə daşıyaraq kosmosa səyahət edəcəklər”, – deyə şirkətin rəsmi saytında qeyd olunub. Turistlərin adları onların xahişi ilə açıqlanmayıb. Artıq onlar uçuş üçün tələb olunan ödənişi böyük hissəsini yerinə yetiriblər. Bu şəxslər il ərzində lazımi tibbi testlərdən keçəcək və məşq edəcəklər. Missiya “Dragon2” gəmisi ilə həyata keçiriləcək. Onu “Falcon Heavy” ağır daşıyıcı raketi fəzaya çıxaracaq. Qeyd edək ki, “SpaceX”ın sahibi İlon Mask daha öncə Marsda məskunlaşma ilə bağlı planlarını elan edib.

3

Avstraliya məktəblərində bəzi müəllimləri robotlar əvəz edib. Bu tədris təcrübəsi hələlik sınaq rejimində keçirilir. Bu gün Avstraliya yeganə ölkədir ki, məktəblərdə uşaqların tədrisini robotlar həyata keçirir. Bu, heç də o demək deyil ki, müəllimlər tam olaraq robot texnikası ilə əvəz ediləcək, ancaq buna perspektivlər mövcuddur. Misal üçün, müəllim davranışı təmin etmək üçün dərsdə olacaq. Müəllimlər özləri isə tədris prosesinə robotların tətbiq edilməsinə qarşı çıxırlar. Onlar bunu onunla izah edirlər ki, robotlar humanitar elmlərin izahının öhdəsindən gələ bilməyəcəklər. Həmçinin faktların təhlilində və ya üstünlük təşkil edən müəyyən rəyə haqq qazandırılmasında çətinliklər yarana bilər. Müəllimlər bildirir ki, maşın tədrisi uşaqlarda şablon düşüncəni formalaşdıracaq. Eyni zamanda bu, ciddi şəkildə iş yerlərinin ixtisarına gətirib çıxaracaq ki, bu da ölkədəki sosial səviyyəni aşağı salacaq.

4

ABŞ-ın “Apple” şirkəti “Samsung Electronics” ilə birgə “iPhone 8” smartfonunu tərtib edəcək. Smartfon bazarında iki əsas rəqib olan “Apple” və “Samsung Electronics” şirkətləri “iPhone 8” üzərində işləməklə bağlı sıx əməkdaşlıq edəcəklərini elan ediblər. Bu smartfon bütün keçmiş modelləri əvəz etməli və daha çox müştəri cəlb etməlidir. Bu əməkdaşlıq onunla izah olunur ki, “Apple” özü əyri formada olan OLED ekran istehsal etmək və ya digər şirkətdən almaq imkanında deyil. Belə texnologiyanın əsas rəsmi sahibi isə “Samsung Electronics” şirkətidir. Qeyd edək ki, daha əvvəl şirkətlər arasında münaqişələr yaranırdı. Ancaq indi görünür ki, bütün baş verənlər unudulub və onlar əməkdaşlıq etməyə hazırdırlar. Qeyd etmək lazımdır ki, “Apple” öz smartfonları üçün heç bir komplekt istehsal etmir. Bütün ehtiyat hissələrini tədarükçülərdən sifariş edir, cihazlar isə Çin zavodlarında yığılır.

5

“YouTube” video xidməti gün ərzində 1 milyard saat online video izlənmə rəqəminə nail olub. unu şirkətin texnoloji məsələlər üzrə vitse-prezidenti Kristos Qudrou açıqlayıb. “Biz öz səyahətimizdə vacib mərhələyə nail olmuşuq – bütün dünya üzrə insanlar indi hər gün “YouTube”da milyard saat video izləyir!” – deyə o, söyləyib. K. Qudrou bildirib ki, bir istifadəçinin “YouTube”da milyard saat videoya baxması üçün 100 min ildən çox vaxt lazımdır. Qeyd edək ki, “YouTube” 2005-ci ilin fevralında yaradılıb və 2006-cı ilin noyabrında “Google” tərəfindən 1,65 milyard dollara satın alınıb. Hazırda “YouTube” dünyada 2-ci populyar saytdır.

6

Whatsapp-ın keçdiyimiz günlərdə Snapchat və Instagram-daki hekayə xüsusiyyətini tərkibinə qatması, sosial mediada sıx şəkildə tənqid edilmişdi. Şirkət, bu reaksiyaların ardından geri dönüş edərək yazılı status funksiyasını geri gətirir. Whatsapp, ötən həftənin sonlarına doğru tətbiqin status qismini yeniləyərək eynilə Instagram və Snapchat-dakına bənzər bir xüsusiyyət gətirmişdi. Bu hissəyə Hekayə xüsusiyyətini inteqrasiya edən Whatsapp, bu dəfə istifadəçilər tərəfindən çox ağır tənqid edilmişdi. Reaksiyalar yeniləməyin gəldiyi gündən bəri bitmək bilməyincə şirkətin bu xüsusiyyətlə bağlı geri addım atmağa niyyətli olduğu ortaya çıxdı. Gələn xəbərlərə görə Whatsapp-ın növbəti yeniləmə ilə yazılı status hissəsini təkrar aktiv edəcəyi deyilir . WABetaInfo-nun Twitter səhifəsindən bölüşdüyü məlumata görə Whatsapp, Tagline adını verdiyi bu funskiya ilə yazılı status funksiyasını geri gətirir. Sızan məlumatlara görə istifadəçilər, yeni gələcək xüsusiyyət sayəsində eynilə əvvəlki kimi yazıla və emojilerle status yaza biləcəklər . Tətbiqin beta ekran görünüşlərinə baxdıqda, yazılı status  xüsusiyyətində böyük bir dəyişiklik edilməyəcək və yeni xüsusiyyət, bir neçə gün əvvəl gələn hekayə xüsusiyyətinin yanında yer alacaq.

7

“Xiaomi” şirkəti rəsmi olaraq Xiaomi Mi 5C-ni təqdim etdi. Yeni smartfon, çirkətin ilk özəl Surge S1 prosessorunu özündə birləşdirən cihazdır. Xiaomi Mi 5C, keçən il satışa çıxmış Mi 4C-in davamçısıdır. Smartfon, metal korpusa və barmaq izi skanının inteqrasiya olunduğu “Home” düyməsinə sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Xiaomi Mi 5C, 5.15 inç Full HD ekran, 8 nüvəli Xiaomi Surge S1 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş, 2860 mAh enerji tutumlu batareya, 12 MP-lik arxa və 8 MP-lik ön kmaera ilə təchiz olunub. Cihaz, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Xiaomi Mi 5C, 3 Mart tarixindən 218$ qiymətində satışa çıxacaq.

8

“Xiaomi”nin yeni qiymət və performans telefonu ilə tanış olun: Redmi 4X. Qiymət və performans deyildikdə ağla ilk gələn şirkətlərdən olan “Xiaomi”, yenə gözləntiləri qarşılayacaq bir cihazın elanını reallaşdırdı. “Xiaomi”, yeni bir ağıllı telefonun daha elanını reallaşdırdı. Redmi 4X adındakı cihaz, qiymətinə nisbətən çox yaxşı deyə biləcəyimiz xüsusiyyətlərlə təchiz edilib . Yeni nəsil telefonlara uyğun bir dizaynla gələn Redmi 4X, monolit metal gövdəyə sahib olacaq. Cihaz, xüsusilə də batareyasıyla diqqət çəkir. 4100 mAh gücündə batareya ilə cihaz, 15 saat ərzində video izləməyi təmin edir. Standart istifadə ilə 2 gün, gözləmə rejimində isə 18 gün ərzində istifadə edilə bilən Redmi 4X vişnə çəhrayısı, şampan qızıl və mat qara rəng alternativlərinə sahib olacaq. 2 GB RAM versiyası 101$, 3 GB RAM versiyası isə 130$ qiyməti ilə satışa təqdim ediləcək olan cihazda bütün xüsusiyyətləri isə sırasıyla bu şəkildədir. 5 inç böyüklüyündə, 2.5D qoruyucu şüşəli, qıvrımlı HD keyfiyyətində ekran, 1.4GHz sürətində çalışan 8 nüvəli Snapdragon 435 prosessor və Adreno 505 qrafik prosessoru, 2 GB RAM/16 GB daxili yaddaş və 3 GB RAM/32 GB yaddaş alternativləri (+ 128 GB-a qədər artırıla bilən microSD kart dəstəyi), MIUI 8 dəstəkli Android 6.0 Marshmallow əməliyyat sistemi, 13/5 MP keyfiyyətində arxa və ön kamera, 4100mAh gücündə batareya və 4G VoLTE dəstəyi, Barmaq izi skanı.

9

Son zamanlar smartfonlara qurulmuş kameralar o qədər güclü xüsusiyyətlərə malikdir ki, əvvəllər “Siemens CX65” cihazında sadə 0,3 meqapiksellik kameradan necə istifadə etdiyimizə təəccüblənirik. Amma inkişaf gedir və bu yaxınlarda “Sony Semiconductor Solutions Corporation” şirkətinin mütəxəssisləri tərəfindən təqdim edilmiş yeni tip “CMOS” sensorunda rəqəmli siqnalların işlənməsi elementləri, həmçinin “DRAM” dinamik yaddaşı əlavə edilib. “CMOS” sensorun özəlliyi odur ki, o, saniyədə 960 kadradək sürətlə videoçəkiliş etməyə imkan verir. Bu halda qurğunun mərkəzi prosessorunda kiçik yüklənmə bu sensoru, hətta smartfonlarda istifadə etməyə imkan verir. Adi sensorlar iki qata (birinci qatda işığa həssas elementlər, ikinci qatda isə siqnalların email və çevrilməsini yerinə yetirən mikrosxemlər yerləşib) malik olduğu halda “Sony” şirkətinin mühəndisləri üçüncü qat əlavə ediblər. Məhz üçüncü qat “DRAM” dinamik yaddaşı və əlavə rəqəmli məntiqi elementlərdən ibarətdir. Nəticədə sensor saniyədə 960 sürətlə 1920×1080 təsvir ölçülü video çəkilişinə imkan verir. Təsvir 4:3 və 16:9 tərəflər nisbətinə, 1.71-dən 19.3 meqapikselədək təsvir ölçüsünə malik ola bilər.

15

“LG G5” ilə bazara yenilik gətirən Koreya nəhəngi hal hazırda baş tutan təqdimatda özünün nöbvəti flaqman model smartfonu “LG G6″nı təqdim etdi. Lakin bu dəfə təqdim olunan model sələfindən böyük ölçüdə fərqlənir. “MWC”də təqdim olunan yeni “G6” dizayn, ekran ölçüsü və texniki göstəriciləri ilə diqqətləri öz üzərinə çəkir. Dizayn baxımından “G5″dən fərqlənən model, metal çərçivəyə sahibdir. Ağ, qara, paltiniyum olmaqla 3 rəng seçimində təqdim olunan modelinin dizaynında ən gözə batan hissə modelin “IP68” sertifikatı ilə suya və toza davamlı olmasıdır. Beləki, model 30 dəqiqə ərzində 1.5 metr dərinlikdə suya davamlıdır. Telefonun arxa hissəsində 2 kamera və kameraların arasında 2 LED flash quraşdırılmışdır.

10

Aşağıda isə ənənəvi kilid düyməsi barmaq izi sensoru ilə birlikdə yerini alıb. Model eyni zamaxda “USB type C” və “3.5 mm” qulaqlıq girişinə sahibdir. 5.7 düyümlük ekranda koreyalı mütəxəssislər yeni texnologiyadan da istifadə ediblər. “FullVision” ekran texnologiyasına malik ekran 18:9 görüntü formatına sahibdir. (2882×1440) Ekran təhlükəsizliyi isə həmişə olduğu kimi, “Corning Gorilla Glass 5” tərəfindən qorunur. 4 GB RAM yaddaşına sahib olan cihazda qrafik oynadıcı olaraq “Adreno 530″dan istifadə olunub. 32GB və 64GB daxil yaddaş seçimləri ilə satışa çıxan telefonun “microSD” dəstəyi mövcuddur. “LG G6” 4 nüvədən ibarət “Snapdragon 821” prosessorundan güc alır. 2 nüvə 2.35 GHz, digər 2 nüvə isə 1.6 Ghz sürətə malikdir. 16 MP dəyərində iki arxa kameraya sahib olan “LG G6”, 5 MP-lik 100 dərəcə şəkil çəkə bilən selfie kamerasına sahibdir. Arxa kameraların hər biri F/1.8 diafrqamaya sahibdir və 160 dərəcə şəkil çəkə bilir. Ənənəyə sadiq qalaraq LG bu modeldə də lazer avtofokus texnologiyasından istifadə edib. 3300 mAh batareya ömrü olan cihaz eyni zamanda sürətlə enerji yığma texnologiyasını da özündə birləşdirir. “LG G6” ilə birlikdə istifadəçilərə 200 dollarlıq “Play Store” endirimi də təqdim olunacaq. “Android 7.0” əməliyyat sistemi ilə gələn “LG G6″da mütəxəssislər yeni araüzdən istifadə ediblər. Belə ki, bu dəfə “LG G6″da təkminləşdirilmiş “UX 6.0” araüzü istifadə olunub. Eyni zamanda İngilis və Alman dillərini dəstəkləyən “Google Asistan”dətəyi də mövcuddur.

11

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş yeni “Kaizala” messenceri “WhatsApp” və “Telegram” messencerləri ilə rəqabət aparacaq. “Kaizala” proqramında çatlar çoxsaylı müxtəlif funksiyalara malikdir. Məsələn, messencer istifadəçilərə iş üçün müxtəlif vakansiyalar təklif etməyə, işə düzəltmə prosesini diqqətlə izləməyə, xəbərlər paylaşmağa, mesajlaşmağa imkan verir. İstifadəçilər, həmçinin konkret əraziyə bağlı fotoşəkillər dərc edə bilərlər. “Kaizala” messencerinin istifadəçiləri eyni zamanda ən müxtəlif mövzular üzrə yeni sorğular yarada bilərlər. Bu proqram “Android”, “iOS”, “Windows 10” sistemlərində əlçatandır. Qeyd edək ki, “Kaizala” “Microsoft” şirkəti tərəfindən təqdim edilmiş dördüncü messencerdir.

12

“BlackBerry şirkəti rəsmi olaraq BlackBerry KEYone adlı yeni smartfonunu təqdim etdi. Yeni model artıq hamıya tanış olan ənənəvi fiziki QWERTY klaviatura özəlliyi ilə tendensiyanı davam etdirir. BlackBerry KEYone-nun korpusu, metal çərçivənin üzərində plastik materialdan ibarətdir. |Onun ekranını isə bilinməyən materialdan hazırlanmış şüşə örtük qoruyur. Smartfon özündə həm USB Type-C, həmdə 3.5 mm-lik audiogirişi birləşdirir. BlackBerry KEYone-nın QWERTY klaviaturası çox maraqlıdır. Belə ki, o fiziki klaviatura olmaqla yanaşı, həmdə sensorludur. Barmağı klavituraya toxunduranda, ekrandakı səhifələri çevirmək, mətn yazarkən sözləri seçmək və jestlərdən istifadə etmək olar. Texniki göstəricilərə gəldikdə isə smartfon, 4.5 inç IPS ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD özəllikli), 3505 mAh enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. BlackBerry KEYone-nı artıq 549$ qiymətinə ön sifariş etmək olar. Onun satışları isə Aprel ayının əvvəlində start götürəcək.

13

“Medical Xpress” nəşrinin məlumatına görə, alimlər qrupu tərəfindən optik, kimyəvi və elektrik siqnallarını həm beyinə ötürən, həm də ondan qəbul edən yeni tip elastik lif təqdim olunub. Bu lifin qalınlığı insan saçından nazikdir. Lifin elastikliyi beyin toxuması ilə daha yaxşı inteqrasiya etməyə imkan verəcək, həmçinin uzun müddət canlı orqanizmdə qala biləcək. Alimlər belə lifin köməkliyi ilə beynin müxtəlif bölmələrinin quruluşunu daha yaxşı öyrənə, həmçinin beyin bölmələrinin bir-biri ilə qarşılıqlı əlaqəsini başa düşə biləcəklər. Lif beyin toxumasının elastikliyini və yumşaqlığını maksimum dəqiqliklə təkrarlayır. Yeni lifin əsasını çoxlu sayda cərəyan keçirən polietilen qatı və qrafit hissəciklərindən ibarət kompozit materialı təşkil edir. Hər bir qatın yığılması zamanı ona kifayət qədər yüksək təzyiq edilir. Belə texnologiyanın tətbiqi materialın elektrik ötürücülüyünü 5 dəfə artırmağa və elektrodları təxminən bir o qədər azaltmağa imkan verir. Cari anda alimlər artıq laboratoriyada siçanlar üzərində sınaq keçiriblər: liflərin köməyi ilə heyvanların orqanizminə neyronları işığa həssas edən gen buraxıblar. Bir müddətdən sonra alimlər optik dalğaverənin köməyi ilə  neyronlara işıqla təsir edərək spesifik reaksiyaların aşkar edilməsi məqsədilə onların aktivliyini müşahidə ediblər.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register