Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 1.3.2017-cı il.

1555-ci ilin 1 martında Nostradamus özünün öncəgörmələr kitabını nəşr etdirmişdir.

1 mart 1692-ci ildə Salamda (ABŞ-ın Massaçusets ştatı) hakimiyyət dairələri Sara Qudu, Sara Osbornu və qul qadın Titubanı cadugərlikdə ittiham etmişlər. Sonrakı aylarda 150 qadın və kişi anoloji ittihamla həbsxanalara doldurulmuş, onlardan 19-u edam olunmuşdur.

1780-ci ilin bu günü ABŞ-da Pensilvaniya köləliyi qadağan edən ilk ştat olmuşdur.

1 mart 1790-cı ildə ABŞ-da ilk dəfə əhalinin siyahıyaalınması aparılmışdır. Onun nəticələrinə görə ölkənin zənci-qullar da daxil olmaqla 3 929 214 nəfər əhalisi olmuşdur. Hindular siyahıya alınmamışlar.

1810-ci ilin 1 martında Rusiya imperatoru I Aleksandr öz manifesti ilə Abxaziyanın Rusiyaya birləşdirildiyini elan etmişdir.

Dmitri Mendeleyev 1869-cu ilin bu günü kimyəvi elementlərin onların atom çəkisinə və kimyəvi uyğunluqlarına görə dövri cədvəlini tərtib etmişdir.

Alp dağlarında dünyada ilk nəhəng dəmiryolu tüneli olan Sen-Qotardın 1880-ci ilin 1 martında tikintisi tamamlanmışdır.

1912-ci ilin bu günü Albert Berri Sent-Luisdə dünyada ilk dəfə paraşütlə təyyarədən tullanmışdır (460 m. hündürlükdən).

Rusiya imperatoru II Aleksandr qətlə yetirilmişdir. Bu hadisə 1881-ci ilin bu günü baş vermişdir.

1 mart 1928-ci ildə ABŞ-da həkim Herbert Evans altıncı vitamini kəşf etmiş, vitamin F adlandırılmışdır.

1 mart 1941-ci ildə dünyada ilk kommersiya FM radiosu Nəşvildəki W47NV radiostansiyasını verilişlərini yayınlamağa başlamışdır.

1966-cı ilin 1 martında Sovet avtomatik planetlərarası stansiya olan “Venera-3” dünyada ilk dəfə Venera planetinin səthinə yaxınlaşmışdır.

1994-cü ilin bu günü Gürcüstan parlamenti Gürcüstanın MDB-yə girməsi haqqında sənədi ratifikasiya etmişdir.

1 mart 2001-ci ildə Rusiya və Gürcüstan arasında geniş miqyaslı viza rejimi tətbiq olunmuşdur.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register