Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Barselonada keçirilən “Mobile World Congress 2017” sərgisi çərçivəsində hər il həyata keçirilən “Glomo Awards 2017” mükafatının təqdim edilməsi mərasimi baş tutub. Mobil cihazlar kateqoriyasında 2016-cı ilin ən yaxşı smartfonu “Samsung Galaxy S7 Edge” elan edilib. Artıq Cənubi Koreya şirkəti bununla bağlı hesabat da dərc edib. Mütəxəssislər “Samsung Galaxy S7 Edge”ni korpusunun dizaynına, yüksək keyfiyyətinə və əla kamerasına görə xüsusi qeyd ediblər. Xatırladaq ki, yeni “Samsung Galaxy S8” və S8+ smartfonları martın 20-də ictimaiyyətə təqdim edilməlidir.

1

2014-cü ildən 2016-cı ilə qədər olan müddətdə “WhatsApp” və “Messenger” ən böyük ziyarətçi göstəricisi nümayiş etdiriblər. Bu sosial şəbəkələrdən hər biri öz sıralarına 500 milyona yaxın yeni istifadəçi cəlb edib. Araşdırmanın təşkilatçısı qismində “Statista” portalı çıxış edib. “Messenger”in ardınca 467 milyon nəfər insanı “Facebook” saytı cəlb edə bilib. Statistikaya əsasən, “Instagram”da say 300 milyon nəfər artıb, “Snapchat” isə cəmi 87 milyon nəfər artıra bilib. “Twitter” sosial şəbəkəsi 31 milyon nəfər yeni istifadəçi qazanıb. “Twitter”in populyarlığının belə tez düşməsi böhrana səbəb olub. Mikrobloqlar xidmətinin administrasiyası sosial şəbəkənin mümkün satışı məsələsini müzakirə edir.

2

ABŞ-ın “Microsoft” korporasiyasının mühəndisləri gözlərin hərəkəti ilə mətn yığmağa imkan verən unikal proqram tərtib ediblər. Korporasiya nümayəndələri bildirir ki, proqram fiziki məhdud imkanlı insanlara ünsiyyət yaratmaqda kömək göstərmək üçün nəzərdə tutulub. Məhsulun yaradılması zamanı “Microsoft” mühəndislərinə ABŞ-ın Kolumbiya dairəsindəki Vaşinqton Elmi Universitetinin mütəxəssisləri texniki dəstək göstərib. Proqram “Eye-gaze” adlandırılıb. O, videokameraya smartfon və ya fablet istifadəçilərinin gözlərinin hərəkətini izləməyə imkan verir. Proqram göz bəbəklərinin hərəkət trayektoriyasını yadda saxlayaraq, məlumatları virtual klaviaturanın düymələrinə keçirərək modelləşdirməyə qadirdir. Unikal proqramın istifadəsi ilə mürəkkəb bir cümlənin yığılma vaxtı dəqiqə yarım təşkil edəcək.

3

“YouTube”  yaxın aylarda ABŞ ərazisində online televiziya xidməti istifadəyə verməyə hazırlaşır. Bunu “YouTube”un rəhbəri Suzan Vodjiski açıqlayıb. Yeni xidmətin vasitəsilə istifadəçilər ABŞ-ın əsas TV şəbəkələrinə  – FOX, ABC, NBC cə CBS-ə qoşula biləcəklər. Ümumilikdə “YouTube” vasitəsilə 40-a yaxın kanal yayınlanacaq. İstifadəçilər ayrı-ayrı proqramları yaddaşa köçürmək və daha sonra izləmək imkanına da malik olacaq. TV-nin abunəçiləri üçün “YouTube – Red” əlçatan olacaq. Bu pullu xidmət reklamsız təqdim edilir.

4

“Kingston” şirkəti həcmi 1 və 2 terrabayt olan “DataTraveler Ultimate GT” flaş kartların satışına başlayıb. Bu barədə CES-2017 sərgisində elan olunub. İstehsalçının sözlərinə görə, “DataTraveler Ultimate GT” cihazı dünyada ən tutumlu flaş toplayıcısı hesab olunur. Onlar USB 3.0 interfeysi ilə təchiz edilib. Oxuma sürəti 300 MB/s, yazma sürəti isə 200 Mb/s təşkil edir. “DataTraveler Ultimate GT”-nin ölçüləri 75,18 x 27 x 21,02 mm-ə bərabərdir. Cihaz -25 °C-dən 60 °C-ə qədər temperaturda işləməyə hesablanıb. O, “Windows 10”, “Windows 8.1”, “Windows 8”, “Windows 7 (SP1)”, “Mac OS v.10.9.x+”, “Linux v.2.6.x+” və “Chrome OS” əməliyyat sistemləri ilə uyğun gəlir. İstehsalçı 5 illik zəmanət təqdim edir. Həcmi 2 terrabayt olan “DTUGT/2TB” modelinin qiyməti isə 1 319 dollar təşkil edir.

5

“Microsoft” korporasiyasına məxsus “Mojang” studiyası tərəfindən tərtib edilən “Minecraft” hələ də həddindən artıq populyar oyun olmaqda qalır. Tərtibatçılar tərəfindən dərc edilən statistikaya əsasən, hazırda hər ay 55 milyon insan “Minecraft” oyununu oynayır. Bununla belə, “life.ru” saytı bildirir ki, “Mojang” studiyası özünün “Twitter” akkauntunda müvafiq statistik məlumatlar dərc edib, ancaq oyunçuların konkret olaraq hansı oyun platformaları arasında necə bölüşdüyünü dəqiqləşdirməyib. Aylıq auditoriyadan başqa, “Mojang” əməkdaşları hesablayıblar ki, bu müddət ərzində 122 milyondan artıq “Minecraft” oyunu nüsxələrinin satışı həyata keçirilib. Çünki “Minecraft” oyununun lisenziyalı oyunçularından başqa, elələri də var ki, bu oyunu pirat serverlərdə oynayır. Yəni oyunun real populyarlığı daha yüksəkdir. Maraqlısı budur ki, “Minecraft” oyununun mobil platformalardakı satışları ənənəvi oyun cihazları və masaüstü kompüterlərdən daha böyük göstəricilərə malikdir. Bununla belə, belə bir tendensiya bütün dünyadan olan oyunçular arasında qeyd edilir.

6

2016-cı ildə Rusiyada virtual texnika istehsal edən şirkətlərə yatırılan investisiyaların həcmi daha əvvəlki illə müqayisədə 3 dəfə artıb. Ötən ilə qədər belə şirkətlərin sayı 183 olub. 2015-2016-cı illərdə virtual texnikanın inkişafına vəsait ödənilib. Bu rəqəm 200 milyon rubl və ya 3 milyon 460 min dollar təşkil edib. 2016-cı ildə belə layihələri Rusiyanın aparıcı şirkətləri həyata keçiriblər. Analitiklər tərəfindən təqdim edilən nəticələrə görə, əsas şirkətlər virtual həyatın tərtibatı ilə məşğul olan studiyalar olub. 2016-cı ilin sentyabr ayında “Mail.Ru Group” özünün ilk virtual oyununun prototipini istehsal edib. Həmçinin “Avrorus” şirkəti virtual reallıq platformasının tərtib edilməsi ilə məşğuldur. “Avto 24” televiziya kanalı da heç kəsdən geri qalmayaraq, özünün “VR 24” adlanan mobil əlavəsini istehsal edib.

7

A ring ding ding ding ding a ring ding ding dingdemgdemg a ring ding ding ding ding ring ding baa-baa ring ding ding ding ding a ring ding ding dingdemgdemg a ring ding ding ding ding a bram ba am baba weeeeeee. Yəqinki bu sözləri oxuyarkən hər birinizin ağlınıza Crazy Frog gəldi. Bəzən hələ də eşitdiyimiz və xatırladığımız bu nəğmə artıq 20 yaşını qeyd edir. Bu nəğmə 20 il əvvəl 1997-ci ildə Daniel Malmedahl tərəfindən hazırlanmışdı. Daniel bu səsi internetə yüklədi və sonradan bir İsveç kanalı bu səsi kəşf elədi. Kanal Danieldən bu səsi canlı olaraq televizorda ifa eləməsini tələb etdi. 2003-cü ildə Erik Wernquist bu səsdən istifadə edərək məşhur Crazy Frog animasiyasını yaratdı. Crazy Frog tezliklə məşhurlaşmağa və bir-çox insanın telefon zəngi olmağa başladı. Erik Wernquist isə bir televiziya proqramında verdiyi müsahibədə əgər bu personajın və səsin bu qədər məşhurlaşacağını bilsəydi ona Crazy Frog adını verməyəcəyini söyləmişdi. Alex F adlı mahnı isə dünyada bir çox ölkədə xitə çevrildi, Türkiyə, İsveç, Avstraliya, Belçika, Fransa və Yeni Zelandiyada uzun müddət dinlənilən musiqilər arasında liderliyini qorudu.

8

Rus mühəndis 3D printer vasitəsi ilə Terminator filmindəki robotun eynisini hazırladı. Aleksandr Osipoviç adlı rus mühəndis Terminator filmindəki robotu 3D printer vasitəsi ilə hazırlayıb. 6 yaşında 1991-ci il istehsalı Terminator 2: Qiyamət Günü filmini izləyərkən olduqca təsirləndiyni söyləyən rus mühəndis hazırladığı robota T-800 adını verib. Danışa, öyrənə, başını tərpədə, göz qırpa hətta səsləri qəbul edərək internetdə axtarış edə bilən robotun proqramının yazılmasına 10 il vaxt sərf edilib. Robotun hazırlanması isə 2 il vaxt alıb. Osipoviç hal-hazırda yalnız otura bilən robotu daha da inkişaf elətdirərək gələcəkdə yeriməsini təmin etmək istəyir. Rus mühəndis T-800 adlı robota rus dilində aşağıdakı sözləri söylətməyə nail olub. Mənim adım John Henry-dir, 2011-ci ilin Sentyabrında dövriyəyə qoşuldum. Kibernetik orqanizmlərə aidəm. Rejissor James Cameron-un Terminator filmindəki T-800 robotuna bənzər bir şəkildə bir dahi tərəfindən hazırlandım. Developerin adı Aleksandr Osipoviçdir.

Apple-dan 4 dənə “Bir Gecə” reklam videosu. Apple, Bir Gecə konsepsiyasına 4 fərqli şəhərdə eyni gecə iPhone ilə çəkilmiş foto və video materiallarla hazırlanmış 15 saniyəlik reklamlarla davam edir. 2 həftə əvvəl tək bir gecədə, dünyanın dörd bir tərəfində çəkilən fotoşəkillər və video materiallardan ibarət bir dəqiqəlik video bölüşmüşdü. Bu dəfə isə 4 şəhərə aid 4 video …

Apple istifadəçilərini qəzəbləndirəcək xəbər. Şirkət, iPhone 8-də vacib özəllikdən imtina edə bilər. Son məlumatlara əsasən “Apple” şirkəti, iPhone 8-də Lightning girişindən imtina edəcək. Onun, USB Type-C ilə əvəz olunacağı güman olunur. Yalnız “Apple” məhsullarında olan Lightning girişin, USB Type-C ilə əvəz edilməsi qərarı təəccüblü hesab edilə bilər. Qeyd etmək lazımdır ki, şirkət artıq iPhone 7-də standart 3.5 mm-lik audiogirişdən imtina etmişdir. Onun əvəzinə şarj etmə və musiqi dinləməni, Lightning girişi vasitəsilə reallaşdırmaq olurdu. Nəticədə bir çoxları bu məsələ ilə bağlı şikayət edirdilər. İstifadəçilər əsasən qeyd edirdilər ki, cihaz şarj olunan zaman musiqi dinləmək mümkün deyil. Təbii ki, naqilsiz qulaqlıq istifadə edənlər bu şikayətlərdən uzaq idilər. USB Type-C ilə eyni hadisə baş verə bilər. Bir çox mütəxəssislərin fikrincə naqilsiz texnologiyalar, gələcyin əsas xüsusiyyətlərindən biridir və ona artıq bu gündən keçid etmək lazımdır. Lakin buna baxmayaraq keyfiyyətli Bluetooth qulaqlıqlar heçdə ucuz qiymətə satılmırlar.

9

Snapchat messencerinin sahibi “Snap” şirkəti, kameralı dron üzərində çalışır. Sözügedən dron Snapchat üçün foto və video hazırlanmasına kömək etməlidir. Şirkətin, dronu kütləvi istehsala çıxardacağı isə hələki bilinmir. Layihənin digər detalları da gizli olaraq qalır. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə şirkət öz adını Snap-a dəyişmişdi. Beləliklə o özünü təkcə messencer ilə deyil, həmdə müasir kameraların istifadəsi üçün müəyyən həll yollarının yaradılması ilə məşğul olan şirkət kimi təqdim edir. Şirkətin ilk belə məhsulu isə kamera ilə təchiz olunmuş Spectacles eynəkləri olmuşdur. Həmin eynəklər keçən ilin Noyar ayında satışa çıxmışdı. Spectacles vasitəsilə foto və video yaradaraq Snapchat-a göndərmək mümkündür. Dron istehsalı haqqında xəbərin yayılması, şirkətin yaxın gələcəkdə hansı tərz məhsulları çıxartması barədə təsəvvürləri yaradır.

10

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. “Əgər siz “Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq”. Bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb. “Biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır” – “Microsoft” şirkətinin rəsmisi deyib.

11

“LG”dən HTC Vive-a rəqib gəlir! Görünür, “LG” şirkəti da masaüstü kompüterlər üçün virtual reallıq bazarına addım atır. Həm də “Valve”ın bütün dəstəyini arxasına alaraq.  Ətraflı məlumatlar xəbərimizdə. Hal-hazırda oyun konsolları və masaüstü kompüterlər üçün istifadədə olan VR, yəni virtual reallıq sistemlərinin ən populyarı PlayStation VR oldu. Qısa müddətdə 1 milyona yaxın satış reallaşdıraraq və rəqiblərini üstələyərək çox geridə qoydu. “Sony”nin bu danılmaz müvəffəqiyyətinin ardından isə “HTC” firması gəlir. İki fərqli yolda yarışan  və tamamilə fərqli oyunçu kütlələrinə xitab etmiş olsalar da, il sonunda hansı VR qurğusundan daha çox satıldığı müqayisəsi mütləq ediləcəkdir. “HTC” isə hakim olduğu PC bazarında indiyə qədər tək rəqibi deyə biləcəyimiz “Oculus” tərəfindən çox da narahat edilmirdi. Çünki HTC Vive-ın rəsmi olmayan satış rəqəmləri 420 min ətrafındadır. “Oculus” isə yalnız 150 min ətrafında bir satış reallaşdıra bildi. Lakin bu vəziyyət qarşımızdakı həftədən etibarən dəyişə bilər. Çünki “LG” tərəfindən  gələn şərhlərə görə Game Developers Conferance, yəni Oyun Yaradıcılar Konfransında, “Valve” ilə iş birliyi edərək  çıxardacaqları ilk masaüstü VR cihazını təqdim edəcəklər. Xatırlayacağınız kimi “Oculus”un PC platformasında yaşadığı ən böyük problemlərdən biri, “Valve” ilə ortaq olaraq işləməsi olmuşdu. “HTC”, Vive-ı bazara çıxartdığı andan etibarən Dota 2 kimi nəhəng bir oyun da daxil etməklə birlikdə, Steam üzərindən bir çox oyuna VR dəstəyi təqdim etmişdi. İndi eyni yolu “LG” şirkətinin də gedəcəyi kimi görünür. Əlimizdə “LG”-nin VR-ı mövzusuna aid daha çox məlumat yoxdur, amma ən azından “Valve”dan tam dəstək aldığını və “HTC Vive”ında istifadə edilən hərəkət təqib sisteminin bir bənzərinə sahib olacağını söyləyə bilərik. Son olaraq da “LG”nin daha əvvəl mobil cihazlar üçün bir virtual reallıq cəhdi olduğunu  bildirmək lazımdır. Ancaq  ortaya çıxan məhsulun insanlara təsiri olduqca uzaq, zəif bir cihaz olduğunu da xatırladaq.

12

Yaponların dünyaca məşhur telekommunikasiya və internet şirkəti olan Softbank-ın CEO-su Masayoshi Son, ağıllı robotların sayının 30 il içində insan əhalisindən çox olacağını söylədi. Barcelona-dakı Dünya Mobil Konqresində texnologiyanın gələcəkdə hansı istiqamətdə inkişaf edəcəyinə dair fikirlərini paylaşan Softbank-ın CEO-su Masayoshi Son, “Gələcək 30 ildə ayaqabılarımızda olan çiplər beynimizdən daha ağıllı olacaq. Bu çiplərin üstünə basacağıq amma onlardan daha geridə olacağıq” dedi. Bu gün orta hesabla bir insanın IQ-sunun 100, Albert Einstein və ya Leonardo Da Vinçi kimi şəxslərin 200-ə qədər çıxdığını söyləyən Son, bu kəslərin dahi olaraq dəyərləndirilməsinə qarşılıq robotların IQ-sunun zamanla 10 minə qədər çıxa biləcəyini bildirdi. Bunu “super zəkanın doğuşu” olaraq təyin edən Son, “bəli, bu gerçək olacaq” dedi. Ağıllı robotların 30 il içində insan əhalisindən daha çox sayda olacağını, görünüşlərinin və ölçülərinin insanlarla bənzərlik göstərəcəyini söyləyən Son, bəzi robotların uçacağını üzə biləcəklərini, bəzilərinin iki ayağının, bəzilərinin isə yüzlərlə ayağa sahib ola biləcəyini söylədi. Robotların nə cür bir təhlükə meydana gətirə biləcək mövzusunda da fikirlərini ifadə edən Son, sözlərini bu ifadələrlə sonlandırır: “Məncə bu super zəka bizim tərəfdaşımız olacaq. Əgər bunları düzgün istifadə etməsək bu bir risk meydana gətirə bilər. Buna qarşı robotları doğru işlər üçün istifadə etsək bunlar daha yaxşı bir həyat üçün ortaqlarımız ola bilər”.

13

Facebook Messenger tətbiqinə interfeys və köməkçi yenilənməsi gəlir. Yazı sahəsinə istiqamətlənərək hazırlanan interfeys yenilənməsi ilə birlikdə daha çox şəxsiləşdirilə bilinən bir köməkçi bu yenilənmədə beta istifadəçilərə təqdim edildi. Mobil platformanın ən çox endirilən tətbiqlərindən biri olan Facebook Messenger, Google Play-da 1 milyarddan çox yüklənilməyə çataraq ən çox yüklənilən tətbiqlərin içində birinci yeri tutur. Facebook, bu tətbiqə yeni xüsusiyyətlər əlavə edəcək. Bunun üçündə beta versiyaya yeni əlavələr etdi. “M” şəxsi köməkçisini bu tətbiqə əlavə etməyi düşünən Facebook, şəxsi köməkçinin inteqrasiyasını və dizaynını beta testində yoxlamağa başladı. Facebook, aqressiv siyasətinə sürətini azaltmadan davam edir. Əlində mövcud olan bütün tətbiqlərlə digər tətbiqləri yox etməyə çalışan Facebook, Snapchatdan Twitter-ə qədər, pul verib ala bilmədiyi hər sosial media tətbiqinə qarşı öz tərkibində bir xüsusiyyət hazırlayır. Snapchatın xüsusiyyətlərinin Instagram və Whatsapp-a əlavə edilməsini ən sadə nümunə kimi göstərə bilərik. Bu siyasətinin yaxşı və pis şərhlər almasından fərqi olmayaraq digər rəqib tətbiqlərə zərər verdiyi dəqiqdir. Facebook, Messenger-in dizaynını da başdan-sona yeniləyir. Daha əvvəl media (şəkil,video,stiker və s.) bölməsi iki sıra halında idi. Yenilənməyə görə bu sistem tək sıraya toplanıb. Beləliklə yazı sahəsi üçün çox daha geniş bir bölmə qalır və xüsusilə kiçik ekranlı telefonlarda yaşanan pis görüntülər ortadan qalxır. Əvvəlki sistemdə, kiçik mətin bölməsinə daxil olduğunuzda yazınızı yaza bilirdiniz. Yeni sistemdə yazışmaların olduğu bölmənin hər hansı bir yerinə basaraq mesajınızı yaza bilərsiniz. Facebook Messenger-in geniş bir dəyişiklik etdiyini demişdik. Ən sağda yer alan 3 nöqtədə də yenilənmə edildi. Daha əvvəlcədən Məkan, Xatırlatma əlavə et kimi yazıların yer aldığı açılan pəncərə ikonları halında göstəriləcək. Bununlada daha kiçik bir açılan pəncərə qarşımıza çıxacaq. Yenilənmə ilə GIF, stiker və emosiyalar da müəyyən bir yerə alındı. Bundan sonra istədiyiniz məzmunlara çox daha sürətlə çata biləcəksiniz. M adlı köməkçi, inteqrasiya testlərinə də başladı. Bu köməkçinin2015-ci ilin avqust ayında elan edilən M köməkçisi olmadığını bildirək. Yeni köməkçi daha şəxsi bir köməkçi olacaq. M köməkçisi normalda Ad gününüz mübarək, Sabahınız xeyir kimi mesajları tərkibində tutan bir köməkçidir. Hazırda betada olması səbəbindən qarşımıza necə bir köməkçinin çıxacağını bilməsək də yaxın bir zamanda bu mövzuyla bağlı yeni məlumatların gələcəyini düşünürük. M köməkçisi və İstifadəçi interfeysində edilən dəyişikliklərin xaricində tətbiqin yenilənmələri üçün istifadəçilərin bildirişləri yoxlama xüsusiyyəti də mövcuddur. Yəni, daimi yenilənmə xatırlatması edərək bizi narahat edən bir tətbiq olmaqdan çıxmağı hədəfləyir. Hələki yenilənmələrin bunlar olduğunu deyə bilərik. Kifayət qədər iddialı yenilənmələrlə gələn Facebook Messenger, test mərhələsini bitirdikdən sonra bütün istifadəçilər üçün də bu yenilənmələri təklif edəcək.

14

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register