Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

San-Dieqoda Kaliforniya Universitetinin alimləri üç ölçülü (3D) printerdən istifadə edərək süni damar şəbəkəsi yarada biliblər. Alimlər əvvəlcə kompüterdə damar quruluşunu modelləşdiriblər. Sonra 3D printerdən və canlı hüceyrədən istifadə edən damar şəbəkəsini yaratmağa müvəffəq olublar. Bu zaman canlı hüceyrələr böyüyərək damar şəbəkəsini bioloji toxuma ilə örtüb. Laboratoriya mühitində yaradılan damarlar daha sonra siçanlar üzərində sınaqdan keçirilib. Uğurla nəticələnən sınaqlarda damar şəbəkəsinin heyvanın ürək-damar sistemi ilə uyğunlaşmasını təmin etdiyi məlum olub. Tədqiqatçı Shaochen Chen bildirib ki, orqanlarımız qan damarları olmadan həyatda qala və inkişaf edə bilməz. Damarlar orqan nəqlində ən əhəmiyyətli məfhumlardır. Yaradılan süni damar şəbəkəsi orqan nəqlində problemlərin qarşısını almağa kömək olacaq. Yaradılan damarların hələ ki, yalnız qan daşıdığını vurğulayan alim süni damarların təbii damarlar kimi qida maddələrini daşıması üçün tədqiqata davam etdiklərini söyləyib.

1

MWC 2017 beynəlxalq sərgisinin yekununda tədbirin təşkilatçıları “Ən yaxşı smartfon” nominasiyasının qalibini elan ediblər. Bu il prestijli mükafatı “Sony” şirkəti özünün “Xperia XZ Premium” flaqmanına görə əldə edib. Müqayisə üçün bildirək ki, ötən il bu nominasiyada qalib “Samsung Galaxy S7” smartfonu olub. “Sony Xperia XZ Premium” smartfonu 2017-ci il fevralın 27-də təqdim edilib. Smartfon HDR-i dəstəkləyən 5,5 düym həcmli 4K ekrana malikdir. Onun korpusu şüşədən və metaldandır. Smartfon həmçinin “Motion Eye” foto moduluna və özünün daxili 4 GB həcmində yaddaşına malikdir. İstehsalçının bəyanatına görə, cihazın əsas kamerası “Super Slowmotion” rejimində 960 k/s tezliyində video çəkə bilir. Bundan başqa, smartfon səkkiz nüvəli “Qualcomm Snapdragon 830” prosessoru ilə təmin edilib. Smartfon 4 GB əməliyyat və 64 GB daxili yaddaşa malikdir.

2

“Spotify” striminq musiqi xidmətinin ödənişli abunəçilərinin sayı yarım il ərzində 25 faiz artaraq 500 milyon nəfərə çatıb. Bu barədə şirkətin bəyanatında deyilir. Sentyabrda “Spotify”nin ödənişli abunəçilərinin sayı 41 milyon nəfər təşkil edirdi. Eyni zamanda xidmətin ümumi auditoriyasının sayı 100 milyon nəfər olub. “Spotify”nin əsas rəqibi hesab olunan “Apple Music” əlavəsinin abunəçilərinin sayı dekabrda 20 milyon olub. “Techcrunch” portalının mənbəyinə əsasən, “Spotify” Nyu-York fond birjasında səhmlərin kütləvi satışa çıxarılmasını (İPO) 2018-ci ilə qədər təxirə sala bilər. Şirkətin qiyməti isə 11 milyard dollardan 13 milyard dollara qədər arta bilər.

3

“Viber” şirkəti messencerin “Windows” əməliyyat sistemləri üçün yeni versiyalarını çıxarmaqdan imtina etmək niyyətindədir. “Viber” şirkətinin nümayəndələri bildirirlər ki, şirkətimizin məhdud resurslarından maksimum səmərəli üsulla istifadə etmək məqsədilə “Windows Phone 10” və “Windows 10” üçün hər hansı yeniləmələrin çıxarılmasından imtinaya dair qərar verdik. Yaxın gələcəkdə yeni versiyaların çıxarılması ilə bağlı planımız yoxdur. Planlarımızda dəyişiklik olduğu halda biz bu barədə xəbərdarlıq edəcəyik. Beləliklə, populyar messencerin yaradıcıları “iOS” və “Android” mobil platformalarına daha böyük önəm veriblər. “Viber” messencerinin “Windows” üçün cari versiyası, çox güman ki, sonuncu olacaq.

4

Böyük Britaniya alimləri “geyim-soyuducu”nun yaradılması üzərində işləyirlər. Ekspertlərin fikrincə, bu, kondisioneri əvəz edə biləcək. AZƏRTACrunews24.ru saytına istinadla xəbər verir ki, “geyim-soyuducu” xüsusi liflər və polietilendən ibarət olacaq. Bunun sayəsində geyim güclü istidə belə insan orqanizmini soyuq saxlamağa imkan verəcək. Həmçinin orqanizmi ətraf mühitin bütün mümkün təsirlərindən qoruyacaq. Alimlər bildiriblər ki, geyim “rahat nəfəs” alacaq, havanı 90 faizədək keçirə biləcək. Geyim üçün nəzərdə tutulan parçanın istehsalı nisbətən ucuz başa gələcək, çünki xammal kimi emal edilmiş plastikdən istifadə olunacaq.

5

Sensor displeyə barmaq izləri skanerini quraşdırmaq ideyası çoxdan mövcuddur. Bəzi nəhəng mobil qurğu istehsalçıları, məsələn, “Apple” şirkəti, hətta belə həllin yaradılması üçün müxtəlif variantları təsvir edən bir neçə patenti qeydiyyatdan keçirib. Ancaq “Goodix” şirkəti “MWC 2017” sərgisi çərçivəsində “AMOLED” displeyə qurulmuş dünyada ilk barmaq izləri sensorunu təqdim edib. Yeni həll “In-Display Fingerprint Sensor” adlandırılıb. “Goodix” şirkətinin nümayəndələrinin sözlərinə görə, “In-Display Fingerprint Sensor” həlli “AMOLED” displeyin ayrıca sahəsini biometrik skanerə çevirir. Şirkət nümayəndələrinin məlumatına görə, yüksək işləmə sürəti, aşağı enerji sərfiyyatı və yığcam ölçü yeni texnologiyanın əsas üstünlüyüdür.

6

İyun ayının 30-dan sonra bəzi telefonlarda “WhatsApp” işləməyəcək. Artıq bəzi “Android”, “IOS”, “Windows”, “BBOS” və “Symbian” platformalı telefonu olan istifadəçilər “WhatsApp”dan yararlana bilməyəcəklər. İyun ayının 30-dan sonra “WhatsApp”ı işləməyəcək smartfonlar: Nokia S40, Nokia Symbian S60, Android 2.1, Android 2.2, Windows Phone 7.+1, iPhone 3GS (iOS 6), BlackBerry OS ve BlackBerry 10. Qeyd edək ki, bu telefonlar üçün yenilənmələrin tətbiqi 2016-cı ilin sonunda bitsə də, şirkət istifadəçilərə 2017-ci ilin iyun ayına kimi vaxt verib.

7

Facebook sosial şəbəkəsinin mobil versiyasında yeni funksiya test edilməyə başlayıb. Yeni funksiya, City Guides adlanır və şəhər bələdçisi özəlliyini daşıyır. Bu funksiyadan istifadə edərək yerləşdiyiniz şəhərdə görməli yerlər, tədbirlər, restoranlar və digər məlumatlar barədə xəbərdar olacaqsınız. Bundan əlavə olaraq City Guides sizin dostlarınızın hansı seçilmiş şəhərlərdə və həmin şəhərlərdə hansı restoran, mehmanxana və bu kimi yerlərdə olduqlarını da göstərəcək. Sosial şəbəkə bu məlumatları, istifadəçilərin özlərini müəyyən yerlərdə qeyd etmələri üzərindən əldə edir. Facebook-un bu yeni funksiyası bir növ FourSquare və TripAdviser servislərinə bənzəyir. Şirkət bildirib ki, yeni funksiya artıq təqdim olunub və o test mərhələsindədir. Sosial şəbəkə, istifadəçiyə sözügedən məlumatları elə təqdim etməyə çalışacaq ki, həmin məlumatlar istifadəçi üçün maksimal dərəcədə faydalı olsun. Qeyd etmək lazımdır ki, City Guides funksiyası hələki bir sıra istifadəçilər üçün aktivdir. Onun nə zaman bütün istifadəçilərə təqdim olunacağı və veb versiyasının olacağı haqqında məlumat yoxdur.

8

ABŞ-ın patent təşkilatının saytında “Apple” şirkətinin yeni cihazı barədə ərizələrə rast gəlinib. Xarici görünüşcə yeni cihaz,qıraqları bükülmüş papirusa bənzəyir. Patent ərizələrdə əks olunmuş cihazın fotolarından da görmək olar ki, o, OLED ekrana sahib olacaq və həmin ekran bükülə bilmək xüsusiyyətinə sahib olacaq. Bükülü vəziyyətdə isə ekran, alüminium bərkidicilər vasitəsilə qalacaq. Alüminium bərkidicilərin daxilində xüsusi mexanizm olacaq hansı ki, ekranı yenidən bükülmüş vəziyyətdən açılmağa imkan verməyəcək. Həmçinin cihazın bu hissəsinə onun prosessoru, RAM-ı, daxili yaddaşı, batareyası və digər özəllikləri yerləşdiriləcək. Təbii ki, bu yalnız patentdir. Sözügedən cihaz yaxın bir neçə il ərzində satışa çıxa da bilər, sadəcə olaraq patent şəklində qala da bilər. Bununla belə papirusa bənzər və əyilə bilən ekrana sahib cihaz yeni ideya olmasa da çox maraqlıdır.

9

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” yenilik edib. Yenilik mesajların telefonda tutduğu yer ilə bağlıdır. Belə ki, artıq yazışmaların telefonun yaddaşında nə qədər yer tutmasını dəqiqliyi ilə görmək mümkün olacaq. Yeniliyin məhdudluğu isə onla bağlıdır ki, bu funksiya ancaq “Windows 10 mobile” və “Windows 8.1” platformalı smartfonlarda aktiv olacaq.

10

Çinin “Meizu” şirkəti tərəfindən Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində nümayiş etdirilən “Super mCharge” texnologiyası 20 dəqiqə ərzində smartfonun batareyasını 0-dan 100%-dək enerji ilə doldurmağa imkan verir və bu göstərici üzrə başqa istehsalçıların müvafiq texnologiyalarını geridə qoyur. şirkətin saytında deyilir ki, “Super mCharge” enerjidoldurma qurğusunun səmərəliliyi xüsusi gərginlik çeviricisinin hesabına təmin olunur. Bundan başqa, enerji doldurulması zamanı batareyanın temperaturu daima nəzarətdə saxlanılır və 39 selsi dərəcədən yuxarı qalxmır. “MWC” sərgisində nümayiş zamanı “Super mCharge” qurğusunun köməyi ilə 3000 milliamper/saat tutumunda batareyaya malik smartfon prototipi enerji ilə doldurulub. 5 dəqiqədən sonra batareyanın şarjının səviyyəsi 30%-ə yaxınlaşıb, 10 dəqiqə sonra isə 60% təşkil edib. Beləliklə, bu mərhələdə sınaq smartfon prototipi “iPhone 7 Plus”un enerjidoldurma sürətini 11 dəfə, “Samsung Galaxy S7 Edge”ni isə 3,6 dəfə geridə qoyub.

11

“Yahoo!” şirkətinin məlumatına görə, hakerlər son 2 ildə saxta “cookie” fayllarının köməyi ilə 32 milyon hesaba müdaxilə ediblər. Şirkətin nümayəndələrinin sözlərinə görə, son hücumlar 2014-cü il hadisələrinə görə məsuliyyət daşıyan dövlət tərəfindən dəstəklənən hakerlərin işi ola bilər. Xatırladaq ki, 2014-cü ildə haker hücumları nəticəsində 500 milyondan çox istifadəçinin hesabı ələ keçirilmişdi. Şirkətdən bildirilib ki, hakerlər saxta “cookie” fayllarının köməyi ilə hesablara müdaxilə ediblər. “Yahoo!” saxta “cookie” faylları deaktiv edib və daha onlardan istifadə qeyri-mümkündür.

12

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register