Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 6.3.2017-cı il.

1869-cu ilin 6 martında Dmitri Mendeleyev “Dövri sistem”in ilk variantını Rus Kimya Cəmiyyətinə təqdim edib.

1899-ci ilin 6 martında Alman kimyaçı Feliks Hofman aspirini patentləşdirib.

Alman mühəndis, benzin mühərrikin müəllifi Qotlieb Daymler 1900-ci ilin bu günü dünyasini dəyişib.

Real Madrid futbol klubu təşkil edilmişdir. Bu hadisə 1902-ci ilin bu günü baş vermişdir.

Sovet kosmonavtı, dünyada ilk qadın kosmonavt, Sovet İttifaqı Qəhrəmanı, general-mayor Valentina Tereşkova 6 mart 1937-ci ildə anadan olmuşdur. 19 iyun 1963-cü ildə “Vostok 6” gəmisi ilə 71 saat ərzində dünyanın ətrafında 48 dəfə dövr etmişdir.

6 mart 1953-cü ildə Stalinin vəfatından sonra SSRİ-yə rəhbərlik Georgi Malenkova həvalə edilib.

1964-cü ilin bu günü Boks üzrə dünya çempionu Kassius Kley özünə Məhəmməd Əli adını qəbul etmişdir.

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur. O 1955-ci  ilin 6 martında Ankarada dünyasını dəyişib.

Rusiya xarici işlər Nazirliyi 2008-ci ilin 6 martında Abxaziya ilə ticarətə dair qadağanı ləğv etmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register