Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinli telefon istehsalçıları dünya telefon bazarını təəccübləndirməkdə davam edirlər. Onların təqdim etdikləri dizayn və yeniliklər texnologiya nəhənglərinə sanki dərs verir. Telefon istehsalı ilə məşğul olan “Meizu” şirkəti sürətli enerji təminatı texnologiyası sahəsində mühüm işlər aparır. Belə ki, şirkət artıq “Super mcharge” sürətli doldurma texnologiyasını təqdim edib. Cihaz bir “ağıllı” telefonu 20 dəqiqəyə tam enerji ilə təchiz edir. Texnologiya şirkətlərinin diqqət mərkəzində olan “Super mcharge”in hansı telefonlar üçün nəzərdə tutulduğu hələlik bəlli deyil. Cihazın bu ilin sonu və ya gələn ilin əvvəlində satışa çıxarılacağı gözlənilir. Şirkətin rəhbərliyinin sözlərinə görə, hazırda “Super mcharge”in sınaq mərhələsi uğurla davam etdirilir.

1

Ötən il “Facebook” sosial şəbəkəsinin istifadəçiləri dərc olunan şərhlərə yalnız “Bəyəndim” düyməsi ilə deyil, həmçinin 5 əlavə “Reaksiya” adlandırılan emosiyalarla reaksiya vermək imkanı əldə ediblər. “Bəyənmədim” düyməsi siyahıda olmayıb. Məlum olub ki, hazırda “Facebook” özünün “Messenger” əlavəsində analoji funksiyanı sınaqdan keçirir. Əsas yeniliklərdən biri yeddinci reaksiya olacaq “Dislike” (“Bəyənmədim”) düyməsi olacaq. “Facebook” rəsmisi yeni funksionallığın sınaqdan keçirilməsi faktını təsdiqləyib. Bu funksiya hələlik müəyyən istifadəçilər arasında əlçatandır. Ancaq yaxınlarda bu funksiya bütün istifadəçilər üçün istifadəyə veriləcək.

2

“Facebook” vəd etdiyi kimi yeni funksiyanı işə salıb, həmin funksiyanın yardımı ilə istifadəçi hər hansı bir xəbərin həqiqətəuyğun olmadığı və ya uydurma olmasından şübhələnərkən bunu açıq bəyan edə bilərlər. Belə ki, məqalələrin yanında indi xüsusi işarə olacaq, bu işarə həmin məqalədə təsvir edilən faktın şübhə doğurduğunu göstərəcək. “Facebook” nümayəndələrinin dediyi kimi alqoritm də işləyir. Sosial şəbəkədə saxta məlumat görərkən istifadəçilər müvafiq hissəsinə vuraraq onun həqiqətəuyğun olmadığını bildirirlər. Daha sonra xəbər xüsusi saytların ekspertləri tərəfindən yoxlanılacaq. Əgər informasiyanın həqiqətəuyğun olmadığı aşkar edilərsə, bu xəbərin üzərində içində nida işarəsi olan üçbucağın yerləşdiyi qırmızı kvadrat işarəsi olacaq. İstifadəçi arzu edərsə, keçiddə verilən materialda bu və ya digər xəbərin niyə həqiqətəuyğun olmadığını oxuya bilər.

3

Dünyanın ən populyar mesajlaşma proqramlarından  biri olan Whatsapp, keçdiyimiz günlərdə Instagram, Snapchat kimi platformalarda yerləşən və 24 saat ərzində yayında qalan Whatsapp Status xüsusiyyətini istifadəçilərə təqdim etmişdi. İstifadəçilər tərəfindən xüsusilə sosial media üzərindən tənqid edilən Whatsapp Status eyni zamanda artıq klasikləşmiş olan yazılı status variantını ortadan qaldırması da istifadəçilərin reaksiyasına məruz qalmışdı. Keçdiyimiz günlərdə WABetaInfo adlı Twitter istifadəçisi tərəfindən Whatsapp proqramçılarının keçmiş status xüsusiyyətini gətirmək üçün işlər gördüyü haqqında tweet atıldı. WABetaInfo, daha əvvəl də Whatsapp üçün gələcək yeni xüsusiyyətləri əvvəlcədən bilərək məsələ ilə bağlı sızıntılar etməsilə tanınır. Bu tərz bir geri addımın aparılmasının səbəbini isə istifadəçilərdən gələn reaksiyalara bağlayan WABetaInfo, yeni sistemin adının Tagline olacağını da bildirib. İstifadəçilərin istəklərinə qulaq verən Whatsappın, Tagline xidmətini nə vaxt aktiv edəcəyi haqqında isə məlumat yoxdur.

4

Çinli “Protruly” adlı firma tərəfindən istehsal edilən və 360 dərəcəlik çəkiliş edə bilən Darling, “Dünyanın ilk 360 dərəcəlik videoçəkiliş edə bilən telefonu” olaraq bazara çıxacaq. Son dövrdə sürətlə artan virtual reallıq dünyası üçün lazım olan ilk xüsusiyyətlərdən biri olan 360 dərəcəlik videolar üçün  müxtəlif kameralar mövcuddur. Bunu ilk dəfə telefon ictimaiyyətinə daşıyan Çinli “Protruly” adlı firma, MWC 2017 -də təqdim etdiyi Darling adındakı telefonu  ilə birbaşa olaraq cihazınızdan VR videolar çəkə bilməyinizə imkan tanıyır. Texniki xüsusiyyətlər baxımından 5.5 inç FHD Super AMOLED ekran, MediaTek Helio X20 prosessor, 4 GB RAM, 64 GB daxili yaddaş sahəsi və 3560 mAh batareyaya sahib olan Protruly Darling, Android 6.0 Marshmallow əməliyyat sistemi ilə çalışacaq. Facebook və YouTube üzərindən 360 dərəcəlik canlı yayım edə bilən bu canavar, USB Type C, WiFi a / c, LTE dəstəyi və barmaq izi skanına da sahibdir. İki ayrı versiyası olacaq cihazın bir normal versiyası, bir də dəri qapaqlı, qızıl örtüklü çərçivəsi və 4 ədəd də almaz daşa sahib versiyası olacaq. Bu iki cihazın da texniki xüsusiyyətləri eyni ikən 600$ normal versiyası, 1300$ da xüsusi versiyası olacağı deyilir. 360 dərəcəlik videoçəkiliş edə bilən, həm öndə həm arxada 13 MP kamerası olmasına rəğmən çıxıntı nisbətini incə tuta bilən Çinli firma, qlobal bazara da çıxmaq istədiyini bildirib.

5

TechRax adlı məşhur videobloggerin, ıPhone smartfonlarını məhvetmə üsullarının deyəsən sərhədi yoxdur. Növbəti video buna sübutdur. Bu dəfə videoblogger, iPhone 7 Plus-ın üzərinə əridilmiş metal tökməyi qərara alıb. Lakin bu dəfə smartfonun yanında həmçinin bir neçə böyük madaqaskar tarakanı da olub. Niyə məhz tarakanlar? Belə ki, məlumatlara görə tarakanlar 1 həftə ərzində başları olmadan və nüvə partlayışından sonrakı vəziyyətdə belə yaşaya bilirlər. Bəs onlar əridilmiş alüminiuma tab gətirə biləcəklərmi? Videobloggeri maraqlandıran məhz bu sual olub. Gözlənildiyi kimi bir neçə saniyə içərisində əridilmiş alüminiumun təsirindən iPhone 7 Plus yanıb. Lakin tarakanlarla nə baş verdiyini öyrənmək istəyirsinizsə videoya mütləq baxmalısınız.

Apple-ın maraqla gözlənilən yeni flaqmanı iPhone 8 və versiyalarının ekran ölçüləri sızdırıldı. Apple bu dəfə sərhədləri zorlayır. Texnologiya nəhəngi Apple yeni flaqmanı iPhone 8-in təqdimatına hazırlanarkən, cihaz və versiyaları ilə əlaqədar detallar gün üzünə çıxmağa başladı. Bu gün isə Apple-a yaxın qaynaqlar tərəfindən sızdırılan bir hesabat nəticəsində, iPhone 8 ailəsinin ekran ölçüləri ortaya çıxdı. iPhone 8 ekran ölçüsü sızdırıldı! Sızdırılan hesabatda bəhs edildiyi üzrə Apple, iPhone 6-6S və iPhone 7 versiyalarından bu yana davam etdirdiyi 4,7 və 5,5 inçlik 2 telefon çıxarmaq ənənəsini , iPhone 8 ilə birlikdə tərk edir. Çünki hesabatda Apple 5,0 – 5,5 və 5,8 inçlik 3 ayrı iPhone 8 versiyasını təqdim edəcəyindən bəhs edilir. Hesabatın davamında isə bu cihazlardan 5,0 və 5,5 inç olanlarının, digər iPhone modellərində olduğu kimi LCD ekrana sahib olacağı ifadə edilir. Ancaq digərlərindən fərqli olaraq hesabatda 5,8 inçlik 3.cihazın inkişaf etmiş texniki xüsusiyyətlərin yanında OLED bir ekranla gələcəyi də deyilir. Bu səbəbdən Apple gözlənilənin əksinə iPhone 8 seriyasındakı bütün telefonlarda OLED ekran istifadə etmək yerinə, OLED ekranlı tək bir üst səviyyə telefon çıxarmağı üstün tutub. Son olaraq, sözü gedən hesabatda əlavə olaraq 5 inçlik modelin çox yaxşı bir ekran- korpus həcminə sahib olacağı, bu səbəbdən korpus ölçüsü baxımından 4,7 inçlik iPhone 7-dən fərqi olmayacağı bildirilir.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register