“Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar” mövzusunda seminar keçirildi

1

Azad Tədqiqat İnstitutunun (ATİ) təşkilatçılığı ilə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin 7-ci korpusunda növbəti seminar keçirildi.

Seminar “Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar” mövzusunda İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin doktorantura pilləsi üzrə təhsil alan, ədəbiyyatşünas Oqtay Kazımov tərəfindən auditoriyaya təqdim olundu.

Gürcü ədəbiyyatında Koroğlu dastanı, Mixail Cavaxişvilinin yaradıcılığında eləcə də Konstantin Qamsaxurdiyanın “Qadın südü”, Quram Pançikidzenin “Raşida”, Nodar Dumbadzenin “Kukaraça” kimi əsərlərində yer alan azərbaycanlı obrazlar haqda iştirakçılara məlumat çatdırıldı.

“Gürcü ədəbiyyatında azərbaycanlı obrazlar” mövzusunda seminar ATİ-nin 4 ay ərzində keçirdiyi 14-cü seminardır. Təşkilatçılar yaxın gələckdə müxtəlif mövzularda yeni seminarların həyata keçiriləcəyini qeyd etdilər.

Seminarın audio versiyası:

seminar 2-2

seminar 3-3

seminar-1

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register