Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
“Play Store Google” 5 illiyi münasibətilə ən populyar mobil əlavə və oyunların siyahısını dərc edib. Ilk iki yeri, gözlənildiyi kimi, “Facebook” və “Facebook Messenger” tutublar. Üçüncü yerdə isə “Pandora Radio” internet radiosu qərarlaşıb. Siyahıda dördüncü və beşinci yerləri müvafiq olaraq “Instagram” və “Snapchat” əlavələri tutublar. Ayrıca bir siyahıya isə ən populyar oyunlar daxil edilib. İlk beş yeri “Candy Crush Saga”, “Subway Surfers”, “Temple Run 2”, “Despicable Me” və “Clash of Clans” kimi hitlər tutublar.
Cənubi Koreyanın “Samsung” şirkəti özünün yeni “İnternet” brauzerini beta versiyasını istifadəyə verib. Əlavə istifadəçilərə əlavə funksiyalardan istifadə etməyə imkan verəcək. Şəbəkə istifadəçiləri “Samsung” şirkətindən yeni imkanlar əldə ediblər. Elektronika nəhəngi “İnternet” brauzerinin sınaq versiyasını təqdim edib. Artıq belə bir əlavənin sahibləri öz mobil cihazlarındakı funksiyalarını vaxtında yeniləyə biləcəklər. Onlar həmçinin bu texnologiyanın tərtibatı və inkişafında iştirak edə bilərlər. İnnovativ məhsulun tərtibatçılarının fikrincə, “İnternet” brauzerinin versiyası digər yeni versiyaların alternativ olacaq. İlk öncə burada söhbət “Google”un rəqiblərindən gedir. Əlavənin beta versiyasına giriş artıq fəaliyyət göstərir.
Müasir smartfonlar 4 GBaytdan artıq əməliyyat yaddaşı ilə təchiz edilməməlidir. Belə bir bəyanatla “Huawei” korporasiyasının meneceri Lao Şi çıxış edib. Bugünkü gün əksər güclü cihazlar 6Gbayt əməliyyat yaddaşa malikdirlər. “Samsung” və “SK Hynix” kimi brendlər isə 8 GB yaddaşa malik smartfonlar təqdim edə biliblər. “Huawei”yə gəldikdə, bu gün daha çox böyük yaddaşhəcmi 6 Gbayta çatır. Mütəxəssis misal olaraq “Honor V9” smartfonunun adınmı çəkib. Buna baxmayaraq, Lao Şi bildirib ki, daha optimal olanı 4Gb yaddaşa malik olanlardır. Belə həcmə malik olan smartfonlar bütün standar əməliyyatlardan istifadə edən istifadəçilərə lazımdır. Bundan başqa, belə cihazlar daha cəld işləyir ki, bu da sınaqlarla sübut edilib. Telefon seçərkən daha böyük tutumla cəld işləməsini gözləmə dəyməz.
Cənubi Koreyanın “Samsung” şirkəti insanabənzər robotun yaradılmasına patent hüququ əldə etmək üçün ABŞ Patent və Əmtəə Nişanları Bürosuna müraciət edib. Müraciətdə insan kimi addımlamağı bacaran insanabənzər robot təsvir edilib. Sənəd barədə məlumat internetdə bu yaxınlarda yayılsa da, şirkətin büroya ərizəsi 2011-ci ildə daxil olub. Sənədə görə, “Samsung” insanın yerişini tam imitasiya edən, kök hüceyrəsinə cavabdeh xüsusi sistem sayəsində nəfəsi təkrarlayan robot ərsəyə gətirəcək. Robot hərəkət zamanı adi yerimə sürətinə nail olmaq üçün marşrutu təhlil edəcək. Qeyd olunur ki, A nöqtəsindən B nöqtəsinə çatmaq üçün “Samsung” robotu öz ağırlıq mərkəzini bölüşdürməklə hündürlüyə qalxma və ya dağdan aşağı enmə zamanı şaquli vəziyyəti saxlamaqla yolu bir neçə hissəyə ayıracaq. Qeyri-adi robotun hansı sahədə tətbiq ediləcəyi barədə məlumat verilmir.
ABŞ Kosmik Agentliyi (NASA) internet istifadəçiləri üçün proqramlar kataloqu təqdim edərək hamının kosmosu müstəqil şəkildə tədqiq etməsinə imkan yaradıb. Kataloqlara kosmik məkanın dərindən tədqiqi üzrə servislərlə yanaşı, mühəndislər üçün peşəkar proqram təminatı daxildir. Agentlik, həmçinin layihələrin populyarlaşdırılması üçün proqram və kitabxana kodlarından ümumi və pulsuz istifadəyə şərait yaradıb. Yeni kataloqda çoxlu müxtəlif proqramlar, o cümlədən astronavtlar haqqında uşaq oyunları, uçan aparatların hazırlanması üçün nəzərdə tutulan məhdud ixtisaslı proqram təminatı yer alıb. Bundan başqa, Yerin və onun ətrafındakı peyklərin, kosmik məkanın müxtəlif sahələrinin müşahidəsi və ya planetin yeni fotoşəkillərinin əldə edilməsi üçün proqramlara da rast gəlmək olar.
“Instagram” sosial şəbəkəsi Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyaları sahəsində nəzarət üzrə Federal Xidməti (“Roskomnadzor”) ilə əməkdaşlıq çərçivəsində potensial olaraq “ölü qrupları” ilə bağlı olan dərcləri yoxlayıb. Yoxlamaların nəticələrinə əsasən müəyyən edilib ki, onların 0,5 faizində istifadəçilər arasında intiharı təbliğ edən məlumatlar mövcuddur. “Instagram”dakı “Ölüm icması”ndan olan 300-dən artıq dərclər silinib. Planlaşdırılır ki, gələcəkdə Rusiyada “Ölüm qrupları” ilə bağlı olan fəaliyyətlə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı qanun qəbul ediləcək.
1.8 milyard istifadəçisi olan bir sosial şəbəkənin bir istifadəçidən nə qədər qazandığı əlbəttə maraqlıdır. Facebook 2016-cı ilin son rübündə 2,4 milyard dollar xalis gəlir əldə etmişdi. Bu 2015-ci ilə nisbətən daha yüksək göstəricidir. Bəs bu qədər gəlir üzrə facebook hər istifadəçidən nə qədər qazandı? Facebook hər istifadəçidən son rüb üzrə 4.01 dollar. İl ərzində isə 16 dollar qazanıb.
“Apple” şirkəti qızıl korpuslu “iPhone 6” smartfonlarının istehsalını bərpa edib. İstehsalı “iPhone 6s” və “iPhone 6s Plus” modellərinin buraxılışından sonra dayandırılan qurğu inkişaf etməkdə olan bazarlar üçün nəzərdə tutulub və bir neçə Asiya ölkəsində satışa çıxarılacaq. Bərpa olunan “iPhone 6” smartfonunun 32 giqabayt yaddaşla təchiz edilməsi maraq doğurur, halbuki əvvəllər 16, 64 və 128 giqabaytlıq yaddaşa malik olub. Müşahidəçilərin fikrincə, hazırkı “iPhone 6″bazarda çoxluq təşkil edən ucuz “Android” smartfonları ilə rəqabət aparacaq. Məlumata görə, qızıl korpuslu 32 giqabaytlıq “iPhone 6” martın 10-dan etibarən Tayvanda satışa çıxarılacaq. Smartfondan operatorla aylıq 1399 Tayvan dolları məbləğində müqavilə imzaladıqdan sonra istifadə mümkün olacaq. İlkin mərhələdə “Apple” Tayvana 30-40 min qızıl “iPhone 6” göndərməyi planlaşdırır. Aparatların satışı ilə yerli operatorların məşğul olacağı bildirilir. Digər ölkələrə tədarük həcmi barədə məlumat verilmir.
Məşhur Feysbuk sosial şəbəkəsinin messencer tətbiqində yenilik olacaq. Istifadəçilərin çoxdandır gözlədiyi bu yenilik yaxın zamanlarda tətbiq olunmağa başlayacaq. Yeniliyə görə, artıq “bəyənirəm” işarəsi ilə yanaşı “bəyənmirəm” işarəsi də tətbiq olunacaq. Bununla da, istifadəçilər gələn mesajları bəyənib-bəyənmədiklərini bildirmiş olacaqlar. Qeyd edək ki, Feysbuk keçən il saytdakı paylaşımlarda 300 milyarddan çox işarədən istifadə edildiyini açıqlamışdı ki, bunlardan da daha çox istifadə olunan ürək işarəsidir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments