Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çin mühəndisləri 4 astronavtın Aya göndərilməsi üçün idarə oluna bilən gəminin yaradılması üzərində işləyirlər. Bu barədə Çinin idarə oluna bilən kosmik gəmilər proqramının baş konstruktoru Çjan Baynan məlumat verib. Çinlilərin fikrincə, hazırlanan nəqliyyat vasitəsindən bir neçə dəfə istifadə etmək mümkün olacaq. Çjan Baynan bildirib ki, hazırda idarə oluna bilən xarici gəmilər beynəlxalq kosmik stansiyaya 6-ya qədər astronavt göndərə bilirlər. Aya eniş üçün bu rəqəm 3-4 nəfərə qədər azalır. Gəmi yaradıcılarının planı beynəlxalq kosmik stansiyaya astronavt göndərmək üçün istifadə olunan qabaqcıl gəmilərdən geri qalmayan kosmik aparat ərsəyə gətirməkdir. Bundan əvvəl Pekinin 2036-cı ilədək Aya astronavt göndərmək niyyətində olduğu bildirilirdi.

1

1.8 milyard istifadəçisi olan bir sosial şəbəkənin bir istifadəçidən nə qədər qazandığı əlbəttə maraqlıdır. Facebook 2016-cı ilin son rübündə 2,4 milyard dollar xalis gəlir əldə etmişdi. Bu 2015-ci ilə nisbətən daha yüksək göstəricidir. Bəs bu qədər gəlir üzrə facebook hər istifadəçidən nə qədər qazandı? Facebook hər istifadəçidən son rüb üzrə 4.01 dollar. İl ərzində isə 16 dollar qazanıb.

2

Uzun bir fasilədən sonar yenidən smartfon bazarına qayıdan Nokia yeni telefonları ilə yenidən könülləri fəth etmək istəyir. Barselonodakı  MWC 2017 tədbirində də ən diqqətçəkici firmalardan biri Nokia olmuşdur. Keçən ilin sonlarında Nokia 6 smartfonunu istifadəyə verən şirkət düşünüləndən də artıq maraq toplamış və smartfon keyfiyyəti ilə diqqət çəkmişdir.  MWC 2017 də tanıdılan 4 Nokia cihazından biri də Nokia 3310-idi. İlk baxışda Nokianın, əsasən, orta səviyyəli smartfonlar istehsal etdiyini görürük. Lakin Nokia smartfon bazarında kifayət qədər əks-səda yaradacaq modellərini də təqdim etməyə hazırlaşır. Nokia 8-in Barselonada tanıdılması gözlənilsə də, bu baş tutmadı. Ancaq Nokia 8-in güclü texniki xüsusiyyətləri olacağını nəzərə alsaq Nokia-nı günahlandıra bilmərik. Nokia 8-də Snapdragon 835 prosessorundan istifadə olunacaq. Çin mərkəzli yayılan məlumatlara görə Nokia bu il 2 ədəd Snapdragon 835 prosessorlu model tanıdacaq və bu cihazların biri cüt arxa kameraya sahib olacaq. Əgər şaiyələr öz təsdiqni tapsa, Nokia smartfon sektorunu əməlli-başlı silkələyəcək. Belə sürətli inkişafla Nokia, bəlkə də, əvvəlki liderliyini qaytaracaq. Nokiadan başqa Samsung Galaxy S8, Xiaomi Mi 6 və HTC 11 smartfonlarında da Snapdragon 835 prosessoru olacaq.

3

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) “Telegram”, “WhatsApp” və “Weibo” kimi proqramların müdafiə sistemini qırmaq vasitələrinə malikdir. Bu barədə “Wikileaks” portalının dərc etdiyi “Vault 7” kod adlı MKİ sənədlərində qeyd olunur. Dərc olunan sənədlərin “Year Zero” adı almış ilk hissəsi 8 min 761 sənəd və fayldan ibarətdir. Onlarda xüsusi xidmət orqanları tərəfindən istifadəçilərin yazışmasına və onların olduğu yerə çıxış əldə etmək üçün istifadə olunan ziyanlı proqram təminatlarının siyahısı var.

4

Gənc nəsillərin yaşlılarla müqayisədə daha çox tənhalıq keçirirlər, çünki dostluqlarının daha böyük bir hissəsini sosial şəbəkə ilə formalaşdırırlar. Mərkəzi ofisi Britaniyada olan “Building Society Nationwide” araşdırma mərkəzi sosial şəbəkədə böyüyən millenium nəslinin ən tənha nəsil olmaq yolunda irəlilədiyini qeyd edib. Araşdırmada iştirak edən gənclərin 89%-i özlərini tənha hiss etdiklırini deyir. 55 yaşdan yuxarı iştirakçılarda isə bu nisbət 70%-dir. Araşdırmada iştirak edən 18 – 34 yaşları arası insanlar isə sosial şəbəkədəki dostlarının sayının real həyatdakı dostlarının sayından ən azı dörd dəfə daha çox olduğunu bildirir. Nəticələr iştirakçıların orta hesabla 65 sosial dostu olanın, bunun müqabilində real həyatda orta hesabla 14 yoldaşının olduğunu göstərir. Ancaq millenium nəslinin sosial dostlarının sayı isə 103-ə qədər gedib çıxır. Araşdırma bir tərəfdən də tənhalıq çəkənlərin necə internetdəki fırıldaqçıların torlarına düşdüyünü də ortaya çıxarır. Tənhalıq çəkdiyini deyənlərin 36%-i internetdə bəzilərinə etimad etdikləri üçün aldadıldıqlarını deyir. Eyni nisbət, özünü tənha hiss etməyənlər üçün 9% nisbətindədir.

5

Sızdırılan məlumatların köməyilə artıq bu telefonun saxta olan variantı hazırlanıb. Hətta bəzi mənbələrə görə artıq Çində saxta Samsung Galaxy S8-in satışına da başlanılıb. Smartfonlar haqqında ortaya çıxan sızıntıların ən böyük müsbət təsiri ilə çox zaman saxta telefon istehsalçıları qarşılaşırlar. Bu sektorun son “qurbanı” isə Samsung Galaxy S8 oldu. Çin istehsalı olan S8 ilə tanış olun. El arasında “Kitayski” adlandırılan saxta telefonların istehsalı əslində artıq heç kimə qəribə gəlmir. Bazara çıxarılan smartfonların texniki göstəriciləri yüksəldikcə, təbii olaraq qiymətlərdə də müəyyən bahalaşma müşahidə olunur. Bu da bir çox insanın cibinə uyğun deyil. Bu vəziyyəti görən fürsətcil insanlar da son model ağıllı telefonların saxta variantlarını istehsal edirlər. Amma hələ ki orijinalı bazara çıxmayan telefonların, saxta versiyasının bazara çıxması çox da öyrəşdiyimiz hal deyil. Bunun əsas səbəbi isə telefonlar rəsmi olaraq təqdim edilməmiş, görüntülərinin internetə sızdırılmasıdır. Telefonlar internetə sızdırılarkən demək olar ki, dizaynları bütünlüklə bəlli olur. Bu da öz növbəsində saxta telefon istifadəçilərinin əlinə düşmüş fürsət sayıla bilər. Sözü çox uzadmadan sizə saxta Galaxy S8-in görüntülərini təqdim edirik.

6

MWC 2017 sərgisində “Lenovo” şirkəti, Moto Z seriyasının gələcək modelləri üçün maraqlı aksessuarlar təqdim etmişdi. Lakin həmin aksessuarların təqdimatı zamanı heç kim yeni model smartfonun fotosuna fikir verməmişdi. Sözügedən yeni model smartfon hələ rəsmi olaraq təqdim olunmayıb. Barselonada anons olunmuş Moto G5 və G5 Plus kimi yeni model smartfonun fotosundan da görmək olar ki, o, dairəvi künclərə sahib “Home” düyməsi ilə təchiz olunub. Həmin düymənin üstündə isə brendin adı əks olunub. Ön kamera öz işıqlandırma sisteminə sahibdir. Məlumata əsasən fotoda əks olunmuş yeni smartfon, Moto Z seriyasının ikinci nəslidir. Lakin onun hansı model olduğu haqqında dəqiq məlumat yoxdur. Çox güman ki, həmin smartfon, Moto Z Play-in yeni nəsil davamçısıdır. Qeyd etmək lazımdır ki, Moto Z seriyasının təqdimatı 2016-cı ilin İyun ayında olmuşdu. Əgər “Lenovo” öz smartfonlarında Snapdragon 835 prosessorundan istifadə etmək fikrindədirsə, onda yeni modellərin yay fəslindən tez təqdim olunacağını gözləmək mənasızdır.

7

“Airbus”, uçan avtomobil konsepsiyası Pop.Up-ı təqdim etdi. Avropa mərkəzli təyyarə istehsalçısı “Airbus”, Pop.Up adını verdiyi uçan avtomobil  konsepsiyasını Cenevrə Avtomobil sərgisində təqdim etdi. “Italdesign” və “Airbus” əməkdaşlığı ilə hazırlanan bu uçan avtomobil, xüsusilə şəhər içi nəqliyyat və ümumi nəqliyyat üçün düşünülüb. Tamamilə elektrik ilə işləməsi gözlənilən modelin üzərində dörd ayrı pərvanə var və uçuşu eynilə bir drone kimi həyata keçirir. Pop.Up, karbon fiber bir gövdəyə sahibdir və ölçüləri 2.6 metr, 1.4 metr və 1.5 metrdir. İki kreslolu avtomobil, şaquli olaraq qalxıb enir. Süni zəkayla idarə olunan avtomobil, şəhərdəki yol vəziyyətinə görə ən yaxşı həlli təqdim edəcək. Qısacası gedəcəyiniz məsafədə quru yolunda tıxac olması vəziyyətində, “Airbus”un inkişaf etdirdiyi texnologiya sizə uçmağı təmin edəcək. Xatırlayacağınız kimi “Airbus”, son olaraq Vahana adlı layihəsi üzərində çalışdığını bildirmişdi. “Airbus”un Cenevrədə tanıtdığı Pop.Up konsepsiyasını ətraflı olaraq təqdim etdiyi  videonu aşağıdan izləyə bilərsiniz.

Samsung Galaxy C5 Pro satışa çıxdı. “Samsung”un C ardıcıllığına əlavə etdiyi yeni modeli olan Galaxy C5 Pro, səssiz sədasız bir şəkildə bazara çıxarıldı. “Samsung” hansı səbəbə görə belə bir yol ilə getdi? Bu sualın cavabı xəbərimizin içərisindədir. “Samsung”un C ailəsi böyüməyə davam edir. Bundan təxminən iki ay əvvəl Galaxy C7 Pro modelini təqdim edən “Samsung”, C7 Pro-nun bir az daha kiçik bir modeli olan Galaxy C5 Pro-nu səssiz sədasız bazara çıxartdı. Galaxy C5 Pro-nun bütün xüsusiyyətləri belədir. “Qualcomm”un 2 GHz sürətində işləyən səkkiz nüvəli Snapdragon 625 prosessoruna və Adreno 506 GPU-ya sahib olan Galaxy C5 Pro, Full HD keyfiyyətli 5.2 inç böyüklüyündə bir ekrana sahibdir. Əlavə  olaraq cihazın 4 GB RAM-ı var. Bunun yanında da 64 GB-lıq daxili yaddaş ilə 16 MP-lik iki ədəd kameraya sahibdir və əlavə yaddaş kartı üçün bir də microSD dəstəyi ilə satışa təqdim edilib. Cihazın ön tərəfində olan düyməsində barmaq izi skanı da var və “Samsung”un Pay dəstəyi təqdim edəcəyi də dəqiqləşmiş oldu.  Yəni əslinə baxsanız Galaxy C5 Pro ilə Galaxy C7 Pro-nun texniki xüsusiyyətləri baxımından tamamilə eyni olduğunu lakin aralarındakı tək fərqin ekran ölçülərində görüldüyünü söyləyə bilərik. Son olaraq cihazın 360 dollarlıq qiymətə sahib olduğunu da ifadə etmək istəyirik.

8

Məşhur WikiLeaks saytı çox vacib bir məlumatı təsdiq edib. Belə ki, saytın verdiyi məlumata əsasən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (CIA), Telegram, WhatsApp və Signal messencerlərinin təhlükəsizliyini sındırmaq gücünə sahibdir. Ümumilikdə 6 Mart tarixində WikiLeaks saytında, Mərkəzi Kəşfiyyat İdarəsinin kiber kəşfiyyat şöbəsi və idarənin 2013-2016-cı illəri əhatə edən hacker fəaliyyəti haqqında 9000-ə yaxın gizli sənədlər paylaşılıb. Həmin məlumatlarda, sözügedən idarənin bir çox zərərli tətbiqlərdən və kənar sistem təminatlarının boşluqlarından istifadə etdiyi bildirilir. WikiLeaks-in məlumatlarına əsasən CIA əmədaşları, WhatsApp, Telegram, Signal və Confide kimi messencerlərin təhlükəsizlik sistemlərini sındıraraq, istifadəçinin bütün ismarıclarını və audioyazılarını əldə edirlər. Bundan əlavə olaraq sənədlərdə qeyd olunur ki, CIA əməkdaşları həmçinin Windows, iOS və Android sistemlərindəki boşluqlardan istifadə edərək insanları gizli şəkildə dinləyirlər. WikiLeaks bildirib ki, bu sənədlər bir vaxtlar hökümət üçün çalışmış hacker tərəfindən əldə olunub. CIA isə ənənəvi olaraq bu cür xəbərə fikir bildirməkdən imtina edib.

9

“Samsung”un hamının səbrsizliklə gözlədiyi “Note 7” modeli 2016-cı ilin avqustunda təqdim olundu. “Samsung” “Note” seriyasına xüsusi diqqət ayırır və bu istifadəçilər tərəfindən də çox müsbət seriya kimi bəyənilir. “Note 7” də eynilə ciddi rəğbətlə qarşılanmış və bəyənilmişdi. “Note 7” “Samsung”un böyük uğuru kimi qiymətləndirilirdi. Necə oldu ki, bu uğur onun üçün bir böhrana çevrildi? İlk pis xəbərlər elə ilk istifadəçilərdən gəldi. İlk həftədə smartfon az müddətdə istifadədən sonra isinərək partladı. Bu xəbərlər çoxalmağa başladı. Artıq bir deyil, onlarla istifadəçi “Note-7″nin partlamağı ilə bağlı feedback (qarşılıq) verməyə başladı. “Samsung”un ilk rəsmi açıqlaması ilə zərər çəkənlərin smartfonlarının geriyə qəbul olunacağını bildirildi. Böhran daha da böyüdükcə, “Samsung” “Note-7”-nin satışını rəsmi dayandırdı və ilk açıqlama ilə üzr istənildi. Bu böhrandan sonra tədbirlər alınmağa başlanıldı. Üç milyon “Note-7″nin 96% geri çağrıldı. “Note 7” ilə bağlı marketinq planları ləğv olundu. Sosial şəbəkələrdə bütün reklamlar silindi. Diqqət daha çox “Note-7”-dən heç geri qalmayan “S7-Edge” yönəldildi. Bu strategiya düzgün işlədi – artıq rahatlıqla “Note-7” yaddaşlardan silindi. Bəlkə günümüzdə “Note-7” var olmasından xəbərsiz olanlar da var. Bu böhrandan sonra “Samsung” öz rəsmi kanalında “S7-Edge”in keyfiyyət testi ilə bağlı video yayımladı. Tək “S7-Edge” deyil, bütün cihazları satışa çıxmazdan öncə uzun testlərdən keçirəcəyini açıqladı. “Samsung” bu böhrana görə daha da ön plana çıxan və gözlənilən “Galaxy S8” gec təqdim edəcəyini açıqladı. Bu xəbərin özü də bir növ istifadəçilərdə yaranmış qara kabusu aradan apardı. “Samsung” “Galaxy S8” üzərində ciddi işləməyə başladı və Dünya Texnologiya Konqresində “Galaxy S8” təqdim etməyərək, daha da diqqəti özünə çəkdi. “Samsung”un “Galaxy S8” ilə bağlı planlarından ayrıca bir yazıda danışacağıq. “Samsung” üçün “Note-7” nə qədər əvəzolunmaz görünsə də, marketinq və imic prinsiplərini qorumaq üçün “Note7” kimi nəhəng planından vaz keçdi. “Samsung” bu böhrandan uğurlu marketinq siyasəti ilə əksinə, öz xeyrinə müsbət qazancla çıxdı. Böyük iddialarla çıxış edilən “Galaxy S8” haqda indidən böyük maraq və satış uğuru qazanacağı gözlənilir.

10

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register