Kürdlər Ərazi Vahidliyində sona çatmış infrastruktur layihələri

kurtlar

Marneuli Bələdiyyəsinin Kürdlər Ərazi Vahidliyində 2016 cı il ərzində müxtəlif  miqyaslı infrastruktur  layihə həyata keçirildi.

2016 cı ildə “Kəndə Dəstək Proqramı” nəznində Muğanlı kəndində suvarma arxı bərpa olundu, bunun üçün 43 644lari xərcləndi.

Eyni zamanda Lejbəddin kəndində suvarma arxı təmizləndi və Dolisğana kəndində suvarma borusu təmir olundu.(Layihənin dəyəri 7 315 və 3 100 larini təşkil edir.)

Baydar kəndində içməli su sistemi təmir olunaraq su hovuzu quraşdırıldı(layihənin dəyəri 25 660lari olub)

Lejbəddin və Kürdlər kəndlərində küçələrə işıq çəkilib(layihənin dəyəri 34 629 və 16 000lari olub)

Xudor Lejbəddində isə qəbirsanlıq hasarlandı, layihənin dəyəri 4 679lari olub.

Marneuli Bələdiyyəsinin yerli büdcəsi və Bölgələrdə Həyata Keçiriləsi Layihələr Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrə gəldikdə isə, Kürdlər kəndində iki mərhələ ilə daxili yollar abadlaşdırıldı. Layihələrin dəyəri 358 997 və 409 848 larini təşkil edirdi. Lejbəddin kəndində Alget çayı üzərindəki, körpü bərpa olunaraq, çay kənarında sahilbərkitmə işləri aparıldı. Bunun üçün 107 000lari xərclənib.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register