Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Airbus” və “Italdesign” şirkətləri Cenevrə avtosalonu çərçivəsində yeni birgə layihələrini – uçan avtomobillər vasitəsilə gələcəyin nəqliyyat infrastrukturuna baxışlarını təqdim ediblər. Şirkətlərin planına əsasən ənənəvi avtomobillər universal kapsullarla əvəzlənəcək. Nəqliyyat konsepsiyası “Pop Up” adını alıb. Layihədə hərəkət vasitəsi kimi böyük olmayan avtopilot funksiyalı kapsullar nəzərdə tutulur. Bunlarla həm yerdə hərəkət etmək, həm də uçmaq mümkündür. (Qurulmuş platformadan asılı olaraq.) Kapsulların birləşə biləcəyi xüsusi qatarlar da nəzərdə tutulur ki, bunun köməyi ilə sərnişinlər kabini tərk etmədən ictimai nəqliyyatla da hərəkət etmiş olacaq. Bütün proses maksimal şəkildə avtomatlaşdırılır, müstəqil hərəkətə yol verilmir. Hərəkət üçün sərnişin yalnız gedəcəyi yeri qeyd etməlidir. Yeni nəqliyyat sistemində yalnız ekoloji texnologiyalardan istifadə olunacaq və elektrik enerjisinə üstünlük veriləcək.

Mars şəraitində kartof yetişdirmək eksperimenti uğurla nəticələnib. Layihə üzərində NASA-nın və Beynəlxalq Kartofçuluq Mərkəzinin ekspertləri çalışıb. NASA-nın astrobioloqu bildirib ki, eksperiment Marsda kartofun yetişmə və yaşama şansının böyük olduğunu göstərib. Eksperiment zamanı NASA perulu aqronomlarla birlikdə Marsdakına maksimum yaxın şəraitin yaradıldığı “CubeSat” peykinin mikrozondunun xüsusi korpusunda kartof yetişdirib. Korpusun içərisində Marsdakı atmosfer tərkibi, atmosfer təzyiqi, torpaq və digər vacib parametrlərə oxşar şərait yaradılıb. Lazımi miqdarda su və digər maddələr əlavə olunduqdan sonra kartof cücərib və yetişib. Yaxın vaxtlarda eksperimentin təkrarlanması və daha çox məhsul verən sortun seçilməsi planlaşdırılır. Bu sınaqlar gələcəkdə Marsa gedəcək kolonistlərin yaşamını təmin etmək məqsədilə aparılır.

Fransanın məşhur “Chanel” modalar evi “iPhone” smartfonu üçün öz emodziləri tərtib edib. Hazırda istifadəçilər “App Store”dan mobil cihazlarına yeni smaylikləri yükləyə bilərlər. ”Chanel” şirkəti bu işi ilk olaraq görənlərdən deyil. Buna qədər “Kenzo”, H&M, “Comme des Garçons Play” kimi brendlər də xüsusi olaraq yaradılmış emodzilər seriyasını təqdim ediblər. “Chanel”in tərtib etdiyi qrafik kommunikasiyaların nümayişi Fransa paytaxtında keçiriləcək yüksək moda həftəsində yer ala bilər. Bu ideoqramalar moda evinin stilistikası və istiqaməti nəzərə alınmaqla hazırlanıb. Onların hər biri tanınma loqotipi ilə təmin edilib. Kolleksiya ”Rouge Coco Gloss Sticker” adlandırılıb.

1

“AnTuTu” proqramının tərtibatçıları ən güclü 10 smartfonun siyahısını təqdim ediblər. “AnTuTu” mobil cihazların məhsuldarlığını sınaqdan keçirməklə məşğuldur. Bu ilin fevralında şirkət özünün saytında 10 ən güclü smartfonun daxil olduğu siyahını yeniləyib. İlk üçlüyə “iPhone 7 Plus”, “iPhone 7” və “OnePlus 3T” smartfonları daxil edilib. Dördüncü yeri “LeEco Le Pro 3” cihazı tutub. Təhlilçilər beşinci yeri “OnePlus 3” smartfonuna veriblər. Altıncı yerə “Motorola Moto Z” layiq görülüb. Yeddinci yerdən 10-cu sıraya kimi “ZTE Axon 7”, “Asus ZenFone 3”,  “Xiaomi – Mi5S” və “Xiaomi Mi5S Plus” sıralanıb.

2

“Samsung” şirkəti “Galaxy S8” və S8+” smartfonlarında yeni “Infinity Display” ekran quraşdıracaq. “Samsung” şirkəti “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarına hazırlanmış yeni displeylər üçün patenti qeydiyyatdan keçirib. “Samsung”un qabaqcıl modelləri üçün hazırlanmış yeni displeylər “Infinity Display” adlandırılıb. Məlumata görə, “Samsung” şirkətinin nümayəndələri ABŞ-ın Patent və Əmtəə Nişanları İdarəsinə “USPTO”) “Infinity Display” adlı yeni brendin qeydiyyatı üçün ərizə veriblər. Ekspertlərin fikrincə, yeni həll “Galaxy S8” və “Galaxy S8 Plus” smartfonlarının son modellərində tətbiq ediləcək. “Samsung” şirkəti tərəfindən artıq təqdim edilmiş “Galaxy S8” modelində ekran, demək olar ki, bütün ön paneli tutur, buna görə yeni “Infinity Display” ekranlarının tətbiqi başa düşüləndir. Şirkətin məlumatına görə, cari il aprelin 10-dan etibarən yeni “Infinity Display” ekranları üçün ilkin sifarişlərin qəbuluna başlanılacaq, iki həftə sonra isə həmin ekranlar satışa çıxarılacaq.

3

“WhatsApp” Status funksiyası ilə bəzi istifadəçi kütləsindən mənfi reaksiya alan şəbəkə “Android” versiyası üçün bir yenilənmə daha edib. “WhatsApp” “Android” versiyası üçün paylaşılan yenilənmədə gözəçarpan ilk dəyişiklik söhbət ekranında olub. Əvvəlki versiyada əlavə göndərməyinizə şərait yaradan funksiyanın işarəsi söhbət pəncərəsinin üst hissəsində idi. Ancaq bu yenilənmə ilə həmin işarə yazı yazdığımız sahəyə köçürülüb. Beləliklə, yazışma içinə əlavələr etmək çox daha asan bir hala gəldi. Digər dəyişiklik isə “WhatsApp” Status funksiyası ilə silinən yazılı statuslarbu yenilənmə ilə geri gəldi. Artıq kontakt siyahınızın alt hissəsində əvvəllər olduğu kimi bir status yazıla biləcək ancaq bu status hissəsinin adı “haqqımda” olaraq dəyişdirildi.

4

Microsoftun istehsal etdiyi Windows Phone telefonlarına daha bir zərbə vurulub. Musiqiləri tapmaq üçün ən çox istifadə olunan Shazam tətbiqi artıq Windows Store-dən dəstəyini çəkdi. Hələki Shazam bu barədə rəsmi bir açıqlama verməyib.  Smartfonlardakı Help bölməsində verilən açıqlamada artıq 7 Fevral 2017 tarixindən Shazamın Windows Store-dən çıxarıldığı, lakin tətbiqi əvvəlcədən yükləyən istifadəçilərin ondan aktiv şəkildə istifadə edə biləcəyi yazılıb. Tətbiqin reytinqi 4.5-dir və bu çox yaxşı nəticədir. Shazamın Windows smartfonları üçün yayımladığı son versiyası 4.7-dir. Bu versiyanı hələ də yükləyə bilərsiniz. Ona görə mağazadan çıxarılmamış bu linkdən Shazamı  yükləmək mümkündür.

5

Diriltmə tibbi üzərində iş aparan bir tədqiqatçı, öldükdən sonra insanın şüurunun itib itirilməməsi ilə  bağlı mühüm bəyanat verib. Biz insanlar, ağlımızla özümüzü və ətrafımızı tanıyırıq. Ən kiçik bir şüur tələfatında da özümüz olmaqdan çıxırıq və yaşamağımız, bizim üçün təkrar şüurumuzu əldə edənə qədər elə də bir məna ifadə etmir. Bəs insan həyatında bu qədər vacib olan şüurumuz, ölümdən sonra yox olur? Mövzu ilə bağlı müxtəlif tədqiqatlar həyata keçirən Stony Book Universitetindən Sam Parina, ürəyinin dayanması ilə ölən insanları yenidən diriltmək üçün diriltmə tibbi sahəsində çalışır və duran qəlblərin təkrar işləməsini təmin edərək insanları ölümdən qaytarır. Parina, bu insanların şüurunu itirmədən yenidən həyata qayıtdığını deyir. Parinanın bu açıqlamalarına görə insanlar, öldüyü zaman şüurunu itirmir, ancaq ölüm anının üzərindən daha çox vaxt keçdikdə şüurun yox olub olmadığı məsələsi hələ sirrini qoruyur. Bundan başqa, bu məsələ, şüurun beynində olmadığını da gündəmə daşıyır. İnsan beyni, ölümlə birlikdə qan axını dayananda hüceyrələr bir müddət dünyasını dəyişməməsinə baxmayaraq, işi dayandırır və buna baxmayaraq şüurun itməməsi, şüurun beynində olub olmadığı mövzusunda da şübhələr yaradır.

6

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti “Galaxy S7” və “S7 Edge” smartfonlarının pərakəndə satış qiymətinin endirilməsi ilə bağlı qərar qəbul edib. Bu barədə şirkətin ABŞ seqmentinin rəsmi internet mağazasında dərc edilən məlumatda deyilir. Bundan sonra ötən ilin qabaqcıl model sırasından olan smartfonları 100 dollar ucuz əldə etmək mümkün olacaq. Smartfonların pərakəndə satış qiymətinin azaldılması “Samsung”un yeni qabaqcıl “Galaxy S8” modelinin təqdimatı ərəfəsində anbar ehtiyatlarını boşaltmaq istəyi ilə izah olunur. Maraqlıdır ki, smartfonların qiymətinin aşağı salınması yalnız Asiya və Şimali Amerika bazarına şamil edilib və Avropada smartfonların qiyməti dəyişməz qalıb.

7

Tezliklə “Google” şirkətinin populyar “Gmail” poçt xidməti yeni funksional imkanlara malik olacaq. Axtarış nəhəngi məlumat verib ki, indi tərtibatçılar genişlənmələri yalnız “Chrome” brauzeri üçün deyil, birbaşa “Gmail” üçün yarada bilərlər. Yeni funksiya ilk öncə korporativ seqmentə hədəflənəcək. “Google” artıq “Intuit”, “Salesforce” və “Prosperworks” ilə əməkdaşlıq edir. “Gmail” poçt xidməti üçün genişlənmələr məzmundan asılı olduğuna görə hər bir konkret məktubun tərkibindən asılı olaraq görünə və ya görünməyə bilər. Hazırda bu genişlənmələr yalnız ön baxış üçün əlçatandır. Məsələn, “Intuit” genişlənməsi istifadəçilərə “Gmail” poçt xidmətində tez və asan formada qəbzlər yaratmağa imkan verir. Gözləntilərə görə, vaxt keçdikcə yalnız müəssisələrə deyil, həm də adi istifadəçilərə hədəflənmiş daha çox genişlənmə əlçatan olacaq. Qeyd edək ki, hələ ki “Gmail” üçün genişlənmələrə giriş əldə etmək üçün şirkətlər “Google” ilə əlaqə saxlamalıdır.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register