Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
İlk iki gün ərzində Cənubi Koreyada 30 mindən artıq “LG G6” smartfonu satılıb. Smartfonun bazara çıxışı ərəfəsində ümumilikdə 80 mindən çox sifariş daxil olub. LG rəhbərliyi belə bir uğuru gözləmirmiş. Şirkət idarəçiləri ötən il olduğu kimi, bu il də maddi itki ilə üzləşəcəklərini düşünürmüşlər. Belə ki, 2016-cı ildə LG yarım milyard dollar həcmində maddi zərərə məruz qalıb. Hazırda bir ədəd “LG G6” smartfonunun qiyməti təxminən 775 dollar təşkil edir. Bu, 5,7 ekran ölçülü cihaz üçün normal qiymətdir. Smartfon “Dolby Vision” dəstəkli parlaq displeyə malikdir.
Amerikalı analitiklər “Xiaomi” və “Apple” şirkətlərinin bazar təhlillərini aparıb. Mütəxəssislər müəyyən ediblər ki, yaxın zamanlarda çinlilər lider mövqeyə çıxa və dünya brendi ola biləcək. Hazırda “Xiaomi” şirkəti öz smartfonlarını demək olar ki, maya dəyərinə satır. Bu da “Apple” qarşısında rəqabət üstünlüyü yaradır. Belə ki, amerikalı istehsalçının məhsulları ildən ilə daha da bahalaşır, texnoloji dəyişikliklər isə daha az gözə dəyir. Belə şəraitdə Çin şirkəti özünü Avropa bazarlarında göstərə bilib. Hazırda Çin istehsalı olan 4 smartfon işlədib dəyişmək bir “iPhone” almaqdan daha asandır.
Mütəxəssislər müəyyən ediblər ki, “Twitter” istifadəçilərinin 15 faizi “botlar”dan ibarətdir. Araşdırmanı ABŞ-ın Cənubi Kaliforniya Universitetinin alimləri aparıblar. Müxtəlif akkauntların dərin təhlili sayəsində mütəxəssislər anlayıblar ki, “proqramlar” informativ dildə qısa cümlələrlə ünsiyyət qurur. Bununla da, müəyyən edilib ki, 319 milyon qeydiyyatdan keçmiş istifadəçinin 48 milyonunu “botlar” təşkil edir. Onlardan çoxu sosial şəbəkənin fəallığını artırmaq üçün yaradılır. Bununla belə, bəzi “botlar” hava durumu və ya təbii fəlakətlər barədə xəbərdarlıq məlumatları yaya bilər. Eyni zamanda, bir çox hallarda onlardan təbliğat məqsədilə istifadə edirlər.
“Facebook” panoram videolar izləməyə imkan verəcək VR-əlavə yaradıb. Bu əlavə “Facebook 360” adlanır və virtual reallıq dəbilqəsi taxmış istifadəçiyə sistemin bütün imkanlarından istifadə etmək imkan yaradır. “Facebook”un VR əlavəsi artıq satışa çıxarılıb. Yeni tərtibatın köməyi ilə istifadəçilər xüsusi effektlərə qərq olaraq, necə deyərlər, “hər şey daxil”, istənilən videoları izləyə biləcəklər. Əlavədən “Ocolus” vasitəsilə “Gear VR”ə uyğun gələn bütün cihazlarda faydalanmaq mümkün olacaq. Bir qədər sonra isə “Facebook 360” sayəsində özündə virtual kontenti yerləşdirən istifadəçilərin səhifələrinə də abunə olmaq mümkün olacaq.
“Samsung” şirkəti artıq cari ilin yazında innovativ texnologiya ilə təchiz edilmiş yeni televizorlarını satışa çıxaracaq. “Verband Deutscher Elektrotechniker” sertifikatına əsaslanaraq əminliklə söyləmək olar ki, yeni televizor rəng çalarlarının ötürülməsi üzrə 100 faizlik dəqiqliyə malikdir. Cənubi Koreya şirkətinin yeni televizorlarında yeni ekran matrisi sayəsində yüksək keyfiyyətli şəkil əlçatandır. İndi kvant nöqtələri qara rəngi çox dəqiqliklə ötürür. Metaldan hazırlanmış nanozərrəciklər rəng verilişini yüksək səviyyədə həyata keçirməyə kömək edir. Yeni televizorun parlaqlıq göstəricisi 2 min nitdir. Unikal qurğunun qiyməti haqda hələ məlumat yoxdur.
Bir neçə nəhəng şirkət eyni vaxtda bükülən ekranla təchiz edilmiş yeni nəsil smartfonların yaradılması ilə məşğuldur. Şayiələrə görə, “Samsung”, “Lenovo”, “Apple” və “Microsoft” şirkətləri bükülən ekranlar üzərində iş aparırlar, ancaq displey üçün elastik və şəffaf materialın yaradılması əsas problemdir. Elastik ekranlar bazarında lider olan “Kolon Industries” şirkəti bükülən displeylərin yaradılmasına çox yaxındır. Məlumata görə, artıq 2018-ci ildə bu materialın yaradılması reallaşa bilər. Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun professoru Bey yeni materialın yaradılması haqda məlumat verib. Yeni yaradılmış material 200 min dəfədən çox bükülmək qabiliyyətinə malikdir. Bundan başqa, material cızıq və zədələrə qarşı dayanıqlıdır. Bir sıra sınaqlardan sonra məlum olub ki, siloksan hibrid material şüşə kimi möhkəm, plastik və rezin kimi elastikdir.
Intel, İsrail əsaslı kompüter görüntüləmə şirkəti Mobileyeni 15.3 milyard dollarlıq bir müqavilə ilə satın aldı. Səhər səhər yayılan şayələr, axşamçağı saatlarında Mobileye tərəfindən də rəsmən elan edilib. Intel, səhm dəyəri olaraq 63.54 dollar təklif etdi. 1999-ci ildə yaradılan Mobileye, avtomobillərin sürüş dəstək sistemlərinə xüsusi vizual arxitekturaları inkişaf etdirir. Texnologiyası ha-hazırda BMW, Volvo, Buick və Cadillac kimi böyük brendlər tərəfindən istifadə edilir. Intel, uzun müddətdir avtonom vasitələrə olan marağı məlumdur. Şirkətin sözügedən sahəyə ciddi investisiyaları da var. Intelin məqsədləri başlanğıcda tamamilə başa düşülmür ola bilər ancaq avtonom maşınların çalışması üçün çox çox məlumat əməliyyat gücü lazımdır. Məlumat hesablama gücü dedikdə Intel, ağla gələn ilk şirkətlərdən biridir. Intel Avtomatik Sürüş Qrupu və Mobileye bir araya gələrək yeni bir vahid halına gələcək. Müqavilə, bütün detalları ilə 9 ay ərzində tamamlanacaq.
TIOBE Software şirkəti aylıq ən populyar proqramlaşdırma dillərinin mart üçün yeni reytinqini açıqlayıb. Indeksdə birinci yerdə həmişə olduğu kimi, 16,3 faizlik göstərici ilə Java proqramlaşdırma dili qərarlaşıb. İkinci yeri il ərzində göstəricisi kəskin azalan (2016-cı ilin martında 14,5 faiz, hazırda isə 6,86 faiz təşkil edir) С tutub. Üçüncü pillədə 5,1 faizlə tezliklə ikinci mövqeyə yüksəlməsi gözlənilən С++ с yer alıb. İlk beşliyi isə Python və PHP dilini geridə qoyan Vusial Basic.NET tamamlayıb. Məlumata görə, son ildə dörd pillə yüksələn gənc Apple Swift dili reytinqdə 2,27 faizlik nəticə ilə onuncu yeri tutub. Tiobe Software şirkəti tərəfindən tərtib edilən reytinq proqramlaşdırma dilləri üzrə ən məşhurudur. Populyarlıq indeksi ən yaxşı proqramlaşdırma dilini yazılan çoxsaylı kod sətirləri ilə deyil, Google, Baidu, Wikipedia, Yahoo, Ebay və YouTube resurslarında statistikanın təhlili əsasında dillərə marağın dəyişməsi nəticəsində müəyyənləşdirir.
Məşhur Telegram messenceri, end-to-end şifrələməli zəngləri test etməyə başlayıb. Sözügedən funksiya hal-hazırda Telegram-ın yalnız beta versiyasını işlədənlər üçün aktivdir. İstifadəçilərin beta versiyaya keçmələri üçün, messencerin ayarları bölməsindəki “Switch Backend” düyməsinə klikləməlidirlər. Beləliklə onlar təkrar qeydiyyatdan keçərək beta versiyaya qoşula bilərlər. Yeni funksiyanı test etmiş istifadəçilər isə həm mobil internet, həmdə Wi-Fi ilə yaxşı zəng kefiyyətinin reallaşdırıldığını xəbər verirlər. Test çərçivəsində yalnız şəxsi zənglər aktivdir. Məlumata əsasən istifadəçi, ona kimin zəng edə biləcəyini özü ayarlaya biləcək. Bu istənilən Telegram isifadəçisi və ya heç kim ola bilər. Yeni funksiyanın rəsmi olaraq nə zaman istifadəyə veriləcəyi isə hələki bilinmir.
Keçən il “Apple” şirkəti, Liam adlı maraqlı robotu təqdim etmişdi. Həmin robot, iPhone smartfonunu hissələrə ayıra bilir. Daha sonra bu hissələr, istehsalatda yenidən istifadə olunurlar. Bir smartfondan bu cür hissələrin çıxarılmasına robot, 11 saniyə vaxt sərf edir. İndi isə məlum olub ki, robot, smartfon hissələrindən əlavə olaraq həmdə nadir metalları da çıxarda bilir. Liam robotunun hazırlanmasına 3 il vaxt sərf olunmuşdu. Sözügedən robot yalnız iPhone smartfonunun hissələrə ayrılması üçün nəzərdə tutulub. Hal-hazırda bu cür robotlar Kaliforniya və Niderlandda fəaliyyət göstərir. Bir Liam robotu ildə 1.2 milyon iPhone 6 modelini hissələrə ayıra bilir. Göründüyü kimi bu heçdə kiçik bir nəticə deyil. Lakin 2016-cı ildə 211 milyon iPhone modeli satılmışdı. Beləliklə hal-hazırda smartfonların yalnız kiçik bir hissəsi, hissələrə ayrılır. Liam tərəfindən hissələrə ayrılmış 10.000 ədəd smartfondan 190 kq alüminium əldə olunub. Bundan əlavə olaraq 80 kq mis, 130 kq qızıl, 40 qr platin, 70 qr gümüş, 5.5 kq qalay və 2.4 kq nadir torpaq elementləri əldə etmək mümkündür.
Kainatın ölçüsü qarşısında nə qədər kiçik olduğumuzu az çox bilirik, ancaq yeni təqdim olunan bu video sayəsində kainatın ölçüləri qarşısında digər cisimləri müqayisə edirik. Beynimizin anlamaqda ən çox çətinlik çəkdiyi sahələrdən biri də kainatdır. Yaşadığımız kainat o qədər böyükdür ki ölçülərini təsvir etmək üçün işıq illərindən, hətta qalaktik illərdən faydalanılır (1 qalaktika ili: Günəşin Samanyolu Qalaktikası ətrafında bir tam dövrəsinin 225 -250 milyon il davam etdiyi bilinir). Buraxın qalaktikanı, öz günəş sistemimizdən çıxa bilmədiyimiz bu günlərdə kainatın ölçüsünü əlbəttə bilmək istəyirik. Bu ölçünü anlaya bilən bəzi kəslər isə (təbii ki alimlərdən bəhs edirik) digərlərinə kainatı izah edərkən çox çətinlik çəkirlər. Bu gün sizlərə kainatın böyüklüyü haqqında hazırlanmış ən yaxşı videolardan birini təqdim edəcəyik. Ən yaxşı videolardan biri deyirik, çünki video 3D ölçülü proqramlarla, kainatın ən kiçik daşından kainatın özünə qədər olan bütün kainatı göstərir. Qrafik baxımından həvəskar görüntülər olsa belə, kainatın ölçüsünü anlamaq üçün yaxşı düşünülmüş bir video olduğunu söyləyə bilərik. Adını belə tam bilmədiyimiz atom altı zərrəciklərdən nəhəng qalaktikalara uzanan bir səfərlə kainatın böyüklüyünü bizlərə göstərən video, bizə həyat verən, Günəşin belə kainatla müqayisədə bütün dünya üzərində yer alan bir qum dənəsi belə olmadığını göstərir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments