Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Avropa ölkələrində Çinin “Lenovo” şirkətinin istehsalı olan yeni “Moto G5” smartfonunun satışına start verilib. Ilk olaraq satışlara Hollandiyada başlanıb. “Moto G5” və “Moto G5 Plus” modellərinin təqdimatı Barselonada keçirilən “MWC 2017” sərgisi çərçivəsində baş tutub. Yeni cihaz metal korpus əsasında hazırlanıb. “Full HD” və iki kameraya malikdir: 13 meqapiksel əsas və 5 meqapiksel arxa kamera. Smartfonun 2-3 Gb daxili yaddaşı olsa da, yaddaş həcmini 16 və ya 32 Gb artırmağa imkan var. Cihaz “Android” əməliyyat sistemi ilə işləyir. “Moto G5” eyni anda 2 sim-kart istifadə etməyə hesablanıb. Yeni məhsul Hollandiyada 199 dollardan satılmağa başlayıb.

Moto Z with Moto Mods Experiential on August 4, 2016 in New York City.

Gələn həftə – martın 20-dən 24-nə qədər “Apple” şirkətinin üç yeni məhsulunun təqdimatının keçiriləcəyi gözlənilir. “Apple” hələlik bu barədə rəsmi açıqlama yaymayıb. Hələ ki jurnalistlərə də hər hansı dəvət göndərilməyib. Gözlənilir ki, “Apple” yenilənmiş planşetini – “iPad Pro”nu təqdim edəcək. 10,5 ekran ölçülü planşet çərçivəsiz olacaq. 12,9 və mini – 7,9 ekran ölçülü planşetlərin də nümayiş etdiriləcəyi bildirilir. Əldə edilən məlumata əsasən yeni “iPad Pro” əvvəlkindən qalın olacaq – 6,1 mm yerinə 7,5 mm.

2

“LG Electronics” şirkəti özünün “LG g6” flaqman smartfonunu Çin ərazisində istehsal etməyəcək. Böyük ziyana görə Cənubi Koreya istehsalçısı Çinin smartfon bazarını tam olaraq tərk edə bilər. “Strategy Analytics” şirkətinin məlumatına əsasən ötən il “LG Elektronics” Çin smartfon bazarının cəmi 0,1 faizini tuta bilib. “LG G6”ya gəldikdə, istehsalçı ABŞ, Avropa və C. Koreya kimi bazarlara fokuslanacaq. Mənbə əlavə edib ki, ABŞ-da LG özünün bazar payını 2015-ci ildəki 14,9 faizdən 2016-cı ildə 15,5 faizə qədər artırıb. Bundan başqa, LG Mərkəzi və Cənubi Amerikada 9,3 faizlik bazar payı ilə dördüncü yeri saxlaya bilib.

3

ABŞ-ın məşhur “İntel” korporasiyası pilotsuz avtomobillər üçün sistem işləyib hazırlayan İsrailin “Mobileye” şirkətini satın aldığını təsdiqləyib. Sövdələşmənin dəyəri 15,3 milyard dollar təşkil edəcək. Alqı-satqı proseduru 2017-ci ilin sonuna qədər yekunlaşmalıdır. “Bu alış bizim səhmdarlarımız, müştərilərimiz və bütün avtomobil sənayesi üçün irəliyə doğru addımdır”, – deyə İntel”in baş direktoru Brayan Krjaniç deyib. Qeyd olunur ki, bu, İsrail texnologiya şirkətləri ilə bağlı ən iri sövdələşmələrdən biridir.

4

Türkiyənin ilk insanabənzər “Ada” adlı robotu ev xanımlarının ən böyük köməkçisi olacaq. “Ada” qəhvə hazırlama, yemək bişirmə, qabyuyan maşın və soyuducunu proqramlaşdırma kimi bir çox işi yerinə yetirəcək. Robotu istehsal edən “Akınsoft” şirkətinin idarə heyətinin rəhbəri Özgür Akın bildirib ki, bu kimi vasitələr şirkət tərəfindən təkcə sənaye sahələrində deyil, daha çox insanlara xidmət etmək üçün hazırlanır. Bu robot bir ev xanımı qədər olmasa da ilk etapda onlara köməkçi ola, soyuducunu, qabyuyan maşını programlaşdıra, qəhvəni və ya digər yeməkləri hazırlaya biləcək.

5

Bir neçə müddət bundan öncə Windows əməliyyat sistemi öz 34 illiyini qeyd etmişdi. “Microsoft”un əməliyyat sistemi ilə birlikdə böyük bir nəsil yetişib. Bəlkədə məhz buna görə bir çox insanlar, şirkətin keçmiş əməliyyat sistemləri üçün nostalji hisslər keçirdirlər. Əks halda nəyə görə kimsə bu əməliyyat sisteminin istifadəsi üçün nəzərdə tutulmuyan cihaza Windows-u yükləsin? iOS 10, “Apple” şirkətinin ən qabaqcıl əməliyyat sistemidir. Lakin ilkin versiyada öz çoxlu sayda funksionallığına baxmayaraq o yenə də stabil çalışmırdı. Hacking Jules adlı youtuber, öz iPhone 7 cihazına əfsanəvi Windows XP əməliyyat sistemini yazmaq istəyib və bunu bacarıb. iPhone 7-də işə salınmış Windows XP, smartfon ekranında standart XP interfeysli əməliyyat sistemini əks etdirir. Kompüterdə olduğu kimi smartfon ekranının aşağı hissəsində “Start” düyməsi və saat əks olunur. Mərkəzdə isə hamımıza tanış olan bölmələr yer alır. Məsələn My Computer, My Documents və s. Siçanın ox işarəsi isə sensorlu ekran vasitəsilə idarə olunur. iPhone 7-də Windows XP-ni, iBox emulyatoru vasitəsilə işə salmaq mümkün olub. Sözügedən emulyator isə, mobil telefonlarda retro oyunlar oynamaq üçün nəzərdə tutulub.

“Viber” messencerdə məxfi ünsiyyət üçün yeni imkanlar istifadəyə verib. Proqram istifadəçiləri tərəfindən yaradılan “məxfi çatlar” təyin edilmiş müddətdən sonra ləğv ediləcək. Bu funksiya əlavə təhlükəsizliyi təmin etmək lazım gəldikdə istifadə edilə bilər. Bundan öncə müəyyən vaxtdan sonra ləğv etmə yalnız mesajlar üçün əlçatan idi: bu funksiya ilin əvvəlində istifadəyə verilib. “Məxfi çat”ın tərkibinin kopyalanmasının qarşısını almaq üçün “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğularda ekran görüntüsü etmək imkanı bloklanacaq. “iOS” istifadəçiləri ekran görüntüsü edildiyi halda xəbərdarlıq alacaq. “iOS” əməliyyat sisteminin xüsusiyyətlərinə görə “iPhone” və “iPad” qurğularında ekran görüntüsünün yaradılmasını bloklamaq mümkün deyil. “Viber” messencerinin auditoriyası 800 milyondan çoxdur. Başqa populyar  messencerlərdə olduğu kimi, “Viber”də də mesajlar şifrlənir. Xatırladaq ki, mesajların müəyyən vaxtdan sonra ləğvi və ekran görüntüsünün bloklanması “Snapchat” messencerinin yaranmasından sonra populyarlaşıb.

6

Mars şəraitində kartof yetişdirmək eksperimenti uğurla nəticələnib. Layihə üzərində NASA-nın və Beynəlxalq Kartofçuluq Mərkəzinin ekspertləri çalışıb. NASA-nın astrobioloqu bildirib ki, eksperiment Marsda kartofun yetişmə və yaşama şansının böyük olduğunu göstərib. Eksperiment zamanı NASA perulu aqronomlarla birlikdə Marsdakına maksimum yaxın şəraitin yaradıldığı “CubeSat” peykinin mikrozondunun xüsusi korpusunda kartof yetişdirib. Korpusun içərisində Marsdakı atmosfer tərkibi, atmosfer təzyiqi, torpaq və digər vacib parametrlərə oxşar şərait yaradılıb. Lazımi miqdarda su və digər maddələr əlavə olunduqdan sonra kartof cücərib və yetişib. Yaxın vaxtlarda eksperimentin təkrarlanması və daha çox məhsul verən sortun seçilməsi planlaşdırılır. Bu sınaqlar gələcəkdə Marsa gedəcək kolonistlərin yaşamını təmin etmək məqsədilə aparılır.

7

Son zamanlar proqram və ya əməliyyat sistemlərinin köhnə versiyaları üçün dəstəyin dayandırılması ilə bağlı xəbərlər tez-tez yayılır. Bu, əksər hallarda köhnə proqramlarda yeni funksiyaların reallaşdırılmasının qeyri-mümkünlüyü və ya aşağı təhlükəsizlik səviyyəsi ilə izah olunur. “Əgər siz “Skype” proqramının “Windows” və ya “Mac” əməliyyat sistemləri üçün köhnə versiyalarından istifadə edirsinizsə, o zaman martın 1-dən etibarən həmin quraşdırmaların dəstəyi dayandırılacaq”. Bu haqda “Microsoft” şirkəti öz rəsmi bloqunda yazıb. “Biz müştərilərimizin “Skype” proqramından problemsiz istifadəsi üçün mütəmadi düzəlişlər edirik. Martın 1-dən “Skype” proqramının köhnə versiyalarından (“Windows” üçün 7.16 və aşağı versiyalar, “Mac” üçün 7.0-dan 7.18-dək) istifadə edənlər sistemə daxil ola bilməyəcəklər. Əgər siz belə istifadəçilərdən birisinizsə, o zaman yeniləməni yükləmək lazımdır” – “Microsoft” şirkətinin rəsmisi deyib.

8

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register