Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” korporasiyası “Windows Vista” əməliyyat sisteminin dəstəklənməsini dayandıracağını elan edib. Şirkət əməliyyat sistemini aprelin 11-də “öldürəcək”. Son məlumata əsasən hazırda “Vista” əməliyyat sistemi müasir kompüterlərin 1,12 faizində istifadə olunur. Aprelin 11-dən etibarən bu sistem üzrə texniki dəstək, yenilənmələr, düzəlişlər sona yetəcək. Növbədə  “Windows 7” əməliyyat sistemidir. Bu sistemə dəstək 2 ildən sonra başa çatacaq.

1

“Nokia” brendinin sahibi HDM şirkəti metal korpuslu “Nokia 7” və “Nokia 8” smartfonları istehsal etməyi planlaşdırır. Yeni smartfonlar “Snapdragon 660” prosessor çipi ilə istehsal ediləcək. Cihazlardan biri şəkilləri “Quad HD” formatında açmaq funksiyasına malik olacaq, digəri isə standart “Full HD” formatında olacaq. Bundan başqa, HDM mühəndisləri fotokameralar və barmaq izləri skanerləri üçün sensorları yaxşılaşdıracaq.

2

Hindistan dünyanın ən sürətlə inkişaf edən smartfon bazarıdır və “Xiaomi” şirkəti bu bazarla bağlı ciddi planlara malikdir. “Xiaomi”nin Hindistandakı səyləri özünü doğruldur və şirkət bu bazardakı nailiyyətləri ilə qürurlana bilər. Belə ki, Hindistanda 1 milyondan çox “Redmi Note 4” smartfonu satılıb və temp azalmır. Söhbət real satışlardan gedir. 1 milyon smartfon cəmi 45 gün ərzində satılıb. Bu, o deməkdir ki, şirkət Hindistanda hər 4 saniyədə bir ədəd smartfon sata bilib. “Xiaomi Redmi Note 4”lərin böyük hissəsi ilk gündə satılıb. Cəmi 10 dəqiqədə 250 000 ədəd smartfon öz sahibinin əlinə keçib. Cihaz 5,5 düym “Full HD” displeyi, “Qualcomm Snapdragon 625” prosessoru və 4 100 mA/saat həcmli akkumulyatorla təchiz edilib.

3

Yeni çıxan cihazlarda ən maraqlı məqamlardan biri də onların dayanıqlılığıdır. Bir çox texno portallar və kanallar yeni smartfonu müxtəlif dayanıqlılıq testlərindən keçirirlər. Nokia 6 smartfonu isə bu testlərdən üzüağ çıxıb və 2016-nın ən dayanıqlı telefonu seçilib. Yeni çıxan bütün cihazları diqqətindən yayındırmayan Youtube kanalı  JerryRigEverything bu dəfə də Nokia 6-ya öz testlərini tətbiq elədi. Cihaz cızılmadan yanmaya qədər bir-çox mərhələni əhatə edən testlərdə istifadə olunub. Nokianın vətəni olan Finlandiya xəritəsinin telefonun arxa tərəfinə çəkilməsi işin əyləncəli məqamlarından biri olub. Bəs Nokia 6 sizin gözləntilərinizi qarşılayıbmı?

Facebookun CEO-su Mark Zuckerbergin göz dikdiyi Snapchat funksiyaları artıq bir-çox Facebook tətbiqində yer almağa başlayıb. Snapchatı almaq istəyən Facebook imtina ilə üzləşdikdən sonar bir növ acıq çıxmağa başlayıb. Buna görə Facebook Snapchatın funksiyalarını öz proqramalarında tətbiq etməyə başlayıb. Xüsusən, İnstagramda yer alan Story Mode funksiyası WhatsApp və Messengerdə də istifadəyə verilmişdi. Son olaraq, Facebook-da da artıq Story Mode funksiyası tətbiq edildi. Hal-hazırda bəzi istifadəçilərə açıq olan bu funksiya qısa zamanda bütün İOS və Android istifadəçilərinin ixtiyarına veriləcək. Facebook bütün imkanları ilə Snapchatı sıxışdırmağa və bazardan çıxarmağa çalışır. Qeyd edək ki, Snapchatın sıhm dəyərləri artıq 25 milyard dollardan 19 milyarda enib. Snapchat ən son səhmlərini satmağa çalışsa da, qəribə bir problemlə üzləşmişdi. Bu xəbərimizdən bu hadisə haqqında məlumat ala bilərsiniz.

4

“ESTI” şirkəti,Kickstarter platformasında, Eye adlı qeyri-adi keysin kampaniyasına start verib. Faktiki olaraq iPhone üçün nəzərdə tutulmuş bu keysin daxilində ayrıca Android smartfon yerləşir. Eye keysi, 5 inç Full HD AMOLED ekran, 4 nüvəli ARM Cotex-A53 prosessoru, 2800 mAh enerji tutumlu batareya, naqilsiz şarj yığma texnologiyası, iki SIM kart girişi, 256 GB-a qədər microSD girişi və 3.5 mm audiogiriş ilə təchiz olunub. Keys, Android 7.1 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Keysin iki versiyası var. Onlardan biri mobil şəbəkəyə sahibdir, digəri isə bu özəllikdən məhrumdur. Hal-hazırda sözügedən cihazı 95$ (4G ilə birlikdə 129$) qiymətinə sfraiş etmək olar. Keys satışa çıxandan sonra isə onun qiyməti 189$ (4G ilə birlikdə 229$) təşkil edəcək. Cihazın, bu ilin Avqust ayında satışa çıxması gözlənilir.

“Apple”ın səsli köməkçisi Siri ilə bağlı çox maraqlı hadisə baş verib. Belə ki, Siri, istifadəçilərin sorğuları nəticəsində Kanadanın Toronto şəhərindəki kiberidman barına eskort xidmətlərini sifariş edir. Metdown eSports adlı barın sahibi Elvin Akopyan-ın məlumatına əsasən ona mütəmadi olaraq naməlum insanlar zəng edirlər. Zəng edən naməlum insanlar ondan eskort xidmətlər barədə məlumatlar və onların qiymətlərini soruşurlar. İlk öncə Akopyan, bunun sadəcə olaraq telefon zarafatı olduğunu düşünüb. Lakin sonradan o öyrənib ki, bu, Siri səsli köməkçisinin bir səhvidir. Görünür, Siri, eskort sözü ilə eSport sözlərinin eyni mənanı verdiyini hesab edib. Barın sahibi, bu səhvi aradan qaldırmaq üçün “Apple” ilə əlaqə yaratmağa çalışıb. Lakin onun bu istəyi uğurla nəticələnməyib. Bununla yanaşı barın sahibi, barın telefon nömrəsini dəyişmək niyyətində deyil. Əksinə o bu səhvi, barın özəl xüsusiyyəti etmək niyyətindədir.

5

Beynəlxalq ödəniş sistemi olan “Visa”, South by Southwest sərgisində ağıllı gün eynəklərini təqdim edib. Sözügedən gün eynəkləri vasitəsilə istifadəçilər öz ödənişlərini edə biləcəklər. Kredit kartını əvəz edən eynək, WaveShades adını alıb. Bu eynəklər Avstraliyanın ödəmə sistemi Inamo ilə bir yerdə yaradılmışdır. Eynəklər xüsusi NFC çiplərə sahibdirlər. Bu çiplərdə isə ödəmə məlumatları yerləşir. Hansısa məhsulun ödənişini etmək üçün eynəyi sadəcə olaraq lazımi terminala yaxınlaşdırmaq lazımdır. “Visa”nın verdiyi məlumata əsasən bu texnologiya hal-hazırda vstraliyanın 5 şəhərində test mərhələsindədir. Beləliklə şirkət biləcək ki, bu cür texnologiyaya tələbat var ya yox. Sözügedən eynəklərin iri miqyaslı istehsalatda start götürəcəyi tarix və qiyməti barədə hələki heç bir məlumat yoxdur. “Visa WaveShader vasitəsilə biz avstraliyalılara göstərmək istəyirik ki, innovasiyalı texnologiyalar ilə ödəmə sistemlərində insanların həyatlarını asanlaşdırmaq mümkündür” – deyə “Visa”nın marketinq üzrə vitse-prezidenti Frederique Covington bildirib. Şirkət həmçinin banklar və məşhur brendlər ilə bu texnologiyanın miliyyələşdirilməsi barəsində danışıqlar aparır.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register