Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“VKontakte” sosial şəbəkəsi istifadəçilərin paylaşımlarına neçə nəfərin baxdığını müəyyənləşdirən hesablayıcı istifadəyə verib. Bu barədə şəbəkənin bloqunda məlumat verilib. “Hər gün “VKontakte”də milyonlarla qeyd yazılır. Müəlliflərin gələn reaksiyaları müşahidə etməsi üçün hər şeyimiz var: hər qeydin altında onu neçə nəfərin bəyəndiyi, neçə nəfərin paylaşdığı, neçə nəfərin şərh yazdığı görünür. Lakin “bəyən” düyməsi yazının nə dərəcədə maraqlı olduğunu tam ifadə etmir, çünki real baxışın sayını müəyyənləşdirmək olmur. Ona görə də biz yenilik tətbiq edirik və artıq baxış sayını da bilmək mümkün olacaq. Hər qeydin (statusun, paylaşımın) altında hesablayıcı var və o, statusu neçə nəfərin gördüyünü göstərir”, – deyə sosial şəbəkənin proqramçısı Vadim Doroxov bildirib. Yeni funksiya artıq tətbiq olunub və bütün istifadəçilər baxış sayını görür. Lakin yenilik yalınız 2017-ci ildəki paylaşımlar üçün keçərlidir.

1

Tayvan hökuməti “Uber” online taksi xidmətinin vergilərini ödəməməsi ilə əlaqədar ölkədəki aktivlərini dondurub. “Uber”in 384 min dollar həcmində bank depozitləri dondurulub və Taybey şəhərində yerləşən ofisindəki avadanlıqlar müsadirə edilib. Vergi xidmətinin məlumatına əsasən “Uber” 2015-ci il üçün vergi borcunu ödəməyib və 1,67 milyon dollar miqdarında borcu yığılıb. Bu səbəblə şirkətin aktivlərinin dondurulması qərara alınıb. Qeyd edək ki, bu ilin fevralında Uber” yerli administrasiyanın tətbiq etdiyi cərimələrlə əlaqədar adada fəaliyyətini dayandırdığını açıqlayıb.

2

“Google” tərtibatçıları iOS bazasında çalışan cihazlar üçün “Chrome” mobil brauzerində yeni funksiya təqdim ediblər. Artıq iOC bazasında çalışan cihazların sahibləri internet şəbəkəsinə qoşulmadan da veb-səhifələri izləyə biləcəklər. Belə ki, artıq “sonraya saxlanılan oxunma funksiyası” “Chrome” baruzerinin yeni mobil versiyasında əlçatandır. Bu imkandan istifadə etmək üçün “Read Later” (sonra oxumaq) işarəsini basmaq lazımdır. Bununla da istifadəçi həmin səhifəni yaddaşda saxlayaraq sonradan internet olmadan da oxuya biləcək. Funksiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yaddaşda təkcə mətn variantı deyil, bütöv səhifə qalır. Bənzər funksiya bir müddət əvvəl “Android” əməliyyat sistemi ilə işləyən mobil cihazlar üçün nəzərdə tutulmuş “Chrome”da da olub.

3

Çində keçirilən sorğuda “Huawei” şirkətinin ölkənin çoxsaylı əhalisi arasında ən populyar brend olduğu müəyyənləşib. Sorğu Qlobal İctimai Rəy Təşkilatı (Global network of global public opinion survey centre) tərəfindən keçirilib. Ən sevimli və sevilməyən Çin brendləri, eləcə də sevilən və sevilməyən xarici brendlər müəyyən edilib. Sevilən Çin brendləri kateqoriyasında ilk yeri “Huawei” şirkəti tutub. Bu brendi rəyi soruşulan respondentlərin 51,3 faizi bəyənib. Onun ən yaxın rəqibi 39,9 faiz səs toplayan SF şirkəti olub. Üçüncü yerdə 37,3 faizlə “Gree” şirkəti yer alıb. Daha bir tanınmış smartfon istehsalçısı olan “Lenovo” şirkəti 6-cı yerdə qərarlaşıb. Bu şirkət respondentlərin 25,8 faizinin müsbət rəyini qazana bilib.

4

“Facebook Messenger”də postların 1 gündən sonra avtomatik ləğv edilməsi funksiyası əlçatan olub. Bu haqda şirkətin rəsmi bloqunda məlumat verilib. Sözügedən funksiya “Messenger Day” adlandırılıb. İstifadəçi fotoşəkillər və ya videoçarxlar çəkə, onlara müxtəlif stikerlər, emodzi və effektlər əlavə edirlər. Bundan sonra istifadəçilər 24 saat müddətində foto və ya videolara  baxa bilərlər. Artıq “iOS” və “Android” sistemli qurğuların istifadəçiləri bu funksiyadan istifadə edə bilərlər. Qeyd edək ki, ilk dəfə “Snapchat” messencerində postların avtomatik ləğvi funksiyası istifadəyə verilib. Avtomatik ləğv edilən postlar artıq “VKontakte” sosial şəbəkəsi və “Instagram”da da reallaşdırılıb.

5

Tezliklə peyvəndlər və başqa ağrılı prosedurlardan imtina ediləcək. Artıq həb ölçüsündə “MucoJet” qurğusunun köməyi ilə orqanizmə lazımi preparatlar yeridiləcək. Bu qurğu Kaliforniya Universitetində hazırlanıb. İstehsalçıların məlumatına görə, miniatür kapsul tamamilə ağrısız prosesdir. “MucoJet” sonluğunda diametri 7 mm təşkil edən kürəcik qurulmuş 15 mm-lik silindr formasındadır. Pasiyent nazik iki bölmə yaradan membranı qırmaq üçün kürəciyi ehtiyatla sıxmalıdır: birinci bölmə su, ikinci bölmə isə limon turşusu və qida sodasından ibarət quru kimyəvi reaktiv yanacaqla doldurulub. Hər iki bölmədəki maddələr qarışdıqda yaranan kifayət qədər güclü təzyiq kiçik porşeni çıxarır ki, sonuncu da öz növbəsində kiçik dəlikdən vaksini yüksək sürətlə çıxarır. Yeni qurğu artıq donuz və dovşanlar üzərində yoxlanılıb. Nəticələrə əsasən, yeni metod inyeksiya immunizasiyası ilə müqayisədə açıq-aşkar üstünlüklərə malikdir.

6

Çap sahəsində irəliləyişə nail olacaq “lofree” simsiz mexaniki klaviaturası “Windows”, “iOS” və “Android” əməliyyat sistemləri, eləcə də “Mac” kompüterləri üçün nəzərdə tutulub və “Bluetooth” vasitəsilə işləyir. Hazırda “Ingiegogo” saytında klaviaturanın hazırlanması və yaradılmasına yönəldiləcək maliyyə vəsaitlərinin toplanması təşkil olunub. Qeyri-adi dizaynına görə əvvəlki modellərdən fərqlənən “lofree” klaviaturasında köhnə ənənə və müasir texnologiyalar birləşib. Klaviaturanın düymələri qədim çap maşınlarının və ilk kompüterlərin düymələrinə oxşar yaradılıb. Yeni klaviatura dəyişmə prosesini həyata keçirən xüsusi düymə basılan zaman “Bluetooth”dan istifadə etməklə eyni anda üç qurğu ilə işləyə bilir. Klaviatura istifadəçilərə gecə vaxtlarında da işləməyə imkan verən işıqlandırma ilə təchiz edilib. Mayda pərakəndə satışa çıxarılacaq “lofree” klaviaturasının qiyməti 79 dollar təşkil edəcək.

7

NASA Marsda və Yupiterin Avropa peykində həyat axtarışı üçün istifadə oluna bilən robotla bağlı video yayımlayıb. Viedoyazı idarənin rəsmi “YouTube” kanalına yerləşdirilib. “Pop-Up Flat Folding Explorer Robots” qurğusu (PUFFER) kiçik ölçüsü və söküləbilmə xüsusiyyəti ilə onu daha böyük planetoxodlara nəql etməyə imkan verir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register