Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 17.3.2017-ci il.

Alman avtomobil konstruktoru Qotlieb Daymler 1834-cü ilin 17 martında dünyasını dəyişib.

17 mart 1845-ci ildə Kiçik paketlərdə istifadə olunan rezin bantın patenti alındı.

Çanaqqala Döyüşü 1915-ci ilin bu günü Kral Donanması komandir Admiral Sackville Carden vəzifəsindən ayrılmışdı.

ADR-in xarici işlər naziri Fətəli xan Xoyski Çiçerinə 1920-ci ilin bu günü növbəti dəfə nota göndərib. Rusiya tərəfi notaya cavab verməyib.

Vladimir İliç Lenin Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasına 17 mart 1920 ci ildə Bakını işğal etmək barədə teleqram göndərib.

17 mart 1937-ci ildə SSRİ-də kəndlilərin yaşadıqları ərazini tərk etməsini məhdudlaşdıran qanun qəbul edilib.

1950-ci ilin bu günü ABŞ-da 98-ci kimyəvi element – kalifornium sintez edilib.

1991-ci ilin 17 martında “SSRİ-nin saxlanmasına dair” referendum keçirilib.

17 mart 1992-ci ildə Hizbullahın Buenos-Ayresdəki İsrail səfirliyinə bombalı hücumu nəticəsində 28 nəfər ölüb, 240 nəfər yaralanıb.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register