Uşaqlara,tələbələrə, təqaüdçülərə, müəllimlərə və əlil şəxslərə medikamentlər pulsuz veriləcək
Ümumi sağlıq sığortası proqramına ambulatoriya medikamentlərinin ödənişi də daxil olacaq. Bu da, o deməkdir ki, ümumi sağlıq sığorta proqramının benefisiarları üçün xüsusi paket yaradılacaq.
Söz edilən proqramın benefisiarları (istifadəçiləri) bunlardır: 0-5 yaşında uşaqlar, tələbələr, təqaüdçülər, fiziki cəhəddən məhdud şəxslər, müəllimlər, sosiyal cəhəddən müdafiyəsiz şəxslər. Onların ümümi sayı 1 700 000-ə qədərdir. Lakin, Səhiyyə Nazirliyinin açıqlamasına görə, medikamentləri pulsuz ancaq, həqiqətən imkanları olmayanlar alacaqlar.
Mənbə: az.qpb.ge
Şəlalə Əmircanova516 Posts
0 Comments