Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yaponiyanın “Sony” şirkəti “PlayStation 3” oyun konsolunun istehsalını dayandırır. 11 ildən sonra yapon şirkəti özünün oyun konsolu ilə vidalaşır. Oyunun istehsalı martda yekunlaşacaq. “Sony” oyunun rəsmi səhifəsini də yeniləyib. Səhifədə yaxın vaxtlarda oyunun buraxılışının dayandırılacağı diqqətə çatdırılıb. Söhbət hələlik Yaponiyadan gedir və Qərb bazarına dair məlumat yoxdur. Qeyd edək ki, “PlayStation 3” Yaponiyada 2006-cı ilin noyabrında satışa çıxarılıb. 2015-ci ilin aprelin 3-nə olan vəziyyətə görə, satılan “PlayStation 3” oyun konsollarının sayı 87 milyon ədəd təşkil edib.

1

“Yandex” şirkəti “Yandex.Taksi” xidməti sürücülərinin yorğunluq səviyyəsini müəyyənləşdirmək üçün yoxlama sistemi tətbiq etmək fikrindədir. Bu sistem taksi sürücülərinə işə fasilə vermək və sifariş qəbulunu azaltmaq barədə xəbərdarlıq edəcək. “Yandex.Taksi” xidmətindən bildiriblər ki, layihəyə qoyulan sərmayənin həcmi 10 milyon dollara çata bilər. Şirkət tərəfdaş kimi daha öncə Rusiya Dəmir Yollarında analoji sistem qurmuş “Neyrokom” şirkətini seçmək niyyətindədir. Yorğunluq səviyyəsini qiymətləndirən sistem sürücünün yola çıxmazdan əvvəl taxacağı bilərzikdən, eləcə də avtomobilə qoşulan bir neçə “datçik” və blokdan ibarət olacaq. Bilərzik sürücünün diqqətini ölçür və onun konsentrasiyanın itirdiyini müəyyən etdikdə əvvəlcə işıq siqnalı, daha sonra səsli siqnal verir.

2

“Facebook”da yeni funksiya – Markın növbəti hədəfi. Mark Zukerberq “Facebook”da da “Story” (Hekayə) funksiyasını aktiv edib. O, İnstaqram və “WhatsApp”da olduğu kimi “Facebook Messenger” və “Facebook mobile” versiyaları üçün bu funksiyanı artırıb. Buna səbəb isə Markın “Snapchat”ı ala bilməməsidir. O, buna görə bir müddətdir göz dikdiyi”Snapchat”da olanözəllikləri öz sahibi olduğu proqramlarda tətbiq edir. Hazırda sadəcə bəzi istifadəçilərdə aktiv olan bu xüsusiyyət qısa müddət ərzində iOS və Android istifadə edən hər kəsdə olacaq.

3

Həmişə lüks avtomobillərin yüksək sürətə və güclü mühərrikləri ilə diqqət cəlb edir. Bugatti, McLaren kimi dəyəri milyonlarla ölçülən avtomobillər bir-çox insanın xəyalına çevrilib. Lakin avtomobilin sürəti mövzusunda məsələlər fərqlidir. Səbəbi isə bəzi avtomobillərin saədəcə sürətə və gücə əsasən hazırlanmasıdır. Belə avtomobillərin biri də Nissan Patroldur. Əlbətdə, Nissan Patrolun maksimum sürəti o qədər də yüksək deyil. Lakin 2000 at gücünə sahib bir mühərriklə 333 km/s sürətinə çataraq rekorda imza atmağı bacarıb.

“Google” şirkəti, Gmail-də videoların izlənə bilməsi özəlliyini əlavə edib. Daha əvvəllər istifadəçi, ona gələn məktubdakı videonu izləmək üçün ilk öncə onu yükləməli olurdu. Yeni funksiya vasitəsilə isə istifadəçi, göndərilmiş məktubun daxilindəki videonu birbaşa Gmail-də izləyə bilər. Videoya klik edən zaman YouTube-a bənzər pəncərə açılacaq və istifadəçi, videonu rahatlıqla izləyə biləcək. Bundan əlavə olaraq o, videonun görüntü və səs keyfiyyətinə də düzəlişlər edə biləcək. Bu cür funksiya, əsasən mobil telefon vasitəsilə çəkilmiş kiçik videoların baxılması üçün çox rahat ola bilər. Qeyd etmək lazımdır ki, qəbul olunmuş videoları əvvəlki kimi yükləmək imkanı olduğu kimi qalır. Lakin yeni funksiya, videonu operativ izləmək üçün istifadəçinin işini asanlaşdırır. Sözügedən yeni funksiyanın 15 gün ərzində bütün Gmail istifadəçiləri üçün aktiv olacağı qeyd olunub.

4

“Huawei” şirkəti rəsmi olaraq Huawei P10 Lite smartfonunu təqdim etdi. Bu yeni smartfon, MWC 2017 sərgisində təqdim olunmuş Huawei P10 və Huawei P10 Plus modellərinin büdcəli versiyasıdır. Yeni modelin korpusu, şüşə panel və metal çərçivələrdən ibarətdir. Huawei P10 Lite, 5.2 inç Full HD ekran, 8 nüvəli HiSilicon Kirin 658 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş (microSD dəstəkli), 3000 mAh enerji tutumlu batareya (sürətli enerji yığma texnologiyalı), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır və barmaq izi skanına, USB Type-C girişinə sahibdir. Huawei P10 Lite artıq bugündən İngiltərədə, 369$ qiymətinə satışa çıxıb.

5

Dubayın Yol və Nəqliyyat İdarəsi (RTA), iyul ayından etibarən Dubayda sürücüsüz uçan taxilərin fəaliyyətə başlayacağını elan edib. İyul ayından etibarən “Ehang 184″lər insanları olduğu nöqtədən təyinat yerinə uçaraq aparacaqlar. “Ehang 184” uçan taxiləri bir dəfəyə yalnız 1 nəfəri daşıyacaq gücə malikdir. Səkkiz pərvanədən güc alan uçan dron saatda maksimum 60 km/saat sürətlə hərəkət edə bilir. Layhənin loqistik tərəfini haqda açıqlama verməyən “RTA”, 2030-cu ildə edilən daşınmaların 1/4-nin bu maşınlarla həyata keçiriləcəyini gözləyir. Uçan taxi sərnişinləri gəmiyə mindikdən sonra qarşılarında olan elektron löhvə ilə gedəcəkləri ərazini və yeri təyin edirlər.

“Nokia” brendinin sahibi “HMD Global” şirkəti metal korpuslu “Nokia 7” və “Nokia 8” smartfonlarını təqdim etməyi planlaşdırır. Ilkin məlumata görə, smartfonların aparat platformasının əsasını birkristallı “Qualcomm Snapdragon 660” prosessoru təşkil edəcək. Bildirilir ki, “Nokia 8” “Quad HD” (1440 x 2560 piksel) təsvir ölçüsünə malik ekranla təchiz ediləcək. Öz növbəsində “Nokia 7” smartfonunun displeyinin təsvir ölçüsü 1080 x 1920 pikselə bərabər olacaq. Qurğunun ekran diaqonalının da kiçik olacağı ehtimal edilir. “Carl-Zeiss” optik kamera modulu ilə təchiz ediləcək “Nokia 8” smartfonunun foto imkanları geniş olacaq. Daktiloskopik sensorlara malik qurğular simsiz enerjidoldurmanı dəstəkləyəcək.

6

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register