Marneulidə Novruz Bayramı tədbiri – ANONS

Marneuli Bələdiyyəsi sizləri 21 mart tarixində Mədəniyyət Evinin həyətində təşkil olunacaq təntənəli Novruz bayramı tədbirinə dəvvət edir.

Tədbir saat 11:00 da başyalır və möhtəşəm konsert ilə saat 17:00-dək davam edəcək.

Bayram tədbiri xalq yürüşü ilə başlayacaq, beləki, təçrif buyuran hər kəs müxtəlif sərgi güşələrinə baş çəkə biləcəklər: Azərbaycansayağı güşə ( kənd məhsulları, milli mətbəx), Gürcüsayağı güşə (milli mətbəx), Asiyasayağı köşk (ənənəvi şirniyyat, çay), “Çay Evi”nin köşk (xalq sənayesi nümunələri və s.), Yerli rəssamların rəsm sərgisi, Foto-sərgi (Layihələr, mədəni abidələr), Kvemo Kartli probasiya bürosu tərəfindən təşkil olunmuş şərti cəza işləri, Gürcüstan Qırmızı Xaç təşkilatının Marneuli filianının könüllülərinin əl işlərinin sərgisi (xalq sənayesi nümunələri), Şulaverdə yerləşən “Studio Hobby Hause”-un benefisiarları tərəfindən hazırlanmış əl işlərinin sərgisi, Marneuli konserv zavodu məhsullarının sərgisi, „Barambo“ şirkəti məhsullarının sərgisi, Kənd Təsərrüfatı Nazirliyinin, Kvemo Kartli bölgə rəhbərliyi tərəfindən təşkil olunmuş yerli məhsulların sərgisi.

Sərgi ilə parallel olaraq saat 11:00 dan 13:00-dək idman yarışları təşkil olunacaq: Gürcü güləşi, Qol güləşi, Ox atma, Etibar Elçiyev – maqnit adamın şousu.

Saat 12:10 – 12:25-dək Bahar qızın gəlişi və dörd ənənəvi çərşənbə haqqında kiçik səhnələr baş tutacaq. Novruza məxsus teatral səhnələr Bahar qız və güllərin mərkəzi səhnədə rəqsi ilə sona çatacaq.

Tədbirə Mərkəzi və Yerli Hakimiyyətin, Diplomatik korpusun nümayəndələri və digər dəvvətli şəxslər qatılacaqlar.

Qeyd etmək lazımdır ki, tədbir əsnasında Marneuli Bələdiyyəsinin müassir standartlara uyğun inşaa olunmuş yeni kitabxanasının açılışı olacaq. Kitabxananın açılışından sonra isə ənənəvi tonqala od vurulacaq.

Saat 12:30-dan isə Aysel Məmmədova və Davit Bekoşvilinin aparıcılığı ilə bayram konsertinə start veriləcək. Həm yerli həmdə dəvvət olunmuş yaradıcı kollektivlər və solo ifaçılar tamaşaçı qarşısına çıxacaqlar.

“Sarvan” xoreoqrafik ansamblı- “Güllərin rəqsi”, Aysel Məmmədova “Novruz Bayramı” mahnısı, Ariz Hüseynov-Muğam, Natia Koroğlişvili-„Lale“, Natia Koroğlişvili – Milli mahnı, „İberiya“ ansamblı „Abxazuri” rəqsi, Şaban Məmmədov iki mahnı, Aşıq Ramin, Enquri ansamblı „Qandaqana“ rəqsi, Müğənni Rəşad, Keti Qomarteli mahnılar -„Apar“ və „Tələs“, Müğənni Talib Tale, “Sarvan ansamblı “Yallı” rəqsi, Xədicə Qasımova- V. Azaraşvili “Gürcüstan” mahnısı, İberiya ansamblı „Osuri“ rəqsi, Eynar Balakişiyev, Aysel Məmmədova „Adandali”, Enquri ansamblı “Mtiuliri“ rəqsi, Ariz Hüseynov, Aşıq Ramin və pop müğənni Çingiz Mustafayev və onun dəstəsi.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register