Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Samsungun yeni telefonu Galaxy S8-in təqdimat tarixi yaxınlaşdıqca, cihazla bağlı detallar bir bir gün üzünə çıxmağa başlayır. Bu gün isə cihazın heç gözlənilməz bir rəng variantı ortaya çıxdı. Galaxy S8 in yeni rəngi ! Daha əvvəl əldə etdiyimiz məlumatlara əsasən  Galaxy S8-in Qara, Mavi, Gümüşü və Boz rəng variantlarına malik olduğunu onsuz da bilirdik. Ancaq bu gün əldə etdiyimiz məlumat heç gözlənilməz bir rəng variantını gün üzünə çıxardı.Fotolardan gördüyümüz kimi Galaxy S8-in yeni ortaya çıxan rəng seçimi Bənövşəyi-dir. Samsung daha əvvəl demək olar ki, heç bir firmanın istehsal etmədiyi bu rəng variantını nə üçün istifadə etmək istədiyini hələ bilmirik. Ancaq sözügedən zövqlər və seçimlər olanda insanların nə qədər seçici olduğu bilirik . Bu barədə Samsung, Galaxy S8-in hər bir zövqdən və kütlədən insana xitab etməsi adına belə bir yol tutmuş ola bilər. Son olaraq, maraqla gözlənən Galalxy S8 və S8+ın bu ayın 29-unda keçiriləcək bir tədbirdə tanıdılmasının planlaşdırdığını xatırladaq.

1

Britaniyalı videobloggerlər çox dəlisov bir işə əl atıblar. Belə ki, Trikkstar adlı videobloggerlər qanbunsuz olaraq “Facebook”un Londondakı ofisinə daxil olublar. Gənc videobloggerlər, hasardan keçərək yanğın çıxışı pilləkanından çıxaraq binaya daxil olublar. Daha sonra onlar ofisdə gəzərək, “Facebook” işçiləri üçün nəzərdə tutulmuş pulsuz yeməkdən yeyib, bilyard oynayıblar. Ofisdən çıxan zaman isə təhlükəsizlik əməkdaşı onları tutmağa çalışıb. Lakin onun səyləri nəticəsiz olub.

“ColorWave”adlı şirkətin saytında qeyri-adi iPhone 7 Plus modeli satışa çıxıb. Belə ki, smartfonun qeyri-adiliyi ondan ibarətdir ki, o, ilk Macintosh kompüterləri tərzində rəngləndirilmişdir. Şirkət, qeyri-adi rəng tərzinə sahib iPhone 7 Plus-a xüsusi ad fikirləşməkdən imtina edərək onu sadəcə olaraq iPhone 7 Plus Retro adını verib. Onun qiyməti isə 1899$ təşkil edir. Onu da qeyd etmək lazımdır ki, xüsusi rənglənmə sadəcə 256 GB daxili yaddaşa sahib iPhone 7 Plus modellərində reallaşdırılmışdır. Smartfoonun öz qiymətini nəzərə almasaq, onda belə çıxır ki, şirkət yalnız rənglənməyə görə 930$ alır. Çox böyük ehtimalla sözügedən modeli yalnız “Apple” şirkətinin böyük pərəstişkarları alacaqlar. Digər insanlar üçün isə belə böyük məbləği ödəmək mənasızdır.

2

“Sony” şirkəti öz yeni büdcəli smartfonu Xperia L1-ı təqdim edib. Deməli, Xperia L1, 5.5 inç HD ekran, 4 nüvəli MediaTek MT6737T prosessoru, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 2620 mAh enerji tutumlu batareya, avtofokus və LED işıqlandırma sistemli 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Smartfonun şarj olunması üçün USB Type-C girişindən istifadə olunur. Bu cür xüsusiyyətlərə baxmayaraq smartfon, barmaq izi skanına sahib deyil. Cihaz, Android Nougat 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonda olan Smart Cleaner funksiyası, lazımsız fon tətbiqlərini bağlayır və keşi təmizləyir. Xperia Actions funksiyası isə istifadəçinin istədiyi kimi sistemin işini optimizasiya edir. Gələn ayın sonunda Xperia L1, bir neçə ölkədə satışa çıxacaq. Avropada isə onun qiyməti 200 avro təşkil edəcək.

3

“Uber”in prezidenti Jeff Jones, şirkətdən getməyi qərara alıb. O bu qərarı, sözügedən vəzifəyə başlayandan 6 ay sonra verdi. “Uber”in baş direktoru Travis Kalanick, əməkdaşlara olan açıq məktubunda qeyd edib ki, Jeff Jones bu qərarı, şirkətin, əməliyyatlar üzrə baş direktor vəzifəsinə lazımi şəxsi axtardığı xəbərindən sonra verib. “Jeff çox çətin bir qərar qəbul edib. Həmin qərara əsasən o, Uber-də öz gələcəyini görmür” – deyə Kalanick bildirib. Qeyd etmək lazımdır ki, Jeff Jones-un şirkətdən getməsi, bir çox qalmaqalın fonunda baş verib. Bu qalmaqallar arasında, keçmiş “Uber” əməkdaşının, şirkətdə olan seksual məsələlər haqqında bəyanatından tutmuş, şirkətin, plis və məmurları aldadan gizli proqram təminatı işlətməsi barədə New York Times qəzetində yayımlanmış xəbərlər var.

4

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register