Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 21.3.2017-ci il.

Ferhat Paşa Müqaviləsi III-cü Murat dövrünə təsadüf edir. Müqavilə 1590-cu ilin 21 martında Osamanlı dövləti ilə İran arasında imzalanmışdır.

Dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri olan İohan Sebastyan Bax 1685-ci ilin 21 martda Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur.

Aynalıkavak Müqaviləsi Osmanlı dövləti ilə Rusiya imperiyası arasında imzalananmışdı. Müqavilə 21 mart 1779-cu ildə bağlanmışdı.

1857-ci ilin 21 martında Tokyoda meydana gələn zəzələdə 100.000-dən çox insan həyatını itirmişdi.

Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti Əslən Cənubi Azərbaycanlı olan Hüseynağa Ələsgər oğlu Sadıqov 21 mart 1914-cü ildə Bakıda anadan olub.

Görkəmli Azərbaycan şairi, Azərbaycanın ilk xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax qəzasının Yuxarı Salahlı kəndində bəy nəslinə mənsub ailədə anadan olmuşdur.

Ranger 9 kosmik gəmisi Ayda araştırma aparmax üçün 21 mart 1965-ci ildə fəzaya buraxıldı.

TRT Avaz Novruz Bayramının qeyd olunduğu 21 Mart 2009-cu il tarixində yayıma başladı. TRT Avaz Orta Asiya, Qafqaz və Balkanlarda Türk dillərini danışan xalqlara xitab etməkdədir.

Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır. 2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register