Tarixdə Bu Gün

tarixde-bu-gun-marneuli-fm

   Tarixdə bu gün 22.3.2017-ci il.

1888-ci ilin 22 martında İngiltərədə dünya futbolunun ən köhnə futbol təşkilatı olan The Football League yaradılmışdı.

1895-ci ilin bu günü Lümyer qardaşları ilk televiziya effektlərini nümayiş etdiriblər.

Məşhur Azərbaycan teatr aktyoru, teatr və kino rejissoru, Azərbaycan SSR Əməkdar Artisti, və Xalq Artisti Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olub.

Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Komik rollar ustadı Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub.

Azərbaycan aktyoru, Azərbaycanın əməkdar və xalq artisti , film səsləndirən, filmlərdə və arxiv kadrlarda iştirak edən, qeyri-adi səhnə danışığına malik, dramatik-psixoloji rolların misilsiz ifaçısı, zəngin yaradıcılığı ilə məşhur olan Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə dünyaya gəlmişdir.

Azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, ssenarist İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur.

Misir, Suriya, Livan, İordaniya, Səudiyyə Ərəbistanı, İraq və Yəmən 1945-ci ilin bu günü Qahirədə Ərəb Birliyini qurdular.

Cənubi Koreya şirkəti olan Daewoo 22 mart 1967-ci ildə yaradılmışdı.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register