Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Apple şirkətinin mağazı Apple Store-yə girən insanlar yeni bir yazıyla qarşılaşıblar. Mağazamızda sizin üçün sürprizimiz var, xahiş edirik tezliklə yenidən bura qayıdın. Bu yazılar Apple Storedə yayımlayan şirkət söz verdikləri sürpriz haqqında hələki heç bir məlumat verməyiblər. Artıq internetdə bu yazı haqqında bir çox iddialar paylaşılıb. Bir çox insan Apple şirkətinin yeni nəsil iPad tabletlərini tanıdacağını söyləyir. Yeni iPadlar 9.7 və 12 düymlük Pro, 7.9 düymlük Kompakt və 10.5 düymlük yüksək səviyyəli versiyalara sahib olacaq. Lakin, məsələ Apple olduğundan başqa məsələlərlə də təəccüblənməyə hazır olmaq lazımdır.

1

Son vaxtlarda tamamilə Snapchat-a oxşamağa başlayan Instagram, bu dəfə bir yenilənmə daha təklif edərək istifadəçilərini sevindirdi. Artıq kifayət qədər artan Instagram hekayə istifadəsi, yavaş-yavaş Snapchatı unutdurmağa doğru gedir. Eyni zamanda canlı yayım funksiyasını da işə salan Instagram, təqdim etdiyi son yenilənmə ilə artıq canlı yayımlarınızı da yaddaşda saxlamağınıza şərait yaradır. Beləliklə Instagram üzərindən edəcəyiniz yayımları mobil telefonunuzda saxlayaraq daha sonra özünüz təkrar izləyə bilər və nələr baş verdiyinə təkrar göz ata bilərsiniz. Bunun həmçinin yarana biləcək hüquqi problemlərdə də sübut xüsusiyyəti daşıyacağını da unutmamaq lazımdır. Yəni əgər aranızda Instagramda söz atmağı ya da yayım verən şəxsi hirsləndirməyi sevən birisi varsa artıq bundan sonra böyük problemlər yaşaya bilər.

2

Bir çox insanın yatdığı vaxtlarda bu əkizlər, öz otaqlarında verdikləri “parti” ilə sosial medianın yeni trendi oldular. Uşaqlarına baxmaq bütün ana-ataların həyatlarındakı ən çətin vəzifəsidir. Hələ bir də uşaqlar əkizdirsə iki dəfə artan dərdlər kifayət etmirmiş kimi bir də birlikdə hərəkət etmələri, valideyinlərin qorxulu yuxusu halına gəlir. İzləyəcəyiniz video da eynilə bu janrdandır. Əkizlər Ryan və Andrew-in anası və atası, əkiz uşaqlarının gecə boyunca sakitcə yatdıqlarından şübhələnməyə başlayıb otaqlarındakı kameranın yaddaşa yazma xüsusiyyətini açıblar. Nest brendinə aid ev izləmə sistemi tərəfindən çəkilən video, əkizlərin düşündükləri kimi məsum olmadığını ortaya qoyur. Səhərə yaxın bir çox insanın oyanmaqda çətinlik çəkdiyi saatlarda əkizlər qalxıb biraz rəqs etdikdən sonra yorulur, daha sonra divana oturub söhbət edirmiş kimi dincəlirlər. Videonun kəsilən hissəsində ata ilə ana uşaqları yatağına gətirir ancaq bu, uşaqları yarım qalan əyləncələrini davam etdirmək hədəflərindən ayıra bilir. Eyni zamanda Nest brendinin viral reklamı ola biləcəyini düşündüyümüz bu videonu aşağıdan izləyə bilərsiniz:

https://www.facebook.com/fox46charlotte/videos/500804380043666/

“Samsung” şirkəti rəsmi olaraq öz səsli köməkçisi Bixby-ni təqdim etdi. Bixby adlı səsli köməkçi həm smartfonlar, həmdə digər cihazlar üçün nəzərdə tutulub. Bazarda olan digər səsli köməkçilər kimi Bixby də, süni zəka əsasında çalışır. Lakin buna baxmayaraq Bixby, digər səsli köməkçilərdən fərqlənir. Belə ki, istifadəçi onun vasitəsilə hava proqnozunu və ya hansısa məşhur insan barəsində məlumat ala bilməz. Bixby, bunun üçün nəzərdə tutulmayıb. Bixby, smartfonun funksionallığından rahat istifadə etmək üçün nəzərdə tutulub. Məsələn istifadəçi, Bixby-yə müraciət edərək istənilən fotonu, istənilən şəxsə, bir səslə göndərə biləcək. Şirkətin verdiyi məlumata görə Bixby sayəsində istifadəçilər, smartfonun istənilən funksiyasını işə sala biləcəklər. Bununla yanaşı Bixby, istifadəçi tərəfindən tam aydın şəkildə deyilməyən əmrləri belə başa düşəcək. Yeni təqdim olunacaq Samsung Galaxy S8 smartfonlarında sözügedən səsli köməkçini işə salmaq üçün, smartfonun qıraq hissəsində xüsusi düymə olacaq. Daha sonra şirkət bu səsli köməkçini digər məhsullarında da istifadə edəcək. Məsələn kondisionerlər və televizorlar kimi.

3

Kickstarter platformasında, adi velosipedi, elektrikli velosipedə çevirən cihaz üün vəsait yığımı kampaniyası keçirilir. UrbanX adlı cihaz, elektrikli velosiped təkəridir. Bu təkəri, istənilən velosipedin adi təkərinin yerinə quraşdırmaq olar. Cihaz, aviasiya alüminiumundan hazırlanıb və 3500 mAh enerji tutumlu batareya, Bluetooth və digər ötürücülərlə təchiz olunub. UrbanXEco modelinin gücü 240 Vt-dır. Onun maksimal sürəti isə saatda 15 km-dir. UrbanXBooster modeli bir qədər fərqlənir. Belə ki, o, 350 Vt gücünə sahib mühərrik ilə təchiz olunub. Bu modelin sürəti isə saatda 20 km-dir. Hər iki model, tam şarj olunmuş vəziyyətdə 50 km yol qət edə bilir. Bundan əlavə olaraq UrbanX təkərləri, xüsusi mobil tətbiqə qoşularaq qalan enerji faizini, yolu və digər məlumatları təqdim edir. Hər iki təkər modeli bu ilin yay fəslində satışa çıxacaq. UrbanXEco modeli, 299$ qiymətinə, UrbanXBooster modeli isə 399$ qiymətinə satılacaq.

Bu ilin payız fəslində təqdim olunacaq iPhone 8 modeli, xarici görünüşcə 2007-ci ildə satışa çıxmış orijinal iPhone-na bənzəyəcək. Məlumata əsasən iPhone 8-in arxa paneli və kənar küncləri daha ydairəvi formada olacaq. Beləliklə şirkət, 10 il bundan öncə satışa çıxmış orijinal iPhone modelinin dizaynını yenidən bərpa edəcək. “iPhone 8-in arxa qapağı tamamilə şüşədən hazırlanacaq. Həmin şüşə isə 4 tərəfdən dairvəi formaya sahib olacaq” – deyə məlumatda qeyd olunub. Qeyd etmək lazımdır ki, daha əvvəlki məlumatlara əsasən iPhone 8, 5.8 inç OLED ekrana sahib olacaq. Bununla yanaşı digər flaqman modelinin ekran ölçüsü 5.15 inç olacaq. Ekran altında olacaq yerlər isə virtual düymələr və barmaq izi skanı üçün nəzərdə tutulacaq.

4

“Apple”şirkəti, yeni model iPad-ı təqdim etdi. Yeni model elə sadəcə olaraq iPad adlanır və o, iPad Air 2 modelini əvəzliyəcək. Yeni model, 9.7 inç Retina ekran, 64 bit-lik A9 prosessoru, 10 saat şarjsız çalışa bilən batareya ilə təchiz olunub. O həmçinin 8 MP-lik arxa və videozənglər üçün nəzərdə tutulmuş HD formatlı ön kameraya sahibdir. Apple SIM texnologiyası isə 140-a yaxın ölkədə naqilsiz şəbəkədən istifadə etmək imkanını verir. “iPad, dünyanın ən məşhur planşet modelidir. Onun 9.7 inç-lik versiyası, alıcıların çox xoşuna gəlmişdi. Onunla filmləri izləmək, internetdə müəyyən işləri görmək, FaceTime vasitəsilə videozənglər reallaşdırmaq və fotolara baxmaq çox rahatdır. İndi isə iPad daha da əlçatandır. Yeni model həm yeni istifadəçilər, həmdə iPad ailəsi ilə yaxından tanış olmuş istifadəçilər üçün əlçatandır. O, çox gözəl Retina ekrana sahibdir və A9 prosessoru vasitəsilə sizlər üçün yaradılmış 1.3 milyon tətbiqə qapıları açır” – deyə şirkətin məhsul marketinqi üzrə vitse-prezidenti bildirib. Yeni model iki versiyada satışa çıxacaq. Onlardan biri 32 GB-lıq daxili yaddaşa və Wi-Fi özəlliyinə, digəri isə 32 GB daxili yaddaş və LTE dəstəyə sahib olacaq. Model seçimindən asılı olaraq onların qiyməti 329$və 459$ təşkil edəcək və 24 Mart tarixindən satışda olacaqlar.

5

Hər il Vankuverdə (Kanada) keçirilən CanSecWest adlı təhlükəsizlik üzrə tədbir çərçivəsində ənənəvi olaraq Pwn2Own adlı hacker yarışması keçirilib. Sözügedən tədbirin təşkilatçısı və sponsoru, kibertəhlükəsizlik üzrə proqram təminatı hazırlayan “Trend Micro” yapon şirkətinin təsis etdiyiZero Day Initiativ təşkilatıdır. Bu ilki Pwn2Own yarışmasının ümumi pul mükafatı, 1 milyon dollar olub. Yarışmanın ilk günündə hackerlər uğurla Microsoft Edge və Safari brauzerlərini, Adobe Reader tətbiqini və Linux əməliyyat sistemini sındırıblar. Chaitin Security Lab. təhlükəsizlik laboratoriyası,Ubuntu 16.10-u sındırdığına görə 15.000$ qazanıb. Sözügedən sistemin hack olunması, birbaşa tədbirin səhnəsində göstərilmişdi. Bundan əlavə olaraq sözügedən təhlükəsizlik laboratoriyası, həmçinin macOS-i hack edərək əlavə 35.000$ qazanıb. Digər iki komanda isə, Adobe Reader tətbiqini hack etməyi bacarıb. Qeyd etmək lazımdır ki, Microsoft Edge, 5 sistem boşluğu sayəsində, Safari isə 3.5 sistem boşluğu sayəsində hack olunub. Maraqlısı ondadır ki, bu tədbirdə heç bir komanda, Google Chrome brauzerini hack edə bilməyib.

6

“Apple” şirkəti tərəfindən 2017-ci ilin payızında təqdim olunacağı nəzərdə tutulan “iPhone 8″in xarici görünüşü orijinal “iPhone”nu xatırladacaq. Bu barədə Koreyanın “ET News” portalı anonim mənbəyə istinadən məlumat yayıb. Məlumata əsasən, smartfonun arxa və yan tərəfləri hazırki “iPhone”larla müqayisədə daha dairəvi olacaq. Qeyd olunur ki, bununla da, şirkət 10 il bundan əvvəl buraxılan ilk “iPhone”nun dizaynını yenidən yaratmağa çalışır. “Yeni “iPhone”nun arxa qapağı şüşədən hazırlanacaq. Bu şüşənin hər dörd tərəfi dairəvi formada olacaq”, –  mənbə əlavə edib.

7

 

Müəllif Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register